Məhkəmə qərarları › İş №1(102)-1958/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1958/2025

17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1958/2025 17.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4. 1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 yanvar 2025-ci il tarixli, 1(103)-190/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum, qardaşı X4 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halın da külli miqdarda narkotik vasitələrin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, qabaqcadan əlbir olduğu qardaşı X4 və şəxsiyyətləri istintaqa məlum olmayan qrupun digər üzvləri ilə birlikdə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədilə əldə etdiyi külli miqdarda narkotik vasitələri, yəni ümumi xalis çəkisi 15380 qram olan tiryəki və ümumi xalis çəkisi 36040 qram olan həşiş qətranını qanunsuz daşıyaraq, qardaşı İlqar Məmmədov ilə birgə yaşadığı ünvan 2 ünvanındakı evə gətirmiş və birlikdə qanunsuz saxlanılmasını təşkil etmiş, onun tapşırığına əsasən 06 may 2010-cu il tarixdə, saat 22 radələrində qardaşı İlqar Məm mədov həmin külli miqdarda narkotik vasitələri kənardan şübhə yaratmaması üçün müxtəlif qab-qacaqla birlikdə iki ədəd qutuya qablaşdırmış, yaşadığı ünvandan götürərək taksi fəaliyyəti ilə məşğul olan tanışı X3 idarə etdiyi “KİA RİO” markalı AZ **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub qanunsuz daşımaqla, cinayətdən xəbəri olmayan digər tanışı Şahid1 məxsus olan Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 35 ünvanında yerləşən qaraja gətirməklə orada qanunsuz saxlamış, sonuncu cinayət əməlinin törədilməsindən şübhələnən Şahid1 19 may 2010-cu il tarixli müraciəti əsasında keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həmin qaraja baxış keçirilmiş və qeyd olunan qutuların içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edilib daşınaraq saxlanılmış külli miqdarda narkotik vasitələr hesab edilən ümumi xalis çəkisi 15380 qram olan tiryək və ümumi xalis çəkisi 36040 qram olan həşiş qətranı aşkar edilərək götürülmüşdür. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X6 (sədrlik edən), X9 və X2 ibarət məhkəmə tərkibində) 9 oktyabr 2024-cü il tarixli, 1(101)-1645/2024 nömrəli hökmü ilə Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və barəsində 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və ibtidai həbs (tutulma) müddətinin cəzaçəkçə müddətinə daxil edilmək lə onun cəza çəkmə müddətinin başlanğıcının xx.xx.2024-cü il tarixdən hesablanması, Məhkum barədə seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Məhkum ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserində (kabinetdə) profilaktik qeydiyyata alınması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

4. Hökmdən narazı qalan məhkum olunmuş şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-1645/2024 saylı hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxsə bəraət verilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X10 və X5 ibarət məhkəmə tərkibində) 9 yanvar 2025-ci il tarixli, 1(103)190/2025 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-1645/2024 saylı hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Hazırda, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 yanvar 2025-ci il tarixli, 1(103)-190/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri apellyasiya müraciətinin məzmunu ilə eynilik təşkil etməklə, cinayət işinin fakti ki hallarına, məhkumun, şahidlərin ifadələrinə və bir sıra qanunvericilik normalarına istinadlar edərək qeyd edilmişdir ki, 2010-cu ildə baş vermiş hadisədə iştirak etmiş bütün şəxslər, təqsirləndirilən şəxs Məhkum işlə heç bir əlaqəsinin olmamasını, qeyd olunan narkotik vasitələrdən ümumən xəbərinin olmamasını qeyd etmişdir. Lakin apellyasiya məhkəməsi iş üzrə əsas mötəbər sübutlardan sayılan şahid ifadələrinə ümumən hüquqi qiymət verməmişdir. Lakin, Bakı Apellyasiya məhkəməsi öz qərarını şəxlərin 2010-cu il tarixində verdiyi və daha sonra təkzib etdiyi ifadələrə istinad etmişdir.

8. Müdafiəçi qeyd etdiklərinə əsasən məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin 1(103)-190/2025 saylı xx.xx.2025-ci il tarixli qərarının dəyişdirilərək təqsirləndirilən şəxsin barəsində elan olunmuş ittihamın CM-i n 234.4.1 və 234.4.3-cü maddələrindən CM-in 234.1.1-ci maddəsinə tövsif olunmasını və təqsirləndirlən şəxsə həmin maddə üzrə bəraətverici əsaslarla bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

10. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CPM-in və y a CPM-in) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyy ən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Məhkum müdafiəçisi kassasiya şikayətində onun əməlinin hüquqi tövsifini və məhkumun əməlində cinayət tərkibinin olmamasını mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kas sasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.

17. Bununla belə, kollegiya müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 yanvar 2025-ci il tarixli, 1(103)-190/2025 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

19. Məhkəmə kollegiyası Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilindiyi əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

20. Belə ki, Məhkum əməlinin tövsifinin dəyişdirilərək barəsində bəraət hökmünün çıxarılmasının mübahisələndirilməsi üzrə onun müdafiəçisi tərəfindən irəli sürülmüş dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə rədd olunması haqqında nəticəyə gəlmişdir.

21. Kollegiya qeyd edir ki, Məhkum kassasiya şikayətində göstərdiyi dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya şikayə tinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq tədqiq edilmiş və bu tədqiqatın nəticəsi olaraq ağlabatan hesab edilməmişdir. Bundan əlavə, məhkum tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olması ittihamı qəbul edilməsə də, apellyasiya məhkəməsi tərəfindən cinayət işi materiallarında olan sübutlar, yəni təqsirləndirilən şəxsin ifadələri, şahid ifadələri, ekspert rəyi, müvafiq protokollar, maddi sübutlar və digər sübutlar tədqiq edilərək, iş üzrə əhəmiyyətli olan həmin sübutlarla qeyd edilən dəlil təkzib edilmişdir.

22. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Res publikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cinayət əməlinin hüquqi tövsifi və əməlində cinayət tərkibinin olması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

23. Kassasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi istintaqı və apellyasiya məhkəməsi baxışında hər bir sübut məhkəmə prosesində tədqiq edilmiş, qiymətləndirilmiş və qəbul edilmiş qərarlar məhz həmin sübutlara əsaslanmışdır. İş üzrə əhəmiyyət kəsb edən və ittihamın əsasını təşkil edən sübutların məhkəmə prosesslərində tədqiqi Azərbaycan Respublikası CPM-in tələblə rinə uyğun aparılmışdır.

24. Məhkum müdafiəçisi kassasiya şikayətinin dəlilləri qismində əməli tövsif edilərək, həmin maddə ilə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etsə də, aşağı instansiya məhkəmələri tərəfindən nəzərə alınmadığı iddia edilən konkret hər hansı bir hal irəli sürülməmişdir.

25. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qəra r qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə törətdiyi cinayət əməlinin tövsifinə və əməlində cinayət tərkibinin əlamətlərinin mövcudluğuna dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

27. Odur ki, məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassas iya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2025-ci il tarixli, 1(103)-190/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 yanvar 2025-ci il tarixli, 1(103)-190/2025 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar