Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1959/2022 07.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-112/2022 saylı, 05 mart 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim İradə Həsənzadə, hakimlər Azər Paşayev və Əhməd Quliyev) 00anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, fərdi əməklə məşğul olmuş, 00 qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikasının Cinayət Məc əlləsinin 240.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3.-cü maddəsinə əsasən Məhkum təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Hökmdən dövlət ittihamçısı Musayev Fuad Möhübbət oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Murquzov İlqar Mustafa oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) 08 iyul 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2022-ci il tarixli hökmü dəyişdirilmədən sax lanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2022-ci il tarixli hökmünə əsasən, Məhkum 2021-ci il fevralın 02-də Bakı şəhəri, Nizami rayonu ərazisində İran İslam Respublikasının vətəndaşı olan Maqa adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda bir ədəd sellofan torbada ümumi təmiz çəkisi 6,056 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi təmiz çəkisi 44,512 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,28 qram, üzərində «Methadone 40» yazısı olan konvalyutdak ı üzərində «F/M 40» yazısı həkk olunan yeddi ədəd qəhvəyi rəngli həb metadon tərkibli dərman preparatı, habelə tərkibində təsiredici maddəsi tramadol hidroxloridin ümumi miqdarı 2 qram, üzərində «Tremomed SR 200 mq» yazısı olan konvalyutdakı 10 ədəd ağ rəngli həb güclü təsir edən maddə olan tramadol hidroxlorid tərkibli dərman preparatı əldə etməklə daşımış, 2021-ci il fevralın 05də saat 19:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında saxlanıb Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gətirildikdə orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli idman gödəkcəsinin sol iç cibindəki bir ədəd sellofan torbanın içindən 14 ədəd polietilen bükümdə ayrı-a yrılıqda təmiz çəkiləri 0,352 qram, 0,427 qram, 0,395 qram, 0,490 qram, 0,462 qram, 0,407 qram, 0,415 qram, 0,496 qram, 0,426 qram, 0,348 qram, 0,447 qram, 0,405 qram, 0,433 qram və 0,553 qram olmaqla ümumi təmiz çəkisi 6,056 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 31 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,413 qram, 0,435 qram, 0,437 qram, 0,430 qram, 0,458 qram, 0,428 qram, 0,425 qram, 0,436 qram, 0,966 qram, 0,432 qram, 0,426 qram, 0,421 qram, 0,426 qram, 0,956 qram, 0,424 qram, 0,438 qram, 0,452 qram, 0,428 qram, 0,434 qram, 0,473 qram, 1,091 qram, 1,085 qram, 1,083 qram, 0,119 qram, 0,126 qram, 0,141 qram, 0,139 qram, 0,123 qram, 0,136 qram, 0,230 qram və 30,501 qram olmaqla ümumi təmiz çəkisi 44,512 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, tərk ibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,28 qram, üzərində «Methadone 40» yazısı olan konvalyutdakı üzərində «F/M 40» yazısı həkk olunan yeddi ədəd qəhvəyi rəngli həb metadon tərkibli dərman preparatı, tərkibində təsiredici maddəsi tramadol hidroxloridin ümumi miqdarı 2 qram, üzərində «Tremomed SR 200 mq» yazısı olan konvalyutdakı 10 ədəd ağ rəngli həb güclü təsir edən maddə olan tramadol hidroxlorid tərkibli dərman preparatı və bir ədəd üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi aşkar edilib götürülmüşdür KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkum edilmiş şəxsə istinad olunan cinayət əməllərinin törədilmə hallarına əsasə n müəyyən olunur ki, Məhkum müxtəlif çeşiddə və bükümlərdə olan narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələr olan 14 ədəd bükümdə heroin, 31 ədəd bükümdə metamfetamin, 10 ədəd güclü təsir edən maddə olan tramadol həbləri, 7 ədəd qəhvəyi rəngli həb metadon, üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzini İran İslam Respublikası vətəndaşı vasitəsi ilə satış məqsədi ilə əldə etmişdir. Cinayətin məqsədi və motivi isə külli miqdarda narkotik vasitə heroin, eləcə də güclü təsiredici maddə olan dərman preparatlarını satış məqsədi ilə qanunsuz olaraq tamah niyyəti ilə əldə edilməsindən, saxlanmasından, daşınmasından ibarətdir. Bu hallar isə (cinayətin məqsədi və motivi, əməlin törədilmə halları) Məhkum əməllərinin daha da ictimai t əhlükəli olmasına dəlalət edir ki, bu da heç cür “məsuliyyəti yüngülləşdirə bilən hal” kimi qəbul edilə bilməz. Lakin, məhkəmələr Məhkum ilk məhkumluğunu, qeydiyyatda olduğu yer üzrə barəsində heç bir şikayət daxil olmamasını əsassız olaraq cəzanı yüngülləşdirən halar kimi nəzərə alıb, başqa hər hansı əsaslandırma və müzakirə aparmadan cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranması ilə nəticələnən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinin təmin edilməsini şübhə altına almışdır. Göründüyü kimi cinayət işi üzrə təqsirləndirilən şəxs Məhkum ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vuran müxtəlif çeşiddə və büküm lərdə olan narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələr olan 14 ədəd bükümdə heroin, 31 ədəd bükümdə metamfetamin, 10 ədəd güclü təsir edən maddə olan tramadol həbləri, 7 ədəd qəhvəyi rəngli həb metadon üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzini İran İslam Respublikası vətəndaşı vasitəsi ilə satış məqsədi ilə əldə etməklə törətdiyi əməlin obyekti əhalinin sağlamlığının təhlükəsizliyi sahəsində olan ictimai münasibətlərə qəsd edən ağır və az ağır cinayətlər kateqoriyasına aid olmuş, birbaşa qəsdlə, əvvəlcədən planlaşdırılmaqla törətmiş, törətdiyi cinayət əməllərinə görə özünü təqsirli bilməməklə islah yolunda olmasını şübhə altına almışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum barəsində Bakı Apellyasiya Məhkəmə sinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarını ləğv etməklə, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək kassasiya protestində qeyd olunan xüsusatları bir daha vurğulayaraq protestin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə c inayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkə mələr tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməs inin qərarından görünür ki, Məhkum verilmiş külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz əldə etmə, saxlama, daşıma, göndərmə ilə bağlı ittiham isə birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunveri ciliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsir karın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə tə sir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (qeydiyyatda olduğu yer üzrə barəsində heç bir şikayət daxil olmamasını, ilk məhkumluğu), cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Ümumiyyətlə, cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və cinayət tərkibin dən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsin ə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəz asını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının məhkuma cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artı q yüngül olması haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Cinayət qanunvericiliyin imperativ tələbinə əsasən müəyyən olunur ki, məhkəmələr cəza təyini zamanı maddənin sanksiyasında alternativ cəzalar (növ, müddət, məbləğ baxımından) olduğu halda, niyə məhz daha ağırını tətbiq etməli olmasını əsaslandırmalıdır. Qeyd edilən tələb həmçinin cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməməsi (CM-62), şərti məhkum etmə (CM-70) institutunun tətbiq edilmədiyi hallara da aid edilmişdir. Lakin müəyyən olunur ki, qərarda (və ya hökmdə) cəza təyini institutlarına istinad olunarkən formalaşmış səhf yanaşmalar nəticəsində məhkəmələr yalnız yüngül cəza təyin etdikdə niyə məhz yüngül cəza təyin etməsini əsaslandırmağa çalışır, belə əsaslandırma dövlət ittihamçısı tərəfindən qənaətbəxş olmadıqda həmin qərardan (və ya hökmdən) protest verilir. Bunun əksinə olaraq əksər hallarda cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddində cəza təyin edilirkən qeyd edilən normanın tələblərinə zidd olaraq heç bir əsaslandırılma aparılmır. Halbuki bunun əksinə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsində cinayətə görə nəzərdə tutulmuş az ciddi cəza növü və ya həddində cəza təyin edilərkən əsaslandırılma aparılmasını tələb edən hər hansı bir norma yoxdur. Ali Məhkəmənin Pl enumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş azadlıqdan məhrumetmə cəzası müddətində nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır – azadlıqdan məhrumetmə cəzasının müddətini artırılması nəticəsində nail olunacağını dövlət ittihamçısı kassasiya protestində əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı kassasiya protestində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəll əsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır – azadlıqdan məhrumetmə cəzası təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Halbuki CPM-nin 416.1.21-ci maddəsində aydın göstərilmişdir ki, “məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir”. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcu d deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2022-c i il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1959/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1959/2022
07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver