Məhkəmə qərarları › İş №1(102)-1965/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1965/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1965/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Məmmədov Asif Əlimusa oğlun un, Müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Hacıyev Bəxtiyar Yusif oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 193.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyun 2023-cü il tarixli qərarından Məhkum müdafiəçiləri Əliyeva Əsmər Azər qızı və Hacıyev Bəxtiyar Yusif oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli 1(101)-1571/2022 nömrəli (hakimlər: Əsgərova-Məmmədova Leyla Səyavuş qızı (sədrliyi ilə), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibar ət məhkəmə tərkibində) hökmü ilə xx xxxx 1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 193.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək, ona CM-in 179.4-cü maddəsi ilə CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 193.3.2-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanların da rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 308.2-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 313-cü maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi–məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən Məhkum təyin olunmuş cəzaları qismən toplamaqla ona qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 14 (on d örd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli çəzaçəkmə müəssisəsində çəkməklə cəzasının başlanğıcının 28 yanvar 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, həmçinin iş üzrə üzərinə həbs qoyulmuş Məhkum məxsus Bakı şəhəri, xxxx 835a saylı bağ sahəsində yerləşən 0.1200 ha torpaq sahəsi, Bakı şəhəri, xxx 833 saylı bağ sahəsinin bir hissəsində yerləşən 0.06 ha torpaq sahəsi, Bakı şəhəri, xxx 843 nömrəli bağ evi, Bakı şəhəri, xxx 1064a saylı bağ sahəsində yerləşən 0.1200 ha torpaq sahəsi, Bakı şəhəri, xxx 1097 saylı bağ evi, Bakı şəhəri, xxx 1097b saylı bağ sahəsində yerləşən 0.0700 ha torpaq sahəsi, Bakı şəhəri, xxx 1096k saylı bağ sahəsində yerləşən 0.0800 ha torpaq sahəsi, Bakı şəhəri, xxx 1096z saylı bağ sahəsində yerləşən 0.1107 ha torpaq sahəsi, Bakı şəhəri, xxx 1102Q saylı bağ sahəsində yerləşən 0.1439 ha torpaq sahəsi, Bakı şəhəri, xxx 1100k saylı bağ sahəsində yerləşən 0.0582 ha torpaq sahəsi, Bakı şəhəri, xxx 1102k ünvanında yerləşən 0.0187 ha torpaq sahəsi, Bakı şəhəri, xxx 1103b ünvanında yerləşən 0.12 ha torpaq sahəsi, xxx 509 ünvanında yerləşən qeyri-yaşayış binası, ünvan 6rləşən qeyriyaşayış sahəsi, ünvan 7əşən qeyri-yaşayış sahəsi, ünvan 8 ünvanında yerləşən qeyriyaşayış binası, ünvan 9 ünvanında yerləşən 180 nömrəli yaşayış mənzili, ünvan 9 ünvanında yerləşən 179 nömrəli yaşayış mənzili, ünvan 10 yerləşən 17 nömrəli yaşayış mənzili, ünvan 11 ünvanında yerləşən mənzil və torpaq sahəsi, ünvan 12 ünvanında yerləşən tikili və tor paq sahəsinə xüsusi müsadirənin tətbiq edilməsi və Azərbaycan Respublikasının dövlət nəfinə alınması, ünvan 18şən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin avadanlıqları ilə birlikdə əmlak kompleksinə xüsusi müsadirənin tətbiq edilməsi və Azərbaycan Respublikasının dövlət nəfinə alınması, həmin əmlak kompleksinə daxil olan avadanlıqların əmlak kompleksinin hissəsi kimi satıldıqda, satışdan əldə olunan ümumi vəsaitin avadanlıqların dəyərinə düşən vəsaitdən, avadanlıqların əmlak kompleksindən ayrılaraq satıldıqda isə avadanlıqların satışından əldə olunan vəsaitdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin girov saxlayan kimi girov qoyulmuş əmlakların dəyərindən öz tələbinin üstün ödənilməsi hüququnun nəzərə alınması, ünvan 13vanında yerləşən 69 nömrəli mənzil, ünvan 13vanında yerləşən 21 nömrəli mənz ilin, Bakı şəhəri, xxx 1098 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin Bakı şəhər Səbail Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli qərarı ilə üzərinə qoyulmuş həbsdən azad edilməsi müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübutlar və məhkəmə xərcləri ilə bağlı məsələlər də həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçiləri Məmmədov Pərviz Yaşar oğlu və Sadıqova Zibeydə Söhbət qızı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Cavadov Cavad Yusif oğlu, maraqlarına toxunulan X6, X7, X8, X11 nümayəndəsi Hacıyev Bəxtiyar Yusif oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Səmədov Orxan Emin oğlu tərəfindən verilmiş apellyasiya protestinə və maraqlarına toxunan hüquqi şəxs "XXX” LLP-nin nümayəndəsi və vəkili Namazlı Fariz Mübariz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavəyə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyun 2023-cü il tarixli 1(103)-661/2023 nömrəli (hakimlər: Məmmədov Habil Çingiz oğlu (sədrliyi və məruzəsi ilə), Hüseyn Cavid Vaqif oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti, apellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-in 313-cü maddəsi ilə təqsirli bilinmiş və Azərbaycan Respublikas ı Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinin tələbinə görə CM-in 75.1, 75.1.1-ci maddələri ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən ona cəza təyin edilməmiş, CM-in 313-cü maddəsi ilə Məhkum təyin edilmiş 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi–məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası hökmdən xaric edilmiş, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli hökmü ilə CM-in 179.4-cü maddəsi ilə CM-in 46.2-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 193.3.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CMin 308.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplamaqla Məhkum qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 13 (on üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanı lmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyun 2023-cü il tarixli qərarından Məhkum müdafiəçiləri Əliyeva Əsmər Azər qızı və Hacıyev Bəxtiyar Yusif oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, 1 yanvar 2011-ci ildən 28 yanvar 2021ci ilədək olan dövr ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən və qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmuş, tamah məqsədi və sair şəxsi niyyətlərlə vəzifə saxtakarlığı, yəni rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmiş, ona etibar edilmiş xüsusilə külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə təkrar talamış, xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq, yəni digər əmlak mənfəəti əldə etmək məqsədilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan hüquqi şəxs yaratmışdır. Belə ki, Məhkum təsisçiləri X35 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olan, xx.xx.2009-cu il tarixdə dövlət qeydiyyatına alınmış və ünvan 16 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs MMC-nin fəaliyyətinə 2011-ci ilin yanvar ayından etibarən faktiki rəhbərlik etdiyi və 15 avqust 2011-ci ildən 26 yanvar 20 21-ci il tarixədək həmin müəssisənin Müşahidə Şurasının sədri vəzifəsində işlədiyi dövrdə faktiki olaraq həmin müəssisənin Baş direktoru funksiyalarını yerinə yetirməklə, cəmiyyətin cari fəaliyyətinə rəhbərlik və onun operativ idarə olunmasının həyata keçirilməsi, cəmiyyətin illik büdcəsinə (xərc smetasına) uyğun olaraq vəsaitin istifadəsinə sərəncam verilməsi, maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı öz səlahiyyətləri daxilində hesab üzrə sərəncam verilməsi və bu vəzifənin nizamnamə ilə müəyyən edilmiş digər səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən və qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, onun tərəfindən müə ssisənin aidiyyəti vəzifəli şəxslərinə verilən tapşırıqlarına əsasən 2011-ci ilin yanvar ayından 28 yanvar 2021-ci ilədək olan dövr ərzində pərakəndə satış subyektlərindən qəbul edilmiş təkrar qara metalın rəsmiləşdirilməsi zamanı sənədləşmənin düzgün aparılmaması, o cümlədən tərtib edilmiş alış aktları və təhtəlhesab şəxs tərəfindən tərtib edilmiş rəsmi sənədlər hesab edilən avans hesabatına tədarükçü fiziki şəxslərin məlumatlarının, onların şəxsiyyət vəsiqələrindəki məlumatların əlavə edilməməsi və mühasibat uçotunun aparıldığı 1C 8.1. proqramına və digər mühasibatlıq uçotu sənədlərinə bilə-bilə yalan, yəni faktiki satış qiymətlərinə nəzərən şişirdilmiş qiymətlərlə mədaxil edilməsini təmin edərək vəzifə saxtakarlığı etmiş və bu üsullarla Zərərçəkmiş şəxs MMC-nin kassasından çıxarılmış xü susilə külli miqdar hesab edilən 32 542 145,82 (otuz iki milyon beş yüz qırx iki min yüz qırx beş manat, səksən iki qəpik) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə edərək mənimsəmə və israf etmə yolu ilə təkrar talamış və onun bu əməlləri müəssisənin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmaqla ağır nəticələrə səbəb olmuşdur. Bundan başqa Məhkum 1 yanvar – 31 dekabr 2011-ci il tarixlərini əhatə edən dövr ərzində həmin müəssisənin baş direktoru funksiyalarını yerinə yetirməklə, həmin vəzifənin nizamnamə ilə müəyyən edilmiş vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən və qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, Zərərçəkmiş şəxs MMC-yə məxsus pul vəsaitlərini talamaq niyyətilə məqsədli şəkildə "xxxx" məhdud məsuliyyətli cəmiyyətini təsis etməklə, Zərərçəkmiş şəxs MMC-yə faktiki olaraq pərakəndə satış subyektlərindən daxil olan təkrar qara metalın guya "xxxx" MMC-dən alınması barədə rəsmi sənəd hesab edilən alqı-satqı müqavilələri, kassa mədaxil, məxaric orderləri və digər sənədlərə tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edilməsini təmin edərək təkrar vəzifə saxtakarlığı etmiş və təkrar qara metalın alışını faktiki bazar qiymətlərindən yuxarı qiymətlərlə rəsmiləşdirməklə, Zərərçəkmiş şəxs MMC-yə məxsus külli miqdarda, yəni 1.252.861,40 (bir milyon iki yüz əlli iki min səkkiz yüz altmış bir manat, qırx qəpik) manat pul vəsaitini mənimsəmə və i sraf etmə yolu ilə təkrar talamış, bununla da onun bu əməlləri müəssisənin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmaqla ağır nəticələrə səbəb olmuşdur. Bundan başqa Məhkum müəssisənin baş direktoru funksiyalarını yerinə yetirməklə, həmin vəzifənin nizamnamə ilə müəyyən edilmiş vəzifə səlahiyyətlərindən suiistifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən və qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, Zərərçəkmiş şəxs MMC-yə məxsus olan malların satışından əldə edilən pul vəsaitlərini talamaq, o cümlədən yalançı sahibkarlıq, yəni digər əmlak mənfəəti əldə etmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olm adan “xxx Kompani Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı, "xxxx" və "xxxx" adlı müəssisələri başqa şəxslərin adlarına təsis edib, onların fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirməklə Zərərçəkmiş şəxs MMC-yə məxsus eyni malların həmin vaxt digər hüquqi və fiziki şəxslərə təqdim olunma qiymətlərindən aşağı qiymətlə həmin şirkətlərə satışını təşkil edərək aparmış və bu qiymət fərqləri nəticəsində 1 yanvar 2011-ci ildən 28 fevral 2013-cü il tarixlərini əhatə edən dövr ərzində “xxx Kompani Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının üzərindən 16.286.600,40 (on altı milyon iki yüz səksən altı min altı yüz manat, qırx qəpik) manat, 1 fevral 2013-cü il tarixdən 30 sentyabr 2018-ci il tarixlərini əhatə edən dövr ərzində "xxxx" MMC üzərindən 13.693.174,89 (on ü ç milyon altı yüz doxsan üç min yüz yetmiş dörd manat, səksən doqquz qəpik) manat və 1 yanvar 2011-ci ildən 28 yanvar 2021-ci il tarixlərini əhatə edən dövr ərzində "xxxx" MMC üzərindən 39.966.216,92 (otuz doqquz milyon doqquz yüz altmış altı min iki yüz on yeddi manat, doxsan iki qəpik) manat olmaqla, ümumilikdə 69.945.993,21 (altmış doqquz milyon doqquz yüz qırx beş min doqquz yüz doxsan üç manat, iyirmi bir qəpik) manat məbləğində ona etibar edilmiş Zərərçəkmiş şəxs MMC-yə məxsus xüsusilə külli miqdarda vəsaiti öz qulluq mövqeyindən istifadə etməklə təkrarən mənimsəmə və israf etmə yolu ilə talamış, eləcə də 1 yanvar 2011-ci ildən 28 yanvar 2021-ci ilədək olan dövr ərzində Zərərçəkmiş şəxs MMC-dən alınmış mallarla bağlı “xxx Kompany Limited” şirkətinin Azərbaycan Respublikasındakı filia lı, "xxxx" MMC və "xxxx" MMC üzərindən istintaqa məlum olan bəzi hüquqi şəxslərlə əmtəəsiz satış əməliyyatlarını rəsmiləşdirərək, yəni aidiyyəti vəzifəli şəxslərə verdiyi tapşırıqlarına əsasən həmin müəssisələr tərəfindən “X44 “MMC-dən alınmış malları qeyri-rəsmi olaraq nağd qaydada müxtəlif şəxslərə satsa da, yığılmış nağd vəsaitlər hesabına sonradan həmin məhsulların istintaqa məlum olan bəzi təsərrüfat subyektlərinə satılması barədə rəsmi sənəd hesab edilən alqı-satqı müqavilələri, təhvil-təslim aktları və digər rəsmi mühasibatlıq uçotu sənədlərinə tamah məqsədi və sair şəxsi niyyətlərlə yalan məlumatlar daxil edilməsini təmin edərək qabaqcadan əldə edilmiş razılığa əsasən müvafiq təsərrüfat subyektləri tərəfindən müqaviləyə əsasən bank hesabına əlavə dəyər vergisi ilə birlikdə köçürü lmüş pul vəsaitlərinin nağdlaşdırılaraq qaytarılması müqabilində əlavə dəyər vergisinin 65-70 faizi miqdarında hissəsini özündə saxlamaqla, bu üsulla ümumilikdə xüsusilə külli miqdar hesab edilən 21.180.694.47 (iyirmi bir milyon yüz səksən min altı yüz doxsan dörd manat, 47 qəpik) manat məbləğində gəlir əldə etmiş, bununla da onun bu əməlləri müəssisənin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmaqla ağır nəticələrə səbəb olmuşdur. Bundan başqa Məhkum müəssisənin baş direktoru funksiyalarını yerinə yetirməklə, həmin vəzifənin nizamnamə ilə müəyyən edilmiş vəzifə səlahiyyətlərindən suiistifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən və qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq təkrar istifadə edərək, onun tərəfindən müəssisənin aidiyyəti vəzifəli şəxslərinə verilən tapşırıqlarına əsasən 2015-ci ilin sentyabr ayından 2016-cı ilin dekabr ayına qədər olan müddət ərzində müəssisəyə məxsus 127.489,50 ton miqdarında armatur məhsulunun satışının sənədləşdirilməsinin düzgün həyata keçirilməməsi, o cümlədən hər bir alıcı ilə ayrı-ayrılıqda təhvil-təslimin aparılmaması və ayrı-ayrılıqda müvafiq qaimə-fakturaların tərtib edilməməsi və alıcılar tərəfindən müəssisəyə edilən ödənişlərin mərkəzi kassaya ayrı-ayrılıqda kassa mədaxil orderlərinin tərtib edilməyərək sənədləşdirmənin aparılmaması və uçotda həmin malların həmin vaxt digər hüquqi və fiziki şəxslərə təqdim olunma qiymətlərindən aşağı qiymətlə məqsədli şəkildə “Bazar əhali”, “Əhali 1” və “Əhali 3” kimi adlandırılmış qeyri-müəyyən alıcıların adlarına rəsmiləşdirilməsini təmin edərək rəsmi mühasibatlıq uçotu sənədlərinə tamah məqsədi və sair şəxsi niyyətlərlə bilə-bilə yalan məlumatarın daxil edilməsini təmin edərək vəzifə saxtakarlığı etmiş və faktiki olaraq həmin malları nağd qaydada başqa müxtəlif şəxslərə sataraq, satışdan məhsulun əlavə dəyər vergisi ilə birlikdə əldə etdiyi 7.526.571,00 (yeddi milyon beş yüz iyirmi altı min beş yüz yetmiş bir manat 00 qəpik) manat məbləğində ona etibar edilmiş Zərərçəkmiş şəxs MMC-yə məxsus külli miqdarda vəsaiti öz qulluq mövqeyindən istifadə etməklə təkrarən mənimsəmə və israf etmə yolu ilə talamış və onun bu əməlləri müəssisənin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmaqla ağır nəticələrə səbəb olmuşdur. Bundan başqa Məh kum müəssisənin baş direktoru funksiyalarını yerinə yetirməklə, həmin vəzifənin nizamnamə ilə müəyyən edilmiş vəzifə səlahiyyətlərindən suiistifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən və qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq təkrar istifadə edərək, 4 aprel 2016-cı ildən 8 sentyabr 2017-ci il tarixədək olan dövr ərzində Zərərçəkmiş şəxs MMC tərəfindən istehsal olunaraq hazır məhsul anbarına verilmiş hazır məhsul ehtiyatlarının müvafiq dövrə görə dəyəri 2.110.872,06 manat olan 2883,705 ton armatur məhsulunu müəssisənin maliyyəmühasibatlıq sənədlərinə guya həmin məhsulların Zərərçəkmiş şəxs MMC-nin tikintiquraşdırma işlərinə sərf edilməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilməsini təmin edərək təkrar vəzifə saxtakarlığı etmiş və həmin məhsulları özünə məxsus yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisinə sərf etməklə öz qulluq mövqeyindən istifadə edərək özgənin, yəni Zərərçəkmiş şəxs MMC-nin külli miqdar təşkil edən 2.110.872,06 (iki milyon yüz on min səkkiz yüz yetmiş iki manat, altı qəpik) manat dəyərində vəsaitini mənimsəmə yolu ilə təkrar talamış və onun bu əməlləri müəssisənin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmaqla ağır nəticələrə səbəb olmuşdur. Bundan başqa Məhkum həmin müəssisənin baş direktoru funksiyalarını yerinə yetirməklə, həmin vəzifənin nizamnamə ilə müəyyən edilmiş vəzifə səlahiyyətlərindən suiistifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanuns uz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən və qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq təkrar istifadə edərək, həmçinin tamah məqsədilə və sair şəxsi niyyətlərlə həmin müəssisəyə məxsus olan və müəssisənin rəsmiləşdirilmiş satış üzrə əldə olunmuş 13.284.572,44 (on üç milyon iki yüz səksən dörd min beş yüz yetmiş iki manat, 44 qəpik) manat məbləğində pul vəsaitinin guya Zərərçəkmiş şəxs MMC-nin kassasına mədaxil olunması barədə rəsmi sənəd hesab edilən kassa mədaxil qəbzlərinə bilə-bilə yalan məlumatlar daxil edilməsini təmin edərək vəzifə saxtakarlığı etmiş, həmin pul vəsaitlərini faktiki olaraq "xxxx" MMC-nin satış ofisinin yerləşdiyi binadakı seyflərində saxlamış və öz qulluq mövqeyindən istifadə etməklə xx.xx.2017-ci il tarixdən 28 yanvar 2021-ci ilədək olan müddət ərzində mütəmadi olaraq və vahid niyyətlə ona etibar edilmiş xüsusilə külli miqdar hesab edilən 13.284.572,44 (on üç milyon iki yüz səksən dörd min beş yüz yetmiş iki manat, 44 qəpik) manat məbləğində özgənin, yəni Zərərçəkmiş şəxs MMC-yə məxsus olan pul vəsaitlərini mənimsəmə və israf etmə yolu ilə təkrar talamış, bununla da onun bu əməlləri müəssisənin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmaqla ağır nəticələrə səbəb olmuşdur. Bundan başqa Məhkum həmin müəssisənin baş direktoru funksiyalarını yerinə yetirməklə, həmin vəzifənin nizamnamə ilə müəyyən edilmiş vəzifə səlahiyyətlərindən suiistifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən və qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq təkrar istifadə edərək, 2020-ci il ərzində tabeçiliyində olan aidiyyəti vəzifəli şəxslərə verdiyi tapşırıqlar əsasında tamah məqsədilə və sair şəxsi niyyətlərlə rəsmi sənəd hesab edilən alış aktları, kassa məxaric sənədləri və digər rəsmi mühasibatlıq sənədlərinə bilə-bilə yalan məlumatlar, yəni səhmlərinin 98 faizi Zərərçəkmiş şəxs MMC-yə məxsus olan "xxxx" ASC-nin ərazisindən çıxarılmış 9133 ton miqdarında metalın hər tonunun 300 manat qiymətinə guya pərakəndə satış subyektlərindən daxil olması ilə bağlı məlumatlar daxil edərək təkrarən vəzifə saxtakarlığı etmiş və Zərərçəkmiş şəxs MMC-nin kassasından xüsusilə külli miqdar hesab edilən 2.739.900 (iki milyon yeddi yüz otuz doqquz min doqquz yüz) manat məbləğində ona etibar edilmiş ö zgənin pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə yolu ilə təkrar talamış, bununla da onun bu əməlləri müəssisənin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmaqla ağır nəticələrə səbəb olmuşdur. Bundan başqa Məhkum müəssisənin baş direktoru funksiyalarını yerinə yetirməklə, həmin vəzifənin nizamnamə ilə müəyyən edilmiş vəzifə səlahiyyətlərindən suiistifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən və qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq təkrar istifadə edərək, onun tərəfindən müəssisənin aidiyyəti vəzifəli şəxslərinə verilən tapşırıqlarına əsasən 1 yanvar 2011-ci ildən 28 yanvar 2021-ci ilədək olan müddə t ərzində Zərərçəkmiş şəxs MMC-dən həmin müəssisəyə məxsus olan pul vəsaitlərini talamaq məqsədilə özü və ona yaxın digər şəxslər tərəfindən xarici ölkələrin azad iqtisadi zonlarında təsis edilən “X General Trading” Ltd, “Cermington Enterprises” Ltd BVİ, “XXX” LLP, “x SA” və “x” şirkətlərinə eyni malların həmin vaxt digər hüquqi və fiziki şəxslərə təqdim olunma qiymətlərindən aşağı qiymətlə satışını həyata keçirmiş və bu qiymət fərqlərindən yaranan Zərərçəkmiş şəxs MMC-nin əldə etməli olduğu vəsaitin xüsusilə külli miqdar hesab edilən 34 942 590,62 (otuz dörd milyon doqquz yüz qırx iki min beş yüz doxsan manat, altmış iki qəpik) manat məbləğində hissəsini öz qulluq mövqeyindən istifadə etməklə təkrarən mənimsəmə və israf etmə yolu ilə talamış, bununla da onun bu əməlləri müəssisənin mali yyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmaqla ağır nəticələrə səbəb olmuşdur. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Müdafiəçilər Əliyeva Əsmər Azər qızı və Hacıyev Bəxtiyar Yusif oğlu ayrı-ayrılıqda verdikləri, lakin eyni məzmunlu kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyun 2023-cü il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli, Məhkum CM-in 179.4, 193.3.2, 308.2 və 313-cü maddələri ilə irəli sürülmüş ittihamlar üzrə bəraət verilməli, Məhkum dərhal azadlığa buraxılması, iş üzrə üzərinə həbs qoyulmuş və dövlət nəfinə alınmasına qərar verilmiş Məhkum məxsus Bakı şəhəri, xxx, 835a saylı bağ sahəsində yerləşən 0.1200 ha torpaq sahəsi, Bakı şəhəri, xxx 833 sayl ı bağ sahəsinin bir hissəsində yerləşən 0.06 ha torpaq sahəsi, Bakı şəhəri, xxx 843 nömrəli bağ evi, Bakı şəhəri, xxx 1064a saylı bağ sahəsində yerləşən 0.1200 ha torpaq sahəsi, Bakı şəhəri, xxx 1097 saylı bağ evi, Bakı şəhəri, xxx 1097b saylı bağ sahəsində yerləşən 0.0700 ha torpaq sahəsi, Bakı şəhəri, xxx 1096k saylı bağ sahəsində yerləşən 0.0800 ha torpaq sahəsi, Bakı şəhəri, xxx 1096z saylı bağ sahəsində yerləşən 0.1107 ha torpaq sahəsi, Bakı şəhəri, xxx 1102Q saylı bağ sahəsində yerləşən 0.1439 ha torpaq sahəsi, Bakı şəhəri, xxx 1100k saylı bağ sahəsində yerləşən 0.0582 ha torpaq sahəsi, Bakı şəhəri, xxx 1102k ünvanında yerləşən 0.0187 ha torpaq sahəsi, Bakı şəhəri, xxx 1103b ünvanında yerləşən 0.12 ha torpaq sahəsi, xxx 509 ünvanında yerləşən qeyri-yaşayış binası, ünvan 17ləşən qeyri -yaşayış sahəsi, ünvan 7əşən qeyri-yaşayış sahəsi, ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış binası, ünvan 9 ünvanında yerləşən 180 nömrəli yaşayış mənzili, ünvan 9 ünvanında yerləşən 179 nömrəli yaşayış mənzili, ünvan 10 yerləşən 17 nömrəli yaşayış mənzili, ünvan 11 ünvanında yerləşən mənzil və torpaq sahəsi, ünvan 12 ünvanında yerləşən tikili və torpaq sahəsinə, ünvan 18şən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin avadanlıqları ilə birlikdə əmlak kompleksinə tətbiq edilmiş xüsusi müsadirəni və Azərbaycan Respublikasının dövlət nəfinə alınmasını ləğv edərək hökmdən xaric edilməsi, Məhkum İnsan Hüquqları və Əsas Azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 3, 5, 6, 8, 13, 14, 18 və 1 saylı protokolun 1-ci maddəsinin pozuntusunun tanınması barədə qərar qəbul edilməlidir. İttiham edilən şəx s faktiki olaraq özünün rəhbərlik etdiyi və səhmdarların müvafiq şikayətlərinin olmadığı halda, heç bir hüquqi əsalar olmadan, yekun ittihama aidiyyəti olmayan şəxslərin fərdi qaydada şikayəti əsasında cinayət işinin başlanılması haqqında qərar qəbul edilmişdir. Belə ki, ona verilmiş birinci ittihama görə guya o, 2011-2020-ci illər ərzində Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakını mənimsəmiş və X18 qarşı dələduzluq etmiş, eyni zamanda vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Sonradan həmin ittihama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193.3.2-ci maddəsi də əlavə edilmişdir. Halbuki, həbsdə olan zaman x-un sahibkarlara olan 12.500.000 (on iki milyon beş yüz min) manat borcunu və 10.000.000 (on milyon) manat kredit borcunu bağlamışdır. Onun həbsi məhz, əmla klarını ələ keçirmək üçün həyata keçirilmişdir. Ərizəçi bildirir ki, (bu iş materialları ilə də sübut olunur) Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin səhmlərini özü pulunu ödəyərək almışdır. Ərizəçi 19 iyul 2022-ci ildə DTX-da dindirilərkən bildirmişdir ki, sözü gedən şirkətlər, yəni Zərərçəkmiş şəxs, X Zavodu, X zavodu, X zavodları onun tərəfindən öz vəsaiti ilə alınmış və sonradan bu müəssisələrdə yenidənqurma işləri aparılmışdır. Sözü gedən müəssisələrin alınması, tikilməsində heç kəsdən pul vasitəsi almamışdır. Zərərçəkmiş şəxs şirkətini o, 2010-cu ildə yəhudi vətəndaşı olan iş adamı Xdən 30,0 mln ABŞ dollarına almış, onun 50%-ni Bakıda 15,0 mln dolları nəğd ödəmiş, X şirkətinin adına sənədləşdirmişdir. Bununla bağlı onunla X arasında hər birinin imzası olan sənəd mövcuddur. Qalan 50%-ni o, London şəhərində notarial qaydada almış və ona məxsus olan Dubay şəhərində yerləşən şirkətindən 15,0 mln ABŞ dollarını BST investmen şirkətinə ödəmişdir. Bu şirkət BSC şirkətinin səhmdarıdır və X şirkəti tərəfindən BST investmen şirkətinə BSC Şirkətinin alınması ilə bağlı pul ödənilməmişdir. DHT metalurgiya zavodunu o, Türkiyə vətəndaşı Dağıstan və X qardaşlarından 2011-ci ildə 35,0 mln ABŞ dollarına almışdır. Oksigen zavodunu o, Fransada yerləşən Sasete de Cenelol Bankinol bankından kredit alıb tikmişdir. X zavodunu o, dövlətdən 2012-ci ildə 14,0 mln manata almış və son arasında 40,0 mln manat investisiya qoyaraq açmışdır. Ərizəçinin bildirdiyinə görə ona irəli sürülən ittihamdan belə anlaşılır ki, ərizəçinin öz şəxsi pulu ilə aldığı və əziyyətlə tikdiyi şirkətlərin ona he ç bir aidiyyəti yoxdur. Guya Zərərçəkmiş şəxs MMC-nin gəlirlərini də mənimsəmiş və israf etmişdir. Ərizəçi həmçinin BSC Məhdud Məsuliyyətli Cəmiyyətinin məhsulunu distributor və treyder şirkətlərə satmaqla Məhdud Məsuliyyətli Cəmiyyətinə ağır zərər vurmaqda ittiham edildi. Ərizəçi bildirdi ki, Məhdud Məsuliyyətli Cəmiyyəti məhsulu özü birbaşa sata bilməzdi. Hətta x, x, x, x, x və bütün dövlət şirkətləri distributorlardan və treyderlərdən istifadə edir. x Mobile, x, X46, x sement, x Sement, x, x, bütün şirkətlər distrubutorlardan istifadə edir və bu da heç bir zaman şirkətə ziyan gətirmir. O ki qaldı sözü gedən distrubutor və treyderlər, yəni x, Traditional, Metalex və başqa şirkətlər daxil olmaqla Zərərçəkmiş şəxs şirkətinə endirimli qiymətlərlə qabaqcadan vurulan külli miqdarda pula görə endirim verilməsi normal və düzgün idi. X şirkətini isə ərizəçi 2017-ci ildə Əşrəfin adından çıxarıb, dostu İman Quliyevin adına keçirmişdir. Bütün istintaq zamanı Məhkum azadlıq hüququ, müdafiə hüququ, mülkiyyət hüququ, şəxsi həyata hörmət hüququ, ayrıseçkiliyə məruz qalmamaq hüququ və Konvensiyanın 18-ci maddəsi ilə təmin edilən hüququ və s. fundamental hüquqları kobud şəkildə pozulmuşdur. Ərizə ilə müraciət edən Xnın ərizəsində göstərdiyi kassadan pulun götürülməsi faktı və eləcə də həmin pulun Məhkum tərəfindən götürülməsi faktı özlüyündə cinayət əməlinin başlanması üçün kifayət deyil. Pul vəsaiti başqa şəxs tərəfindən götürülmüş (elə həmin Zemfira tərəfindən mənimsənilmiş) şirkətin kassasından oğurlanmış da ola bilərdi. Pulun mənimsənilməsi və Məhkum tərəfindən mənimsənilməsi ilə ba ğlı heç bir sübut yox idi. Eləcə də Şahid14 ərizəsində qeyd olunan 42.000 ton armaturun çatışmazılığı ilə bağlı bu əməlin də oğurluqmu, mənimsəməmi, hər hansı qeyri-dəqiq hesablamamı (bəlkə də nisyə satış) olması ilə bağlı cinayət işi başlanarkən istintaq orqanının əlində heç bir sübut olmamış və sonradan istintaqın gedişində məlum olmuşdur ki, ümumiyyətlə 42.000 ton armatur şirkətin tikinti işlərinə sərf edilmişdir. İbtidai istintaq zamanı istinaq hərəkətləri Cinayət-Prosessual Məcəlləsi pozulmaqla həyata keçirilmişdir. Keçirilən axtarış götürmə əsasında tərtib etdiyi baxış protokolu qanunsuz olmuş, təhqiqatçı məhkəmə qərarı olmadan ərizəçinin iş otağında axtarış aparmış, ikincisi cinayət işi başlamadan baxış keçirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 215-ci maddəsinə əsasən Azərbayca n Respublikasının Baş Prokurorunun qərarı ilə onun səlahiyyətinə aid cinayət digər orqanlara həvalə edilə bilərdi. Həmçinin iş üzrə auditor yoxlanması həyata keçirilərkən Məhkum sənədləri əlavə edilməmiş və özünə sübutlar təqdim etməyə imkan verilməmiş, auditor yoxlanması bir ildir ki, fəaliyyət göstərən auditor təşkilatına həvalə edilmişdir. Auditor hesabatı bir il ərzində hazırlanmış, Məhkum əleyhinə ifadə verən şəxslərin izahatları alınıb və izahat və mötəbərliyi şübhə altında olan cədvəl və sənədlərə istinad edilmişdir. İş üzrə audit hesabatı və ekspertiza rəyi qanunsuz, yəni tərəflərin bərabərliyi və müdafiə hüququnun pozulması ilə əldə edilmişdir. İş materiallarından göründüyü kimi, Məhkum audit yoxlanmasının aparılması barədə qərarla tanış edilməmiş, onun qeydləri götürülməmiş, üstə lik, yoxlanma prosesində iştirakı təmin edilməmişdir. Auditor hesabatında auditor x “istintaqa məlum olan maddi sübutlardan” istifadə edildiyini bildirmiş, həmin maddi sübutların siyahısının nədən ibarət olması qeyd edilməmiş, nə üçün məhkəmə mühasibatlıq ekspertizası yox, məhz auditor yoxlaması təyin edildiyi qərarda qeyd edilməmişdir. 28 oktyabr 2022-ci il tarixli məhkəmə iclasında auditor hesabatının bir qismi elan edilmiş, məlum olmuşdur ki, auditor yalnız 50 nömrəli kassa hesabını tədqiq etmiş, digər hesabatları araşdırmamışdır. Həm auditor hesablanması keçirilən zaman, həmçinin iş üzrə ekspertiza keçirilən zaman ərizəçinin hüquqları pozulmuşdur. Məhkəmədə vəsatət verilərək istintaq zamanı baxış keçirilən protokolunda adı çəkilən sənədlərin, qaimələrin tədqiq edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında auditor hesabatı və ekspertiza rəyi tədqiq edilərkən məhkəmənin diqqətinə çatdırılmışdır ki, auditor hesabatı olduğu kimi ekspertiza rəyinə köçürülmüşdür. Çünki auditor hesabatında qeyd edilən hallar var ki, auditor bildirmişdir ki, istintaq həmin məsələləri araşdırmalıdır. İstintaq orqanı isə heç bir araşdırma aparmadan auditor hesabatının düzgünlüyünü yoxlamaq üçün məhkəmə ekspertizasına göndərmişdir. Ekspert rəyində də həmin hissələr olduğu kimi yazılmışdır. Məhkəmə iclaslarında vəsatət verdikdə məhkəmə bildirmişdir ki, sözü gedən hissəni, yəni təkrar qara metalın idxalı və hazır məhsulların ixracı və qeyri-rəsmi ödənişlər hissəsini araşdıracaq. Lakin məhkəmə bu məsələni araşdırmadan məhkəmə istintaqının yekunlaşdığını elan etmişdir. Müdafiə tərəfi dəfələrlə Şahid1 ş ahid kimi dindirilməsini, Şahid1 verdiyi və mötəbərliyi şübhə altında olan cədvəllərin araşdırılmasını, x adlı Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşının şahid kimi dindirilməsini xahiş etmiş, lakin məhkəmə bu vəsatətləri təmin etməmiş, sözü gedən hissədə ittiham tərəfinin təqdim etdiyi sənədləri iş materiallarından da xaric etməmiş, məhkəmə müdafiə tərəfinin təqdim etdiyi Azərbaycan Dövlət Gömrük Komitəsindən təqdim edilən sənədləri, Məhkum adı hallanan şirkətlərin idxal-ixrac sənədlərini araşdırmamışdır. İş üzrə Ərizəçi qara metalın alışı və hazır məhsulların satışı və ixracı ilə bağlı yol verildiyi iddia edilən qanun pozuntularında ittiham edilmiş, lakin istintaqın gedişi zamanı baza xarakterli halların araşdırılmadığının şahidi olunmuşdur. Ərizəçinin 28 yanvar 2021 -ci il saat 17-18 arası Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətində yerləşən otağında axtarış-götürmə istintaq hərəkəti aparılmış, baxmayaraq ki, ona hər hansı ittiham elan edilməmiş, hüquqları izah edilməmiş, vəkillə iştirakı təmin edilməmişdir. Otağında axtarışgötürmə istintaq hərəkətinin aparılmasına icazə verən məhkəmə qərarı təqdim edilməmişdir. Bundan başqa DTX 21 iyul 2022-ci il tarixdə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə əmlakların üzərinə həbs qoyulması barədə təqdimat vermiş və bildirmişdir ki, guya həmin əmlaklar Məhkum tərəfindən Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi və həmin dövrdən əvvəlki vaxta əldə etmişdir. Lakin, həmin əmlakların Məhkum tərəfindən əldə edilməsi, xüsusilə də cinayət yolu ilə əldə edilməsi, həmin əmlakların başqa şəxslərin adına olduğu halda həmin əmlakların Məhkum aidiyyətinin olmasına dair heç bir sübut təqdim etməmişlər. Həbslərin müddəti və məqsədi müəyyən edilməmişdir. Göründüyü kimi, əmlakların üzərinə qoyulan həbsin hüquqi əsası yoxdur. Belə ki, işdə mülki iddia və sair yoxdur. Əmlakın üzərinə nə üçün həbs qoyulması aydın deyildir. Xüsusi müsadirə hazırkı işə tətbiq edilə bilməz. Çünki həmin müddəa, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-İ. Maddəsi 23 iyul 2019-cu il tarixdə qəbul edilib, əmlaklar həmin müddəadan əvvəl alındığına görə xüsusi müsadirə hazırkı işdə qanunda nəzərdə tutulmuşluq tələbinə cavab vermir. İşdə olan əmlakların əldə edilməsi barədə müqavilələrdən və çıxarışlardan görünür ki, həmin əmlaklar 16 mart 2012ci içdən əvvəl, yəni xüsusi müsadirə barədə Azərbaycan Respublikası Ci nayət Məcəlləsinin 99-1 maddəsi qüvvəyə minməzdən əvvəl əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 99-1.1.1-ci, 99-1.1.2-ci və 99-1.1.3-cü maddəsi yalnız cinayətin törədilməsində istifadə edilən və ya cinayət yolu ilə əldə edilmiş əmlakın nə Məhkum, nə də digərləri həmin əmlakı cinayət yolu ilə əldə etmələri barədə cinayət işində heç bir sübut mövcud olmadan xüsusi müsadirə tətbiq edilmişdir. Hazırkı qərarla üzərinə həbs qoyulan əmlakların heç birinin Məhkum aidiyyəti yoxdur. Sadəcə olaraq həmin şəxslər Məhkum qohumlarıdır. Üzərinə həbs qoyulmuş əmlakların xeyli hissəsi hətta vərəsəlik yolu ilə əldə edilmişdir. Əmlakın üzərinə nə üçün həbs qoyulması aydın deyildir və bu 1 saylı Əlavə Protokolun 1-ci maddəsinin pozulmasıdır. 14 noyabr 2022-ci ildə məhkəmə ittih am aktında sadalanan və üzərinə həbs qoyulmuş əmlakı elan etdi. 18 noyabr 2022-ci ildə məhkəmə 6 və 7-ci cildlərdəki mülkiyyət sənədlərini elan etdi. Hər iki məhkəmə iclasında məlum oldu ki, sadalanan əmlak X12, X7, X8, X11 mülkiyyətidir. Sadalanan əmlakın hüquqi qeydiyyat tarixləri ittiham dövrünə düşsə də, alqı-satqı tarixi 2003, 2004-cü illərə, 2009-cu ilə təsadüf edir. Məhkəmə və istintaq orqanı əmlaklar üzərinə mülkiyyətçilərdən gizlin şəkildə həbs qoyub. Belə ki, təqdimat və vəsatət məhkəməyə 21 iyul 2022-ci il tarixdə verilsə də, məhkəmə 22 iyul 2022-ci il tarixdə həmin vəsatət və təqdimata baxılması haqqında heç bir məlumat vermədən mülkiyyətçilərdən gizlin şəkildə işə baxmış və qərar qəbul etmişdir ki, bu da Konvensiyanın 6(1) maddəsinin pozuntusudur. Hazırkı işdə məhkəmə ər-arv ad olmayan şəxslərin də əmlakına həbs qoyduğu üçün CPM-in 248.3-cü maddəsinin birinci cümləsini qərara yazmamışdır. Göründüyü kimi, CPM-in 248.3-cü maddəsi yalnız ər və arvadın əmlakının üzərinə həbs qoyulmasını şərtləndirir ki, bunun üçün də mütləq əmlakın cinayətin törədilməsində alət və ya vasitə kimi istifadə edilməsinə, cinayətin predmeti olmasına, cinayət yolu ilə əldə edilmiş vəsait hesabına əldə edilməsinə və ya artırılmasına kifayət qədər sübutlar olmalıdır. Ancaq hazırkı işdə vəsatət və təqdimata bununla bağlı heç bir sübut, təqsirləndirilən şəxsin və ya mülkiyyət sahiblərinin ifadəsi belə alınmadan həbs qoyulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsi ilə nəzərdə tutulan xüsusi müsadirə anlayışı 7 mart 2012-ci il tarixli 314-İVQD nömrəli Azərbaycan Respu blikasının Qanunu ilə qəbul edilmiş və həmin qanun “Respublika” qəzetinin, 15 mart 2012-ci il, № 60, “Azərbaycan” qəzetinin 16 mart 2012-ci il, № 61 saylı buraxılışlarında dərc edilmiş və qanun həmin vaxtdan qüvvəyə minmişdir. Beləliklə həmin qanun qəbul edilməzdən əvvəl baş vermiş hər-hansı bir əmələ görə xüsusi müsadirə tətbiq edilə bilməzdi. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum CM-in 179.4, 193.3.2, 308.2 və 313-cü maddələri ilə irəli sürülmüş ittihamlar üzrə cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi, Məhkum İnsan Hüquqları və Əsas Azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 3, 5, 6, 8, 13, 18 və 1 saylı protokolun 1-ci maddəsinin pozuntusunun tanınması barədə qərar qəbul edilm əsini xahiş edirlər. Kassasiya məhkəmə baxışında müdafiəçi Hacıyev Bəxtiyar Yusif oğlu kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, aşağı instansiya məhkəmələrinin maddi və prosessual pozuntulara yol verdiyini, verilən cəzanın məhkumun şəxsiyyətinə uyğun olmadığını bildirib, verilmiş kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMCnin nümayəndəsi Məmmədov Asif Əlimusa oğlu çıxış edərək, kassasiya şikayətlərinin dəlillərinin tamamilə əsassız olduğunu, məhkum edilmiş şəxsin verilmiş ittiham üzrə təqsiri sübuta yetirildiyini, məhz bu cinayət əməlləri nəticəsində nümayəndəsi olduğu zərərçəkmiş hüquqi şəxsə xüsusilə külli miqdarda ziyan vurulduğunu bildirib kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətlərinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyun 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticə sində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçilər tərəfindən verilmiş kassasiya şikayətlərində məhkumun təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiy i, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tut ulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçilərin kassasiya şikayətlərini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyun 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edi lməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət mühakimə i craatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmən in yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Qeyd olunan cinayət m ühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayəti n törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və nümayəndənin apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, müdafiəçinin isə həmin qərarın ləğv edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyun 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrini n icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən və qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurma, tamah məqsədi və sair şəxsi niyyətlərlə vəzifə saxtakarlığı, yəni rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmə, ona etibar edilmiş xüsusilə külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə təkrar talama, xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq, yəni digər əmlak mənfəəti əldə etmək məqsədilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan hüquqi şəxs yaratma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 179.4, 193.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiəçilərin kassasiy a şikayətlərində Məhkum tərəfindən həmin cinayət əməllərinin törədilmədiyi və apellyasiya məhkəməsinin qərarının ləğv edilməklə cinayət işinə bəraətverici əsaslarla xitam verilməli olduğu iddia edilir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi kassasiya şikayətlərində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiəçilər tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onlar ın üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Azərbaycan Respublikası CPM-in 143.1-ci maddəsində əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cina yət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gə lməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, müdafiəçilər tərəfindən verilmiş kassasiya şikayətlərində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə yeni faktiki halları müəyyən etməklə birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edirlər. Kassasiya şikayətlərinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçilərin kassasiya şikayətlərində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələblərinin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçilərin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətlərində gətirdikləri faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş fak tiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətlərin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçiləri tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 193.3.2, 308.2 və 313-cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində C inayət Məcəlləsinin 179.4, 193.3.2, 308.2 və 313cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Belə ki, kassasiya şikayətlərində göstərilən qeyd edilən müəssisənin məhkuma məxsus olmasına dair dəlillərinə qiymət verərkən müəyyən olunur ki, məhkəmələr tərəfindən tədqiq edilərək istinad olunan cinayət işinin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli **********546900 saylı məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti 2 iyul 2009-cu il tarixdə yaradılmış və təsisçisi 28 yanvar 1998-ci ildə 1931 -ci il Men adası Cəmiyyətlərinə dair Birləşmiş Akta əsasən Men adasında təsis edilmiş, 089573c saylı qeydiyyat nömrəsi ilə dəyişdirilmiş Məhdud Məsuliyyətli Cəmiyyət olan və hüquqi ünvanı xxx adası olan Zərərçəkmiş şəxs Limited Cəmiyyəti müəyyən edilmişdir. Həmin vaxt müəssisənin nizamnamə kapitalı 36.000.000 manat təşkil etmişdir. Cinayət işi materiallarından görünür ki, 24 avqust 2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nominal dəyəri 18.000.000 manat olan, nizamnamə kapitalının 50 faizini təşkil edən 1 payı “X44 Limited” şirkəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmışdır. 25 avqust 2009-cu il tarixdə Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsində dəyişikliklər edilərək nizamnamə kapitalında t əsisçilərin paylarının miqdarı 1 payın (18.000.000 manat), yəni 50%-in "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, 1 payın (18.000.000 manat), yəni 50%-in “X44 Limited” şirkətinə məxsus olması kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən 24 avqust 2009-cu il tarixli çıxarışdan görünür ki, nizamnamə kapitalı 36.000.000 manat miqdarında olmaqla 100% pay şəklində “X44 Limited” şirkətinə məxsus olmuşdur. 24 avqust 2009-cu ildə “X44 Limited” şirkəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında alqı-satqı müqaviləsi bağlanan günün səhəri, yəni Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsində dəyişiklik edilən gün Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən veril miş çıxarışda isə artıq nizamnamə kapitalında təsisçilərin paylarının miqdarı 1 pay (18.000.000 manat), yəni 50%-in "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, 1 pay (18.000.000 manat), yəni 50%-in “X44 Limited” şirkətinə məxsus olduğu öz əksini tapmışdır. 4 may 2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalında satıcı “X44 Limited” Şirkətinə tam mülkiyyət hüququ ilə məxsus olan, nominal dəyəri 9.000.000 manat olan, nizamnamə kapitalının 25 faizini təşkil edən 1 payı 15.000.000 ABŞ dollarına alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmışdır. 7 may 2010-cu il tarixdə Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsində dəyişikliklər edilərək nizamnamə kapitalında təsisçilərin paylarının miqdarı 3 pay (27.0 00.000 manat), yəni 75%-in "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, 1 pay (9.000.000 manat), yəni 25%-in “X44 Limited” şirkətinə məxsus olması kimi müəyyənləşdirilmişdir. 2 noyabr 2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalında satıcı “Zərərçəkmiş şəxs Limited” Şirkətinə tam mülkiyyət hüququ ilə məxsus olan, nominal dəyəri 9.000.000 manat olan, nizamnamə kapitalının 25 faizini təşkil edən 1 payı 15.000.000 ABŞ dollarına alıcı X1. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Təsisçiləri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adından baş direktor X29 və X22 iştirakı ilə keçirilən 15 avqust 2011-ci il tarixli protokoldan görünür ki, Məhkum müəssisənin Müşahidə şurasının sədri, X36 və X30 isə üzvləri vəzifəsinə təyin edilmişlər. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin 17 yanvar 2011-ci ildə təsdiq edilmiş yeni nizamnaməsinə əsasən nizamnamə kapitalında təsisçilərin paylarının miqdarı 3 pay (27.000.000 manat), yəni 75%-in "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, 1 pay (9.000.000 manat), yəni 25%-in X28 məxsus olması kimi müəyyənləşdirilmişdir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı 36.000.000 manat müəyyən edilməklə, hər birinin nominal dəyəri 9.000.000 manat olan dörd paydan ibarətdir. Nizamnamə kapitalının 14.156.954 manatı əmlak, 21.843.046 manatı qiyməti kağız şəklində iştirakçılar tərəfindən bir dəfəyə ödənilmişdir. Cəmiyyətin nizamnamə kapitalında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin payı 3 pay olmaqla 27.000.000 man at, yəni 75 faiz, X23 payı 1 pay olmaqla, 9.000.000 manat, yəni 25 faiz təşkil edir. Məhkum Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin ona məxsus olduğunu bildirərək, bu müəssisənin alınması üçün Xə pul vəsaitini şəxsən ödəməsi barədə ifadələr verərək cinayət işi materiallarında olan çap vərəqində əlyazma ilə yazılmış mətnə istinad etmişdir. Həmin əlyazma vərəqələrinə əsasən X şirkətin səhmlərin hər biri 15.000.000 dəyərində olmaqla 50%-ni 22 mart 2010-cu ildə, 50%-ni isə 12 aprel 2010-cu ildə Məhkum satmışdır. Təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin paylarının alınması ilə bağlı pulun özü tərəfindən verilməsini, alqı-satqı müqaviləsinin onun tərəfindən bağlanılmasını təsdiq etmək, birinci instansiya məhkəməsində məhkəmə iclasında dindirilən x- nin Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus payların alqı-satqısına dair müqavilələrin Məhkum tərəfindən imzalanmaması barədə verdiyi ifadələri təkzib etmək üçün həmçinin birinci instansiya məhkəməsində məhkəmə iclasında “X44 Limited” şirkətinə məxsus, nominal dəyəri 18.000.000 manat olan 50% payın 50% hissəsinin şirkət tərəfindən 15.000.000 ABŞ dollarına satın alınması ilə bağlı alqı-satqı müqaviləsini tərtib etmək, imzalamaq, notarial qaydada təsdiq etmək, rüsum ödəmək, buna görə qəbz almaq, bu tapşırığın icrası ilə bağlı hüquqların alınması ilə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi tərəfindən Məhkum verilmiş, notarial qaydada təsdiq edilmiş 13 aprel 2010-cu il tarixli etibarnaməni və Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslə rin dövlət reyestrindən 12 aprel 2010-cu il tarixli çıxarışın əsli ilə düzgünlüyünü təsdiq edən 13 aprel 2010-cu il tarixli notarial sənədi təqdim etmişdir. Aşağı instansiya məhkəmələri göstərilən sənədləri tədqiq edərək qeyd etmişdir ki, əvvəla Məhkum ibtidai istintaq dövründə verdiyi ifadəsinə əlavə etdiyi adi çap vərəqində əlyazma ilə yazılmış mətndə Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin səhm payları X tərəfindən ona satılması göstərilsə də, bu barədə notariat və digər müvafiq dövlət orqanında hər hansı qeydiyyat aparılmamışdır. Digər tərəfdən əlyazmaya görə Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin səhm paylarının 50%-in Məhkum 22 mart 2010-cu il satışı həyata keçirilərkən Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin səhm paylarının 50%-i artıq Azərbaycan Res publikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən verilmiş 24 avqust 2009-cu il tarixli çıxarışa əsasən həm faktiki, həm də hüquqi cəhətdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olmuşdur. Əlyazma əsas götürülərək ilk baxışdan elə təəssürat yarana bilər ki, X nizamnamə kapilatındakı paylarının 50% hissəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satdıqdan sonra əlində qalan 50%-i Məhkum satmışdır. Lakin növbəti əlyazmada X tərəfindən nizamnamə kapilatındakı payların digər 50%-in 12 aprel 2010-cu il tarixdə Məhkum satılmasının göstərilməsi bu halı təkzib edir. Həmçinin cinayət işi materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti şirkətinin təsisçisi Zərərçəkmiş şəxs Limited şirkəti olmuş, alqı-satqı müqaviləl əri bağlanılarkən isə həmin şirkət 24 avqust 2009-cu il tarixdə x, 4 may 2010 və 2 noyabr 2010-cu ildə X tərəfindən təmsil olunmuşdur. Nə məhkəməyədək icraat zamanı, nə də məhkəmə iclasında Xin Zərərçəkmiş şəxs Limited şirkətinin bütün paylarının təsisçisi, yaxud direktoru və ya səlahiyyətli nümayəndəsi olması, onun adından çıxış etmək barədə hüquqa malik olması barədə hər hansı sənəd təqdim edilməmişdir. Məhkəmə iclasında dindirilərkən Məhkum bir tərəfdən Xin faktiki cəhətdən Zərərçəkmiş şəxs Limited şirkətinin təsisçisi olsa da “kağız üzərində” onun təsisçisi olmadığı, digər tərəfdən Zərərçəkmiş şəxs Limited şirkətinin “yiyələrinin” X və X-in olmasını bildirərək ziddiyyətli ifadələr vermiş, Şahid3 isə Zərərçəkmiş şəxs Limited şirkətinin sahiblərinin X və X-in olmasını göstərmişdir. Şahid 3 və Məhkum ifadələrinin bəzi hissədə üst-üstə düşməsi mövqeyindən çıxış etməklə Zərərçəkmiş şəxs Limited şirkətinin “yiyələrinin” X və X-in olması kimi qəbul edildiyi halda belə X, X tərəfindən ona müvafiq hüquq verilmədiyi təqdirdə yalnız özünə məxsus təsis payının alqı-satqısına dair sənədləri imzalamaq səlahiyyətlərinə malik ola bilərdi. Bir tərəfdən Məhkum 13 aprel 2010-cu il tarixli etibarnaməni təqdim edərək “guya” Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapilatındakı payların 50% payın 50%-ni əldə etmək məqsədilə alqı-satqı müqaviləsi bağlanmasının ona həvalə edildiyini, digər tərəfdən isə cinayət işi materiallarında olan X tərəfindən Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalındaki payların 22 mart 2010-cu il və 12 aprel 2010-cu il tari xlərdə ona satılmasını göstərməklə bir-biri ilə ziddiyyət təşkil edən hallara istinad etmişdir. Belə ki, əlyazmalara əsasən X44” Məhdud Məsuliyyətli Cəmiyyəti tam şəkildə 12 aprel 2022-ci il tarixdə Məhkum satılmış idisə, 13 aprel 2022-ci il tarixdə hansı payın alınmasının ona həvalə edilməsi şübhə doğurur. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin səhmlərini öz pulunu ödəyərək alması, həmçinin, X Zavodu, X zavodu, X zavodlarını onun öz vəsaiti ilə alınması, sonradan bu müəssisələrdə yenidənqurma işləri aparması, müəssisələrin alınıb, tikilməsində heç kəsdən pul vəsaiti alınmaması barədə dəlillər göstərilsə də, lakin iş materiallarında mövcud olan Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti rəsmi dövlət qeydiyyatına alınmış al qı-satqı müqavilələrinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X3 və bu müəssisə üzərində Məhkum, onun yaxın qohumları və ya ona məxsus olan şirkətlərin heç bir pay hüququ olmamışdır. Cinayət işi materiallarından görünür ki, Məhkum Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətində Müşahidə Şurasının sədri vəzifəsində çalışmışdır və 24 avqust 2011-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin Nizamnməsində edilmiş dəyişikliyə əsasən Müşahidə Şurası aşağıdakı səlahiyyətlərə malikdir: - Cəmiyyətin nizamnamə fondunun artırılması və ya azaldılması, miqdarı, şərtləri və qaydası haqqında cəmiyyətin ümumi yığıncağına tövsiyələr vermək; - Cəmiyyətin nümayəndəliklərini, filiallarını, törəmə müəssisələrini yaratmaq üçün tövsiyələr hazırlamaq; - Cəmiyyətin yenidən təşkili ilə əlaqədar tövsiyələr verm ək; - Kadrların yerləşdirilməsi və kadr siyasəti ilə tövsiyələr vermək. Baş direktorun səlahiyyətlərinə isə aşağıdakılar aiddir: - Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik edir və onun operativ idarə olunmasını həyata keçirir; - Bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərlə münasibətdə Cəmiyyəti vəkalətnaməsiz təmsil edir; - Cəmiyyəti ümumi və ixtisaslaşdırılmış məhkəmələrdə iddiaçı və ya cavabdeh qismində təmsil edir; - Cəmiyyətin illik büdcəsinə (xərc smetasına) uyğun olaraq vəsaitin istifadəsinə sərəncam verir; - Öz səlahiyyətləri daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr bağlayır (Xüsusi əhəmiyyətli əqdlər istisna olmaqla), o cümlədən vəkalətnamələr verir; - Azərbaycan Respublikasının müvəkkil banklarında Cəmiyyətin istənilən növ bank hesa blarını açır və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı öz səlahiyyətləri daxilində hesab üzrə sərəncam verir; - Cəmiyyətin işçilərinin əmək funksiyasının dairəsini müəyyən edir, onlarla əmək müqavilələri bağlayır, şərtlərini dəyişdirir və qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv edir; - Öz səlahiyyətləri daxilində Cəmiyyətin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərini görür; - Cəmiyyətin fəaliyyəti ilə bağlı öz səlahiyyətləri daxilində qərarlar qəbul edir və həmin qərarları yazılı surətdə əmrlə rəsmiləşdirir; - Cəmiyyətin inkişaf istiqamətlərini və əmək haqqı sistemini, təşkilati strukturunu, ştat cədvəlini, daxili struktur bölmələri haqqında əsasnamələri və illik büdcəsini (xərc smetasını) təsdiq edir; Kapitallarında iştirak etdi yi hüquqi şəxslərin ali idarəetmə orqanlarında səsvermə hüququ ilə Cəmiyyəti təmsil edir. - Cəmiyyətin fəaliyyəti barədə ümumi yığıncağa mütəmadi olaraq hesabat verir. Cinayət işi üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələrindən o müəyyən olunur ki, Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Baş Direktoru vəzifəsinə Məhkum qardaşı X təyin olunsa da, nizamnamə ilə ona həvalə edilən səlahiyyətləri faktiki olaraq Məhkum həyata keçirmişdir. Kassasiya şikayətlərində göstərilmiş “ibtidai istintaq zamanı aparılan ilkin baxış və götürmə hərəkətlərinin qeyri qanuni və əsassız aparılmasına dair” dəlillərinə qiymət verən kollegiya məhkəmə kollegiyası hesab edir ki, həmin hərəkətlər aparılan zaman hər hansı cinayət prosessual qanvericiliyin pozuntusuna yol verilməmişdir. İş materialların a əsasən müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində baş mühasib vəzifəsində işləmiş Şahid3 yaşadığı ünvan 19 ünvanına baxış keçirilən zaman həmin ünvandan 2 ədəd fləşkart elektron daşıyıcıları aşkar edilərək götürülmüşdür. Həmin fləşkartlara baxış keçirilmiş və baxış zamanı həmin fləşkartların yaddaşında “xxx Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Azəri Steel-2009 Məhdud Məsuliyyətli Cəmiyyətinin bütün dövrlər üzrə fəaliyyətlərini əks etdirən məlumatlar, bu müəssisələr üzərində rəsmi və qeyri-rəsmi qaydada əldə edilmiş gəlir və xərclərinə dair tərtib edilmiş rəsmi və qeyri-rəsmi hesabatlar, əldə edilən gəlirlərdən Məhkum və ona yaxın şəxslərə və müəssisələrə qeyrirəsmi qaydada verilən pul vəsaitlərinin məb ləğləri, bəzi hüquqi şəxslərlə aparılmış əmtəəsiz əməliyyatlar və bu əməliyyatlardan əldə olunan qanunsuz gəlirlər və sair məlumatlar yer almışdır. Baxışda iştirak edən Şahid3 bildirmişdir ki, həmin fləşkartların yaddaşlarında olan məlumatlar Məhkum bağlı olan şirkətlərin faktiki fəaliyyətini əks etdirən məlumatlar olmaqla, onun özü tərəfindən tərtib edilmiş və həmin sənədləri hazırladığı kompyuterlərin yaddaşlarından bu fləşkartlara köçürərək özü üçün saxlamışdır. Şahid18 30 yanvar 2021-ci il tarixli ərizə ilə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edərək metal alqı-satqısının hesabatlarının yazıldığı bir ədəd elektron daşıyıcını könüllü olaraq istintaqa təqdim etmiş, həmin elektron daşıyıcıya (fləşkart) baxış zamanı onun yaddaşında 2019-cu ilin aprel ayından 2021-ci ilin yanvar ayına q ədər olan dövr ərzində metal alqı-satqısının hesabatları, bu hesabatlarda müvafiq dövrlər üzrə metalın alış və satış qiymətləri və sair məlumatların olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasının 2-ci mərtəbəsində yerləşən maliyyə şöbəsinə məxsus olan 6 nömrəli arxiv otağında olan 2010cu ilin iyul ayından 2021-ci ilin yanvar ayınadək olan müddət ərzində tərtib edilmiş 107 ədəd qovluqda yerləşən Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin kassa məxaric sənədlərinin, eləcə də 20112021-ci illər ərzində tərtib edilmiş 1 qutuda yerləşmiş 19 ədəd bağlamada olan Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin kassa mədaxil orderlərinə xx.xx.2021-ci il tarixdə baxışı keçirilmiş, qeyd edilən kassa məxaric sənədlərinin üzərində sənədin tarixi, nömrəsi, məxaric edilən pul vəsaitinin məbləği, məxaric olunan məbləğin verildiyi şəxs, ödənişin təyinatı barədə qeydlərin olması, həmçinin 2010-cu ilin iyul ayından 2011-ci ilin noyabr ayınadək olan müddət ərzində kassa məxaric qəbzlərinin əvəzinə “Paymet Voucher” adlı sənədin tərtib edildiyi, həmin sənədlərinin üzərində kassir – x-ın, mühasib – x, sifarişi hazırlayan şəxsin, vəsaiti qəbul edən və vəsaiti qəbul edən şəxsin şöbə rəisinin, eləcə də Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin həmin dövrdə maliyyə direktoru vəzifəsində işləyən Şahid1 imzalarının olması, habelə 2011-ci ilin noyabr ayından 2021-ci ilin yanvar ayınadək tərtib edilmiş “məxaric xəzinə order”lərində isə vəsaiti qəbul edənin, kassir Şahid13, Şahid1 və X-in imzalarının olması müəyyən edilmişdir. Bundan başqa, kassa mədaxil orderlərinin üzərində sənədin tarixi, seriyası, nömrəsi, mədaxil edilən pul vəsaitinin məbləği, mədaxil olunan məbləğin kimdən alınması, təyinatı barədə qeydlər vardır. Həmin kassa mədaxil orderlərinin üzərində Şahid13, Şahid15 və Şahid1 imzaları əks olunmuşdur. Həmçinin kassir Şahid13 bildirmişdir ki, kassa mədaxil və məxaric xəzinə orderlərində göstərilən məbləğlərin böyük hissəsi faktiki olaraq Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasında deyil, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisində saxlanılaraq həmin məbləğlər Məhkum göstərişinə əsasən sonuncu müəssisənin kassasından götürülərək xərclənilmiş, lakin sənədləşdirmələrdə mədaxil və məxaric əməliyyatları Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasından aparılmış kimi rəsmiləşdirilmişdi r. Bundan başqa xx.xx.2021-ci il tarixində Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Baş Direktorunun Maliyyə məsələləri üzrə 1-ci müavini Şahid1, Baş mühasibi Şahid15 və xəzinədarı Şahid13 imzaları ilə təsdiq edilmiş “Nağd pul vəsaitlərinin çatışmazlığı haqqında” akta əsasən Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin keçmiş Müşahidə şurasının sədri Məhkum tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixədək olan dövrdə, hissə-hissə olmaqla, ümumilikdə 13.284.572,00 manat məbləğində nağd pul götürülmüşdür və hazırda 23 fevral 2021-ci il tarixinə Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasında həmin pul vəsaiti çatışmır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, həm yuxarıda qeyd edilənlərə, həm də aşağı instansiya məhkəmələrinin öz qərarlarında i stinad etdiyi sübutlara (kollegiya həmin sübutları təkrar etməyə lüzum görmür) istinadən kassasiya şikayətlərində göstərilən Məhkum təqsirinin sübuta yetirilməməsinə dair dəlilləri təkzib olunur və məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 193.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməsi ilə bağlı ittihamı iş üzrə toplanaraq tədqiq edilmiş çox saylı sübutların məcmusu ilə təsdiq olunur. Cinayət işi üzrə toplanılmış materiallar hazırki halda Məhkum verilmiş ittiham üzrə nəzərdə tutulmuş cinayət əməllərini törətməsində təqsirinin olmasına dair nəticəyə gəlinməsi üçün kifayət edir. İş materiallarına əsasən müəyyən olunur ki, müdafiə tərəfi məhkəmə istintaqı zamanı Şahid1 şahid kimi dindirilməsi, Şahid1 verdiyi və mötəbərliyi şübhə altında olan c ədvəllərin araşdırılması, X adlı Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşının şahid kimi dindirilməsi və s. vəsatətlərlə həm birinci instansiya məhkəməsinə, həm də apelyasiya instansiyası məhkəməsinə müraciət etmiş eyni zamanda kassasiya şikayətlərində də həmin vəsatətlərin təmin edilməməsini ədalətli məhkəmə araşdırması hüququqnun pozuntusu kimi istinad etmişdir. Lakin iş materiallarına nəzər yetirdikdə həmin vəsatətlərə qiymət verilərkən əsaslandırılmadığı, məhkəmə iclasının qərarı ilə vəsatətin rədd edilməsinin məhkəmə prosesinin ədalətli nəticə ilə yekunlaşmasına mənfi təsir göstərmədiyi müəyyən olunmuş, cinayət işi üzrə mövcud olan sübutlar obyektiv məhkəmə araşdırmasının aparılması üçün kifayət etdiyindən sözügedən vəsatətlər məhkəmə tərəfindən rədd edilmişdir. Məhkə mələrin sübutların rədd edilməsi ilə bağlı gəldikləri qərarlarda motivlərin göstərilməsinin vacibliyi ilə bağlı Avropa Məhkəməsinin mövqeyi həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müəyyən etdiyi tələblərlə eynilik təşkil edir. Konkret olaraq, müdafiə tərəfinin vəsatətlərinin rədd edilməsi ilə bağlı şikayətlərə cavab olaraq, bu növdən şikayətlərə baxarkən, müdafiə tərəfinin vəsatəti kifayət qədər əsaslandırılması və ittihamın mahiyyətinə aid olub-olmaması, işə mahiyyəti üzrə baxan məhkəmələrin təklif olunan vəsatətin işin mahiyyətinə aid olub-olmamasını araşdırılması, vəsatətin rədd edilməsi haqda qərarlarına kifayət qədər əsaslandırma verib-verməməsi və vəsatətin rədd edilməsi haqda qərarın məhkəmə prosesinin ədalətli nəticə ilə yekunlaşmasına mənfi təsir göstərib- göstərməməsi mütləq araşdırılmalıdır. Ümumilikdə götürüldükdə isə müdafiə tərəfinin təklif etdiyi hər bir vəsatətin təmin olunması ilə bağlı imperativ norma nəzərdə tutulmamışdır. Vəsatətlərin məqsədi proses tərəflərinin bərabərliyinin təmin edilməsidir ki, baxılam iş üzrə tərəflərin bərabərliyi təmin edilməsi üzrə ədalətli məhkəmə araşdırmasını şübhə altına ala bilən hər hansı bir ciddi pozuntu müəyyən edilməmişdir. Bunun əksinə olaraq müdafiə tərəfinin dəlillərində cinayət və cinayət prosessual qanunun normalarının pozulmasına istinad edilsə də ümumilikdə götürüldükdə, cinayət işi materiallarından göründüyü kimi, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçiləri vasitəsil ə iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan başqa müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid çağırılması, sənədlərin tədqiqi zamanı şahidin təkrar dindirilməsi, auditor hesabatının izah edilməsi üçün müvafiq hesabatı tərtib edən auditorun dəvət edilməsi, zəruri baxış istintaq hərəkətləri həyata keçirilmişdir. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətlərində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətlərində göstərilmiş “xüsusi müsadirənin qeyri-qanuni və əsassız olaraq əmlaklara tətbiq olmasına, əmlaklar ın cinayət törədilməşindən xeyli əvvəl əldə edilməsinə, əmlakların digər şəxslərə məxsus olmasına” dair dəlillərinə də qiymət verərək qeyd edir ki, kassasiya şikayətlərində mübahisələndirilən əmlaklar üzərinə xüsusi müsadirənin tətbiq edilməsi qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası CM-in “Xüsusi müsadirə” adlanan 15-1-ci fəslində təsbit olunmuşdur ki: “Maddə 99-1. Xüsusi müsadirə 99-1.1. Xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həm in pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); 99-1.1.3. cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülkihüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; 99-1.1.4. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrindənəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadi rə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 99-1.3. Cinayət törətmiş şəxs tərəfindən özgəninkiləşdirilmiş və ya hər hansı şəkildə digər şəxslərə verilmiş, bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak o halda müsadirə edilir ki, həmin əmlakı alan şəxs əmlakın cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu halda onu qəbul etmişdir. Həmçinin bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak cinayət törətmiş şəxs tərəfindən hədiyyə kimi verildikdə və ya öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satıldıqda vicdanlı sahiblərin hüquqlarına xələl gətirmədən müsadirə edilir. Maddə 99-2. Əmlakın dəyərinə görə xüsusi müsadirə Bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdiri ldiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilir. Maddə 99-3. Cinayət nəticəsində vurulmuş ziyanın müsadirə edilmiş əmlak vasitəsilə ödənilməsi 99-3.1. Müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. 99-3.2. Cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır. Müsadirə edilmiş əmlak cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə kifayət etmədiyi və cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa əmlakı olduğu hallarda ziyanın qal an hissəsi cinayət törətmiş şəxsin həmin əmlakının hesabına ödənilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli Qərarında göstərilir ki, cinayət törətmiş şəxslər cinayət yolu ilə əldə etdiyi əmlakı gizlətməyin müxtəlif yollarından, o cümlədən əmlakı digər şəxslərin adına rəsmiləşdirməkdən istifadə edirlər. Bununla əlaqədar digər şəxslərin mülkiyyətində olan əmlakın cinayət yolu ilə əldə edilmiş əmlak olaraq üzərinə həbs qoyulması məsələsi Azərbaycan Respublikasının beynə lxalq-hüquqi öhdəlikləri nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, Birləşmiş Millətlər Təşkilatının “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasına görə, əgər cinayətdən əldə olunan gəlirlər qismən və ya tam şəkildə digərəmlaka çevrilibsə və ya dəyişdirilibsə, onda bu maddədə nəzərdə tutulan tədbirlər həmin əmlaka münasibətdə də görülür. Əgər cinayətdən əldə olunan gəlirlər qanuni əsaslarla əldə edilmiş əmlaka qatılıbsa, onda hər hansı bir həbs qoyma və ya götürmə səlahiyyətlərinə xələl gətirmədən, əmlakın yalnız cinayət nəticəsində əldə olunmuş gəlir qatılmış hissəsinin mütənasib qiymətləndirilmiş hissəsi müsadirə edilir. Cinayət nəticəsində əldə olunan gəlirlərə tətbiq edilən tədbirlər eyni zamanda cinayət nəticəsində əldə olunan gəlirlərdən alınmış hasilata və ya mə nfəətə, cinayətdən əldə edilən gəlirlərə çevrilmiş və ya əvəz edilmiş əmlakdan alınmış hasilata və ya mənfəətə və ya cinayətdən əldə edilən gəlirlərin qatıldığı əmlakdan alınmış hasilata və ya mənfəətə də eyni qaydada və həcmdə tətbiq edilir (Konvensiyanın 12-ci maddəsinin 3, 4 və 5-ci bəndləri). Yuxarıda qeyd edilən normaların tələblərindən də aydın görünür ki, (mad. 99-2) cinayət qanunvericiliyi müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə mümkünlüyünü özündə ehtiva edir. Bu baxımdan iş materiallarına əsasən müəyyən olunur ki, xüsusi müsadirəyə məruz qalmış əmlakların qiymətləndiri lmiş ümumi dəyəri Məhkum tərəfindən zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nə vurulmuş ziyanın, faktiki cinayət yolu ilə mənimsənilmiş ümumi məbləğdən xeyli azdır. Qeyd edilən bir sıra əmlakların digər şəxslərə aid olmasına gəldikdə isə, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-2101/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, kassasiya şikayətlərində göstərilmiş bir sıra əmlaklara dair maraqlarına toxunan şəxslər X12, X13, X14 və X20 nümayəndələri tərəfindən verdikləri kassasiya şikayətlərinə əsasən iş baxan kassasiya məhkəmə kollegiyası onların adlarına rəsmiləşdirilmiş əmlakların onların özlərinə məxsus olması, Məhkum aid olmamasını mübahisələndirsələr də, həmin əmlakların öz şəxsi vəsaitləri hesabı na əldə edilməsini təsdiq edən heç bir sənəd təqdim edə bilməmiş və bu əsasla həmin şikayətlər rədd edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələrinin xüsusi müsadirə məsələsinin həlli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1 və 99-2-ci maddələrinin tələblərinə uyğun olmuşdur. Kassasiya şikayətlərində cinayət və cinayət prosessual qanunun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi c inayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən (himayəsində azyaşlı və yetkinlik yaşına çatmayan uşalarının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması) və ağırlaşdıran (vəzifədən sui-istifadə etmə və vəzifə saxtakarlığı cinayətlərini təkrar törətməsi) halların olması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçiləri Əliyeva Əsmər Azər qızı və Hacıyev Bəxtiyar Yusif oğlu tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlı dır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçiləri Əliyeva Əsmər Azər qızı və Hacıyev Bəxtiyar Yusif oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 193.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyun 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar