Məhkəmə qərarları › İş №1(102)-196/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-196/2019

29.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-196/2019 29.01.2019 ALİ MƏHKƏMƏ İş № 1(102) 196/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 29 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 iştirakı ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 16 may 2018-ci il tarixli hökmü ilə Məhkum Azər baycan Respublikası CM-nin 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 16 may 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Həsənov Rəşad Məhəmməd oğlu) xx xxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli məhkum olunmuş, cəzasını çəkib qurtarmış və məhkumluğu ödənilməmiş, ünvan 1-də qeydiyyatda olan və yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 04 (dörd) il 06 (al tı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Murquzov ilqar Mustafa oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Qail Fazil oğlu və X4 ibarət tərkibdə) 31 avqust 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum yaşayış sahəsinə qanunsuz girməklə və insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə, özgənin əmlakını açıq talamaq la soyğunçuluq etmişdir. Belə ki, Məhkum 23 fevral 2018-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bakavtomat zavodu yolunda yerləşən X2 məxsus evə özgənin əmlakını açıq talama məqsədi ilə qanunsuz daxil olmaqla, sonuncunun 2009-cu il təvəllüdlü nəvəsi X5 həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə əlini telefon adaptorunun naqili və ağzını şərf ilə bağlayaraq anası X1 məxsus 01 ədəd 170 manat dəyərində «Alcatel» markalı mobil telefonu açıq talayıb ələ keçirməklə oradan uzaqlaşaraq zərərçəkmiş şəxs sonuncuya ümumilikdə 170 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində göstərmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ədalətli olmamışdır. Qeyd olunanlara əsasən kassasi ya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum kassasiya şikayətində barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, Məhkəmələr tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv tədqiq edilmiş, mötəbər və y ekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edərək Məhkum cinayət əməlini Azərbaycan Respublikası CM-nin 180.2.3 və 180.2.4-maddələri ilə düzgün tövsif etmişdir. Məhkəmələrin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Cinayət işinin materiallarından görünür ki, Məhkum Bakı şəhəri Xəzər rayon məhkəməsinin 09 oktyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 22.02.2017-ci il tarixli qərarı ilə cəzası 03 ilə endirilmiş, 05.07.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırkı cinayət əməlini isə Məhkum 23 fevral 2018-ci il tarixində törətmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü m addəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkum əvvəllər az ağır cinayət hesab olunan təkrarən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq cinayətini törətdiyinə görə məhkum edilmiş, həmin hökm üzrə məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. A zərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1və 65-ci maddələrinin şərh edilməsinə” dair 18 mart 2013-cü il tarixli qərarında göstərilir ki, əvvəlki cinayətə görə cəzanı çəkmiş, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin yenidən cinayət törətməsi onu göstərir ki, şəxs barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, şəxs təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır. Buna görə də, ilk dəfə məhkum olunmuş şəxslərə nisbətən residiv hesab olunan cinayətləri törətmiş şəxslər daha təhlükəli hesab edilirlər. Qanunun mənasına əsasən, birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq Məhkum cəza təyini zamanı CM-nin 65.2-ci maddəsinin qaydaları tətbiq edilmişdir. Məhkumun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 180.2.3 və 180.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddi 07 (yeddi) il müəyyən edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsi Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasının yarısından az olmayan, yəni 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göstərilən maddi hüquq normalarının mənasına görə cəza təyini zamanı təkcə cəzanı yüngülləşdirən hallar deyil, həmin hallarla yanaşı törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti də nəzərə alınmalıdır. Məhkəmələr Azərbaycan Respublikası CM-nin 8, 41, 58 və 61-ci maddələrinin tələblərinə əməl etməklə məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, on un şəxsiyyətini, düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2018ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2018 -ci il tarixli qərarı dəyişdirilmədən saxlansın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar