Məhkəmə qərarları › İş №1(102)-1964/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1964/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1964/2024 09.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, barəsində olan cinayət işinin icraatına xitam verilmiş şəxs Məhkum və onun müdafiəçisi, “Femida” Vəkil Bürosunun vəkili Hüseynov Zamiq Pirverdi oğlunun iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 aprel 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı3 Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi ilə) 12 yanvar 2024-cü il tarixli qərarı ilə xx xxxxxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanda yaşayan Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci madd əsi tətbiq edilməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Əhmədov Həsən Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov Ziya Allahverdi oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə) 22 aprel 2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsinə dair 12 yanvar 20 24-cü il tarixli qərarı verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Məhkum bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlə təkrar xuliqanlıq etmişdir. Belə ki, Məhkum 13 iyun 2021-ci il tarixdə saat 22 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus avtoyuma məntəqəsinin arxa tərəfindəki ofisə daxil olaraq, Zərərçəkmiş şəxs keçmiş əri Şahid4 sevgilisi olduğunu deyib heç bir əsaslı səbəb olmadan mübahisə etmiş, daha sonra Zərərçəkmiş şəxs ofisdən çıxmasına işarə edib ictimai yerə avtoyuma məntəqəsinin qarşısına çağıraraq orada Zərərçəkmiş şəxs uca s əslə nalayiq sözlərlə təhqir edib özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə ictimai qaydanı, yəni insanlar arasında bərqərar olmuş davranış və etik qaydalarını, əxlaq normalarını kobud surətdə pozub, ətrafdakıların gözü qarşısında cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik, ictimai qaydaya etinasızlıq ifadə edib Zərərçəkmiş şəxs üzərinə hücum çəkərək sağ qolunun bazu hissəsindən əli ilə tutub ayağı ilə sol ayağının pəncə hissəsindən zərbə vuraraq onu yerə yıxıb üzərində oturaraq saçından tutmuş və yumruğu ilə baş nahiyəsinə bir neçə dəfə zərbələr endirməklə qəsdən Zərərçəkmiş şəxs sol alıntəpə və sol gicgah-təpə nahiyələrinin dərialtı hematoması, sol yanaq, sağ bazu, hər iki said və döş qəfəsi nahiyələrinin sıyrıqları, sol ayaq nahiyəsinin qançırı ilə müşayiət olunan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər xuliqanlıq etmişdir. Bundan başqa o, təkrarən 5 iyul 2021-ci il tarixdə saat 20 radələrində ictimai yerdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən «Ülvi» şadlıq sarayının qarşısında qeyri rəsmi nikahda olduğu Şahid4 bacısı Şahid1 ilə bir qrup şəxs halında özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyətilə Şahid4 keçmiş arvadı Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib ictimai qaydanı, yəni insanlar arasında bərqərar olmuş davranış, etik qaydalarını və əxlaq normalarını kobud surətdə pozub, ətrafda başqalarının gözü qarşısında cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik, ictimai qaydaya etinasızlıq ifadə edib Zərərçəkmiş şəxs nalayiq sözlərlə təhqir edib saçından, Şahid1 isə qolundan tutub hər ikisi fiziki güc tətbiq etməklə Zərərçəkmiş şəxs yerə yıxıb onun baş nahiyəsinin asfalt örtüyünə dəyməsi ilə kifayətlənməyib xuliqanlıq hərəkətlərini davam edərək ayağı ilə baş nahiyəsinə, Şahid1 isə ayağı ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməklə qəsdən Zərərçəkmiş şəxs baş beyin silkələnməsi, sağ təpə, ənsə nahiyələrinin dərialtı hematomaları, alın, sağ diz oynağı nahiyələrinin qançır və sıyrıqları, sağ bazu və döş qəfəsi nahiyələrinin qançırları ilə müşayiət olunan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə təkrarən şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər xuliqanlıq etmişdir. Kassasiya protestinin dəlilləri: Protest müəllifi hesab edir ki, cinayət işinin materiallarında Məhkum Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ittiham olunduğu əməli törətməsi ibtidai araşdırma və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər materiallarla tam sübuta yetirilmişdir. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq belə nəticəyə gəlmişlər ki, “təqsirləndirilən şəxs Məhkum zərər çəkmiş şəxsi döyərək qəsdən sağlamlığa yüngül zərər vurma xəsarəti yetirməsi şəxsi münasibətlər zəminində baş verən cinayət hadisəsidir və bununla da Məhkum əməlinin tövsif edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.” Halbuki, işin hallarından görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Şahid4 ər-arvad olmaqla 2021-ci ilin may ayına qədər birgə yaşamış, xx.xx.2021-ci il tarixdə isə rəsmi olaraq boşanmışlar. 2021-ci İlin may ayında Şahid4 təqsirləndirilən şəxs Məhkum ilə tanış olmuş və onlar daimi görüşməyə başlamışlar. Həmin ərəfədə Məhkum hər vasitədən istifadə etməklə özü və Şahid4la olan münasibətlər haqqında məlumatları dolayı formada Zərərçəkmiş şəxs çatdırmağa çılışmışdır (məsələn, zəng edib heç danışığa girmədən Şahid4la onun arasında olan dialoqu ötürməsi). Həmin müddətdə Şahid4 və Zərərçəkmiş şəxs faktiki boşanma ərəfəsində olmuş və onların arasında mülki mübahisə olmu şdur (avtomobil, avtoyuma, mənzil və s.). Məhkum bu mübahisədə heç tərəf belə olmadığı halda, dəfələrlə Zərərçəkmiş şəxs zəng etmiş, özünün Şahid4 sevgilisi olduğunu bildirib, sərt formada Zərərçəkmiş şəxs iddialardan imtina etməsini tələb etmişdir. Bu xüsusatları sadalamaqda məqsəd ondan ibarətdir ki, həqiqətən ər-arvad arasında mübahisə vardır, mübahisənin səbəbi ailədaxili münasibətlər və ondan irəli gələn mülki mübahisədir. Lakin həmin mübahisənin Məhkum heç bir aidiyyəti olmadığı təqdirdə, sonuncu buna müdaxilə etmiş, Zərərçəkmiş şəxs ilə görüşə getdiyini görüb dəfələrlə Şahid4 təkidlə onu da götürməyi xahiş etmişdir. Dövlət ittihamçısı həmçinin qeyd edir ki, məhkəmə təcrübəsinə əsasən xuliqanlıq cinayəti bir neçə əsas əlamətlərə görə səciyənləndirilir: səbəbsiz və ya cüzi səbəbdən mü bahisə, ictimai yer, hadisə yerində kənar şəxslərin olması və zor tətbiq. Məhkum törətmiş olduğu xuliqanlıq cinayətlərində bütün bu amillər mövcuddur. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçının, kassasiya protestinin təmin edilməməsi barədə barəsində olan cinayət işinin icraatına xitam verilmiş şəxs Məh kum və müdafiəçi Z.Hüseynovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instans iyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələləri nə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum əməlinin tövsifi mübahisə edilir. Hesab edilir ki, Məhkum əməlində Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsinin tərkibi olmasına baxmayaraq məhkəmələr heç bir qanuni əsas olmadan onun əməlini Azərbaycan Respublikası CM-in 128-ci maddəsinə tövsif etmişlər. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci h issəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tö vsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qə rarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq hesab edir ki, aşağı insyansiya məhkəmələri tərəfindən Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsinə və CM-in 73.2-ci maddəsi tətbiq edilməklə cinayət işi üzrə icraata xitam veriməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddəsinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu, şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta ye tirilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, iş materiallarından olan, birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun keçmiş həyat yoldaşı Şahid4lə Təqsirləndirilən şəxsin yaxın münasibətləri olmuşdur. 13 iyun 2021-ci il tarixdə hələ də yoldaşı ilə tam olaraq boşanmadığından (hazırda boşanmışdır) ona məxsus maşını yoldaşı istifadə etmişdir. Ona da maşın lazım olduğundan yoldaşı Şahid4dən maşını gətirməyini istəmişdir. Sonra onun telefonuna Təqsirləndirilən şəxs xanımın nömrəsindən zəng gəlmişdir, zəng zamanı səslər eşitmişdir. Səslər Şahid4in “filan vaxta boşanıram, filan vaxta sən lə zaqsa gedəcəm” kimi açıq səslər olmuşdur. Maşını gətirməsi üçün Şahid4ə zəng edəndə Təqsirləndirilən şəxsdə onun yanında olmuşdur. Təqsirləndirilən şəxs ondan kim olduğunu soruşmuşdur, aralarında söhbət olmuşdur. Təqsirləndirilən şəxsə bildirmişdir ki, onlar hələ boşanmayıb, daha sonra Şahid4 gəlib maşını qaytarmışdır. O, Təqsirləndirilən şəxslə əlaqə saxlayıb Şahid4in onun haqqında dediklərini demiş, Təqsirləndirilən şəxs demişdir ki, dediklərinə inanmır, o da Təqsirləndirilən şəxsə demişdir ki, həmin sözləri Şahid4in yanında da deyə bilər, Təqsirləndirilən şəxs Şahid4lə gələcəyini söyləmişdir. Şahid4ə bu haqda dedikdə isə Şahid4 “Təqsirləndirilən şəxs gələ bilməz” demişdir. Axşam Təqsirləndirilən şəxs onun işlətdiyi avtoyuma yerinin arxasındakı ofisə Şahid4lə gəlmişdir. Həmin zaman anası və Şahid4in iş ortağı Xdə orada olmuşdur. Onun işlətdiyi yeməkxana həyətində olduğu üçün anası da onunla qalmışdır. Təqsirləndirilən şəxs Şahid4in sevgilisi olduğunu söyləmişdir. Şahid4 Təqsirləndirilən şəxsə onların boşandığını söyləmişdir, lakin onlar hələ boşanmamışdılar. Həmin vaxt anası ilə Təqsirləndirilən şəxs arasında mübahisə olmuşdur. Anası Təqsirləndirilən şəxsə irad bildirdikdə Təqsirləndirilən şəxs anasına “sənlik deyil” kimi ifadələr işlətdikdə o da əsəbləşmiş, Təqsirləndirilən şəxsin anasına cavab verdiyi üçün mübahisə etməyə başlamışdır. Təqsirləndirilən şəxs ilk olaraq çölə çıxmış, daha sonra o da çölə çıxmışdır. Ofisin həyəti dar dalan kimi yer olmuş, orada heç kim olmamış, çölə çıxdıqda hər ikisi də əsəbi olmuşdur. Onlar dalaşmağa başlamış, Təqsirləndirilən şəxs on un saçından tutaraq başını yerə vurmuşdur. Qışqırdıqda X və anası səsə gəlmişdir. Təqsirləndirilən şəxs onu vurarkən ikisi olmuşlar. İkinci hadisə 2021-ci ilin iyulunda baş vermişdir. Şahid4 onun arasında mübahisə ev üstündə getmişdir, həmin vaxt Şahid4 Təqsirləndirilən şəxslə qalmışdır, o evdə tək qaldığından ev Şahid4lə ikisinin olduğu üçün Şahid4 evə gəlib onu döyüb, söyərək evi satmağını, onun payını verməyini istəmişdir. Dəfələrlə Təqsirləndirilən şəxslə onun arasında da bu barədə telefon söhbətləri olmuşdur. Şahid4in bacısı Şahid1 da zəng edərək “evi alasıyıq” demişdir. X7 birlikdə qalmışdır. Daha sonra Şahid4 baldızıgildə, yəni X10gildə qalmağa başlamış, Təqsirləndirilən şəxsdə X10lə qalmağa başlamışdır. Şahid4 həmin ərəfələrdə evə gəlmiş, ev üstündə aralarında mübahisə olmuş, onu i tələmiş, döymüş, boğmağa çalışımışdır. O da artıq təhlükə yaşadığından polis bölməsinə getmiş və onu narahat etdiyi üçün Şahid4i ondan uzaqlaşdırmaqlarını söyləmişdir. Onun ifadəsini almışlar. Axşam qardaşı X11 Şahid4ə zəng edərək “gəl bu məsələni aramızda həll edək, boşanırsız artıq belə hərəkətlər etrmək lazım deyil, evi məhkəmə qaydasında həll edin, belə mübahisə yaratma” demişdir. Axşam qardaşı ilə Şahid4 danışaraq görüşmüşlər, həmin vaxt o da orada olmuşdur, Şahid4lə qardaşı danışarkən o da kənarda durmuşdur, “Ülvi” şadlıq evinin yaxınlığında maşının arxasında gizlənən baldızı X10i görmüşdür, “sən burda neynirsən?” deyərək yaxınlaşdıqda Təqsirləndirilən şəxsində orada olmasını görmüş, aralarında mübahisə baş vermiş, X10 Zərərçəkmiş şəxs üzərinə hücum çəkmiş, Zərərçəkmiş şəxs yerə yıxı lmış, bu zaman aralarında dava dalaş yaranmışdır, Həmin vaxtı Təqsirləndirilən şəxsdə onu vurmuşdur. Təqsirləndirilən şəxs onun saçından tutmuş, o da Təqsirləndirilən şəxsin saçından tutmuşdur. Yerə yıxılarkən hər ikisi onu təpiklə vurmuşlar. Sonradan baldızı X12nində orada olduğunu görmüşdür, X12 onları aralamağa çalışmış, sonra qardaşı X10 və Şahid4 gələrək onları aralamışlar. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, boşanma ərəfəsində olduğundan Təqsirləndirilən şəxslə, Təqsirləndirilən şəxsin anası ilə dəfələrlə telefonda mübahisələri olmuşdur. İş materiallarından görünür ki, aşağı instansiya məhkəmələri təqsirləndirilən şəxs Məhkum törətmiş olduğu cinayət əməlində xuliqanlıq motivi mövcud olmadığı qənaətinə gəlmiş və bunu onunla əsaslandırmışlar ki, təqsirləndirilən şəxsin itti ham olunduğu və təqsirli bilindiyi xuliqanlıq cinayətinin nəzərdə tutulduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin mənasına görə xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəbə və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə, əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsirkarın niyyəti ondan ibarət olur ki, qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalıq, özünəmüştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeyidlik xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin xarakterik cizgiləridir. Belə niyyətlə deyil, şəxsi münaqişə zəminində qisas motivi ilə edilən hərəkətlər xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni m övqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart2004-cü il tarixli qərarında da müdafiə edilir. Həmin qərarın 3cü bəndinə görə zərər çəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət hadisəsi cəmiyyətə hörmətsizlik, ictimai dəyərlərə biganəlik motivləri ilə baş verməmişdir. Zərər çəkmiş şəxsin və şahidlərin ifadəsindən də göründüyü kimi, təqsirləndirən şəxsin törətmiş olduğu cinayət əməlində xuliqanlıq motivi yəni, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq e dilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi təzahür edən əməl mövcud olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa c inayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarş ılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Məhkum hərəkət ləri xuliqanlıq əməli kimi qiymətləndirilə bilməz. Belə ki, Məhkum hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq edən hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istiqamətlənən, ictimai qaydanı kobud surətdə pozmadan, cəmiyyətə açıqca hörmətsizlik göstərmədən, şəxsi münasibətlər zəminində mübahisə və ya dava-dalaş gedişində sağlamlığa zərərvurma kimi təzahür etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işində aydın və mübahisəsiz şəkildə müəyyən olunur ki, istintaq orqanı tərəfindən “xuliqan” kimi qələmə verilən şəxsin mübahisənin qızğın vaxtında ofisi tərk edərək oradan çıxması özlüyündə Məhkum niyyətinin xuliqanlıq etmək deyil, artıq baş vermiş mübahisəni sonlandırmaq istəməsinə dəlalət edən faktorlardan biridir. Göründüyü kimi cinayət prosesinin iştirakçılarının hər biri bu halı təsdiqləmiş, həmçinin Məhkum ofisi tərk etdikdən sonra məhz zərər çəkmiş şəxsin onun arxası ilə çıxaraq mübahisəni davam etdirməsini təsdiq etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən CinayətProsessual qanunvericiliyin tələblərinə uyğun olaraq toplanılmış sübutlar mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilərək, iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki hallar araşdır ılaraq əsaslı qərar qəbul edilmişdir, gəlinən nəticə işin faktiki hallarına tam uyğundur. Göstərilənlərə əsasən kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 aprel 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində qərarın ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya protesti təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddə sini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar