Məhkəmə qərarları › İş №1(102)-1961/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1961/2022

22.12.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1961/2022 22.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş Məhkum qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçisi Müdafiəçi4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinay ət kollegiyasının 1(103)-1311/2022 nömrəli, 01 iyul 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı6 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 24 iyun 2021-ci il tarixli ittiham aktı ilə Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham irəli sürülmüşdür. 3. 08 iyul 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə təqsirləndirilən şəxs Məhkum cinayət təqibi or qanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və iş açıq məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 18 ədəd bükümdə, ümumi təmiz çəkisi 6,672 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 24 mart 2021-ci il tarixdə ünvan 2 ünvanına gedərək, əldə etdiyi həmin narkotik vasitələrdən 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,381 qram və 0,390 qram olmaqla ümumi təmiz çəkisi 0,771 qram təşkil edən narkotik vasitə heroini tanışı Şahid1, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,420 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini tanışı Şahid2 və 1 ədəd selofan bü kümdə təmiz çəkisi 0,365 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini tanışı Şahid3 özü ilə birgə istifadə etmələri üçün vermiş, Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin bölmənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı o, 24 mart 2021-ci il tarixdə, saat 20:00-da ünvan 3 ünvanında tanışları Şahid1, Şahid2, Şahid3 və Şahid4 ilə birlikdə narkotik vasitələrin istehlakı ilə məşğul olan zaman saxlanılıb, ünvan 4 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci polis şöbəsinin inzibati binasına gətirilərək, orada video çəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun əynindəki açıq mavi rəngli cins şalvarın sol yan cibindən üzərində qız ılı hərflərlə “SOBRANİE” yazılmış ağ rəngli siqaret qutusunun içərisindən 14 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,374 qram, 0,393 qram, 0,390 qram, 0,416 qram 0,381 qram, 0,350 qram, 0,280 qram, 0,340 qram, 0,345 qram, 0,401 qram 0,406 qram, 0,378 qram, 0,372 qram və 0,290 qram olan, ümumi təmiz çəkisi 5,116 qram təşkil edən kustar üsulla hazırlanmış və kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

5. Birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş ibtidai istintaq dövründə əldə edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 tərəfindən verilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 20 aprel 2021-ci il tarixli, 834 saylı rəyi ilə müəyyən edilmişdir ki, Məhkum törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Həmin dövrdə onda müəyyən edilmiş psixi xəstəlik remissiya vəziyyətində olmuşdur. Məhkum hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı, onda aşkar edilən şizofreniya paranoid forma diaqnozlu xəstəliklə əlaqədar öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Məhkum məcburi müalicəyə ehtiyacı yoxdur.

6. Eyni dövrdə əldə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 verdiyi 12 mart 2022-ci il tarixli, 28 saylı təkr ar komisyon stasionar məhkəmə-psixiatrik ekspertiza rəyinin nəticə hissəsində aşağıdakılar müəyyən edilmişdir ki: “ İ. Motivləşdirici hissə. Yoxlanılan şəxs Məhkum hal-hazırda «PARANOİD ŞİZOFRENİYA» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F20.0) müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (irsiyyətinin psixi xəstəliklərlə ağırlaşması, hərbi xidmət dövründə psixi xəstəlik yarandığına görə müayinə edilməsi, baş psixiatr, professor Ağabəy Sultanov tərəfindən konsultasiya edilməsi və ona «Şizofreniyayabənzər psixoz» diaqnozunun qoyulması, «Şizofreniyayabənzər psixoz» kliniki diaqnozuna istinad olunmaqla «Xəstəliklər cədvəli»nin 17 «B» maddəsinin İİ qrafasına əsasən «Dinc dö vrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır» qənaətinə gəlinərək hərbi xidmətdən təxris edilməsi, müxtəlif psixotrop dərman preparatları ilə mütəmadi müalicələr alması, müddətsiz İİ qrup əlil olması, 2004-cü il tarixdən «Şizofreniya paranoid forma» diaqnozu ilə 26 saylı Şəhər Poliklinikasının ruhi-əsəb xəstəlikləri kabinetində qeydiyyatda olması, 16 iyul 2014-cü il tarixdə tibb elmləri doktoru X3 tərəfindən müayinə olunaraq «Şizofreniya, paranoid forma. Natamam remissiya. Şəxsiyyətin qüsur əlamətləri» diaqnozu qoyulması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində özünü narahat aparması, şöbədaxili rejimə tabe olmaması, ünsiyyətə meyilli olmaması, buna səbəb olaraq isə qulağına gələn səslərin onu heç kimlə danışmağa qoymadığını, əks halda onlar tərəfindən incidildiyini bildirməsi, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində narahat və gərgin görünməsi, produktiv verbal kontakt qurmaqda müəyyən qədər çətinlik yaranması, suallara bir qədər ləng və qısa cavablar verməsi, dəqiqləşdirmək üçün verilən sualların məzmunundan kənarlaşaraq məntiqsiz mühakimələr və fikirlər söyləməsi, onları əsaslandırmağa çalışması, özünü qeyriadekvat aparması, bəzən dodaqaltı danışması, anlaşılmayan ifadələr işlətməsi, mülahizələrində əlaqəsizlik müşahidə edilməsi, söylədiyi fikirlər arasında məna əlaqəsini itirməsi, təfəkkürünün məntiqsiz olmaqla autik və paraloji xarakter daşıması, aparılan sorğu-sual gedişatında produktiv psixopatoloji simptomatika qismində təqib, təsir və özünüböyütmə məzmunlu sayıqlama fikirlərinin, eşitmə hallüsinasiyalarının müəyyən edilməsi, öz xəstəliyinə ambivalent münasibət bəsləməsi, emosional reaksiyalarında bir qədər enmə nəzərə çarpması, maraq dairəsinin məhdud olması, məsuliyyət hissinin enməsi, proqnozlaşdırma qabiliyyətinin zəifləməsinin nəzərə çarpması, hal-hazırkı psixi vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi münasibət bəsləməməsı) sübut edir. İİ. Yekun hissəsi. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: - Yoxlanılan şəxs Məhku m qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən keçirdiyi «Paranoid şizofreniya» xəstəliyinin gedişində natamam remissiya vəziyyəti olmuşdur. Buna görə də Məhkum öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. - Yoxlanılan şəxs Məhkum hal-hazırkı müayinəsi zamanı onun əziyyət çəkdiyi xroniki psixi xəstəlik hesab olunan paranoid şizofreniya xəstəliyinin gedişində kəskinləşmə mərhələsi olduğu müəyyən edilir. Bu səbəbdən Məhkum hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında deyildir. Məhkum hal-hazırda anlaqlı olub-olmamasını cavablandırmaq mümkün deyildir. Çünki «anlaqlılıq» və «anlaqsızlıq» anlayışları yalnız cinayət hadisəsinin törədildiyi dövrə münasibətdə işlədilə bilər. - Yoxlanılan şəxs Məhkum təqsirləndirildiyi cinayət əməlini törədən zaman əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyinin gedişində natamam remissiya mərhələsi olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Məhkum anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi cinayət əməlini törətməsi nəzərə alınmalıdır. Məhkum ona ittiham olunan əmələ görə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. - Yoxlanılan şəxs Məhkum əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyinin gedişində hal-hazırda kəs kinləşmə mərhələsi müşahidə edilir. Buna görə də Məhkum hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Hal-hazırkı psixi vəziyyətinə görə Məhkum hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşür. - Yoxlanılan şəxs Məhkum barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilib-edilməməsi ilə bağlı ambulator məhkəmə psixiatrik ekspertizanın 7 may 2021-ci il tarixli 1430 saylı rəyi ilə stasionar məhkəmə psixiatrik ekspertizasının 29 noyabr 2021-ci il tarixli, 159 saylı rəyi arasında yaranmış ziddiyyətin səbəbi olaraq qeyd etmək lazımdır ki, ötən vaxt ərzində Məhkum uzun müddət adekvat dərman müalicə ala bilməməsi və neqativ təbiətli psixogen amillərin təsirinə mə ruz qalması səbəbindən əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyinin gedişində kəskinləşmə mərhələsi yaranmışdır. Buna görə ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. - Yoxlanılan şəxs Məhkum qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Məhkum ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. «Paranoid şizofreniya» xəstəliyi xroniki psixi patologiya hesab olunur və gedişində remissiya (müvəqqəti yaxşılaşma) və kəskinləşmə (yenidən pisləş mə) mərhələləri olur. Remissiya mərhələsinin özü tam və natamam ola bilər. Yalnız tam remissiya vəziyyətində şizofreniyalı xəstə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında ola bilər. Natamam remissiya vəziyyətində belə bir ciddi patologiyalı xəstə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmur. Bununla əlaqədar olaraq əvvəlki suallar cavablandırılarkən artıq qeyd edildiyi kimi, Məhkum öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. Məhkum anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi cinayət əməlini törət məsi nəzərə alınmalıdır. Məhkum ona ittiham olunan əmələ görə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Kəskinləşmə mərhələsində isə şizofreniyalı xəstədə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyəti tamamilə itirir. Məhkum halhazırkı psixi vəziyyəti (məntiqsiz mühakimələr və fikirlər söyləməsi, onlan əsaslandırmağa çalışması, özünü qeyri-adekvat aparması, produktiv psixopatoloji simptomatika qismində təqib, təsir və özünüböyütmə məzmunlu sayıqlama fikirlərinin, eşitmə hallüsinasiyalarının müəyyən edilməsi, maraq dairəsinin məhdud olması və s.) onda kəskinləşmə mərhələsinin olduğunu sübut edir.”

7. Bakı Ağır Cinayətlər Məhkəməsini n 1(101)-128/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra psixi xəstəliyə tutulmuş Məhkum münasibətdə iş üzrə icraat dayandırılmış, barəsində Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər təyin edilmişdir.

8. Birinci instansiya məhkəməsinin həmin qərarından dövlət ittihamçısı apellyasiya protesti verərək, qərarın ləğv edilməsi və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası hüdudlarında azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsasland ırılmışdır ki, məhkəmə araşdırması zamanı keçirilmiş məhkəmə-psixiatrik ekspertizalarının bütün rəylərində Məhkum barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülsə də, həmin rəylərdə onun psixi pozuntusunun səviyyəsi müəyyən edilməmiş və onun barəsində hansı səbəbdən məhz ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməli olması əsaslandırılmamışdır. Bütün bunlar onu göstərir ki, iş üzrə təyin olunmuş rəylər arasında Məhkum psixi vəziyyəti barədə tam düzgün nəticəyə gəlməyə əsas verməyən ziddiyyətləri vardır. Məhkəmə araşdırması zamanı məhkəmə təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizası təyin edilməsi barədə vəsatəti müzakirə ed ərək, özü də təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizası rəyi ilə ambulator məhkəmə psixiatrik ekspertizası rəyi arasında ziddiyyətlərin olduğu qənaətinə gələrək verilmiş vəsatətlərin təmin edilməməsi barədə qərarlar qəbul etmiş, lakin həmin ziddiyyətləri aradan qaldırmadan sonda obyektiv olmayan nəticəyə gəlmişdir. Ekspertizanın 159 saylı, 29 noyabr 2021-ci il tarixli və 28 saylı 12 mart 2022-ci il tarixli rəyləri ziddiyyətli hesab etdiyi məsələlərə aydınlıq gətirmədiyindən o, obyektiv nəticəyə gəlməyə əsas verəcək rəy alınması üçün yenidən təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının təyin olunması barədə vəsatəti məhkəmə qarşısında qaldırsa da, həmin vəsatət təmin edilməmiş və yekunda Məhkum barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmuşdur. Qeyd etdiyi vəsatətin təmin edilməməsi ilə məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) tələblərini pozmuşdur.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1311/2022 nömrəli, 01 iyul 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-128/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qərarı apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

10. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

11. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəlilləri eynidir, dövlət ittihamçısı onları təkrarlamaqla kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1311/2022 nömrəli, 01 iyul 2022-ci il tarixli qərarının ləğv olunması, işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

12. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Dövlət ittihamçısı kassasiya protestində cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək dəlilin tədqiqindən əsassız imtina edildiyini, s übutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, yekun qərarın əsasını yolverilməz sübutların təşkil edildiyini iddia etməklə, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

14. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1311/2022 nömrəli, 01 iyul 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslı lığını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

15. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).

16. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

17. Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). 1

8. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

19. Kassasiya protesti müəlifinin hazırda irəli sürdüyü, məhkəmələrin Məhkum barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq etməklə yanlış nəticəyə gəlməsi barədə dəlilləri yuxarıda istinad edilən prosessual cinayət-hüquqi normaları ilə müqayisəli şəkildə təhlil edildikdə, həmin dəlillərin əsassız olduğu müəyyən edilir.

20. Məhkəmə kollegiyası qeyd edir ki, dövlət ittihamçısı tərəfindən irəli sürülmüş eyni dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin ba xılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.

21. Kassasiya protestinin müəllifi məhkəmə icraatı zamanı təyin olunmuş rəylər arasındakı ziddiyyətlərin aradan qaldırılmadığını, məhkəmə qərarlarının əsasında ziddiyyətli hesab etdiyi məsələlərə aydınlıq gətirməyən 29 noyabr 2021-ci il tarixli, 159 saylı və 12 mart 2022-ci il tarixli, 28 saylı rəylərin durduğunu, Məhkum psixi vəziyyəti ilə bağlı obyektiv nəticəyə gəlməyə əsas verəcək rəyin alınması üçün verdiyi təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının təyin olunması barədə vəsatətinin əsassız olaraq təmin edilmədiyini iddia etsə də, bu dəlillər cinayət işinin materiallarında öz təsdiqini tapmır.

22. Belə ki, cinayət işi üzrə ibtidai istintaq döv ründə Məhkum psixi vəziyyətinin yoxlanılması ilə bağlı verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 tərəfindən verilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 20 aprel 2021-ci il tarixli, 834 saylı rəyi üzrə Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşdüyü müəyyən edilsə də, onun məcburi müalicəyə ehtiyacı olmadığı göstərilmişdir.

23. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında birinci instansiya məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərarı ilə stasionar məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxs tərəfindən 29 noyabr 2021-ci il tarixli, 159 saylı rəy verilmişdir.

24. Həmin rəyin natamam olması səbəbini əsas gətirən, məhz dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət əsasında birinci instansiya məhkəməsinin 16 fevral 2022-ci il tarixli qərarı ilə təkrar komission stasionar məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Həmin qərar əsasında əldə edilmiş 12 mart 2022-ci il tarixli, 28 saylı təkrar komission stasionar məhkəmə-psixiatrik ekspertiza rəyi ilə əvvəlki rəylər arasındakı ziddiyyətlərə tam aydınlıq gətirilmişdir. Rəyin motivləşdirici hissəsində Məhkum barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilib-edilməməsi ilə bağlı ambulator məhkəmə psixiatrik ekspertizanın 7 may 2021-ci il tarixli, 1430 saylı rəyi ilə stasionar məhkəmə psixiatrik ekspertizasının 29 noyabr 2021-ci il tarixli, 159 saylı rəyi arasında yaranmış ziddiyyətin səbəbi olaraq qeyd edilmişdir k i, “ötən vaxt ərzində Məhkum uzun müddət adekvat dərman müalicə ala bilməməsi və neqativ təbiətli psixogen amillərin təsirinə məruz qalması səbəbindən əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyinin gedişində kəskinləşmə mərhələsi yaranmışdır. Buna görə ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülmüşdür”.

25. Göründüyü kimi, ambulator məhkəmə psixiatrik ekspertizanın 12 mart 2022-ci il tarixli, 28 saylı təkrar komission stasionar məhkəmə-psixiatrik ekspertiza rəyində dövlət ittihamçısının verdiyi əvvəlki vəsatətində qaldırdığı eyni məzmunlu məsələyə cavab verilmiş, bununla belə dövlət ittihamçısı həmin rəyin etibarsızlı ğına və ya prosessual qaydaların pozulması ilə aparılmasına dəlalət edən heç bir hala istinad etmədən yenidən eyni əsaslarla təkrar komission stasionar məhkəmə-psixiatrik ekspertizasının keçirilməsi barədə vəsatət qaldırmış, məhkəmə “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin tələblərinə əsaslanmaqla həmin vəsatətin təmin edilməməsi barədə əsaslı nəticəyə gəlmişdir.

26. Beləliklə, birinci instansiya məhkəməsi cinayət işi materiallarında olan sübutlar əsasında Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini tam sübuta yetirildiyi qənaətinə gəlsə də, 12 mart 2022-ci il tarixli, 28 saylı təkrar komission stasionar məhkəmə-psixiatrik ekspertiza rəyi üzrə sonuncunun psixi vəziyyətinə gö rə onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşdüyündən, onun barəsində Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəkilində tibbi xarakterli məcburi tədbir təyin edilməsi və iş üzrə icraatın dayandırılmasını qərara almış, apellyasiya instansiya məhkəməsi sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələ üzrə gəldiyi nəticəişin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun olaraq əldə edilmiş və tədqiqi aparılmış sübutlara, müvafiq maddi və prosessual cinayət -hüquqi normalarının düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəkilində tibbi xarakterli məcburi tədbir təyin edilməsi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Müvafiq nəticənin əsasları birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir edilib həqiqi məzmununa uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi isə ittiham tərəfinin dəlillərinə müqayisəli şərh verməklə öz nəticəsini həmin əsaslar üzərində qurduğundan, məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin verdiyi qərarların qanuni və əsas lı olması haqda qənaətə gəlir.

28. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(103)-1311/2022 nömrəli, 01 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısının kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(103)-1311/2022 nömrəli, 01 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar