Məhkəmə qərarları › İş №1(102)-1960/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1960/2025

23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1960/2025 23.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X6, Müdafiəçi – Müdafiəçi3, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi – X1 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirli bilinib məh kum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli 1(101)-1450/2024 nömrəli hökmü ilə (hakimər Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, X10 və X3 ibarət tərkibdə) xx.xx.1983-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi yeni yaşayış massivi nömrəsiz fərdi evdə yaşamış, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respu blikasının Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması, təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X4 iddia tələbinin “dəfn və hüzr mərasimlərinin keçirilməsi ilə bağlı vurulmuş zər ərin və itirilmiş illik qazancın tutulması” hissəsində baxılmamış saxlanılması, X4 maddi və mənəvi ziyanın tutulması ilə bağlı tələbinin qismən təmin edilməsi, mənəvi zərərə görə 10000 (on min) manatın Məhkum tutularaq X5 verilməsi, zərərçəkmiş şəxs (mülki iddiaçı) X1 iddia tələbinin Zərərçəkmiş şəxs2 itirməyə görə, həmçinin yetkinlik yaşına çatmayan övladının qəyyumu olaraq xeyrinə pul tutulması və ailə başçısını itirməyə görə 08 noyabr 2017-ci il təvəllüdlü övladının yetkinik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat tutulması” hissəsində baxılmamış saxlanılması, X1 mənəvi ziyanın tutulması ilə bağlı tələbinin təmin edilməsi, mənəvi zərərə görə 10000 (on min) manat məbləğində pulun Məhkum tutularaq X2 ödənilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X11 və X8 ibarət tərkibdə) 1(103)-222/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərarı ilə məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli 1(101)-1450/2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2025-ci il tarixli qərarından məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. Qərardan kassasiya protesti, o cümlədən kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. İşin halları: Birinci instansiya məhkəməsin hökmünə əsasən Məhkum tərəfindən narkotik vasitədən istifadə edilməsi nəticəsində sərxoş halda yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan bir nəfər şəxsin az ağır xəsarət almasına, üç nəfər zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Məhkum 14 oktyabr 2023-cü il tarixdə saat 20:10 radələrində narkotik vasitədən istifadə edilməsi nəticəsində sərxoş halda etibarnamə əsasında idarə etdiyi «Lada 21725» markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı-Pirşağı avtomobil yolu ilə Kürdəxanı qəsəbəsi istiqamətindən Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsin in, 42-ci maddəsinin 5-ci hissəsinin tələblərini pozaraq sürücü hərəkətə başlayarkən, yerdəyişərkən, dönərkən manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməli kimi tələblərinə əməl etməli olduğu halda və Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və azğın, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, nəqliyya t vasitəsini yaşayış məntəqəsi daxilində saatda 60 km surətdən çox olmayan surətlə hərəkət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək həmin qaydaları pozmaqla ehtiyatsızlıqdan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsində yerləşən «İnci Oil» yanacaq doldurma məntəqəsinin yaxınlığındakı yolda hərəkət etdiyi istiqamətdə yolun sol zolağında dayanmış vəziyyətdə olan istintaqa məlum olmayan avtomobillə toqquşmamaq üçün idarə etdiyi «Lada 21725» markalı **-NT-*** dövlət nömrə nişanlı avtomobilli yolun sağ tərəfinə manevr etdirib dayanmış avtomobili sağ tərəfindən ötüb keçmək istəyərkən eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi «Mercedes Benz E 200» markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobi lin onun idarə etdiyi avtomobilin ön sağ tərəfindən vuraraq toqquşmaqla hər iki avtomobil idarə etməni itirib yolun əks istiqamətinə keçib Zərərçəkmiş şəxs2 idarə etdiyi «Mercedes Benz E 200» markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ orta hissəsindən qarşı istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs4 idarə etdiyi «Toyota Prius» markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq və sağ hissəsi ilə dəyərək toqquşmaqla «Toyota Prius» markalı **-EY*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qanadı ilə eyni istiqamətdə hərəkətdə olan Şahid idarə etdiyi «VAZ 21144» markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapısına dəyərək toqquşması nəticəsində «Toyota Prius» markalı 99- EY-432 dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini Zərərçəkmiş şəxs 1 başbeyin silkələnməsi, sol bud, sol qamış sümüklərinin yerini dəyişən qapalı sınıqları, üst dodaq, sol said və sağ baldır nahiyələrinin əzilmiş yaraları, hər iki gözyuvasıətraf nahiyənin dərialtı hematoması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs1 sağlamlığına az ağır zərər vurulmasına, «Mercedes Benz E 200» markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 ikitərəfli hemotoraks (sol və sağ döş boşluğuna sərbəst qanın yığılması), hər iki ağciyərin əzilmiş-cırılmış yaraları, sol tərəfli lllİl-lV-V-VİVİİ, sağ tərəfli ll-lll-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların yerini dəyişən qapalı sınıqları və həmin səviyyədə plevrada cırılmalar, sağ bazu sümüyü nün qapalı sınığı, sağ kürək nahiyəsinin sıyrıqları ilə müşayiət olunan sağlamlığa ağır zərər vurmaqla Zərərçəkmiş şəxs2 hadisə zamanı almış olduğu xəsarətlərdən hadisə yerində ölümünə, «Toyota Prius» markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini Zərərçəkmiş şəxs3 baş beyin maddəsinin əzilməsi, alın sümüyünün kəllə əsasına keçən açıq qəlpəli sınığı, burun, sol almacıq və çənə sümüklərinin yerini dəyişən qapalı sınıqları, sağ mil-bilək oynağının, sağ tərəfli ll-lll, sol tərəfli ll-lll-İV qabırğaların yerini dəyişməyən qapalı, sağ baldır sümüklərinin açıq qəlpəli sınıqları, alın, sol qaşüstü və sağ baldır nahiyələrinin əzilmişcırılmış yaraları, hər iki baldır nahiyəsinin sıyrıqları ilə müşayiət olunan sağlamlığa ağır zərər vurmaqla Zərərçəkmiş şəxs3 hadisə zamanı almış old uğu xəsarətlərdən hadisə yerində ölümünə, «Toyota Prius» markalı 99- EY-432 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 baş beyin maddəsinin əzilməsi və yumşaq qişalarına qansızma, alın sümüyünün basılmışqəlpəli, açıq sınığı, ikitərəfli hemopnevmotoraks (hər iki döş boşluğuna sərbəst qanın və havanın yığılması), ağciyərlərin kontuziyası, qaraciyərin və köndələn çənbər bağırsağın əzilmiş yaraları, çənə və sağ mil sümüklərinin qapalı sınıqları, alın nahiyəsinin əzilmiş yarası, hər iki diz oynağı nahiyəsinin sıyrıqları ilə müşayiət olunan sağlamlığa ağır zərər vurmaqla Zərərçəkmiş şəxs4 hadisə zamanı almış olduğu xəsarətlərdən həmin günü müalicə aldığı xəstəxanada ölümünə səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində göstərir ki, hüquqlar ını müdafiə etdiyi şəxs məhkəmə istintaqı zamanı birmənalı olaraq özünü təqsirli saymamış və ifadəsində bildrimişdir ki, 2023-cü ilin sentyabr 3 ayının ortalarında bir dəfə qurudulmuş marixuana olan narkotik vasitə istifadə etmişdir. 2017-ci ildən avtomobil idarə edir. “B" kateqoriyalı sürücülük vəsiqəsi var. O, hadisə baş verənə qədər "Lada 21725” markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. 14 oktyabr 2023-cü il tarixdə saat 20:10 radələrində texniki cəhətdən saz vəziyyətdə olan "Lada 21725” markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Sabunçu rayonu Kürdaxanı qəsəbəsi istiqamətindən Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən, Əjdər Məlikov küçəsində yerləşən "İnci Oil" yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı yolda, yolun sağ zolağı ilə 100- 110 km/saat sürətlə hərəkətdə olarkən, ondan arxada yolun sol zolağı ilə yüksək sürətlə hərəkətdə olan "Mercedes Benz" markalı **-FS-*** dövlət qeydiyat nişanlı avtomobil qarşısında onun hərəkət zolağında avtomobil dayandığını görərək, həmin avtomobillə toqquşmamaq üçün idarə etdiyi avtomobillə yolun sol zolağından sağ zolağına manevr edərək onun idarə etdiyi avtomobili ötüb keçmək istəyərkən onun avtomobilinin ön sağ tərəfindən vuraraq toqquşması nəticəsində onun idarə etdiyi avtomobil və "Mercedes Benz” markalı 90-FS063 dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək, yolun əks istiqamətinə çıxmışlar. Bu zaman yolun əks tərəfindən öz yolu ilə hərəkətdə olan "Toyota Prius" markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nəticəsind ə əks yola çıxan "Mercedes Benz" markalı avtomobillə toqquşmuşdur. Hadisədən sonra ətrafa tanımadığı şəxslər yığılmış, hadisə yerinə təcili tibbi yardım avtomobili və polis əməkdaşları gəlmişdir. Ona sonradan məlum olmuşdur ki, hadisə yerində iki nəfər, bir nəfər isə xəstəxanaya aparılarkən ölmüşdür. O, hadisə zamanı xəsarət almamış və yanında sərnişin olmamışdır. Baş vermiş hadisə ilə bağlı peşmandır, belə hadisənin olmasını istəməzdi. Fikrimcə, əsas diqqət çəkən məqam ondan ibarətdir ki, “müstəntiqin qeyd etdiyi kimi sürücü Т.Т.Мəттədtağıyev avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat surətdən artıq, yəni 80-90 km/saat surəth idarə etdiyindən” onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Belə olan halda müstəntiqin Məhkum 14 oktyabr 2023-cü il tarixdə saat 20:10 radələrində “Lada 21725” markalı 99-NT382 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Sabunçu rayonu Kürdaxanı qəsəbəsi istiqamətindən Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən, Əjdər Məlikov küçəsində yerləşən “İnci Oil” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı yolda, “Lada 21725” markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun sağ zolağı ilə deyil, sol zolağı ilə hərəkətdə olduğunu, “Mercedes Benz" markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə yolun sol zolağı ilə deyil, sağ zolağı ilə hərəkətdə olduğunu qeyd etdiyi kimi, yol-nəqliyyat hadisəsinin baş verdiyi zaman “Mercedes Benz" markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin i darəetməni itirməsi nəticəsində öz yolundan əks yola çıxmazdı, əksinə “Mercedes Benz" markalı avtomobilin ağırlıq tonajı ilə “Lada 21725” markalı avtomobilin ağırlıq tonajını nəzərə alsaq “Mercedes Benz” markalı avtomobil idarəetməni itirməsi nəticəsində öz yolundan əks yola deyil hərəkətdə olduğu sağ zolaqdan sağa doğru istiqamət almış olardı. DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1983-cü il təvəllüdlü Məhkum xx.xx.2016-cı il tarixdə (xx.xx.2026-c1 il tarixədək etibarlı olan) AE 960776 nömrəli sürücülük vəsiqəsi verilmişdir. Bundan başqa, həqiqətin aşkara çıxarılması üçün yeganə sübut olan yol nəqliyyat hadisəsinin görüntülərini əks etdirən DVD diskdə olan görüntülərə baxış keçirilsə də, hadisənin necə baş v erməsinin müəyyən edilməsindən ötrü müvafiq ekspertiza təyin edilməmişdir. Beləlilkə, şərh olunanlara əsasən, məhkumun müdafiəçisi Bakı Apellyasiya Məhkəməsinin 1(103)-222/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinə bəraət verici əsaslarla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını əlaqəli şəkildə öyrənib,kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının və zərərçəkmiş şəxsin hüquqi varisinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanu n normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsin də məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu nun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli, məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə h ökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün i ctimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin az adlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddə si) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətində Məhkum CM-in 263-1.4-cü maddələri ilə təqsirlilik məsələsi mübahisələndirildiyindən məhkəmə kollegiyası həmin əmələ münasibət bildirərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi sübu tlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntuya yol verməmiş, Məhkum hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-in 263-1.4-cü maddəsinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, məhkumun əməlində Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında əsaslı nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Resp ublikası CPM-nin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddələri ilə tövsif edilməsi və onun bu maddə ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə və apellyasiya məhkəməsinin qərarında ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların, həmçinin məhkəmə istintaqı ilə keçirilməməklə toplanmış sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda həmin sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb hesab etmişdir ki, apellyasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq, Məhkum təsvir edilmiş cinayətkar hərəkəti törətməsi, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin ölümünə səbəb olması Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq və təhlil edilmiş, yuxarıda qeyd olunan və digər sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CinayətProsessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək İlqar Mütəllibovun Cinayət Məcəlləsinin 263-1.4-cü maddələri ilə təqsirli və cəzalandırılmalı olması barədə nəticə çıxarılmışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263-1.4-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-in 125.8-ci maddəsinə əsasən, «Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür». Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Məhkum həmin cinayət əməlini törətməsini, cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş sübutlarla təsdiq olunmuş, məhkum və müdafiə tərəfi onların qəbul olunmasının yolverilməzliyini iddia etsə də, bunu hər hansı bir halla əsaslandıra bilməmişdir. Məhkumun müvafiq məzmunlu iddiası hər hansı sübuta və fakta deyil, yalnız bəsit formalı subyektiv mülahizəyə əsaslanmışdır. Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərər çəkmiş şəxslərin ölümünə səbəb olması və hadisə yerindən qaçmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması və hadisə yerindən qaçması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyinin tam sübuta yetirilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların, o cümlə dən şahid ifadələrinin müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum istinad edilən cinayət əməlini törətməsi aşağı instansiya məhkəmələri tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlinmiş, onun əməlini Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Y oxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin şəxsin CM-in 263-1.4-cü maddəsi ilə təqsirli olması barədə mövqeyini əsaslı sayaraq qeyd edir ki, göstərilən məhkəmə cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün toplanmış sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, düzgün hüquqi nəticəyə gəlmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cina yət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM -də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Məhkumun ona qarşı CM-in 263-1.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi üçün cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qanuni əsaslar mövcud deyil, kassasiya şikayətinin bu barədə dəlilləri hər hansı hüquqi əsasa toxunmayan dəlillər olmaqla, cinayət işi üzrə qanuni surətdə toplanaraq yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutların məcmusu ilə tam təkzib olunur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar hazırki iş üzrə mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxar ıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar