Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-196/2023 15.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X7 və bəraət almış X4 müdafiəçisi Müdafiəçi7 iştirakları ilə, Lənkəran Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli hökmü ilə X5, X15 və X12 Azərbaycan Respub likası CM-in 213.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə və mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi X27 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin (sədrlik edən hakim: X8) 10 mart 2022-ci il tarixli qərarı ilə xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, məhkumluğu olmayan ünvan 1 ünvanında qeydiyyatında olan, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəlsi ilə nəzərdə tutulmuş cinayət əməllərin in törədilməsində təqsirsiz hesab edilmiş və təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilmiş, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dərhal ləğv olunmuşdur. xx.xx.1959-cu il tarixdə Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum edilmiş, ünvan 2 ünvanında qeydiyyatda olan, X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirsiz hesab edilmiş və təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dərhal ləğv olunmuşdur. xx.xx.1976-cı il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhs illi, əvvəllər məhkum edilməmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirsiz hesab edilmiş və təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilmiş, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dərhal ləğv olunmuşdur. Hökmlə həmçinin mülki iddia rədd edilmiş, cinayət işi üzrə 495 (dörd yüz doxsan beş) manat ekspertiza xərci dövlət büdcəsi hesabına aid edilmiş, X17, X13 və X19 məhkəmə xərclərindən azad olunmuş, iş üzrə maddi sübut olan "xxxx" MMCnin mühasibat, o cümlədən hesabat və bank sənədləri iş materiallarında saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X31 (sədrlik edən və məruzəçi), X28 və X6 ibarət tər kibdə) 18 iyul 2022-ci il tarixli qərarı ilə birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 06 saylı Ərazi Vergilər İdarəsinin rəisi Səməd Vəliyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. X12, X5 və X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə olan cinayət işinə bəraət verilməsinə dair Lənkəran Rayon Məhkəməsinin 1(049)-132/2022 saylı, 10 mart 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəci ilə təqsirləndirilərək məhkəməyə verilmişdir, ona görə ki, o, "Delta Co” (VÖEN: **********) məhdud məsuliyy ətli cəmiyyətinin (MMC) təsisçisi və direktoru X17 və X19 ilə qabaqcadan əlbir olmaqla faktiki olaraq cəmiyyətin fəaliyyətinə rəhbərlik edərək, müəssisənin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirib, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparmaqla rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 45, 67, 72, 77, 78.1, 83.2, 101, 103, 104.1, 105.1, 150.1.7, 154, 159.1, 173, 174.1, 175.1, 176.4, 177.1, 177.6, 180.1-cü maddələrinin tələblərini pozaraq, müəssisənin qeydiyyatda olduğu vergi orqanı na müvafiq dövrlər üzrə təqdim etdiyi bəyannamələrə təhrif edilmiş məlumatlar daxil edərək, ümumilikdə xüsusilə külli miqdar təşkil edən, 744811,97 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, X2 Əlibala Sərdar oğlu və X19 ilə qabaqcadan əlbir olmaqla faktiki olaraq cəmiyyətin fəaliyyətinə rəhbərlik edərək hüquqi ünvanı ünvan 4əyicisi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən "Delta Co” MMC-nin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən vergi orqanına təqdim etdiyi əlavə dəyər vergisi (ƏDV) bəyannamələrində 2019-cu ilin may ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 2087296,666 manat, ƏDV-ni 375713,40 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 375713,40 manat göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövr iyyə və büdcəyə ödənilməli olan ƏDV olmadığını göstərərək 375713,40 manat ƏDV-ni az hesablamaqla dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa X2 Əlibala Sərdar oğlu və X19 ilə qabaqcadan əlbir olmaqla "Delta Co” MMC-nin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2018-ci il üzrə dövriyyəsi 11174281,80 manat, xərcləri 9311901,50 manat, vergi tutulan mənfəəti 1862380,30 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 372476,06 manat olduğu halda, həmin il üzrə vergi orqanına təqdim etdiyi bəyannamədə dövriyyəni 112582,99 manat, xərclərini 93819,16 manat, vergi tutulan mənfəətini 18763,833 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisini 3377,49 manat göstərməklə, 369098,57 manat mənfəət vergisini az hesablamaqla 369098,57 manat mənfəət vergisini döv lət büdcəsinə ödəməkdən yayındırmışdır. X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir, ona görə ki, o, "Delta Co” (VÖEN: **********) məhdud məsuliyyətli cəmiyyətinin (MMC) təsisçisi və direktoru X17 və X13 ilə qabaqcadan əlbir olmaqla faktiki olaraq cəmiyyətin fəaliyyətinə rəhbərlik edərək, müəssisənin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirib, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparmaqla rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 45, 67, 72, 77, 78.1, 83.2, 101, 103,104.1, 105.1, 150.1.7, 154, 159.1, 173, 174.1, 175.1, 176.4, 177.1, 177.6, 180.1-cü maddələrinin tələblərini pozaraq, müəssisənin qeydiyyatda olduğu vergi orqanına müvafiq dövrlər üzrə təqdim etdiyi bəyannamələrə təhrif edilmiş məlumatlar daxil edərək, ümumilikdə xüsusilə külli miqdar təşkil edən, 744811,97 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, X19 cəmiyyətin direktoru X17 və X13 ilə qabaqcadan əlbir olmaqla hüquqi ünvanı ünvan 5 ödəyicisi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən "Delta Co” MMC-nin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən vergi orqanına təqdim etdiyi əlavə dəyər vergisi (ƏDV) bəyannamələrində 2019-cu ilin may ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 2087296,666 manat, ƏDV-ni 375713,40 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 375713,40 manat göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyə və büdcəyə ödənilməli olan ƏDV olmadığını göstərərək 375713,40 manat ƏDV-ni az hesablamaqla dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa X19 cəmiyyətin direktoru X17 və X13 ilə qabaqcadan əlbir olmaqla "Delta Co” MMC-nin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2018-ci il üzrə dövriyyəsi 11174281,80 manat, xərcləri 9311901,50 manat, vergi tutulan mənfəəti 1862380,30 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 372476,06 manat olduğu halda, həmin il üzrə vergi orqanına təqdim etdiyi bəyannamədə dövriyyəni 112582,99 manat, xərclərini 93819,16 manat, vergi tutulan mənfəətini 18763,833 manat, 2 0 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisini 3377,49 manat göstərməklə, 369098,57 manat mənfəət vergisini az hesablamaqla 369098,57 manat mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəci ilə təqsirləndirilərək məhkəməyə verilmişdir, ona görə ki, o, "Delta Co” (VÖEN: **********) məhdud məsuliyyətli cəmiyyətinin (MmC) direktoru vəzifəsində işləyərkən, cəmiyyətin fəaliyyətinə faktiki olaraq rəhbərlik etmiş X19 və X13 ilə qabaqcadan əlbir olmaqla cəmiyyətin fəaliyyətinə rəhbərlik edərkən, müəssisənin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirib, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tut an əməliyyatlar aparmaqla rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 45, 67, 72, 77, 78.1, 83.2, 101, 103,104.1, 105.1, 150.1.7, 154, 159.1, 173, 174.1, 175.1, 176.4, 177.1, 177.6, 180.1cü maddələrinin tələblərini pozaraq, müəssisənin qeydiyyatda olduğu vergi orqanına müvafiq dövrlər üzrə təqdim etdiyi bəyannamələrə təhrif edilmiş məlumatlar daxil edərək, ümumilikdə xüsusilə külli miqdar təşkil edən 744811,97 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, X3 Bəxtiyar Vəli oğlu və X13 ilə qabaqcadan əlbir olmaqla hüquqi ünvanı ünvan 6dəyicisi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən "Delta Co” MMC-nin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən vergi orqanına təqdim etdiyi əlavə dəyər vergisi (ƏDV) bəyannamələrində 2019-cu ilin may ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 2087296,666 manat, ƏDV-ni 375713,40 manat, büdcəyə ödənilməli olan əDV-ni 375713,40 manat göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyə və büdcəyə ödənilməli olan ƏDV olmadığını göstərərək 375713,40 manat ƏDV- ni az hesablamaqla dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa X3 Bəxtiyar Vəli oğlu və X13 ilə qabaqcadan əlbir olmaqla "Delta Co” MMC-nin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2018-ci il üzrə dövriyyəsi 11174281,80 manat, xərcləri 9311901,50 manat, vergi tutulan mənfəəti 1862380,30 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilm əli mənfəət vergisi 372476,06 manat olduğu halda, həmin il üzrə vergi orqanına təqdim etdiyi bəyannamədə dövriyyəni 112582,99 manat, xərclərini 93819,16 manat, vergi tutulan mənfəətini 18763,833 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisini 3377,49 manat göstərməklə, 369098,57 manat mənfəət vergisini az hesablamaqla 369098,57 manat mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya protesti onunla əsaslandırılmışdır ki, hər iki instansiya məhkəməsi düzgün nəticəyə gəlməyərək, qeyd edilən əməllərinə görə Rövşən Rüstəmova, Əlibala Məmmədova və Bəxtiyar Məmmədova bəraət verilməsində haqlı olmamışdır. İbtidai istintaqda olduğu kimi, məhkəmə baxışlarında da Rövşən Rüstəmov "xxxx" məhdud məsuliyyətli c əmiyyətinin təsisçisi və direktoru Əlibala Məmmədov və Bəxtiyar Məmmədov ilə qabaqcadan əlbir olmaqla faktiki olaraq cəmiyyətin fəaliyyətinə rəhbərlik edərək, müəssisənin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirib, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparmaqla rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 45, 67, 72, 77, 78.1, 83.2, 101, 103,104.1, 105.1, 150.1.7, 154, 159.1, 173, 174.1, 175.1, 176.4, 177.1, 177.6, 180.1-cü maddələrinin tələblərini pozaraq, müəssisənin qeydiyyatda olduğ u vergi orqanına müvafiq dövrlər üzrə təqdim etdiyi bəyannamələrə təhrif edilmiş məlumatlar daxil edərək, ümumilikdə xüsusilə külli miqdar təşkil edən, 744811,97 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaları tam sübuta yetirilmişdir. Belə ki, hər iki instansiya məhkəməsi 13 iyul 2021 -ci il tarixli 9/2992 №-li və 28 dekabr 2021-ci il tarixli 9/8513 saylı ekspert rəylərini əsas götürərək, "xxxx" MMC-nin heç bir vergi borcunun olmadığı qənaətinə gəlmişdir. Halbuki, cinayət işinin materiallarında olan məhkəmə mühasibatlıq ekspertizasının 24 fevral 2020-ci il tarixli, 3474 saylı ekspertiza rəyindən görünür ki, "xxxx" MMC-də 2018-ci il üzrə 375713,40 manat məbləğində əlavə dəyər vergisi və 372476,06 manat mənfəət vergisi olmaqla ümumilikdə 74481197 manat vergi məbləğinin təş kil etdiyini, 120014,30 manat vergilərin ödənilməsi nəzərə alındıqda 624822,76 manat dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergi məbləğinin olması qeyd olunmuşdur., 13 iyul 2021-ci il tarixli, 9/2992 saylı və 28 dekabr 2021-ci il tarixli, 9/8513 saylı ekspert rəyləri tam əsassızdır. Belə ki, 13 iyul 2021-ci il tarixli, 9/2992 saylı və 28 dekabr 2021 -ci il tarixli, 9/8513 saylı ekspert rəylərdə qeyd edilmişdir ki, “Müəssisənin fəaliyyəti üzrə hesablanmalı olan verginin məbləğinin müəyyən edilməsi üçün iş materiallarında mühasibat sənədləri (qaimə faktura, e-qaimə faktura. ödəniş sənədləri, kassa mədaxil-məxaric orderləri, VHF-lər, eVHF-lər və s.), yük gömrük bəyannamələri və s. tam şəkildə öz əksini tapmamışdır. Bu halda, tədqiqat obyektləri və iş üzrə materiallar rəy verilməsi üçü n yararsız olduqda və ya kifayət qədər olmadıqda və onların tamamlanması barədə ekspertin vəsatəti təmin edilmədikdə ekspert məhkəmə ekspertizasının aparılmasından imtina edir. Lakin ekspert tam şəkildə zəruri biliyindən kənara çıxan hüquqi müstəvidə olan suallara cavab vermiş və maddi hüquq normalarının tətbiqi üzrə fəaliyyət göstərmişdir. Belə ki, Vergi Məcəlləsinin normalarının düzgün tətbiqi ilə bağlı məsələlər hüquqi aspekt olmaqla məhkəmənin səlahiyyətində olduğu üçün və qeyd olunan suallara cavab verilməsi xüsusi bilik tələb etmədiyi üçün ekspertin qanunvericiliyin tətbiqi ilə bağlı suallara cavab verməsi doğru olmamaqla qanunvericiliyə birbaşa ziddir. Hüquqi məsələlərlə bağlı ekspertizanın təyin edilməsi isə qanunvericilikdə müəyyən olunmamışdır. Məhkəmə ekspertizasının aparılmasın dan imtina etməyə əsas verən kifayət qədər əsaslar olduğu təqdirdə imtina etməmiş, tərəf olaraq mülki iddiaçının hüquqlarının pozulması ilə nəticələnə biləcək şəkildə rəy vermişdir. Eyni zamanda, ekspertlər rəyində belə nəticəyə gəlmişlər ki, ekspertiza tədqiqatına verginin hesablanması üçün əsas olan sənədlər qismən təqdim olunmuşdur. Lakin buna baxmayaraq ekspertin gəldiyi nəticəni təsdiq edəcək aşağıdakı zəruri məlumatların heç biri ekspert rəyinin təsviri-əsaslandırıcı hissəsində öz əksini tapmamışdır: Bundan başqa rəydə bildirilir ki, Vergi Məcəlləsində vergiyə cəlb olunan dövriyyənin bir hissəsinə rentabellik tətbiq edilməklə bir hissəsinə isə xərcin ümumi idxal mallarının tərkibində xüsusi çəkisinin müəyyən edilməsi yolu ilə tapılması nəzərdə tutulmamışdır. Halbuki, qeyd edilən üsul la vergilərin hesablanması vergi ödəyicisinin vergi yükünü artırmamış, əksinə azaltmışdır və bu vergi ödəyicisinin xeyrinə olan bir hal olmuşdur. Müəssisənin direktoru X17 tərəfindən “Vergi ödəyicisinin fəaliyyətinin və digər vergi tutulan əməliyyatların müvəqqəti dayandırılması” barədə xx.xx.2018-ci il tarixli, **********304500 nömrəli ərizə ilə vergi orqanına rəsmi müraciət edərək xx.xx.2023-cü il tarixədək müəssisənin fəaliyyətini dayandırmış, lakin obyekt və NKA vergi orqanında uçotdan çıxarılmamışdır. 6 saylı Ərazi Vergilər Baş İdarəsindən alınmış xx.xx.2019-cu il tarixli, **********076900 nömrəli məktuba əlavə edilmiş xx.xx.2019-cu il tarixli baxış aktına və Masallı RİHB-nın Musaküçə kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin xx.xx.2019-cu il tarixli 609 nömrəli Arayışına əsasən hal-hazırda Masallı rayonu Musaküçə kənd ərazisində "xxxx" MMC-nin sahibliyində və istifadəsində heç bir təsərrüfat subyekti (obyekti) yoxdur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamadan, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirməyərək, məhkəmə-mühasibat ekspertizasının 24 fevral 2020-ci il tarixli 3474 nömrəli rəyini əsasız olaraq şübhə altına alaraq hüquqi qiymət verməmiş və nəzərə almamışdır. Rövşən Rüstəmov, Bəxtyar Məmmədov və Əlibala Məmmədov tərəfindən törədilmiş cinayət hadisəsində xüsusilə külli miqdarda vergidən yayınma cinayətinin bütün zəruri əlamətləri mövcud olsa da məhkəmə bu mövcudluğu istisana edərək əsassız olaraq bəraət hökmü çıxarmışdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxslərin ifadələrini, xx.xx.2021-ci il tarixli 9/2992 №-li ekspert rəyini və xx.xx.2021-ci il tarixli 9/8513 saylı ekspert rəyini heç bir digər mötəbər sübutlarla təsdiq olunmadığı halda, sübut kimi qəbul etmişdir. Məhkəməmühasibat ekspertizasının 24 fevral 2020-ci il tarixli 3474 nömrəli rəyini və digər şahidlərin ifadələrini isə sübut kimi qiymətləndirilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar təqsirləndirilən şəxslər Rövşən Rüstəmovun, Bəxtiyar Məmmədovun və Əlibala Məmmədovun təqsirliliklərini sübut etməyə kifayət etmişdir. Məhkəmə isə işin faktiki hallarını düzgün qiymətləndirməyərək Rövşən Rüstəmov və Əlibala Məmmədovun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri, Bəxtiyar Məmmədovun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin ləğv olunmasını hökm etmi şdir. Halbuki, Bəxtiyar Məmmədovun barəsində ev dustaqlığı qətimkan tədbiri, Əlibala Məmmədovun barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bundan başqa məhkəmə iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/2992 №-li və xx.xx.2021-ci il tarixli 9/8513 saylı ekspert rəylərini əsas götürərək Rövşən Rüstəmov, Bəxtiyar Məmmədov və Əlibala Məmmədovun təqsirliliyinin sübuta yetirilməməsi qənaətinə gələrək CPM-in 42.1.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarmışdır. Halbuki, sözügedən ekspert rəylərində "xxxx" MMC-nin heç bir vergi borcunun olmadığı göstərilmişdir. Belə olan halda isə ümumiyyətlə cinayət hadisəsinin olmaması qənaətinə gəlməyə imkan verir. Şirvan Apelyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayətpro sessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq Rövşən Rüstəmov, Bəxtiyar Məmmədov və Əlibala Məmmədova CM-in 213.3-cü maddəsi ilə bəraət verilməsi barədə Lənkəran Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli hökmünü ləğv etməmişdir. Qanunun bu tələblərinə əməl edilməməsi isə CPM-in 416.1.2 və 416.1.3-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kassasiya protestində X13, X19 və X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegi yasının 18 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Mülki iddiaçı kassasiya şikayətini kassasiya protestinin dəlilləri ilə eyni əsaslandıraraq Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsini və 744.811,97 manat məbləğində mülki iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsinə, müdafiəçinin kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti və kassasiya şikayəti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yek un qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfi ndən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Belə ki, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarını n düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizala rın təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və X18 haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bi r sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunubolunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsin i təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüs usi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil ed ən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulma sı və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Qanunun məzmununa görə, məhkəmə öz nəticələrini şərh edərkən iş üzrə toplanılan, lakin məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Şərh edilən beynəlxalq və milli qanunvericiliyin normaları, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin izahları ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin X5, X15 və X12 Cinayət Məcəlləsini 213.3-cü maddəsi ilə bəraət verilməsi ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına cavab vermədiyi müəyyən olunur. Belə ki, kassasiya protestində və kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, cinayət işi üzrə təqsirləndirilən şəxslərə əsassız bəraət verilməsi iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbləri məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Cinayət işi üzrə müəyyən edilmiş işin mübahisəsiz hallarından göründüyü kimi X13 "xxxx" (VÖEN: **********) məhdud məsuliyyətli cəmiyyətinin (MMC) təsisçisi və direktoru X17 və X19 ilə cəmiyyətin fəaliyyətinə rəhbərlik edərək, müəssisənin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları yerinə yetirmiş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparmaqla rəsmiləşdirmişdir. Vergi xidməti X13, X19 və X1 kimi fəaliyyət göstərdiklərini və 2018-2019-cu illər üzrə müəssisənin qeydiyyatda olduğu vergi orqanına müvafiq dövrlər üzrə təqdim etdiyi bəyannamələrə təhrif edilmiş məlumatlar d axil edərək, ümumilikdə xüsusilə külli miqdar təşkil edən vergidən yayındıqlarını, qeyd edilən şəxslər isə tərəflərindən vergi ödənilməsindən yayınma hallarınını olmadığını iddia edirlər. Belə olan vəziyyətdə mübahisənin nədən ibarət olması aydınlaşdırılarkən müəyyən edilir ki, vergi orqanı yayındırılan məbləğin 744811,97 manat olduğunu iddia etdiyi halda birinci instansiya məhkəməsi vergi borcunun olmadığı nəticəsinə gəlmişdir. Belə ki, 2018ci il üzrə dövlət büdcəsinə ödənilməli olan vergi 3377,49 manat məbləğində, ƏDV bəyannamələrində isə dövlət büdcəsinə ödənilməli olan vergi 13370,45 manat olduğundan iş materiallarında olan müəssisənin şəxsi hesab vərəqəsində müəssisə tərəfindən bəyan edilmiş göstərilən məbləğlər ödənildiyi, yəni, müəssisənin 3377,49 manat məbləğində mənfəət vergisi və 13370,45 manat məbləğində ƏDV üzrə borcu mövcud olmadığı müəyyən olunmuşdur. Apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Bununla da, aşağı instansiya məhkəmələri ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşmamış və "Delta Co» MMC-nin heç bir vergi borcunun olmadığı halda, olmayan vergi borcları üzrə vergiləri ödəməkdən yayınmağa görə X12, X5 və X15 ittiham verilməsi qanuna uyğun hesab etməyərək onlara bəraət vermişlər. Məhkəmələr ibtidai istintaq dövründəki ekspert rəylərinin mötəbər sübut kimi qəbul edilməməsinin səbəblərini araşdıraraq qeyd etmişlər ki, ibtida istintaq zamanı keçirilmiş xx.xx.2020-ci il tarixli, 3474 saylı məhkəmə-mühasıbatlıq ekspertizası rəyi iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmayaraq və qoyulmuş su al üzrə əsaslandırılmış və obyektiv rəy verməyərək, ancaq səyyar yoxlama aktında göstərilənlərə əsasən verildiyi üçün mötəbər sübut qismində qəbul edilə bilməz. Belə ki, işdə olan və aşağı instansiya məhkəmələri tərəfindən məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 3474 saylı ekspertiza rəyindən görünür ki, iş materiallarında olan sənədlər və mal qalığının olmaması nəzərə alındığı təqdirdə "Delta CO” MMC tərəfindən aparılmış əməlyyatlara görə 371220,78 manat məbləğində əlavə dəyər vergisinin az hesablanması, 4492,62 manat məbləğində məfəət vergisinin artıq hesablanması müəyyən edilmişdir. Qeyd edilir ki, müəssisənin şəxsi hesab vərəqəsində xx.xx.2020-ci il tarix inə vergi borcu 624822,76 manat məbləğində göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/2187 saylı ekspert rəyindən görünür ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə dövlət büdcəsinə əlavə olaraq hesablanmış vergilərin düzgün hesablandığı müəyyən olunmadı. Həmçinin qeyd edilir ki, tədqiqata vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş ƏDV və mənfəət vergisi üzrə bəyannamələr təqdim edilmişdir ki, həmin mənfəət vergisi bəyannaməsində 2018-ci il üzrə dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisi 3377,49 manat məbləğində göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza M ərkəzinin komission məhkəmə- mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/2992 saylı ekspert rəyindən görünür ki, ekspertlər qarşısında suallarda göstərilən dövriyyələr üzrə **********186563 saylı xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktında hesablamalar aparılmış və həmin hesablamalar üzrə vergilər hesablanmışdır. Yəni həmin dövriyyələr üzrə hesablanmış vergilər səyyar vergi yoxlamasında öz əksini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin təkrar komission məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/8513 saylı ekspert rəyindən görünür ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlamalar (kameral və səyyar hesablanmış) ilə dövlət büdcəsinə əla və olaraq hesablanmış vergilərin düzgün hesablandığı müəyyən olunmadı. Həmçinin qeyd edilir ki, tədqiqata vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş ƏDV və mənfəət vergisi üzrə bəyannamələr təqdim edilmişdir ki, həmin mənfəət vergisi bəyannaməsində 2018-ci il üzrə dövlət büdcəsinə ödənilməli olan vergi 3377,49 manat məbləğində, ƏDV bəyannamələrində isə dövlət büdcəsinə ödənilməli olan vergi 13370,45 manat göstərilmişdir. Qeyd edilir ki, iş materiallarında olan müəssisənin şəxsi hesab vərəqəsindən göründüyü kimi, müəssisə tərəfindən bəyan edilmiş göstərilən məbləğlər ödənilmişdir. Yəni, müəssisənin 3377,49 manat məbləğində mənfəət vergisi və 13370,45 manat məbləğində ƏDV üzrə borcu mövcud deyildir. Aşağı instansiya məhkəmələri hesab etmişlər ki, X12, X5 və X15 X10 Azərbaycan R espublikası CM-in 213.3-cü maddəsi ilə verilmiş ittiham təqsirləndirilən şəxslərin dindirmə və üzləşdirmə protokollarına, xx.xx.2020-ci il tarixli, 3474 saylı məhkəməmühasibatlıq ekspertiza rəyinə, bank sənədlərinə eyni zamanda maddi sübut kimi tanınmış "Delta Co» MMC-nin sahibkarlıq fəaliyyətinə dair ilkin mühasibat sənədlərinə əsaslanmışdır. Müdafiə tərəfindən təqdim olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə məhkəmə- mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/2187 saylı ekspert rəyinə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə dövlət büdcəsinə əlavə olaraq hesablanmış vergilərin düzgün hesablandığı müəyyən olunmadığı,. həmçinin tədqiqata vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş ƏDV və mənfəət vergisi üzrə bəyannamələr təqdim edildiyi, həmin mənfəət vergisi bəyannaməsində 2018-ci il üzrə dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisi 3377,49 manat məbləğində göstərdiyi, məhkəmə tərəfindən təyin olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin komission məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/2992 saylı ekspert rəyinə əsasən, ekspertlər qarşısında suallarda göstərilən dövriyyələr üzrə **********186563 saylı xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktında hesablamalar aparıldığı və həmin hesablamalar üzrə vergilər hesablandığı, yəni həmin dövriyyələr üzrə hesablanmış vergilər səyyar vergi yoxlamasında öz əksini tapdığı, məhkəm ə tərəfindən təyin olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin təkrar komission məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/8513 saylı ekspert rəyinə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlamalar (kameral və səyyar hesablanmış) ilə dövlət büdcəsinə əlavə olaraq hesablanmış vergilərin düzgün hesablandığı müəyyən olunmadığı, həmçinin tədqiqata vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş ƏDV və mənfəət vergisi üzrə bəyannamələr təqdim edildiyi, həmin mənfəət vergisi bəyannaməsində 2018-ci il üzrə dövlət büdcəsinə ödənilməli olan vergi 3377,49 manat məbləğində, ƏDV bəyannamələrində isə dövlət büdcəsinə ödənilməli olan vergi 13370,45 manat göstərildiyi, iş materiallarında olan müəssisənin şəxsi hesab vərəqəsində müəssisə tərəfindən bəyan edilmiş göstərilən məbləğlər ödənildiyi, yəni, müəssisənin 3377,49 manat məbləğində mənfəət vergisi və 13370,45 manat məbləğində ƏDV üzrə borcu mövcud olmadığı müəyyən olunmuşdur. Qeyd olunanlardan və cinayət işinin materiallarından göründüyü kimi hazırki cinayət işi üzrə 3 sayda ekspert rəyi təqdim edilmişdir ki, bu rəylərdən biri məhkəməyədək icraat zamanı, yəni ibtidai istintaq zamanı, digər iki rəy isə məhkəmə icraatı, məhkəmə istintaqı zamanı təqdim edilmişdir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi bəraət hökmünün əsaslandırılması üçün əsas sübutlar hesab edilmiş və məhkəmə istintaqın zamanı təqdim edilmiş ekspert rəylərinin ibtidai istintaq zamanı keçirilmi ş ekspertiza rəyinə münasibətdə daha üstün qüvvəyə malik olması barədə gəldiyi nəticəni kifayət qədər əsaslandırmamış, ümumiyyətlə, ibtidai istintaq zamanı keçirilmiş ekspert rəyinin qeyri-mötəbər hesab etməyə əsas olan halları izah etməmişdir. Həmçinin ittiham tərəfinin kassasiya müraciətlərinin dəlillərinə əsasən, Vergi Məcəlləsinin normalarının düzgün tətbiqi ilə bağlı məsələlər hüquqi aspekt olmaqla məhkəmənin səlahiyyətindədir və xüsusi bilik tələb edən məsələlər sırasına daxil deyil deyildir. Həmçinin məhkəmə icraatı və məhkəmə zamanı tədqiq edilən ekspert rəylərində müəssisənin fəaliyyəti üzrə hesablanmalı olan verginin məbləğinin müəyyən edilməsi üçün iş materiallarında mühasibat sənədləri (qaimə faktura, e-qaimə faktura, ödəniş sənədləri, kassa mədaxil-məxaric orderləri və s.), yü k gömrük bəyannamələri və s. tam şəkildə öz əksini tapmadığı qeyd edilmiş və eyni zamanda həmin natamam sənədlər əsasında ekspertizanın aparılmasından imtina edilməmişdir. Belə ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” xx.xx.1999-cu il tarixli Qanununun 12-ci maddəsinin məzmununa görə, tədqiqat obyektləri və iş üzrə materiallar rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda və onların tamamlanması barədə ekspertin vəsatəti təmin edilmədikdə, ekspert məhkəmə ekspertizasının aparılmasından imtina edir: Bundan başqa ki, məhkəmə kollegiyası qeyd edir ki, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı məhkəmə-mühasibatlıq ekspertizalarına tədqiqat üçün natamam sənədlər təqdim edilmiş və həmin sənədlər əsasında aparılan ekspertiza rəylərinin nəticələ ri fərqli olmuşdur. Belə ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza rəyi ilə vergi borcunun 744811,97 manat olduğu, digər ekspertiza rəylərində isə vergi borcunun ümumiyyətlə olmadığı qeyd edilmişdir. Eyni sənədlər əsasında aparılan məhkəmə mühasibatlıq ekspertizalarının belə əsaslı fərqli nəticəyə gəlməsi səbəbləri aşağı instansiya məhkəmələri tərəfindən araşdırma aparılmamışdır. Beləliklə, aşağı instansiya məhkəmələri göstərilən halların aydınlaşdırılması istiqamətində hər hansı araşdırma aparmamışdır, ekspert rəyləri arasında ziddiyətin yaranmasına əsas olan halları aydınlaşdırıb hüquqi qiymət verməmişlər. Halbuki həmin hallar hazırki cinayət işi üzrə sübut kimi qiymətləndirilən və vergidən yayınma faktının mövcud olub-olmasını müəyyən edərkən ekspertlərin istinad etdiyi sübutlar ın mötəbərliyini şübhə altına alır. Kassasiya məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri olan və yuxarıda qeyd edilən halların aydınlaşdırılmasının hazırki cinayət işi üzrə dövlət büdcəsinə ödənilməkdən yayındırılan vergi məbləğlərinin mövcud olubolmamasının müəyyən edilməsində əhəmiyyətini nəzərə alır və qeyd edir ki, göstərilən məsələyə aydınlıq gətirilməsi təkrar məhkəmə ekspertizasının təyin edilməsi və ekspert qarşısında müvafiq sualların qoyulması yolu ilə mümkündür. Cinayət Prosessual Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndiri lməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası qeyd edir ki, X12, X5 və X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə məhkəmələr cinayət təqibi üzrə toplanmış sübutları, o cümlədən ekspert rəylərini tədqiq edib mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərkən cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini pozmuşlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə qərarının əsaslandırılması problemi üzrə mövqeyini bir çox sənəddə o, cümləd ən "Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 11 yanvar 2007-ci il tarixli qərarının 83-cü bəndində şərh etmişdir. Həmin qərarda göstərilmişdir ki, "...formalaşmış ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi prinsipini əks etdirən presedent hüququna uyğun olaraq məhkəmələrin və ədalət mühakiməsini həyata keçirən başqa orqanların qərarlarında onların qəbul edilməsi əsasları yetərincə əks etdirilməlidir. 6-cı maddənin 1-ci bəndi məhkəmə instansiyalarından tələb edir ki, onlar çıxardıqları qərarların əsaslarını göstərsinlər, lakin həmin bəndə hər bir dəlilin ətraflı cavablandırmasını tələb edən qayda kimi baxmaq olmaz. Qərarın əsaslandırılması barədə vəzifə hansı həcmdə yerinə yetilməlidir - bu qəbul edilən qərarın xarakterindən asılıdır (X22rşı iş üzrə 9 dekabr 1994-c ü il tarixli qərarın 29-cu bəndi). Baxmayaraq ki, məhkəmələr konkret iş üzrə dəlillərin müəyyən edilməsi məsələsi haqqında qərarın verilməsində və tərəflərin mövqelərinin əsaslandırılması üçün sübutların gətirilməsində məhdud səlahiyyətlərdən istifadə edirlər, bu orqanlar qəbul etdikləri qərarların motivlərini təsvir etməklə öz hərəkətlərinin əsaslarını göstərməyə borcludurlar (Suominen Finlyandiyaya qarşı iş üzrə 1 iyul 2003-cü il tarixli qərarın 36-cı bəndi). Əsaslandırılmış qərarın daha bir rolu ondan ibarətdir ki, bu halda tərəflərə aydın olur ki, onların mövqeləri dinlənilib. Bundan başqa qərarın əsaslandırılması tərəflərə onu mübahisələndirməyə, apellyasiya məhkəməsinə isə həmin qərara yenidən baxmağa imkan yaradır. Qərarda əsasların təsvir edilməsi ictimaiyyət tərəfindən ədalət müha kiməsi üzərində nəzarətin həyata keçirilməsi üçün başlıca vasitədir. (Xirvisaari Finlyandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli qərarın 30-cu bəndi)”. Qeyd olunanlara uyğun mövqe Hiro Balani İspaniyaya qarşı iş üzrə məhkəmə qərarında da (09 dekabr 1994-cü il tarixli) göstərilmişdir. Həmin işdə ərizəçi məhkəməyə konkret cavab tələb edən yazılı arqumentlər təqdim etməsinə baxmayaraq, məhkəmə həmin arqumentlərə cavab verməmiş, bu səbəbdən də müəyyən etmək mümkün olmamışdır ki, məhkəmə həmin arqumentlərə sadəcə olaraq əhəmiyyət verməyib, yoxsa onları rədd edib, əgər rədd edibsə bunu hansı əsaslara görə edib. Bu hal İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda göstərilən qərarı ilə İnsan Hüquqları və X14 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin pozuntusu hesab edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işdə olan sənədlər müqayisə olunaraq bir daha təhlil edilməli, onlarda olan məlumatların həqiqəti əks etdirib etdirməməsi dəqiqləşdirilməli və yalnız bundan sonra və nəticəsindən asılı olaraq həmin məsələ həll edilməlidir. Belə ki, apellyasiya məhkəməsi göstərilən məsələyə aydınlıq gətirməmiş və iş üzrə bu barədə mövqeyini faktiki olaraq əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya protestinin bəraət almış şəxslər X19 və X19 barəsində birinci instansiya məhkəməsinin hökmünün nəticə hissəsində seçilmiş qətimkan tədbirlərinin düzgün qeyd edilməməsi barədə dəlillərini də əsaslı sayır və qeyd edir ki, apellyasiya instansiya məhkəməsi işə baxarkən göstərilən məsələyə qiymət verməmişdir. Məhkəmə kollegiyası bütün qeyd edilənlərə əsaslanaraq hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə işin apellyasiya məhkəməsində yenidən baxılması təyin olunmalıdır. CPM-in 416.1.2-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Mübahisələndirilən qərar ləğv edildiyi üçün, məhkəmə kollegiyası kassasiya şikayətinin mülki iddia tələbinə dair hissəsinə qiymət verməyi məqsədəmüvafiq hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiy yət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada yenidən tədqiq edilməli, bir sübutun digərindən üstün olması zərurəti əsaslandırılmalı, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, ekspert rəyləri arasında yaranmış yuxarıda şərh olunan ziddiyyətlərin aradan qaldırılması üçün təkrar ekspertizalar təyin edilməli, əldə olunmuş və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2 maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protesti və mülki iddiaçı Azərbaycan Respubli kasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi X27 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. X5, X15 və X12 Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-196/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-196/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver