Məhkəmə qərarları › İş №1(102)-1958/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1958/2023

12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1958/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə məhkum olunmasına dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2023-cü il tarixli, 1(104)-206/2 023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx.xx.1990-ci il tarixdə Gəncə səhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamışdır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 15 dekabr 2021-ci il tarixdə tamah niyyəti ila özgə əmlakını qanunsuz va əvəzsiz olaraq ələ keçirmək məqsədilə onunla qonşuluqda yasayan qohumu Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən evin həyətyanı sahəsinin qapısını sındırma yolu il ə ora qanunsuz daxil əlaraq oradan hər birinin dəyəri 200 manat olmaqla 400 manat dəyərində qapaqları ilə birlikdə 50 litrlik ölçüdə aliminum materialdan hazırlanmış iki ədəd qazanlar, hər birinin dəyəri 150 manat olmaqla 300 manat dəyərinda aş-qara hazırlanmasi üçün nəzərdə tutulan iri həcmli aliminum materialdan hazırlanmış iki ədəd ləyənlər, hər birinin dəyəri 60 manat olmaqla 240 manat dəyərində soğan qızardılması üçün nəzərdə tutulan orta həcmli aliminum materialdan hazırlanmış dörd ədəd ləyənlər, 300 manat dəyərində mis materialdan hazırlanmış bir ədəd mecmayi, hər birinin dəyəri 50 manat olmaqla 350 manat dəyərində qapaqları ilə birlikdə 10 litrlik ölçüdə alüminum materialdan hazırlanmış yeddi ədəd qazanlar, hər birinin dəyəri 50 manat olmaqla 200 manat dəyərində qapaqları ilə birli kdə dəmir materialdan hazırlanmış dörd ədəd tava, 1 metr 4 manat olmaqla 200 manat dəyərində mis materialından hazırlanmış izolyasiyalı 50 metr uzunluğunda mis naqil, 1 metr 1 manat olmaqla 70 manat dəyərində 70 metr uzunluğunda izolyasiyasız mis naqil, hər birinin dəyəri 30 manat olmaqla 90 manat dəyərində üç ədəd «perenoska», hər birinin dəyəri 30 manat olmaqla 90 manat dəyərində üç dəst çilingər açarları, hər birinin dəyəri 50 manat olmagla 100 manat dəyərində iki ədəd odun sobaları, 50 manat dəyərində bir ədəd çuqun materialdan hazırlanmış qazla işləyən soba, 40 manat dəyərində bir ədəd dəmir materialdan kustar üsul ilə hazırlanmış qazla işləyən istilik sobasi, 1 metri 1 manat olmaqla 30 manat dəyərində 20 mm-lik ölçüdə 30 metr uzunluğunda hissə-hissə doğranmış dəmir borular, 1 metri 3 manat olmaqla 12 manat dəyərində dörd metr uzunluğunda 75-lik üçkünclü dəmir material, 1 metri 5 manat olmaqla 10 manat dəyərində iki metr uzunluğunda dəmir rels, 100 manat dəyərində bir ədəd “Saratov” Markalı soyuducunun mühərriki, 100 manat dəyərində bir ədəd “Çinar” markalı soyuducunun mühərrikini açıq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 2682 (iki min altı yüz səksən iki) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir.

3. Gəncə Şəhər Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 1(125)-23/2023 saylı hökmü ilə (sədrlik edən O.N.Cəfərli) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 180.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü mad dəsinə əsasən onun 30 mart 2022-ci il tarixdən 01 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəlinin 7 dekabr 2022-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması müəyyən edilmiş, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir..

4. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayəti verərək barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsini və cəzasının yüngülləşdirilməsini xahiş etmişdir.

5. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət koll egiyasının 05 aprel 2023-cü il tarixli, 1(104)-206/2023 nömrəli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-in 180.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə Şəhər Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 1(125)-23/2023 nömrəli hökmünün apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2023-cü il tarixli, 1(104)-206/2023 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri, etirazlar və proses iştirakçılarının çıxışları:

7. Kassasiya şikayətinin dəlilləri qismində məhkumun barəsində olan y üngülləşdirici hallar (zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, dəymiş ziyanın ödənilməsi) sadalayaraq, kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2023-cü il tarixli, 1(104)-206/2023 nömrəli qərarının ləğv edilməsini və barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Qərardan dövlət ittihamçısı kassasiya protesti verməmişdir. Kassasiya icraatı zamanı məhkəmə iclasında dövlət ittihamçısı kassasiya şikayətinin təmin edilməməsini, iş üzrə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvəsində saxlanı lmasını xahiş etdi. III. Hüquqi məsələlər

8. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

9. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”

10. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudları nı isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

11. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsinin hökmü ilə ona cəza təyin edilərkən, həmçinin həmin hökmdən tərəfindən verilmiş apellyasiya şikayəti əsasında apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən (zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, dəymiş ziyanın ödənilməsi) halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının də yişdirilməsi, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

12. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2023-cü il tarixli, 1(104)-206/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

13. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsb it olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

14. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

15. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təy in edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

16. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

17. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

18. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

19. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alı nmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

20. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum özünə münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.

21. Belə ki, Məhkum barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apel lyasiya məhkəməsi razılaşmayıb və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə Gəncə Şəhər Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 1(125)-23/2023 saylı hökmü ilə təyin edilmiş 3 il müddətə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.

22. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan 3 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və əsaslı olmaqla cinayət qanunvericiliyini n tələblərinə uyğun olmuşdur.

23. Göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının yüngülləşdirilməsinə dair apellyasiya şikayətində irəli sürülmüş azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşmayaraq hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.

24. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər hall arı Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci instansiya və apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.

25. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət - prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instan siyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

26. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

27. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2023-cü il tarixli, 1(104)-206/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə məhkum olunmasına dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2023-cü il tarixli, 1(104)-206/2023 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar