Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1962/2025 07.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1048/2023 nömrəli, 11 may 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul e tdi. I. İşin halları
1. Məhkum xxxxxx-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, 2-ci korpus ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. 2. 28 noyabr 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 14 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 27 iyul 2022-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu metronun “28 May” stansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, 27 iyul 2022-ci il tarixdə, saat 23:30-da Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, 2-ci korpusda saxlanılaraq ünvan 3 ünvanında yerləşən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunda üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,399 qram, 0,142 qram, 0,293 qram olmaqla ümumi təmiz çəkisi 0,834 qram olan xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üç ədəd bükümdə ayrı-ayılıqda təmiz çəkisi 0,441 qram, 0,426 qram, 0,465 qram olmaqla ümumi təmiz çəkisi 1,332 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Məhkum 31 avqust 2022-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi C.Cabarlı küçəsinin yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi ist ehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, 31 avqust 2022-ci il tarixdə saat 17:10-da Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi C.Cabarlı küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Binəqədi rayon polis idarəsinin 43-cü Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli bükümdə təmiz çəkisi 1,875 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001 )-125/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddətin təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 04 (dörd) il 11 (on b ir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 31 avqust 2022-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəflərlə və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, işinə yenidən baxılmasını xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1048/2023 nömrəli, 11 may 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-125/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli hökmünün təyin edilmiş cəzanın müddəti və qəti cəza hissəsində dəyişdirilməsi, həmin hökml ə Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətinin 03 (üç) il 6 (altı) aya endirilməsi, həmin cəzanı Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddətin azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən sax lanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində qeyd olunmuşdur ki, hər hansı şəxslə satış məqsədilə əlaqəya girməsi, yazışmaların olması, tərəzi və s. satışa dəlalət edən hər hansı bir sübut olmadığı halda Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə məhkum edilmişdir. Narkotiklərin aludəçisi olmuş, üzərində olan narkotik vasitəni tutulduğu günlərdə şəxsi istifadəsi üçün əldə etmiş və bunu vəkilin iştirakı ilə etiraf etmişdir. 26 fevral 2023-cü il tarixdə mikroinfarkt keçirməsini və valideyninin onkoloji xəstəliyinin ağırlaşmasını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini və cəzasının yüngülləşdirilməsini xahiş edir.
10. Kassasiya şik ayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM” və “CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual norm alara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əs aslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum kassasiya şikayətində faktiki olaraq törətdiyi əməlin səhv tövsif edildiyini, eləcə də ona təyin edilmiş cəzanın ağır olduğunu iddia etməklə, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasını n 1(103)-1048/2023 nömrəli, 11 may 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
18. Həmin Məcəllənin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəala rının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir.
19. Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.
20. Yenə də həmin Məcəllənin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzər də tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
21. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyin ə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza t əyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
24. Təsvir edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası baxılan kassasiya şikayətinin məhkumun cinayət əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsaslı hesab edir.
25. Belə ki, Məhkum 27 iyul və 31 avqust 2022-ci il tarixlərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərini törətmiş, hər iki epizod üzrə ibtidai istintaq orqanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ci nayət işi başlayıb icraata qəbul etmiş, daha sonra hər iki cinayət işi bir icraatda birləşdirilmişdir. İbtidai istintaqın sonlarında 23 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərar əsasında Məhkum əməli birinci epizod üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş və 24 noyabr 2022-ci il tarixli qərar əsasında ona yenidən ittiham elan edilmişdir.
26. Lakin məhkəmə kollegiyası hesab edir ki, həmin epizod üzrə aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin satış məqsədi ilə əldə edilməsinə dair irəli sürülmüş ittiham mötəbər sübutlar olmadan və ehtimallar üzərində qurulmuşdur.
27. Belə ki, ibtidai istintaq orqanı həmin epizod üzrə əməlin tövsifini dəyişərkən, qənaətini yalnız aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin xırda bükümlərə ayrıldığı ilə əsaslandırsa da, cinayət işinin materiallarında Məhkum həmin narkotik vasitə və psixotrop maddəni satış məqsədilə, əvəzli və ya qazanc əldə etməsi, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsini təsdiq edən nəinki kifayət edən, ümumiyyətlə heç bir sübut mövcud deyildir. Əksinə onun üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin şəxsi istifadəsi üçün əldə etməsi, özünün həmin hissədə etirafedici ifadələri ilə yanaşı, eləcə də iş materiallarında olan video çəkilişdən istifadə edilməklə keçirilmiş 29 iyul 2022-ci il tarixli şəxsi axtarış protokolu, ekspertiza rəyləri və digər mötəbər sübutlarla müəyyən olunmuşdur.
28. Həmçinin, ibtidai istintaq dövründə və məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərdən də (polis əmək daşları) heç biri Məhkum narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı sübuta dayaqlanan məlumat verməmiş, müstəsna olaraq məhkum edilmiş şəxsdən yuxarıda qeyd olunan narkotik vasitə və psixotrop maddə aşkar edilib götürülməsi faktını təsdiq etmişlər.
29. Göründüyü kimi, istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CPM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrlə bağlı sifarişlər almas ı və həmin sifarişləri icra etməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir.
30. Məhkəmə kollegiyası hesab edir ki, mötəbər sübutlarla təsdiq olunmadıqda (məsələn, narkotik vasitələri təchiz edən (satan) və/və yaxud əldə edən (alan) ilə telefon danışıqları, rabitə vasitələrindən istifadə edilməklə müxtəlif formalı yazışmalar, əldə edən (alıcı) tərəfindən narkotik vasitələrlə bağlı sifarişlər, şərti alıcı ilə bağlı hərəkətlər, nağd və ya nağdsız formada maliyyə əməliyyatlarının aparılması, özünün (bir neçə) və yaxud kənar şəxslərin adına olan bank kartlarının aşkar edilməsi və sair), şəxsin narkotik vasitə və psixotrop maddələrini qanunsuz olaraq məhz satış məqsədi ilə əldə etməsinin müəyyən edilməsi yolverilməzdir.
31. Bununla belə, birinci insta nsiya məhkəməsi şəxsin əməlində narkotik vasitə və psixotrop maddənin satışı ilə bağlı ümumiyyətlə hər hansı bir sübut mövcud olmadığı halda Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə tam təqsirli bilmiş və apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq səhv nəticəyə gəlmişdir.
32. Bununla da, birinci və apellyasiya instansiyaları məhkəmələri iş üçün əhəmiyyətli olan sübutları qanunamüvafiq qaydada qiymətləndirməyib, istintaq orqanının mülahizələrə əsaslanmış ittihamı ilə razılaşıb, təqsirsizlik prezumpsiyasını rəhbər tutmadan əsaslandırılmamış yekun məhkəmə aktları qəbul edib Məhkum əməlini ona qarşı irəli sürülmüş ittihamın birinci epizodu üzrə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif etməklə məhz bu cinayətin törədilməsində onun təqsirini sübuta yetirilmiş hesab etmişlər.
33. Yuxarıda qeyd edilənlərlə bağlı məhkəmə kollegiyası xatırladır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə görə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yayılmasına yönəldilmiş hərəkətlər yalnız əvəzli və ya qazanc əldə edilməsi, yaxud digər şəxsi maraq məqsədlə həyata keçirildikdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
34. Qeyd edilən nəticəyə gələn məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq n iyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 8, § 9, 14 iyun 2024-cü il).
35. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə də, narkotik vasitə və madd ələrin qanunsuz dövriyyəsinin məhz satış məqsədilə həyata keçirilməsi iddia edilən işlərdə yerli məhkəmələrdən istintaq orqanının konkret olaraq hansı istintaq hərəkətlərini icra etdiyinin nəzərdən keçirilməsi tələb edilir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16, § 130, 13 fevral 2020-ci il). Bu müqaildən olan cinayət işlərində əməliyyataxtarış fəaliyyətini həyata keçirən orqan əməliyyat tədbirinin aparılmasına əsas yaradan səbəbləri, xüsusilə də şübhəli şəxsin cinayət törətməsi istiqamətində artıq müəyyən addım atdığını təsdiqləyən, əldəetmə mənbəsinin sonrakı mərhələdə yoxlanılması mümkün olan konkret və obyektiv məlumatların mövcud olduğunu nümayiş etmək imkanında olmalıdır (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). İstintaq hərəkətlərinin yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşması, nağd pul vəsaiti, narkotik vasitələrin qanunsuz satışının təşkilinə aid olan əşyalar, o cümlədən tərəzi və qablaşdırma materialları, alış-verişin iştirakçıları – narkotikin potensial təchizatçıları və ya alıcıları haqqında məlumat, bu qəbildən olan digər mötəbər sübutların aşkar edilməsi istiqamətində istintaqın istənilən mərhələsində heç bir praktiki addımın atılmaması məhkəmələr tərəfindən mütləq nəzərə alınmalıdır (Savalanlı və Başqaları Azərbaycana qarşı, № 54151/11, § 92, 15 dekabr 2022-ci il).
36. Baxılan cinayət işinin materiallarının təhlili göstərir ki, Məhkum üzərində aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddəni nə vaxtsa satmaq üçün alıcı axtardığını, hər hansı şəxslə sonradan sövdələşərək həmin narkot ik vasitəni ona satacağını təsdiqləyən heç bir sübut ittiham tərəfindən məhkəmələrə təqdim edilməmiş və bunlar ehtimal xarakteri daşıyır. Bundan başqa, satılacaq narkotik vasitə və psixotrop maddə müqabilində Məhkum kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, halbuki bu halların da sübuta yetirilib-yetirilməməsi məhkum olunmuş şəxsin əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir.
37. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası Məhkum narkotik vasitə və psixotrop maddəni öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə yanaşı, onun üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir və bununla bağlı birinci epizod üzrə əməlin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, əməlinin tövsifinin dəyişməsi ilə bağlı qərarın cəza təyini hissəsində də dəyişdirilməsi qənaətinə gəlir.
38. Məhkum təyin ediləcək cəza məsələsinə gəldikdə məhkəmə kollegiyası nəzərə alır ki, məhkəmələr məhkuma cəza təyin edərkən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını müəyyən etmişlər. Lakin hazırkı halda onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təkrar törətməsi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal olaraq nəzərə alınmalıdır.
39. Davam edərək məhkəmə koll egiyası qeyd edir ki. Azərbaycan Respublikası CMnin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
40. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsir i nəzərə alınır.
41. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
42. Təsvir edilən maddi hüquq normaların məzmunundan görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
43. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Məhkum islah edilməsi, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatmaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddində cəza təyin edilməlidir.
44. Beləliklə, məhkəmə kollegiyası nəticə olaraq belə qənaətə gəlir ki, hazırki kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin mübahisəsi edilən qərarı işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslanmadığından, kassasiya şikayətində isə həmin qərarın nəticələrini təkzib edə biləcək yetərli dəlillər gətirildiyindən, Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifinə və bununla bağlı olaraq cəza təyininə dair aşağı instansiya məhkəmələrinin qərarları əsaslı hesab edilə bilməz.
45. Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir.
46. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1048/2023 nömrəli, 11 may 2023-cü il tarixli qərarı Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsinə və ona həmin maddə üzrə cəza təyin edilməsinə dair hissədə dəyişdirilməli, onun əməli birinci epizod üzrə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən eyni Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmə li, məhkum edilmiş şəxsə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş yeni cəza təyin edilməlidir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1048/2023 nömrəli, 11 may 2023-cü il tarixli qərarı dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1048/2023 nömrəli, 11 may 2023-cü il tarixli qərarından və onunla bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-125/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli hökmündən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına və ona Azərbay can Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsinə dair müddəalar xaric edilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum ibtidai istintaq dövründə tutulduğu 02 (iki) gün müddət təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azad lıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkum 31 avqust 2022-ci il tarixdən həbsdə olduğu nəzərə alınsın və o, cəzasını çəkmiş hesab olunaraq cəzaçəkmə müəssisəsindən azad edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1048/2023 nömrəli, 11 may 2023-cü il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.