Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1960/2023 16.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-281/2023 nömrəli, 10 may 2023-cü tarixli qərarından Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamın ın müdafiəsi üzrə idarəsinin şöbə prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1975-ci il tarixdə Bərdə rayonunun Zümürxaç kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonunun Zümürxan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. 2. 12 yanvar 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, satış məqsədilə istintaqa məlum olmayan mənbədən və tarixdə «Narkotik vasitələrin, psixotrop maddələrin və onla rın prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun İ siyahısına əsasən 4 (dörd) ədəd ayrı-ayrı sarı rəngli sellofan bükümlərdə təmiz çəkiləri 0,205 qram, 0,158 qram, 0,124 qram və 0,177 qram olmaqla ümumi təmiz çəkisi 0,664 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 28 oktyabr 2022-ci il tarixdə, saat 18:10-də Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə rayonu, Qasımbəyli kəndi ərazisində saxlanılıb Bər də şəhəri, ünvan 1 ünvanında yerləşən Bərdə rayon Polis şöbəsinin inzibati binasına gətirilərək həmin gün saat 19 radələrində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən satış məqsədilə saxladığı 4 (dörd) ədəd ayrı-ayrı sarı rəngli sellofan bükümlərdə təmiz çəkiləri 0,205 qram, 0,158 qram, 0,124 qram və 0,177 qram olmaqla ümumi təmiz çəkisi 0,664 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. 3. 06 fevral 2023-cü il tarixdə Bərdə Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə 4 (dörd) ədəd ayrı-ayrı sarı rəngli sellofan bükümlərdə təmiz çəkiləri 0,205 qram, 0,158 qram, 0,124 qram və 0,177 qram olmaqla, ümumi təmiz çəkisi 0,664 qram çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 28 oktyabr 2022-ci il tarixdə, saat 18:10-də Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə rayonu, Qasımbəyli kəndi ərazisində saxlanılıb Bərdə şəhəri, ünvan 1 ünvanında yerləşən Bərdə rayon PŞ-nin inzibati binasına gətirilərək, həmin gün saat 19 radələrində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən satış məqsədilə saxladığı 4 (dörd) ədəd ayrı-ayrı sarı rəngl i sellofan bükümlərdə təmiz çəkiləri 0,205 qram, 0,158 qram, 0,124 qram və 0,177 qram olmaqla, ümumi təmiz çəkisi 0,664 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.
5. Bərdə Rayon Məhkəməsinin 1(021)-51/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən 28 oktyabr 2022-ci il tarixdən 30 oktyabr 2022-ci il tarixədək və 04 noyabr 2022-ci il tarixdən 21 fevral 2023-cü il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 19 (on doqquz) günün hər bir gününün azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki ) gününə bərabər tutulub təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib hökmün ləğv edilməsini, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilməsini və sonuncuya həmin maddənin sanksiyası həddində cinayət cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-281/2023 nömrəli, 10 may 2023-cü tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 1(021)-51/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli hökmü apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eynidir, dövlət ittihamçısı onları təkrarlamaqla qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş, bunun nəticəsi olaraq törədilən cinayətin tövsifində səhvə yol verilmiş, həmçinin Məhkum təyin edilən cəzanı mübahisələndirib təyin edilmiş cəzanın yüngül olduğunu iddia etmişdir. Dövlət ittihamçısı Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-281/2023 nömrəli, 10 may 2023-cü tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. 10.Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları a raşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə y oxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və nəticədə Məhkum törətdiyi əməlin hüquqi tövsifində səhvə yol verildiyini, həmçinin sonuncuya təyin edilmiş cəzanın yüngül olduğunu iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2, 41 6.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
16. Odur ki, kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bununla əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)281/2023 nömrəli, 10 may 2023-cü tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
17. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Re spublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
18. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
19. Bu baxımdan məhkəmə kollegiyası nəzərə alır ki, kassasiya protestində istinad edilən hallar dövlət ittihamçısının əvvəllər apellyasiya instansiyası məhkəməsi qarşında qaldırdığı dəlillərlə eynilik təşkil edir, həmin dəlillərə hər iki aşağı instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarlarda müvafiq cinayət qanunvericiliyi normalarına və məhkəmə təcrübəsini tənzimləyən Azərbaycan Respublikası Konstitusiya və Ali Məhkəməsi Plenumlarının qərarlarına istinad edilməklə artıq ətraflı, dolğun, qanuni və əsaslı cavablandırma verilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticəsi işin obyektiv araşdırılmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə, formalaşmış məhkəmə təcrübəsinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə aşağı instansiya məhkəmələrinin gəldiyi yekun nəticəni təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini şübhə altına almaq üçün əsas görmür.
21. Kassasiya protestinin müəllifi apellyasiya instansiyası məhkəməsinin qərarında gəlinən və hazırda m übahisələndirilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı da kassasiya protestinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir.
22. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
23. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti əsassız olduğundan təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-281/2023 nömrəli, 10 may 2023-c ü tarixli qərarının dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-281/2023 nömrəli, 10 may 2023-cü tarixli qərarı dəyişdirilmədən saxlanılsın.