Məhkəmə qərarları › İş №1(102)-1964/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1964/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1964/2023 06.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, Məhkum və müdafiəçisi X2 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 4 aprel 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 iyun 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X6 (sədrlik edən), X8 və X3 ibarət tərkibdə) 4 aprel 2022-ci il tarixli hökmü ilə 3 fevral 1981-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, evli, Yevlax şəhəri, Q.Əşrəfbəy küçəsi, ev 9, mənzil 43-də qeydiyyatda olub yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsin də təqsirli bilinmiş, CMin 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 22 iyun 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserdə profilaktik qeydiyy ata alınması hökm edilmişdir. Hökmlə digər şəxs- Təqsirləndirilən şəxs da məhkum olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Abdullayev ilkin Qismət oğlunun sədrliyi ilə, X9 və X4 ibarət tərkibdə) 9 iyun 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 4 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 4 aprel 2022-ci il tarixli hökmünə əsasən təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası.yüngülləşdirilməklə 10 (on) il müddətə azadlıqd an məhrum etmə cəzası həddinədək azaldılmışdır. Azərbaycan Respublikası CMin 66.3-cü maddəsinə əsasən həmin cəza ilə Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 4 aprel 2022-ci il tarixli hökmü ilə CM-in 32.5, 206.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-in 240.3.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış, ona cinayətlərin məcmusu üzrə qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 4 aprel 2022-ci il tarixli hökmü təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1,234.4.3 və 240.3.2-ci maddələri ilə irəli sürülmüş ittihama əsasən, o və Təqsirləndirilən şəxs öz aralarında və İran İslam Respublikasında olan digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin, psixotrop maddənin və güclü təsir edən dərman preparatlarının əldə edilməsi, saxlanılması və daşınmaqla qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsi, həmin maddələrin Azərbaycan Respublikası ərazisində Elçin Xudaverdiyev və Məhkum tərəfindən qəbul ediləcəyi barədə razılaşmaqla qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmişlər. Əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasında olan üzvləri tərəfind ən külli miqdarda 26442,6 qram narkotik vasitə heroin, külli miqdarda-5863,68 qram narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda-920 ədəd həb şəklində, təsir maddəsinin miqdarı 36,8 qram olan narkotik vasitə metadon, külli miqdarda-3299,1 qram psixotrop maddə metamfetamin və külli miqdarda-150 ədəd kapsul şəklində təsir maddəsinin miqdarı 22,5 qram olan güclü təsir edən maddə “Preqabalin” dərman preparatları əldə edilmiş, saxlanılmış və daşınmaqla Azərbaycan Respublikasının dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilmiş və bu barədə 21 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və Məhkum s onuncunun idarə etdiyi «MAZ 21070» markalı, «AZ **BM-***» qeydiyyat nişanlı avtomaşınla Yevlax rayonundan Beyləqan rayonu ərazisinə gedərək 22 iyun 2021-ci il tarixdə gecə saat 01 radələrində Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 22-ci sərhəd zastavasının 31-ci sahəsinin arxa tərəfində narkotik vasitələrin qoyulduğu yerə getmişlər. Orada Təqsirləndirilən şəxs avtomaşından düşərək narkotik vasitələrin olduğu yerə yaxınlaşmış, Məhkum isə avtomobildə qalmaqla onu gözləmişdir. Təqsirləndirilən şəxs 2 ədəd bağlamalarda olan külli miqdarda narkotik vasitələri, psixotrop maddəni və güclü təsir edən maddəni qoyulduqları yerdən götüməklə ümumi niyyətlə satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb, avtomobilə tərəf daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs və Məhkum hadisə yerində saxlanılmış, onların birgə əldə etdikləri, cinayətkar qrupa məxsus 2 ədəd bağlamaya baxış keçirilərkən göstərilən miqdarda narkotik vasitə heroin, qurudulmuş marixuana, metadon həbləri, psixotrop maddə metamfetamin və güclü təsir edən maddə “Preqabalin” adlı dərman preparatları aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində göstərmişdir ki, sürücü işləyir, yanacaq daşıma ilə məşğuldur. Ailəlidir, 4 övladı var, 2-si azyaşlıdır, himayəsində onkoloji xəstə anası, psixi xəstə qardaşı və dili qüsurlu sümük boşluğundan əziyyət çəkən övladı var.Heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamış və istifadə etməmişdir. xx.xx.2021-ci il tarixdə tanışı Təqsirləndirilə n şəxs ona haqq müqabilində Beyləqan rayonundan yanacaq daşımasını xahiş etmiş, o da 100 manat və 150 litr yanacaq qarşılığında təklifə razılaşmış və yola düşmüşlər. Yolboyu Elçin kiminləsə yazışıb, əlaqə saxlayıb, narahatçılığının səbəbini soruşduqda isə heç nə deməmiş, yanacaq dolu avtomobilin gələcəyini, ordan yanacaq götürüləcəyini, yanacağın hərbi maşınlarda olduğunu bildirmişdir. İmamverdi kəndinə çatanda yolun kənarında maşını saxlamışlar. Elçin telefonunda meqabayt bitdiyi üçün onun telefonunu almış və maşından düşüb getmişdir. Bir qədər sonra polis əməkdaşları ona yaxınlaşaraq aparmış və Elçinin narkotik vasitə olan bağlama ilə tutulduğunu bildirmişlər. Elçindən aşkar olunan narkotik vasitədən onun xəbəri olmamış, bunu Elçin də etiraf etmişdir. Onun bu cinayət əməli ilə əlaqəsi yo xdur. Onun barəsində saxta sübutlarla ittiham aktı tərtib edilmiş və ittihamedici hökm çıxarılmışdır. Apellyasiya məhkəməsi ona bəraət verilməsi barədə apellyasiya şikayətinin təmin olunmaması barədə qərar çıxarmış, həmin qərarla razı deyil. Məhkum kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 iyun 2022-ci il tarixli qərarını ləğv edib, ona köməklik edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkum və müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsə lələr üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi b irinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tət biq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətində təqsirsiz olduğunu bildirərək barəsində əsassız ittiham hökmünün çıxarılmasını iddia edərək bu tələbini CPM-in 416.1.11-ci maddəsində nəzərdə tutulan halla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddə sinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkd ə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası ilk əvvəl Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə əsassız məhkum edilməsi barədə dəlillərini əsassız sayaraq, aşağıdakıları qeyd edir: Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum oğlunun Cinayət Məcəlləsinin 234.4.1,234.4.3 və 240.3.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə ibtidai araşdırma zamanı sübutların əldə olunması və onların aşağı instansiya məhkəmələri tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə məhkəmələr tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zam anı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokol, istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: N nömrəli hərbi hissənin komandiri, polkovnik Zəfər Bayramovun xx.xx.2021-ci il tarixli, 16/1415 nömrəli məktubundan görünür ki, 22 iyun 2021 -ci il tarixdə saat 01:30-da həmin hərbi hissənin 22-ci sərhəd zastavasının 31-ci sahəsinin arxa istiqamətində “Pusqu” xidmətinə təyin edilmiş sərhəd naryadları Beyləqan rayonu İmamverdili kəndi istiqamətində 1 avtomobilin hərəkət etdiyini, həmin avtomobilin qeyd olunan kənddə olan əkin sahələrinin yaxınlığında dayandığını, içərisindən 1 nəfər şəxsin düşərək əkin sahələrinə doğru hərəkət etdiyini, oradan 2 ədəd torbanı götürüb ərazidən uzaqlaşdığını görmüş, bundan sonra həmin şəxs saxlanılmış, saxlanıldığı ərazidən 2 ədəd torba aşkar edilərək götürülmüşdür. Bundan sonra saxlanılmış şəxsi qeyd olunan hadisə yerinə gətirmiş avtomobilə sərhəd naryadı yaxınlaşmış, orada daha 1 nəfər şəxsin olduğunu aşkar etmişdir; xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında p rotokoldan görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin 22-ci sərhəd zastavasının 31-ci sahəsidir. Həmin istiqamətdə Beyləqan rayonu, İmamverdili kəndi yaxınlığında əkin sahəsində saxlanılmış Təqsirləndirilən şəxs saxlanıldığı yerdən 2 ədəd bağlama aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs həmin bağlamanı götürmək üçün əraziyə gəldiyini bildirmişdir; xx.xx.2021-ci ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı ərazidən aşkar olunaraq götürülmüş bağlamalara baxış keçirilən zaman içərisindən bükümlərlə birlikdə çəkisi 29500 qram olan tünd rəngli, kəskin qoxulu, heroinə bənzər maddə, bükümlərlə birlikdə çəkisi 3500 qram olan ağ rəngli, kristallik, kəskin qoxulu, metamfetaminə bənzər maddə və bükümlərlə birlikdə çəkisi 6500 qram olan kəskin qoxulu, ot şəkilli, marixuanaya bənzər maddə, 92 konvolyut hər konvolyutka 10 ədəd üzərində M/40 yazısı olmaqla ümumilikdə 920 ədəd metadon həbləri və 10 konvolyut hər konvolyutka 15 ədəd üzərində «Preqabalin» yazısı olmaqla ümumilikdə 150 ədəd preqabalin dərmanları aşkar olunmuşdur; Materialların məhkəmə ekspertizasının 22 iyun 2021-ci il tarixli, 6/2528 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bağlamada 12 ədəd bükümdə ümümi təmiz çəkisi 3299,1 qram olan ağ rəngli kristalşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 5 ədəd bükümdə ümumi təmiz çəkisi 26442,6 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, üzərilərində “M-40” göstəriciləri olan ümumi sayı 920 ədəd metadon həblərin əsas təsiredici maddəsinin miqdarı 36,8 qram təşkil edir və üzərilərində “Preqabalin 150” göstəriciləri olan ümumi sayı 150 ədəd preqabalin tərkibli dərman preparatlarının əsas təsiredici maddəsinin miqdarı 22,5 qram təşkil edir; Məhkəmə-bioloji ekspertizasının 22 iyun 2021-ci il tarixli, 7/580 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş göy və narıncı rəngli sintetik torbalarda olan ümumi təmiz çəkisi 5863,68 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır; Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 3638 saylı rəyində göstərilmişdir ki, Məhkum narkomaniya xəstəliyindən əzab çəkmir; 22 iyun 2021-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Məhkum məxsus «S umsung J1» markalı, ağ rəngli mobil telefonda "WhatsApp” proqramı mövcuddur və həmin proqram üçün istifadə olunan mobil nömrə "***-***-**-**”-dir. Qeyd olunan "WhatsApp” proqramında olan mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə mobil telefonun yaddaşında adı "Kiya” kimi qeyd edilmiş şəxsin "+98-***-***-**-**” saylı nömrəsi arasında narkotik vasitələrin əldə edilməsi ilə bağlı məzmununda SMS və səs danışıqlarının olması, içərisində narkotik vasitələrin və psixotrop maddənin olduğu bağlamaların gizlədildiyi yerin fotoşəklinin və məkanının göndərilməsi aşkar olundu. Bundan başqa qeyd olunan "WhatsApp” proqramında olan mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə mobil telefonun yaddaşında adı "Kiya” kimi qeyd edilmiş şəxsin istifadəsində olan "+98-***-***-**-**” saylı nömrə arasında bir neçə dəfə audio və video zənglərin olması müəyyən edilmişdir; 22 iyun 2021-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus «Sumsung Galaxy A01» markalı tünd, göy rəngdə mobil telefonda "WhatsApp” proqramı mövcuddur və həmin proqram üçün istifadə olunan mobil nömrə "***-***-**-**”-dir. Qeyd olunan "WhatsApp” proqramında olan mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə şəxsiyyəti istintaqa Kiyani kimi məlum olan şəxsin istifadəsində olan "+98-***-***-**-**” saylı nömrədən "Salam ay qaqa, Ay qaqa sabahın xeyir, neynirsən, niyə cavab vermirsən brat, ay qaqa necəsən, salam ay qaqa” məzmununda səs danışıqlarının göndərilməsi aşkar olundu. Bundan başqa qeyd olunan "WhatsApp” proqramında olan mobil nömrəyə xx.xx.2021-ci il tarixdə şəxsiyyəti istin taqa Kiyani kimi məlum olan şəxsin istifadəsində olan "+98-***-***-**-**” saylı nömrədən bir neçə dəfə cavabsız audio zənglərin edilməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə istinad edilən, hazırkı qərarın “işin halları bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri əldə etməsi, daşıması və saxlaması apellyasiya istansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq və təhlil edilmiş yuxarıda qeyd olunan və digər sübutların məcmusu ilə müəyyən edilmişdir. İbtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan aşağı instansiya məhkəmələri iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə düzgün tövsif etmişlər. Məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətində qeyd olunan və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən dəlillərini cinayət məsuliyyətindən yayınmaya yönələn cəhd kimi qiymətləndirən apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı sayır və qeyd edir ki, Məhkum qarşı CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi üçün cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qanuni əsaslar mövcud deyil. Qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiya məhkəmələri Məhkum həmin narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən dərman preparatlarının qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsində köməkçi qismində iştirak etməsi nəticəsinə gələrək onun əməlini CM-in 32.5, 206.2-ci maddəsi ilə tövsif etməklə səhvə yol vermişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edi lmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun m əzmununun izah edilməsini tələb edir. Baxılan işdə narkotik vasitənin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən dərman preparatlarının Azərbaycan Respublikasına gömrük sərhədindən (İİR-lə Azərbaycan Respublikası arasında olan dövlət sərhədindən) gömrük nəzarətindən gizli keçirilməsindən ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2 iyun 2016-cı il tarixli 10 saylı qərarında qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyalar ı gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-in 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-in 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-in 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. CM-in 31-ci maddəsi iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılığı nəzərdə tutur. CM-in 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. CM-in 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və araşdırılan sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum işin hallarında təsvir olunan qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, psixotrop maddələrin və güclü təsir e dən dərman preparatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçiriləndən sonra həmin maddələrə əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə köməklik etməsi barədə razılığa gəlməsi cinayətinin icrasında rolu olmamış, Məhkum yalnız külli miqdarda narkotik vasitələri, psixotrop maddələrin və güclü təsir edən dərman preparatlarının satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən əldə etmə, daşıma və saxlaması cinayətində iştirak etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunverciliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində q urulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və "ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəs i)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Məhkəmə kollegiyası Məhkum CM-in 32.5. 206.2-ci maddəsi ilə təqsirli bilinməsi ilə razılaşmır və bununla bağlı əvvəla vurğulayır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təq sirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı) Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum narkotik vasitələri, psixotrop maddələrin və güclü təsir edən dərman preparatlarının cinayətkar qrupun İİR-da olan üzvləri ilə əvvəlcədən razılaşaraq Azər baycan Respublikasına göndərilməsində və dövlət sərhəddinin nəzarət-buraxılış məntəqələrindən kənarda respublikaya keçirilməsində məlumatı və iştirakı olmasını təsdiq edən hər hansı sübut müəyyən edilmir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Məhkum digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçiriləcək narkotik vasitə, psixotrop maddələri və güclü təsir edən dərman preparatlarını əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə köməklik etməsi barədə razılığa gəlməsi iş materialları ilə sübuta yetirilmir. Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Həmin Məcəllənin 351.2-ci maddəsinin tələblərinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-in 353.2-ci maddəsinin tələblərinə görə məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində: “353.2.1. cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri; 353.2.2. məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri”nin göstərilməsi zəruridir. Yuxarıda şərh olunanlara əsasən, məh kəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyun 2022-ci il tarixli qərarı Məhkum Azərbaycan Respublikası CM-in 32.5, 206.2-ci maddəsi ilə məhkum edilməsinə aid hissədə ləğv edilməli və Məhkum təqsirliliyi sübuta yetirilmədiyinə görə onun barəsində CM-in 32.5, 206.2-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməlidir. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmu ş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Təqdim edilmiş sübutlar işin düzgün həll edilməsi, işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə onlarla bağlı mövqeyini qərarda əks etdirməlidir. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri t əqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxqu et Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X5rşı” 9 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası CPM-in 416.1.11, 416.1.15-ci maddələrinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiya məhkəməsi həmin hökmü ləğv edə və ya dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək Məhkum barəsində CM-in 32.5,206.2-ci maddəsi ilə olan cinayət işinin icraatına CPM-in 39.2-ci maddəsinə əsasən, yəni təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməli, onlara CM-in 32.5,206.2-ci maddəsi ilə cəzanın təyin edilmə si barədə müddəalar məhkəmə qərarlarından xaric edilməli, Məhkum Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyun 2022-ci il tarixli qərarı ilə CM-in 234.4.1, 234.4.3 və 240.3.2-cü maddələri ilə təyin edilmiş cəzalar CM-in 66.3-cü maddəsi ilə toplanılaraq qəti cəza təyin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.3 və 419.10.4-ci maddələrinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyun 2022-ci il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 iyun 2022-ci il tarixli qərarı Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə məhkum edilməsinə və cəzalandırılmasına dair hissədə ləğv edilsin və təqsirliliyi sübuta yetirilmədiyindən həmin maddə ilə olan hissədə cinayət işinin icraatına xitam verilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 iyun 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 4 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 240.3.2ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar