Məhkəmə qərarları › İş №1(102)-1963/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1963/2024

27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1963/2024 27.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlunun və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Məhkum və onun müdafiəçisi Müdafiəçi9 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının kassasiya şikayətinin verilməs i üçün buraxılmış prosessual müddətin bərpa olunmasından imtina edilməsinə dair 2024-cü il 15 aprel tarixli, 1(107)-146/2021 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi9 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 1 fevral tarixli, 1(091)-7/2021 nömrəli hökmü ilə, xx xxxx 1995-ci il tarixdə Qəbələ rayonu Soltan Nuxa kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "Sabiroğlu” MMC-də sürücü işləmiş, Qəbələ rayonu Soltan Nuxa kəndində qeydiyyatında olmaqla həmin ünvanda yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 32.5,179.2.3, 32.5,179.2.4, 32.5,308.2, 32.5,311.3.3, 32.5,313 v ə 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 75-ci maddəsinin tələblərinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, CM-in 32.5,313 və 320.1-ci maddələri ilə ona cəza təyin olunmamış, Məhkum CM-in 32.5,179.2.3 və 32.5,179.2.4-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 32.5,308.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 32.5,311.3.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaların əsas cəzalar ilə qismən t oplanılması və əlavə cəzanın əsas cəzaya birləşdirilməsi yolu ilə Məhkum qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi7 tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2021-ci il 11 noyabr tarixli, 1(107)-146/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 1 fevral tarixli, 1(091)-7/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 noyabr 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi8 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər X6 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə) 2023-cü il 18 aprel tarixli, 1(102)482/2023 nömrəli qərarı ilə Məhkum ərizəsi təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2021-ci il 11 noyabr tarixli qərarından onun müdafiəçisi Müdafiəçi8 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmış və kassasiya şikayəti üzrə icraata xitam verilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən, Məhkum maddi məsul vəzifəli şəxs tərəfindən ona etibar edilmiş özgəyə məxsus əmlakın vahid niyyətlə qulluq mövqeyindən istifadə edilərək xeyli miqdarda ziyan vurulmaqla mənimsənilərək talanmasın da, vəzifəli şəxs tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edilərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmaqla və ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vahid niyyətlə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsində, vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü və üçüncü şəxslər üçün dolayı yolla şəxsən və vasitəçidən istifadə edilməklə külli miqdarda maddi nemətin vahid niyyətlə rüşvət qismində istənilməklə alınmasında, vəzifəli şəxs tərəfindən tamah və qeyrisinin təhriki ilə şəxsi niyyətlə rəsmi sənədlərə vahid niyyətlə bilə- bi lə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törədilməsində qeyriləri ilə birlikdə köməkçi qismində iştirak etmiş, hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədi ilə vahid niyyətlə təkrarən saxtalaşdırmaqla qanunsuz hazırlamışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, PROKURORUN, MƏHKUMUN VƏ MÜDAFİƏÇİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 1(107)-146/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı əsassızdır. Həmin qərar Məhkum hüquqlarını pozmuşdur. Məhkum 3 instansiyalı Azərbaycan Respublikası Məhkəmələrində məhkəməyə müraciət etmək hüququndan tam istifadə edə bilməmişdir. Məhkəmənin qərarı onun bu hüquqlarını pozmuşdur. Məhkəmənin onun bir il üç ay müddəti ötürməsi ilə bağlı gəldiyi nəticə əsass ızdır. Çünki bundan əvvəl məhkəməyə müraciət etmiş, lakin məhkəmədə iştirak etmək istəyinin olması və onun iştirakının təmin olunmaması səbəbindən kassasiya şikayətini geri götürmüşdür. Lakin sonradan şikayəti vaxtında verə bilməmişdir. Bu əsasla kassasiya şikayəti verə bilməmişdir ki, onun hüququnu bilməməsi, ümumiyyətlə qanunvericilikdən xəbərdar olmaması, səhhətində yaranmış problemlərlə əlaqədar və hələ da əsassız hesab etdiyi məhkəmə qərarlarının stresindən çıxmaması və kifayət qədər ağır cəzanın hələ də stresini yaşamasıdır. O, hesab etmişdir ki, bu cürə əsaslar onu deməyə əsas verir ki, buraxılmış prosessual müddətin ötürülməsi üzürlü hesab edilməli və Məhkum də digər məhkumlar kimi kassasiya instansiyasına şikayət etmək hüququndan istifadə etməlidir. Müdafiəçi kassasiya şikayətin də Şəki Apellyasiya Məhkəməsinin 1(107)-146/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum və müdafiəçisi kassasiya instansiyası məhkəməsində məhkəmə iclasında çıxış edərək kassasiya şikayətinin təmin edilməsini və buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etdilər. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı Yaqut Əliyeva çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını və Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 aprel 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Pr osessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.2-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409- cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə. Apellyasiya instansiya məhkəməsi kassasiya şikayəti vermək üçün müəyyən olunmuş müddəti üzürlü səbəbdən ötürülməsinə dair hər hansı sübutun məhkum tərəfindən məhkəməyə təqdim edilmədiyini müəyyən etmiş və bu səbəbdən vəsatəti təmin etməmişdir. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kas sasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Cinayət işinin materiallarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2021-ci il 11 noyabr tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi8 tərəfindən Qanunla müəyyən edilmiş müddət daxilində əvvəlcə kassasiya şikayəti verilmiş, lakin kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin Cinayət Kollegiyasının iclasında mahiyyəti üzrə xx.xx.2023-cü il tarixdə baxılarkən məhkum kassasiya şikayətini geri götürdüyü üçün müdafiə tərəfinin kassasiya şikayəti geri qaytarılmışdır. Göründüyü kimi, məhkumun Qanunla müəyyən edilmiş müddət daxilində kassasiya şikayəti ilə yuxarı məhkəməyə müraciət etmək imkanına malik olmuş, lakin o könüllü olaraq şikayətini geri götürdüyündən, on un şikayətinə mahiyyəti üzrə baxılmamışdır. Hazırda isə qərarın çıxarılmasından artıq 4 ilə yaxın müddət keçmiş, eləcə də kassasiya şikayəti vermə müddəti bir il üç ay müddətinə buraxılmış və bu müddətin buraxılmasını üzrlü edən heç bir mötəbər sübut məhkəmələrə təqdim edilməmişdir. Məhkəmə kollegiyası həmçinin müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasını n qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davam lı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X7rşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012) Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəy yən olunmadığından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də həmin vəsatətin rədd edilməsinə dair Apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi X8 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının kassasiya şikayətinin verilməsi ü çün buraxılmış prosessual müddətin bərpa olunmasından imtinaya dair 2024-cü il 15 aprel tarixli, 1(107)-146/2021 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar