Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-196/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Günay Hüseynxan qızı Məmmədlinin, məhkumun müdafiəçisi-vəkil İbadov Zaur Fəzail oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəmə sinin xx xxxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş x1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2018-ci il tarixli qərarından məhkum x1 tərəfindən verilmiş kassasiya şikayətinə və müdafiəçisi-vəkil İbadov Zaur Fəzail oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli hökmü ilə (hakimlər: R.V.Salmanov (sədrlik edən və məruzəçi), M.A.Bayramov və A.K.Orucovdan ibarət tərkibdə) x1- xx xxxx 1978-ci il tarixdə ünvan 1 anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 qeydiyyatda olan Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəza CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 7 (yeddi) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətin azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, o, qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəli xx xxxxxx 2016-cı il tarixdən müəyyən edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən x1 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, x2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını t əkrarən ələ keçirib, zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Belə ki, o, təkrarən dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda - 63.328 manat məbləğində nağd pulunu ələ keçirmə məqsədilə tanışı x2 və qeyrisi ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, bu məqsədlə x2 tanışı x3 özünü vəzifəli şəxsin köməkçisi kimi təqdim edib sonuncunun inşa etməli olduğu binaya görə yaranmış vergi borcunu həll edəcəyini yalandan vəd verib aldatmış, aralarında olan cinayətkar sövdələşməyə əsasən qrupun digər üzvü x1 2015-ci ilin mart ayının təxminən sonlarında tanışları - x4 və x5 vasitəçiliyi ilə ünvan 1 ünvanda x3 7.000 manat nağd pulunu, 2015-ci ilin aprel ayının təxminən əvvəllərində x1 yuxarıda qeyd olunan ünvanda x4 və x5 vasitəçiliyi ilə x3 5.000 manat nağd pulunu, 2015-ci ilin aprel ayının təxminən ortalarında isə qrupun digər üzvü x2 ünvan 2 ünvanda yerləşən Azərbaycan Respublikası Vergilər Nazirliyinin inzibati binasını qarşısında x3 49.000 manat və həmin dövrün məzənnəsi ilə 2.328 manat təşkil edən 2.000 avro pulunu vahid qəsdlə əhatə olunmaqla ümumilikdə külli miqdarda - 63.328 manat nağd pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib, qrup üzvləri arasında bölməklə zərərçəkmiş şəxs x3 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda - 60.000 manat məbləğində nağd pulunu ələ keçirmə məqsədilə tanışı x2 və qeyrisi ilə əvvəlcədən ra zılaşıb cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, bu məqsədlə x2 tanışı x6 özünü yüksək vəzifəli şəxsin köməkçisi kimi təqdim edib sonuncunun inşa etdiyi binaya görə yaranmış vergi borcunu həll edəcəyini yalandan vəd verib aldatmış, aralarında olan cinayətkar sövdələşməyə əsasən qrupun digər üzvü - x1 2015-ci ilin may ayının təxminən əvvəllərində x4 və x5 vasitəçiliyi ilə Bakı şəhəri, Xətai rayonunun inzibati ərazisində yerləşən ünvan 2 x6 15.000 manat nağd pulunu, 2015-ci ilin may ayının təxminən 25-də ünvan 3 ünvanda yerləşən Bakı Vergilər Dapartamentinin inzibati binasını qarşısında 45.000 manat nağd pulunu vahid qəsdlə əhatə olunan, ümumilikdə külli miqdarda - 60.000 manat nağd pulunu etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirib qrup üzvləri arasında bölməklə zərərçəkmiş şəxs x6 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən dələduzluq, yəni etibardan sui-istifadə və aldatma yolu ilə özgənin 2.000 manat dəyərində əmlakını ələ keçirmə barədə tanışı x2 və qeyrisi ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən x2 özünü “Azinport” tikinti şirkətinin rəhbərinin şəxsi cangüdəni kimi x7 təqdim edib etibarını qazanaraq sonuncunun oğlu x8 işlədiyi Azərbaycan Respublikası Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin baş hüquqşünası vəzifəsinə yenidən bərpa etdirəcəyini yalandan vəd verib aldatmış, 2015-ci ilin iyun ayının təxminən əvvəllərində x7 ünvan 3 yaxınlığında dəyəri 2.000 manat təşkil edən bir ədəd 583 əyarlı, 42 qram qızıl kişi q ol saatını etibardan sui-istifadə və aldatma yolu ilə alıb ələ keçirib dəyərindən ucuz qiymətə, yəni 1.000 manata satıb qrup üzvləri arasında bölməklə zərərçəkmiş şəxs x7 ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən, dələduzluq, yəni etibardan sui-istifadə və aldatma yolu ilə özgənin külli miqdarda - 14.800 manat dəyərində əmlakını ələ keçirmə barədə tanışı x2 və qeyrisi ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən x2 özünü “Azinport” tikinti şirkətinin rəhbərinin şəxsi cangüdəni kimi x9 təqdim edib həmin şirkətin rəhbərinin arvadına doğum gününə bəxş edəcəyi hədiyyənin pulunu sonradan verəcəyini yalandan vəd verib aldatmış, 2015-ci ilin iyun ayının təxminən sonlarında tanışı x9 ünvan 5 ünvanda yerləşən qızıl dükanında dəyəri 14.800 manat təşkil edən killi miqdarda - 57,2 qram çəkidə 01 ədəd qızıl qadın qolbağını, 01 ədəd brilyant qaşlı qızıl üzük və 01 cüt brilyant qaşlı qızıl sırğadan ibarət komplekti etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib dəyərindən ucuz qiymətə, yəni 4.500 manata satıb qrup üzvləri arasında bölməklə zərərçəkmiş şəxsə x9 külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Hökmdən x1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: V.Ə.Mursaqulov (sədrlik edən və məruzəçi), Q.X.Babayev və M.Ə.Abbasovdan ibarət tərkibdə) xx xxx 2018-ci il tarixli qərarı ilə x1nun barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2012-ci il tarixl i, 1(101)-130/12 saylı hökmü “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli Qanununa uyğunlaşdırılmış, x1nun həmin hökm üzrə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif olunmuş və o, həmin maddələrlə təqsirli bilinib, 2(iki) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası məhkum edilmiş, onun həmin iş üzrə həbsdə saxlanıldığı 7(yeddi) ay 12(on iki) gün müddət qəti cəza müddətindən çıxılmaqla üzərində cəza çəkməsi üçün l(bir) il 10(on) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən x1nun üzərində cəza çəkməsi üçün saxlanılmış 1 (bir) il 10(on) ay 18(on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının “şərti tətbiq etməklə 3(üç) il sınaq müddəti müəyyən olunması haqqında” Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2012-ci il tarixli, 1(101)-130/12 saylı hökmü ilə “şərti məhkum etməyə dair hissədə ləğv edilməsinə” aid müddəa dəyişdirilmədən saxlanılmışdır. x1nun barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 1(101)-66/16 saylı hökmü “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli Qanununa uyğunlaşdırılmış, x1nun zərər çəkmiş şəxs x10 və x11 qarşı törətdiyi əməl nəticəsində vurulmuş zərərlərin məbləği (150 manat, 150 manat və 500 manat) qanunvericilikdə edilmiş dəyişiklik dən sonra cinayət tərkibi yaratmadığından, həmin ittihamlar hökmdən xaric olunmuş və cinayət təqibinin buna aid hissələrinə xitam verilmişdir. x1nun zərər çəkmiş şəxs x10 4.000 manat və 3.183 manat zərər vurma epizodları üzrə törətdiyi dələduzluq cinayət əməlləri nəticəsində vurulmuş zərərin məbləği qanunvericilikdə edilmiş dəyişiklikdən sonra xeyli miqdar hesab olunmadığından, həmin epizodlar üzrə “xeyli” miqdar kimi tövsifedici əlamət hökmdən xaric olunmuşdur. x1nun zərər çəkmiş şəxslər x12 (42.026,25 manat), x13 (11.000 manat), x14 (13.000 manat) və x15 (12.000 manat) qarşı epizodları üzrə törətdiyi dələduzluq cinayət əməli nəticəsində vurduğu zərərlərin məbləği qanunvericilikdə edilmiş dəyişiklikdən sonra “xeyli” miqdar hesab olunduğundan onun əməli Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif olunmuş və o, bu maddələrlə təqsirli bilinib, 4(dörd) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza x1na Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2012-ci il tarixli, 1(101)130/12 saylı hökmü qanunvericilikdə edilmiş dəyişikliyə uyğunlaşdırılmaqla üzərində cəza çəkməsi üçün saxlanılmış 1(bir) il 10(on) ay 18(on səkkiz) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən isə sonuncu cəza hazırki iş üzrə təyin edilmiş 7(yeddi) il 6(altı) ay müddə tinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, x1na qəti olaraq 9(doqquz) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. x1nun barəsində əvvəlki iş üzrə həbs və ev dustaqlığı qətimkan tədbirinin seçilib saxlanıldığı cəmi 2(iki) il 01 (bir) ay 01 (bir) gün ona təyin olunan 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində 7(yeddi) il 4(dörd) ay 29(iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. x1nun cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxx 2016-cı il tarixdən hesablanması müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarından məhkum x1 kassasiya şikayəti və onun müdafiəçisi-vəkil İbadov Zaur Fəzail oğlu kassasiya şikayətinə əlavə verərək ona Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəza təyin edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: x1nun kassasiya şikayətində və onun müdafiəçisi-vəkil İbadov Zaur Fəzail oğlunun kassasiya şikayətinə əlavədə məhkumun cinayət əməllərinin törədilməsində iştirak dərəcəsini, eləcə də bütün zərərçəkmiş şəxslərin ondan şikayətlərinin və tələblərinin olmmamasını, ailəli olmaqla himayəsində üç azyaşlı uşağının olmasınını, həyat yoldaşının heç bir yerdə işləməməsini, ailənin tək övladı omaqla himayəsində xəstə atasının və xəstə anasının olmasını nəzərə alaraq kassasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiy a şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışını n predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri məhkumun barəsində Azərbaycan Respublikası CMnin 62-ci maddəsinin tətbiq edilməklə cəzasının yüngülləşdirilməsidir. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə x1nun cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın əsas hissəsini tam, bir hissəsini qismən öd əməsini, həmçinin himayəsində 3 azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hallar kimi, əvvəllər məhkum edilməklə cinayətlərin təhlükəli residivini yaratmasını isə cəzasını ağırlaşdıran hal kimi nəzərə aldığını göstərmişdir. Birinci instansiya məhkəməsi göstərilən cəzanı yüngülləşdirən halların məcmusunu və qanunvericilikdə edilmiş dəyişiklikləri nəzərə alaraq məhkuma cəza təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi isə məhkumun cəzasını daha da yüngülləşdirmişdir. Kassasiya şikayətində məhkumun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməklə ona cəza təyin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin tör ədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cinayət işinin materiallarından müəyyən edilir ki, məhkumun cəzasını yüngülləşdirən hallarla yanaşı onun əvvəllər də məhkum edildiyinə görə cinayətlərin residivini yaratması cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkumun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin üçdə ikisi 3 il 4 aydır. Yəni qanunun tələbinə görə məhkəmə x1na 3 il 4 aydan yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməli idi. Məhkəmə cəza təyin edərkən həm də məhkumun eyni xarakterli cinayətə görə dəfələrlə məhkum edilməsini də nəzərə almışdır. Bu hal da cinayətin və məhkumun ictimai təhlükəlilyini artıran hallara aiddir. Beləliklə məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı cinayət işi üzrə məhkum x1nun cinayət əməlinin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilməmişdir. Ona görə də ona Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi ilə daha yüngül cəza təyin edilməsi barədə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, məhkum x1nun müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin də lilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: x1nun kassasiya şikayəti təmin edilməsin. x1nun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2018-ci il tarixl i qərarı məhkum x1nun kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-196/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-196/2020
09.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver