Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-196/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum və onun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-201/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli hökmündən Dövlət i ttihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilən kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi I. İşin halları
1. Məhkum xx xxxxx 1984-cü il tarixdə Ermənistan SSR-in Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində yanğından mühafizə üzrə böyük inspektor vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 28 fevral 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 178.2.3, 178.2.4, 29,178.2.3, 29,178.2.4 və 32.4312.1-ci maddələri il ə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərin) icrası ilə bağlı qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə vahid niyyətlə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etmişdir. Belə ki, Məhkum 19 sentyabr 2018-ci ildən 20 may 2019-cu il tarixədək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə 501-K nömrəli əmrlə Penitensiar Xidməti n Mühafizə alayının komendant bölüyünün taqım komandiri vəzifəsində, 20 may 2019-cu il tarixdən isə Penitensiar Xidmət üzrə 1228 ş/h nömrəli əmrlə 16 saylı cəzaçəkmə müəssisəsinin yanğından mühafizə üzrə böyük inspektoru vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə, 2018-ci ildə Bakı şəhərində tanış olduğu Şahid5 yaşadığı Qəbələ rayonu Vəndam qəsəbəsində olan meşə ərazisi olmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında fəaliyyət göstərən Meşələrin İnkişafı Xidmətinin tabeliyində olan X4 Təsərrüfatı Mərkəzinin balansında olan və “Su tayı” istirahət mərkəzin və mərkəzin yerləşdiyi 0,80 ha ərazinin 10 il müddətə onun adına yenidən icarə müqaviləsi bağlanaraq icar əyə verilməsi, həmçinin məhkəmələrdə həmin mərkəzlə əlaqədar baxılan mülki işlərlə bağlı xeyrinə qərar çıxarılmasında köməklik göstərilməsinə dair 2019-cu ilin fevral ayında özünə müraciəti ilə bağlı həmin ayın ortalarında Bakı şəhəri Nizami rayonu Neftçilər metrosu yaxınlığında Şahid5la görüşləri zamanı onu özünün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifələrdə işləyən şəxslərlə yaxın əlaqələrinin, habelə müvafiq məhkəmələrdə hakim vəzifəsində işləyən tanışların olmasını, həmin əlaqələrindən istifadə edərək Şahid5 adına, vaxtilə icarəsində olmuş “Su tayı” istirahət mərkəzinin və mərkəzin ətraf ərazisinin yenidən 10 illik müddətinə müqavilə bağlanaraq ona icarəyə verilməsinə nail olacağını və məhkəmədə Şahid5la sonuncunun qardaşı Azər Rəhimov arasında o lan mülki mübahisələrin də Şahid5 xeyrinə həll edilərək, məhkəmə tərəfindən onun xeyrinə qərar çıxarılacağını yalandan vəd verib həmin məsələlərin müsbət həlli üçün yaxın münasibətdə olduğu Nazirliyin və məhkəmələrin səlahiyyətli vəzifəli şəxslərinə xidməti vəzifələrinin (səlahiyyət- lərin) icrası ilə bağlı Şahid5 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 15.000 manatı rüşvət kimi verilməsinin zəruri olmasını yalandan bildirməklə görəcəyi işlə bağlı özünə inam yaradaraq Şahid5la razılaşmaqla sövdələşmiş, həmin adla 2019-cu ilin fevral ayının ortalarında Bakı şəhəri Nizami rayonu Neftçilər metrosunun yaxınlığında Şahid5 inandırmaq üçün şəxsiyyət vəsiqəsinin və “Su tayı” istirahət mərkəzi ilə bağlı adına olmuş əvvəlki icarə müqaviləsinin surətlərini, habelə 15.000 manat pulu almış, daha sonra eyni niyyətlə 2019-cu ilin fevral ayının sonlarında Şahid5 istifadəsində olan ***-***-**-**, ***-***-**-** mobil telefon nömrəsi ilə istifadəsində olan ***-***-**-** mobil nömrə ilə əlaqə saxlayaraq qeyd edilən niyyətlə rüşvət qismində verilməsi üçün əlavə olaraq 2.000 manatın verilməsinin zəruri olmasını yalandan bildirməklə onunla sövdələşmiş, həmin tarixdə sonuncudan Qəbələ rayonu Vəndam qəsəbəsində əvvəlki adı “Girvə” hazırki adı “Vəndam” olan restoranda görüşüb 2.000 manatı almış, habelə eyni niyyətlə 2019-cu ilin aprel ayında Şahid5la qeyd edilən mobil telefon vasitəsilə yenidən əlaqə saxlayıb həmin məsələlərin həll edilməsi üçün rüşvət qismində verməkdən ötrü əlavə olaraq 5.000 manatın verilməsinin zəruri olmasını yalandan deyib onunla sövdələşmiş, həmin gün Bakı şəhəri Binəqədi rayonu Şamaxinka adlanan ərazidə “Lukoil” yanacaq doldurma məntəqəsində Şahid5 övladı Şahid2 ilə göndərdiyi 5.000 manatı sonuncudan almış, eyni niyyətlə 2019-cu ilin may ayında Şahid5la qeyd edilən mobil telefonla əlaqə saxlayaraq həmin məsələnin həll edilməsi üçün rüşvət qismində verməkdən ötrü əlavə olaraq 5.000 manat verilməsinin zəruri olmasını yalandan deyib onunla sövdələşmiş və həmin tarixdə Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən hərbi hissənin yaxınlığında, sonuncunun övladı Şahid2 vasitəsi ilə göndərdiyi 5.000 manatı ondan almış, eyni niyyətlə 2019-cu ilin iyun ayında Şahid5la yenidən qeyd edilən telefon vasitəsilə əlaqə saxlayaraq həmin məsələlərin həll edilməsi üçün rüşvət kimi verməkdən ötrü əlavə 10.000 manat verilməsinin zəruri olmasını yalandan bildirməklə onunla sövdələşib, həmin tarixdə sonuncunun Bakı şəhərinə tanımadığı taksi ilə göndərdiyi həmin pulun bir hissəsi olan 6.000 manatı alaraq ümumilikdə 2019-cu ilin fevral-iyun ayları ərzində qeyd edilən niyyətlə əldə etdiyi Şahid5 məxsus 33.000 manatı özünün şəxsi ehtiyacına sərf edib qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid5 cəmi 33.000 manatını ələ keçirib vahid niyyətlə xeyli miqdarda ziyan vuraraq dələduzluq etmiş və vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət kimi verməyə sonuncunu vahid niyyətlə təhrik etmiş, Şahid5 isə hər hansı sənədləşdirmə işlərin aparılmamasını və aldadılmasını görüb qalan pulu verməkdən imti na etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib həmin pul vəsaitini ondan ala bilməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə Şahid5 məxsus 37.000 manat pulu ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. 3. 12 aprel 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-245/2022 nömrəli, 13 oktyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4, 29,178.2.3, 29,178.2.4 və 32.4,312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir.
5. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib bəraət hökmünün ləğv olunması və Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4, 29,178.2.3, 29,178.2.4, 32.4,312.1-ci maddələri ilə təqsirli bilinməklə cəzanın həddi ilə əlaqədar etdiyi təklifə uyğun hədlərdə əsas və əlavə cəzaya məhkum olunması barədə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2329/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli ilkin baxış qərarı ilə dövlət ittihamçı tərəfindən verilmiş apelyasiya protesti üzrə məhkəmə baxışı məhkəmə istintaqı aparılmad an və əlavə sübutlar tələb edilmədən 28 dekabr 2022-ci il tarixə təyin edilmişdir.
7. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Rasif Cəlal oğlu 19 sentyabr 2018-ci ildən 20 may 2019-cu il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi üzrə 501-K nömrəli əmrlə Penitensiar Xidmətinin Mühafizə alayının komendant bölüyünün taqım komandiri vəzifəsində, 20 may 2019-cu il tarixdən isə Penitensiar Xidmət üzrə 1228 ş/h saylı əmrlə 16 saylı cəzaçəkmə müəssisəsinin yanğından mühafizə üzrə böyük inspektoru vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək, aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə, 2018-ci ildə Bakı şəhərində tanış olduğu Şahid5 yaşadığı Qəbələ rayonunun Vəndam qəsəbəsində olan meş ə ərazisi olmaqla, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında fəaliyyət göstərən Meşələrin İnkişafı Xidmətinin tabeliyində X4 Təsərrüfatı Mərkəzinin balansında olan və “Su tayı” istirahət mərkəzinin və həmin mərkəzin yerləşdiyi 0,80 ha ərazinin 10 il müddətə onun adına yenidən icarə müqaviləsi bağlanıb icarəyə verilməsi, həmçinin məhkəmələrdə həmin mərkəzlə əlaqədar baxılan mülki işlərlə bağlı xeyrinə qərar çıxarılmasında köməklik göstərilməsinə dair 2019-cu ilin fevral ayında Məhkum müraciəti ilə bağlı həmin ayın ortalarında Nizami rayonu Neftçilər metrosu yaxınlığında Şahid5la görüşləri zamanı özünün Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifələrdə işləyən şəxslərlə yaxın əlaqələri və məhkəmələrdə hakim vəzifəsində işləyən tanışların olmasını, həmin əlaqələrindən ist ifadə edib Şahid5 adına, vaxtilə icarəsində olan “Su tayı” istirahət mərkəzinin və mərkəzin ətraf ərazisinin yenidən 10 illik müddətinə müqavilə bağlanaraq ona icarəyə verilməsinə nail olacağı və məhkəmədə Şahid5la qardaşı Azər Rəhimov arasında olan mülki mübahisələrin də Şahid5 xeyrinə qərar çıxarılacağını yalandan vəd verib həmin məsələlərin müsbət həlli üçün yaxın münasibətdə olduğu Nazirliyin və məhkəmələrin səlahiyyətli vəzifəli şəxslərinə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə bağlı Şahid5 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla vahid niyyətlə sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə pul vəsaitini ələ keçirmiş və cəhd etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-201/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli hökmü ilə ape llyasiya protesti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-245/2022 nömrəli, 13 oktyabr 2022-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 32.4,312.1-ci maddəsi ilə bəraət verilməsi, Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4, 29,178.2.3 və 29,178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü mapddəsinə əsasən 21 fevral 2022-ci il tarixdən 13 oktyabr 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanılıdığı 07 (yeddi) ay 22 (iyirmi iki) gün müddətin azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırıması cəzasının 02 gününə bərabər tutulmaqla 01 (bir) il 03 (üç) ay 14 (on dörd) gün müddət təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması qərara alınmışdır.
9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
10. Kassasiya protestində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən, cinayət və cinayət-prosessual qanunların normaları düzgün tətbiq edilmədiyindən, Məhkum verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi xaric edilməli olduğu halda, ə sassız olaraq ona həmin hissədə bəraət verilmişdir. Bəraət hətta əsaslı hesab edilsə belə, bu halda prosessual əsas olaraq şəxsin təqsirliliyinin sübuta yetirilməməsini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə deyil, əməldə cinayət tərkibinin olmamasını nəzərdə tutan eyni Məcəllənin 42.1.2-ci maddəsinə istinad edilməlidir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-201/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.
11. Müdafiəçi kassasiya şikayət ində Məhkum cinayət əməlinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyi iddia edilməklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-201/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli hökmünün ləğv edilməsi, cinayət işinə Məhkum təqsirinin sübuta yetirilməməsi əsası ilə xitam verilməsi və ya işinin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş edir.
12. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyy ən edir.
14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tər əfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə Məhkum əsassız və yaxud səhv cinayət prosessual-hüquqi normaya əsaslanmaqla bəraət v erildiyini iddia edərək, kassasiya xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
18. Kassasiya şikayətində müdafiəçi Məhkum cinayət əməlinin törədilməsində təqsirliliyinin sübuta yetirilmədiyini iddia etməklə, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
19. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini və kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kim i görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-201/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
20. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
21. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsin i tələb edir.
22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
24. Məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası CM-nin 178.2.3cü və 178.2.4-cü maddələrinin dispozisiyasına görə, dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə müvafiq cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas hesab edilir.
25. Azərbaycan Respublikası CM-nin 312.2-ci maddəsini dispozisiyasında isə rüşvət vermə vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvətin verilməsində və ya təkrar rüşvət verilməsində ifadə olunur.
26. Baxılan cinayət işində ibtidai istintaq orqanı belə nəticəyə gəlmişdir ki, Məhkum zərərçəkmiş şəxsə sonuncunun müxtəlif səpkidə olan xahişlərinin həll edilməsi üçün vəzifəli şəxsə rüşvət qismində pul verilməsi zəruri olduğunu bildirməklə onu aldadıb, həmin pul vəsaitlərini alaraq ələ keçirm əklə və cəhd etməklə dələduzluq etmiş və zərərçəkmiş şəxsi vəzifəli şəxsə rüşvət qismində pul verilməsinə təhrik etmiş, bununla da Azərbaycan Respublikası CM-nin 312-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qəsd etmişdir.
27. İbtidai istintaq orqanının Məhkum ittiham elan etdiyi Azərbaycan Respublikası CM-nin 32.4,312.1-ci maddəsi “dövlət hakimiyyəti əleyhinə cinayətlər” bölməsinin “korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlər” fəslində nəzərdə tutulmaqla onun dispozisiyası vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət verməyə təhrik etmə kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yer aldığı bölmə və fəslin adından da aydın olduğu kimi, rüşvət vermə cinayətinin obyektini dövlət hakimiyyətini n, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlər təşkil edir.
28. Məhkum irəli sürülmüş ittihamdan və məhkəmələrin müəyyən etdiyi cinayət işinin hallarından isə aydın görünür ki, o, zərərçəkmiş şəxsi aldadaraq, sonuncunun hazırki qərarın “İşin halları” hissəsində təsvir edilən məsələlərini həll etməkdən ötrü vəzifəli şəxsə çatdırmaq adı ilə pulunu alıb ələ keçirmiş və keçirməsinə cəhd etmişdir. Qeyd olunmalıdır ki, məhkəmə aktları qəbul edildiyi dövrdə Məhkum əməlləri mövcud olmuş məhkəmə təcrübəsinə uyğun olaraq məhkəmələr tərəfindən Azərbaycan Respublikası CM-nin 32.4,312.1-ci maddəsi ilə tövsif edilsə də, daha sonra qəbul edilmiş Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarları yeni məhkəmə təcrübəsinin formalaşmasına əsas yaratmışdır ki, məhkəmə kollegiyası həmin qərarlardan çıxış edərək Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsinin dispozisiyası ilə uzlaşan tərkib əlamətlərinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlərin mövcud olub olmamasına, qeyd olunan hərəkətlərin “rüşvət verməyə təhrik” və ya “dələduzluğun üsulu” kimi çıxış etməsinə qiymət verilməsini zəruri hesab edir.
29. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müəyyən etdiyi hüquqi mövqeyə görə yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törə tməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Başa çatmamış cinayətdə iştirakçılıq həm də onu nəzərdə tutur ki, bu hallar bütün iştirakçıların, o cümlədən təhrikçinin iradəsindən asılı olmadan baş verir. Sözügedən halda isə cinayətin başa çatmamasının səbəbi yalançı vasitəçinin hərəkətləridir ki, onun əməlləri rüşvət verən şəxsin başa çatmış cinayəti törətməsi ehtimalını istisna edir. Rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarı).
30. Məhz bu yanaşmadan çıxış edərək və həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək Konstitusiya Məh kəməsi qəbul etdiyi digər qərardadında bir daha qeyd etmişdir ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 17 aprel 2023-cü il tarixli Qərardadı).
31. Konstitusi ya Məhkəməsinin şərhini rəhbər tutan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qəbul etdiyi müvafiq qərarında belə nəticəyə gəlmişdir ki, vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qər ardad birlikdə götürülməklə, onların təsviriəsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-nin 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-nin 32.4,312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-nin 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır (“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 11/2023, 19 may 2023-cü il).
32. Baxılan cinayət işinin materiallarından isə göründüyü kimi, Məhkum aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirsə də, faktiki olaraq hər hansı vəzifəli şəxsə pul və ya digər maddi nemət şəklində rüşvət verməmiş, rüşvət verməyə təhrik etmə hərəkətlərindən isə yalnız dələduzluğun üsulu kimi istifadə etmişdir ki, bu da öz növbəsində onun Azərbaycan Respublikası CM-nin 32.4,312.1-ci maddəsi təqsirli bilinib cəzalandırılmasını istisna edir.
33. Təsvir edilənlərə aid apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinə gəldikdə məhkəmə kollegiyası kassasiya protestinin müvafiq dəliləri ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üz rə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.
34. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin əlaqəli Plenum qərarında da qeyd edilir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respub likası Ali Məhkəməsi Plenumunun Qərarı, № 15, § 38, 24 dekabr 2021-ci il).
35. Cinayət işinin materiallarından isə müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsi Məhkum niyyətinin zərərçəkmiş şəxsin əmlakını ələ keçirmək məqsədini daşıdığını, onun ümumiyyətlə hər hansı bir korrupsiya razılaşmasının əldə olunmasına çalışmadığını, əməllərinin korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilmədiyindən, əksinə əmlakla bağlı olan ictimai münasibətlərə zərər vurmağa yönəldiyini düzgün olaraq əsas götürsə də, bu əməllərin yekunda Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə tam əhatə olunduğunu nəzərə alsa da, barəsində Azərbaycan Respublikası CM-nin 32.4,312.1-ci maddəsi üzrə faktiki olaraq cinayət hadisəsinin olmaması əsası il ə bəraət hökmünün çıxarılmasında yanlış nəticə üzərində dayanmışdır.
36. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət hadisəsinin olmaması dedikdə, cinayət təqibi başlanılması üçün faktın (hadisənin) olmaması, yəni ictimai-təhlükəli hərəkət və ya hərəkətsizliyin həqiqətdə mövcud olmaması başa düşülməlidir.
37. Cinayət işinin materiallarından və məhkəmələr tərəfindən qəbul edilmiş qərar və hökmün məzmunundan da aydın olduğu kimi, Məhkum əməllərində cinayət tərkibinin əlamətlərinin mövcud olması, zərərçəkmiş şəxsə qarşı dələduzluq cinayətini törətməsi iş üzrə toplanılmış sübutlarla öz təsdiqini tapmışdır.
38. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 32.4,312.1-ci maddəsi ilə bəraət verilməsi düzgün nəticə kimi qiymətləndirilə bilməz.
39. M əhkum cinayət əməlinin törədilməsində təqsirliliyinin sübuta yetirilmədiyinə dair kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Baxılan işdə apellyasiya instansiyası məhkəməsi yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarını və mövcud məhkəmə təcrübəsini nəzərə almaqla, toplanmış sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4, 29,178.2.3 və 29,178.2.4 maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirliliyi zərərçəkmiş şəxs və şahidlərin ifadələri yanaşı, zərərçəkmiş şəxsin təqdim etdiyi onunla məhkum arasında aparılmış telefon danışıqlarına aid səs yazmalarının məzmunu, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sü butların məcmusu ilə müəyyən edilmişdir.
40. Yekun olaraq apellyasiya instansiyası məhkəməsi düzgün qərara gəlib birinci instansiya məhkəməsinin işin faktiki hallarının müəyyən edilməsində səhvə yol verdiyini müəyyən etmiş, məhkəmə Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CMnin 178.2.3, 178.2.4, 29,178.2.3 və 29,178.2.4 maddələrinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi həmin maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarını n olmaması haqqında nəticəyə gəlmişdir.
41. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə apellyasiya protestində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
42. Kassasiya şikayətinə baxılması nəticəsində apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsas müəyyən edilmədiyindən, məhkəmə kollegiyası kassasiya protestinə münasibətdə qeyd edir ki, Azərba ycan Respublikası CPM-nin 399.3-cü maddəsində təsbit edilən ümumi prinsipə görə, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan məhkəmə qərarının yalnız Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilməsi yolverilməzdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin dəlilləri yetərli olub Məhkum Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə məhkum edilməməsinin əsasının apellyasiya instansiyası məhkəməsi tərəfindən səhv müəyyən edildiyini təsdiqləsə də, məhkəmənin həmin hissəyə aid yekun nəticəsi düzgün olduğundan, kassasiya protesti təmin edilməməlidir.
43. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 iyul tarixli 2022-c i il tarixli Qərarında və 23 aprel 2023-cü il tarixli Qərardadında, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli Qərarında əksini tapmış hüquqi mövqedən çıxış edərək belə nəticəyə gəlir ki, kassasiya protestinin müvafiq dəlilləri əsaslı hesab edilməli, apellyasiya instansiyası məhkəməsinin Məhkum Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddələri üzrə bəraət verilməsinə dair qənaəti yanlış olan nəticə kimi müəyyən edilməli, törətdiyi cinayət əməlinə düzgün şamil edilmədiyindən Cinayət Məcəlləsinin həmin maddələri Məhkum elan edilən ittihamdan xaric edilməlidir.
44. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 1(103)-201/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli hökmü yuxarıda qeyd edilmiş qaydada dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti və Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-201/2023 nömrəli, 16 iyun 2023-cü tarixli hökmü dəyişdirilmədən saxlanılsın.