Məhkəmə qərarları › İş №1(102)-1958/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1958/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1958/2024 09.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.5-ci maddəsi ilə bəraət verilməsinə, ey ni zamanda Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2024cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Yevlax Rayon Məhkəməsinin (sədrlik edən hakim: X8) 30 oktyabr 2023-cü il tarixli hökmü ilə xx.xx.1968-ci ildə Yevlax rayonunun Xanabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Yevlax rayon Suvarma sistemləri idarəsində mexanik vəzifəsində işləyən, məhkumluğu olmayan, Yevlax rayonu, Xanabad kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.5 -ci maddəsi ilə bəraət verilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülməsi müəyyən edilmişdir. Həmçinin, Yevlax Rayon Məhkəməsinin (sədrlik edən hakim: X8) 30 oktyabr 2023cü il tarixli qərar ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7 3.2-ci maddəsinin tətbiq edilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə) 21 fevral 2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, Yevlax Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 1(039)-51/2023 nömrəli hökmünün baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: İstintaq orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 07:30 dəqiqədə Zərərçəkmiş şəxs onun qızı Gülcan Rəsulovanın adına sosial şəbəkədə saxta istifadəçi profilləri yaradaraq nalayiq ifadələr işlətməsini əsas gətirib Zərərçəkmiş şəxs qisas almaq məqsədilə sonuncunu Yevlax rayonunun Xanabad kəndi ərazisindəki örüş-otlaq sahəsində olmasını əvvəlcədən bilib özünə məxsus “VAZ 2107” markalı, “**-CB-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Yevlax rayonunun Xanabad kəndi ərazisindəki otlaq sahəsində xırdabuynuzlu heyvanlarını otaran Xanabad kənd sakini Zərərçəkmiş şəxs yanına gedərək avtomobildən düşüb Zərərçəkmiş şəxs nə üçün onun qızı Gülcan Rəsulovanın adına sosial şəbəkədə saxta istifadəçi profilləri yaradaraq nalayiq ifadələr işlətməsini deyərək Zərərçəkmiş şəxslə mübahisə edib sonuncunun həyatı və ya sağlamlığı üçün təhl ükəli olan zor tətbiq edib onu adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmək məqsədilə əlindəki istintaqa məlum olmayan ağacla bir neçə dəfə Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı zərbələr vuraraq sonuncuya həyat üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran sol almacıq sümüyünün çatı, sol gözaltı nahiyəsinin qançırı, sol gözün ağlı qişasının yayılmış qansızması, sol çiyin qurşağının qançırı, başın təpə-ənsə nahiyəsinin, sol əlin arxa səthinin sıyrığı, sol tərəf sifətin şişkinliyi və qançırı, boynun sol yan səthinin sıyrığı, sağ və sol qabırğaüstü nahiyəsinin qançırları xəsarətlərini yetirərək yerə yıxıb Zərərçəkmiş şəxs həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə onu n iradəsi əleyhinə zidd olaraq əllərini arxadan bir-birinə təsərrüfat ipi ilə bağlayaraq sonuncunu məcburi formada zorla idarə etdiyi VAZ 2107” markalı, “**-CB-***” dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ oturacağına otuzdurmaqla Zərərçəkmiş şəxs faktiki olaraq azadlığını məhdudlaşdırdıqdan sonra sonuncunun əynində olan şalvarını çıxardaraq özü avtomobilin sükanı arxasına əyləşib avtomobili idarə edib təxminən 15 dəqiqə ərzində Zərərçəkmiş şəxs qanunsuz olaraq azadlıqdan məhrum edib psixi iztirablar verməklə avtomobili Xanabad kəndinin ərazisindəki örüş-otlaq sahəsindən 3 km məsafədə yerləşən həmin kəndin mərkəzində yerləşən ictimai yer hesab edilən çayxananın qarşısına gətirib orada özü avtomobildən düşdükdən sonra Zərərçəkmiş şəxs qolları bağlı halda orada olan insanların gözü qarş ısında avtomobildən düşürdüb öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla təpiklə vurub zor tətbiq etməklə sonuncuya kömək edəcək orada olan çoxsaylı şəxslərin ünvanına ucadan nalayiq ifadələr işlədərək onlara qarşı zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə qəsdən xuliqanlıq edərək zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmaqla qəsdən zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdir. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, Məhkəmə hökmündə təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini bütün sübutların məcmusu ilə müqayisəli təhlil etməyərək əmələ düzgün hüquqi qiymət verməmiş, nəticədə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 145.2.5-ci maddəsi ilə bəraət verməkdə səhvə yol vermişdir. İş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sonuncunun qızını sosial şəbəkədə rüsvay etdiyinə görə məqsədi Zərərçəkmiş şəxs cəzalandırmaq olmuş və bu səbəbdəndə müxtəlif cəza tədbirlərindən istifadə edərək, onu otlaq sahəsində döyüb az ağır xəsarət yetirmiş və bundan kifayətlənməyərək köməksiz vəziyyətdə olan zərərçəkmişin qollarını arxadan iplə bağlayaraq konstututsiyada təsbit olunm uş azadlıq hüququnu məhdudlaşdırmaqla, avtomaşınına mindirib sərbəst hərəkət etməsinə imkan verməyərək 15-dəqiqədən çox müddətdə avtomaşınında saxlamaqla onu qanunsuz olaraq azadlıqdan məhrum etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə verilmiş ittihamdan CM-nin 145.2.5-ci maddəsi ilə bəraət verərkən onun cinayətkar niyyətinin Zərərçəkmiş şəxs azadlıqdan məhrum etmək deyil, məhz qızını sosial şəbəkədə rüsvay etdiyinə görə onu zorakı formada cəzalandırmaq, yəni psixi əzab vermək olması işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, bununla da işin halları məhkəmə tərəfindən təqsirləndirilən şəxsin xeyrinə təhrif olunmuşdur. Həmçinin məhkəmə təqsirləndirilən şəxsə CM-nin 221.1-ci maddəsi ilə cəza təyin edərkən onun törətdiyi cinayətin ictimai təhlükəliliyini və xarakterini, həmçnin sonun cunun şəxsiyyətini nəzərə almadan maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Qeyd olunun cəzanı təyin edərkən məhkəmə təqsirləndirilən şəxslə zərəçəkmiş şəxsin barışmalarına baxmayaraq aralarında olan qisasçılıq ədəvətinin uzun müddət ərzində davam etməsini nəzərə almamışdır. Kassasiya protestində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1, 221.1 və 145.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yenidən apellyasiya instansiyası məhkəməsində baxışa təyin edilməsi xahiş edilmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır” Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegi yası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya protestində əsassız olaraq Təqsirləndirilən şəxs CM-in 145.2.5-ci maddəsi ilə baəraət verilməsi, həmçinin əsassız olaraq CM-in 221.1-ci maddəsi ilə barəsində yüngül cəza təyin edilməsi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar qismində Azərbaycan Respublikası CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2024-cü il tarixli qərarının qanunili yini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmə hökmü qanuni və əsaslı olmalıdır. CPM-in 349.4-cü maddəsinə əsasən “məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir”. CPM-in 349.5-ci maddəsinə görə isə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: “349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə”. Lakin, sübutlar da elə tədqiq olunmalı və qiymətləndirilməlidir ki, onların üzərində qurulan mülahizələrin düzgünlüyünə şübhə yaranmasın. Əgər məhkəmə sübutların araşdırılması və qiymətləndirilməsi zamanı Azərbaycan Respublikası CPM-in sübutlar və sübutetməyə dair normalarının, o cümlədən 143-146-cı maddələrinin tələblərinə əməl etməyibsə və yaxud cinayət-prosessual qanunun 353.3.3-cü maddəsinin tələb etdiyi kimi məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların onun tərəfindən rədd edilm əsinin motivləri göstərilməklə təqsirləndirilən şəxsə bəraət verilməsi əsasları inandırıcı şəkildə izah etməyibsə, bu cür qiymətləndirməyə əsaslanan nəticələr də mötəbər sayıla və qəbul edilə bilməz. "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandır ılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayətprosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarı n qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Məhkəmə kollegiyası yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarının tələbləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhl ər nəzərə alınmaqla hazırki işin materiallarını dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə təhlil edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırki işdə cinayət təqibi orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 145.2.5-ci maddəsi ilə ittiham irəli sürülmüş, birinci instansiya məhkəməsi tərəfindən ona elan edilmiş ittihamda əməlində cinayət tərkibi olmadığı üçün bəraət verilmiş, bu nəticə ilə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. İş üzrə müəyyən olunmuş hallardan görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxararkən mövqeyini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə mübahisə edib sonuncunun həyatı və ya sağlamlığı üçün təhlükəli olan z or tətbiq edib onu adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmək məqsədilə Zərərçəkmiş şəxs həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə onun iradəsi əleyhinə zidd olaraq əllərini arxadan bir-birinə təsərrüfat ipi ilə bağlayaraq sonuncunu məcburi formada zorla idarə etdiyi “VAZ 2107” markalı, “**-CB-***” dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ oturacağına otuzdurmaqla Zərərçəkmiş şəxs faktiki olaraq azadlığını məhdudlaşdırdıqdan sonra sonuncunun əynində olan şalvarını çıxardaraq özü avtomobilin sükanı arxasına əyləşib avtomobili idarə edib təxminən 15 dəqiqə ərzində Zərərçəkmiş şəxs qanunsuz olaraq azadlıqdan məhrum edib psixi iztirablar verməklə avtomobili Xanabad kəndinin ərazisindəki örüş-otlaq sahəsindən 3 km məsafədə yerləşən həmin kəndin mərkə zində yerləşən ictimai yer hesab edilən çayxananın qarşısına gətirib orada özü avtomobildən düşdükdən sonra Zərərçəkmiş şəxs qolları bağlı halda orada olan insanların gözü qarşısında avtomobildən düşürdüb adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdir. Yəni, Təqsirləndirilən şəxs irəli sürülmüş qanunsuz azadlıqdan məhrum etmə ilə bağlı ittihamdan göründüyü kimi o, Zərərçəkmiş şəxs olduğu yerdə öz arzusuna zidd olaraq saxlamamış, həmçinin sonuncunu məcburi qaydada arzu etmədiyi yerə salmamışdır. Yəni, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi zorla bir yerdən götürərək başqa yerə aparması onun əməlində qanunsuz azadlıqdan məhrum etmə cinayətinin tərkibinin olmasını istisna edir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq bel ə nəticəyə gəlmişdir ki, cinayət işində təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi azadlıqdan məhrum etmə barədə niyyətinin olması öz təsdiqini tapmamaqla yanaşı, ümumiyyətlə inkar olunur. Belə ki, istintaq orqanı özü qeyd edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxs avtomobilinə əyləşdirdikdən sonra 15 dəqiqə ərzində yol qət etmişdir. Kolegiya təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi avtomobilin yük yerinə deyil, arxa oturacağına deyil məhz hamının görə biləcəyi ön oturacağa oturtmasını onun zərərçəkmiş şəxsi qanunsuz azadlıqdan məhrum etmə ilə bağlı niyyətinin olmadığı qənaətinə gəlir və birinci instansiya məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab edir. Lakin, qeyd olunan halların müəyyən olunmuş sayılmasına dair məhkəmələrin qənaətini cinayət işinin materialları ilə müqayisə et didkə, aydın olur ki, bu qənaət baxılmış sübutlarla uzlaşmır. İş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sonuncunun qızını sosial şəbəkədə rüsvay etdiyinə görə məqsədi Zərərçəkmiş şəxs cəzalandırmaq olmuş və bu səbəbdəndə müxtəlif cəza tədbirlərindən istifadə edərək, onu otlaq sahəsində döyüb az ağır xəsarət yetirmiş və bundan kifayətlənməyərək köməksiz vəziyyətdə olan zərərçəkmişin qollarını arxadan iplə bağlayaraq konstitutsiyada təsbit olunmuş azadlıq hüququnu məhdudlaşdırmaqla, avtomaşınına mindirib sərbəst hərəkət etməsinə imkan verməyərək 15 dəqiqədən çox müddətdə avtomaşınında saxlamışdır. Məhkəmələr təqsirləndirilən şəxsə verilmiş ittihamdan CM-nin 145.2.5-ci maddəsi ilə bəraət verərkən onun cinayətkar niyyətinin Zərərçəkmiş şəxs azadlıqdan məhrum etmək deyil, məhz qızını sosial şəbəkədə rüsvay etdiyinə görə onu zorakı formada cəzalandırmaq, yəni psixi əzab vermək olması qənaətinə gəlmişdir. Həmçinin, cinayət işi materialları ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs ifadəsindən göründüyü kimi, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs oğlu Müslüm Müslümovla onun qoyunları otardığı əraziyə gələrək onun qarın nahiyəsinə dəfələrlə təpik zərbəsi vurduqda, o zərbələrin təsirindən yerə yıxılmışdır. Təqsirləndirilən şəxs onun yerdə yıxılmış vəziyyətdə olmağına baxmayaraq ona qarşı zorakı hərəkətlərinə davam edib bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmağa davam etmişlər, Təqsirləndirilən şəxs onun əlində açıq vəziyyətdə olan özünə məxsus “Redmi note 10S” markalı telefonu zorla alaraq cibinə qoymuş, bundan sonra, sonuncunun yanında olan oğlu Müslüm Müslümov onun boyun və boğaz nahiyəsindən tutaraq boğmağa başlamışdır. Həmin hərəkətin təsirindən o nəfəs almaqda çətinlik çəkmiş, gözlərinin qaralmağa başladığım hiss etmişdir. Həmçinin zərbələrin təsirindən onun burun nahiyəsindən qan axmağa başlamışdır. Daha sonra Təqsirləndirilən şəxs oğlu Müslüm Müslümova maşında olan ipləri gətirməyi tapşırdıqda, Müslüm Müslümov maşından həmin ipləri gətirmiş və hər ikisi birlikdə onun əllərini arxadan bir-birinə doğru sabitləyib iplə bağlamışlar. Təqsirləndirilən şəxs əlləri bağlı vəziyyətdə yerdə uzanıqlı olan zaman ayağını onun başına qoyaraq aşağı doğru sıxmış, bu zaman Müslüm Müslümov onun üz və baş nahiyələrinə yumruq və təpik zərbələri vurmağa davam etmişdir. Bundan sonra Müslüm Müslümov və Təqsirləndirilən şəxs onun ayaqları və qollarından tutaraq maşına aparmış, onu ön oturacaqda oturtduqdan sonra Təqsirləndirilən şəxs onun əynində olan sport geyim şalvarını çıxarmışdır. X7 maşının sürücü oturacağında, atası Təqsirləndirilən şəxs isə onun arxa tərəfində əyləşmişdir. Maşın hərəkətə başlayaraq bilmədiyi istiqamətdə getmiş, onu maşında otuzduran zaman Təqsirləndirilən şəxs onun boyun nahiyəsindən tutaraq başını yuxarı vəziyyətdə saxlayıb bir neçə dəfə boyun və boğaz nahiyələrinə vurmuşdur, həmin vaxt Təqsirləndirilən şəxs onu vuraraq qızının barəsində olan rüsvayedici şəkilləri paylaşdığını boynuna almağını demişdir. O isə bu hərəkəti etmədiyini dedikdə, yenidən onun boyun və boğaz nahiyələrinə vurmağa davam etmişdir. Cinayət işi materiallarında möcud olan, mümkünlüyü və mötəbrəliyi məhkəmələr tərəfindən təkzib edilməyən qeyd edilən sübutlara münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.5-ci maddəsində zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. CM-in 145-ci maddəsində nəzərdə tutulan cinayətin əsas obyektini hər kəsin Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunan azadlıq hüququ təşkil edir. Əlavə obyekt qismində şəxsin həyat və sağlamlığının təhlükəsizliyi ilə bağlı ictimai münasibətlər çıxış edir. Qanunsuz azadlıqdan məhrum etmə cinayəti obyektiv cəhətdən insanı sərbəst hərəkət etmək, özünə yaşayış yeri seçmək, Azərbaycan Respublikasının ərazisindən kənara getmək azadlığından qanunsuz olaraq məhrum et mədə ifadə olunur. Şəxsin azadlıq hüququnun məhdudlaşdırılması qanuna müvafiq surətdə tutulma, həbsəalma və digər cinayət-prosessual məcburiyyət tədbirləri və ya azadlıqdan məhrum etmə kimi qiymətləndirilir. Qanunsuz azadlıqdan məhrum etmənin üsulları müxtəlif ola bilər: fiziki zor tətbiq etmə və ya belə zor tətbiq etməklə hədələmə, aldatma, etibardan sui-istifadə etmə və s. Fiziki zor tətbiq etməklə hədələmə zərərçəkmiş şəxsin iradəsini qırmaq üçün həm onun özünə, həm də yaxın qohumlarına tətbiq oluna bilər. Qanunsuz azadlıqdan məhrum etmə cinayəti üzrə zərərçəkmiş şəxs bir halda olduğu evdə, mənzildə, bağ evində, nəqliyyat vasitəsində və s. öz arzusuna zidd olaraq saxlanılır, digər halda isə məcburi qaydada arzu etmədiyi yerə salınır. Qeyd edilən müddəaların cinayət işi materiallarında olan sübutlarla əlaqəli təhlili onu göstərir ki, məhkəmələr tərəfindən Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs zor tətbiq edilməsi və bunun nəticəsində onun müqavimətini qıraraq, iradəsinə zidd olaraq əllərini arxadan bağlayaraq qanunsuz azadlıqdan məhrum etməsinə düzgün qiymət verilməmişdir. Bundan əlavə kollegiya, kassasiya protestinin dəlilləri qismində qeyd edilən məhkum barəsində CM-in 221.1-ci maddəsi ilə həddindən artıq yüngül cəza təyin edilməsi ilə razılaşaraq qeyd edir ki, məhkum barəsində cəza təyin edilərkən onun törətdiyi cinayətin ictimai təhlükəliliyi və xarakteri, həmçnin sonuncunun şəxsiyyəti nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əssən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymə tləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. CPM-in 146.1-ci maddəsinə görə “cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin”. İstər birinci instansiya, istərsə də apelyasiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsi prosesində iş üzrə tədqiq edilən sübutların qiymətləndirilməsi istiqamətində fəaliyyətindən görünür ki, ittiham tərəfinin mövqeyi üzrə sübutlar bir tərəfli olaraq inkar edilir, əksinə müdafiə tərfinin mövqeyi üzrə sübutlar işin obyektiv gerçəklirənin müəyyən edilməsində əsas götürülür. Başqa sözlə, işə baxan məhkəmələr tərfindən sübutların əlaqəli-müqayisəli şəkildə tərəfsiz, obyektiv, qanunauyğun tədqiqi zamanı ciddi prosessual pozuntulara yol verilmişdir. Qeyd olunanlar məhkəmələr tərəfindən məhkəmə qərarının kasasiya qaydasında ləğv edilməsini və apellyasiya məhkəməsində məhkəmə baxışının təkrarən keçirilməsini tələb edən Cinayət-Prosessual Məcəllənin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verildiyini, dövlət ittihamçısının kassasiya protestinin şərh olunan məsələlər üzrə dəlillərinin əsaslı olduğunu göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının, habelə kassasiya protestinin təmin edilməməsinə dair məhkumun çıxışlarını dinləyib, şərh edilən əsaslara gö rə hesab edir ki, kassasiya protesti təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan 21 fevral 2024-cü il tarixli qərarı ləğv olunmalı, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.5-ci maddəsi ilə bəraət verilməsinə, eyni zamanda Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2024cü il tarixli qərarı Dövlət ittihamçısı3 tərə findən verilmiş kassasiya protestinə münasibətdə ləğv edilsin, cinayət işi baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin. Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar