Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1966/2023 22.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxx 1990-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2023-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü hökmü ilə (hakimlər: F.N.Mahmudov (sədrlik edən), D.H.İmanov və E.İ.Rüstəmov) Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkm ə müddətinin əvvəlinin 17 aprel 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər: N.T.Əliyev (sədrlik edən), S.B.Hüseynov və Ə.G.Abdullayev) apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir ondan ötrü ki, o, külli miqdarda 2,054 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 0,191 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməklə daşımış və üzərində saxlamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ondan ibarətdir ki, Məhkum 2022-ci ilin aprel ayının əvvəllərində istintaqla müəyyən edilməyən tarixdə və vaxtda qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq külli miqdarda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 2,054 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 1(bir) ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,191 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək 17 aprel 2022-ci il saat 11 radələrinədək, yəni Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçir ilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qasımbəyli qəsəbəsi ərazisində saxlanılıb rayon polis şöbəsinə gətirilməklə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim edənədək satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşımaqla saxlamışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən məhkəmənin gəldiyi nəticəl ər işin faktiki hallarına uyğun olmamış, ona görə də təqsirləndirilən şəxs Məhkum əməlinin tövsifində səhvə yol verilmişdir. Belə ki, Məhkum aşkar edilmiş 2,054 qram heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 14 dəfə çox olması, külli miqdar təşkil etməsi, eyni zamanda üzərindən şəxsi istehlak miqdarından artıq 0,191 qram metamfetamin aşkar edilməsi, təqsirləndirilən şəxsin işləməməsi, himayəsində azyaşlı uşağının olması, narkotik vasitənin əldə edilməsi ilə bağlı maddi durumu, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatları, bununla bağlı polis əməkdaşlarının ifadələrində göstərdiyi xüsusatlar və bu kimi işin digər faktiki halları Məhkum əməlində narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilib, saxlanılmaqla daşınmasını ehtiva et diyi halda, məhkəmənin sübutları əlaqəli şəkildə təhlil etməməsini və gəldiyi nəticələrin əsassız olduğunu təsdiq edir. Bununla yanaşı ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində onu narkotik maddə qəbul etməyə heç kimin təhrik etmədiyini, keçmiş əri Məhkum narkotik maddə qəbul etməsini bildikdən sonra öz istəyi ilə narkotik maddə qəbul etməyə başladığını, Məhkum narkotik maddə qəbul etdiyi vaxtlarda özü üçün əldə etdiyi narkotik maddənin bir qismini ayırıb ona verdiyini, bunun qarşılığında ondan verdiyi narkotik maddənin miqdarına uyğun olaraq bəzən 5 manat, bəzən isə 10 manat pul aldığını, Məhkum ona sonuncu dəfə “kakos” adı ilə tanıdığı narkotik maddəni 2022-ci ilin aprel ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə və vaxtda Ağdam rayonu Qasımbəyli qəsəbəsin də yaşadığı evin həyətində 5 manat müqabilində satdığını bildirmişdir. Dövlət ittihamçısı hesab edir ki, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv qiymət verməyərək, sübutlara deyil, yalnız mülahizəyə əsaslanmaqla işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş və heç bir əsaslandırma aparmadan təqsirləndirilən şəxsin əməlini əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələr indən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum əməlinin hüquqi tövsifi mübahisə edilir. Apellyasiya instansiyası məhkəməsinin qərarı müdafiə tərəfindən mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası yalnız dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə məhkəmə qərarına münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən: “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artı q miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” görə; Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində isə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qan ununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Azərbaycan Respublik ası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən ko nkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. "Nark otik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 saylı, 04 mart 2011-ci il tarixli Qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri sat maq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Ali Məhkəməsinin Plenumunun müvafiq qərarında olan tövsiyələrə əsaslanaraq kassasiya protestində qeyd edilən dəlillərlə razılaşmır və bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış büt ün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmiş cinayət əməlinin birinci instansiya məhkəməsi tərəfindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsinə dair gəldiyi nəticə ilə razılaşmış və həmin maddə ilə təqsirli bilmişdir. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş Məhkum ona Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, təxminən üç ildir ki, narkotik vasitələrdən istifadə edir. Təxminən 2022-ci ilin aprel ayının əvvəllərində Yevlax şəhərində sonradan adının Qarabağ küçəsi olduğunu bildiyi ərazidə gəzərkən yerdə bir ədəd rəngli kağız bükülü diqqətini cəlb etmişdir. Həmin bükülüləri yerdən götürüb baxdıqda qəhvəyi rəngli bükülünün içərisində “kokos” adı ilə tanıdığı heroin olduğunu görmüşdür. Narkotik tərkibli maddələrdən istifadə etdiyi üçün həmin bükülünün içərisində olan narkotik maddəni tanımışdır. Təxminən 05 qram olmuşdur. O, həmin bükümü götürdükdən sonra əynində olan boz rəngli cins şalvarının sağ yan cibinə qoyaraq oradan uzaqlaşmışdır. xx.xx.2022-ci il tarixdə o, təxminən üç ildir ki, Ağdam rayonu Qasımbəyli qəsəbəsində ayrıldığı keçmiş həyat yoldaşı Şahid4 ilə birlikdə yaşayan yeddi yaşlı qızı X10 görmək məqsədi ilə Ağdam rayonu Quzanlı qəsəbəsinə gəlmişdir. Həmin gün saat 08 radələrində Ağdam rayonu Quzanlı qəsəbəsində “Dördyol” deyilən y erdə “VAZ-2106” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı taksiyə yaxınlaşmış və əvvəllər tanımadığı, sonradan adının X11 olduğunu bildiyi sürücüdən onu Ağdam rayonu, Qasımbəyli qəsəbəsinə aparmasını xahiş etmişdir. Həmin taksi sürücüsünə dediyi ünvana çatdırmaq üçün iki manata razılaşmış və onlar birgə Ağdam rayonu Qasımbəyli qəsəbəsinə getmişlər. Qəsəbədə maşından düşən zaman Ağdam rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra üzərində narkotik maddənin olmasında şübhəli olduğunu bildirərək onu Ağdam rayon polis şöbəsinə dəvət etmişlər. Sonra üzərinə baxış keçirilmiş və cibində olan heroin aşkar olunmuşdur. Bundan sonra ona bildirmişlər ki, vəkil dəvət olunacaq və üzərinə videoçəkilişlə baxış keçiriləcək, həmin narkotik vasitəni və az miqdarda da «patı » onun cibinə qoymuşlar ki, özü təqdim edər, onu narkotik vasitə qəbul edən kimi sənədləşdirəçəklər və bu onu əməlinə ağırlaşdırmayacaqdır. Onların dediklərinə inanmış, həm də qorxub təkliflərinə razı olmuşdur. Sonra orada hüquqlarını izah edib videoçəkilişlə vəkilinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Həmin vaxt o, əynində olan boz rəngli cins şalvarın sol cibindən bir ədəd ağ rəngli alışqanı və iki ədəd bir manatlıq pul əskinaslarını, əynindəki köynəyin sol yan cibindən kibrit qutusunu, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülünü və bir ədəd göy rəngli bükülünü könüllü olaraq təqdim etmişdir. O, həmin bükümləri təqdim etdikdən sonra hər iki bükülü ayrı-ayrılıqda tərəzi də çəkilmişdir. Belə ki, öncə göy rəngli bükülü çəkilmiş və çəkisi 0.28 qram, sonra isə şəffaf sellofanda olan bükülü çəkilmiş və çəkisi 2 qram olması müəyyən edilmişdir. Heroinin çəkisinin çox olmasından başa düşmüşdür ki, üzərinə artırıblar, lakin dediyi səbəbə görə bir söz deməmişdir. Sonra hər iki bükülü onların iştirakı ilə qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Həmin narkotik vasitəni üzərində satış məqsədilə yox, şəxsi istifadəsi üçün saxladığını, buna görə həmin narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə saxlamaqda özünü təqsirli bilmədiyini, ümumiyyətlə heç kimə narkotik maddə satmadığnı bildirmişdir. Bir ildən artıqdır ki, mobil telefondan istifadə etmədiyini, müxtəlif vaxtlarda bacısı İradə İmanquliyevaya aid 050 827 50 39 saylı mobil nömrənin “WhatsApp” ani mesajlaşma sistemindən istifadə etdiyini bildirmişdir. O, heç kimə narkotik vasitə satmamış və belə məqsədi olmamışdır. İstintaq zamanı aralarında narazılıq olduğu üçün arvadı onun əleyhinə yalan ifadə vermişdir. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. İş materiallarında Məhkum narkotik vasitələrin hər hansı formada satışı ilə məşğul olması barədə heç bir sübut müəyyən edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2017-ci ildən DİO-da vəzifədə xidmət edir. Məhkum əvvəllər tanımamış, onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Yevlax şəhər sakini Məhkum narkotik vasitələrin qanunsuz saxlanılmasında, satışında və istifadəsində şübh əli olması, eləcə də, həmin vaxt Ağdam rayonu ərazisində olması barədə Ağdam rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Ağdam rayonu Qasımbəyli qəsəbəsi ərazisinə gedərək orada Məhkum “VAZ-2106” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobildən enib piyada hərəkət etdiyini müşahidə edib dərhal Məhkum və onunla birgə oraya gələn “VAZ-2106” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra Məhkum, o cümlədən, Famil Rzayevin idarə etdiyi “VAZ-2106” markalı, **FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi məqsədilə həmin şəxsləri Ağdam rayon polis şöbəsinə dəvət etmişlər. Məhkum müdafiəçi ilə təmin olund uqdan sonra təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Ağdam rayon polis şöbəsinin inzibati binasında müdafiəçinin, onun və digər polis əməkdaşlarının iştirakı ilə Məhkum üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Həmin vaxt Məhkum əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd ağ rəngli alışqanı və iki ədəd bir manatlıq pul əskinaslarını, əynindəki köynəyin sol yan cibindən içərisində kibrit dənələri olan kibrit qutusunu, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən içərisində qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlə olan 01 ədəd şəffaf sellofan bükülünü və içərisində ağ rəngli narkotik maddəyə bənzər kütlə olan 01 ədəd göy rəngli bükülünü təqdim etmişdir. Həmin bükülülər elektron tərəzi vasitəsilə çəkilərkən göy rəngli kağız bükümün içərisindəki kütlə ilə birlikdə çəkisinin 0.28 qram, şəffaf sellofan bükümün isə içərisindəki kütlə ilə birlikdə çəkisinin 2.33 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Məhkum təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükülünün içərisində “kakos” adlanan narkotik maddə, 01 ədəd göy rəngli bükülünün içərisində isə “patı” adlanan narkotik maddə olduğunu, hər iki bükülünü təxminən 10-15 gün öncə Yevlax şəhərində adını bilmədiyi küçədə gəzərkən yerdən tapdığını, istifadə etmək üçün götürdüyünü, lakin ondan istifadə edə bilmədiyini bildirmişdir. Hər iki bükülü onların iştirakıyla qablaşdırılmış, imzalarla təsdiq edilmiş və möhürlənərək götürülmüşdür. Bundan sonra müvafiq protokol tərtib edilmiş və protokol işt irakçılar tərəfindən imza edilmişdir. Məhkum məhkəmədə dediklərinin həqiqətə uyğun olmadığını onun üzərinə ələavə psixotrop maddə qoyulmadığını və üzərindən aşkar olunmuş narkotik vasitənin çəkisinin artırılmadığını bildirmişdir. İbtidai istintaq zamanı ifadəsində Məhkum barəsində daxil olmuş əməliyyat məlumatında onun narkotik vasitənin qəbul etməsi, üzərində saxlaması və satış məqsədi ilə əldə etməsi barədə verdiyi ifadəsini onunla əsaslandırmışdır ki, təcrübələrində belə hallar çox olur, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması göstərilir, onlar da qanunsuz dövriyyəni əldə etmə, saxlama, gəzdirmə, istifadə, satma və ya satış məqsədi ilə əldə etmədə şübhəli olması kimi qəbul edirlər və raportu və qərarı bu məzmunda tərtib edirlər. Şübhəli şəxs saxlanıldıqdan sonra araşdırma zamanı məlumatda göstərilən məsələn, narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması öz təsdini tapmır. Məhkum barəsində keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Məhkum ilə 2015-ci ildən 2020-ci ilədək qeyri rəsmi nikahda olmuşlar, həmin evlilikdən X4 adlı azyaşlı övladı var. O, keçmiş əri Məhkum narkotik maddə istifadəçisi olması barəsində təxminən 2016-cı ilin dekabr ayında bilmişdir. Belə ki, 2016 -cı ilin dekabr ayında o, Məhkumlə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Şuşa şəhərciyi”ndə hazırda nömrəsini və dəqiq yerini xatırlamadığı ünvanda kirayənişin kimi yaşayarkən dəqiq xatırlamadığı tarixdə səhər saatlarında yaşadıqları evin həyətində yerləşən hamamdan səs gəldiyini görüb həmin yerə baxdıqda əri Məhkum əlində şprislə qoluna iynə vurduğunu görmüşdür. Həmin vaxt o, gördüyü mənzərədən çox sarsılmış və həmin gün İlqarla bu barədə söhbət etdikdə İlqarın narkotik maddə istifadəçisi olduğunu bilmişdir. 2020-ci ilin yay aylarında o, Məhkum ayrılaraq azyaşlı qızı X10 ilə birlikdə Ağdam rayonu Qasımbəyli qəsəbəsində yaşayan anası X1 yaşadığı ünvana gəlmişdir. Bundan sonra Məhkum müxtəlif tarixlərdə və vaxtda Ağdam rayonu Qasımbəyli qəsəbəsinə azyaşlı qızı X 10 görmək məqsədilə gəlmişdir. Həmin vaxtlarda Məhkum Ağdam rayonu Qasımbəyli qəsəbəsində yaşadıqları evin həyətində yerləşən tualetə gedərək orada narkotik maddə qəbul etmişdir. Məhkum narkotik maddələri haradan və ya kimdən əldə etdiyini bilməmişdir. Məhkum onunla bacısı X3 istifadəsində olan 050 827 50 39 saylı mobil nömrədən onun istifadəsində olan 055 773 53 39 saylı mobil nömrəyə “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə zəng etməklə və mesaj yazmaqla əlaqə saxladığını, Məhkum təxminən bir ilə yaxındır ki, özünün mobil telefonu olmadığını bildirmişdir. Məhkumlə arasında narazılıq yarandığı üçün istintaq zamanı onun əleyhinə ifadə vermiş, yəni birlikdə narkotik vasitə qəbul etdiyini və narkotik vasitədən ona da verməsini demişdir. Lakin sonradan düzgün ifadə verərək İlqarın ona da əvvəllər narkotik vasitə vermədiyni demişdir. Məhkum heç kimə narkotik vasitə satmamışdır. İşdə olan «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Məhkum narkotik vasitələrin qanunsuz olaraq saxlanmasında, satışında və qəbulunda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. İş materiallarında olan «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Məhkum üzərinə 17 aprel 2022-ci il tarixdə Ağdam rayon polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilən zaman Məhkum əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd ağ r əngli alışqanı və iki ədəd bir manatlıq pul əskinaslarını, əynindəki köynəyin sol yan cibindən içərisində kibrit dənələri olan kibrit qutusunu, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən içərisində qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlə olan 01 ədəd şəffaf sellofan bükülünü və içərisində ağ rəngli narkotik maddəyə bənzər kütlə olan 01 ədəd göy rəngli bükülünü təqdim etmişdir. Həmin bükülülər elektron tərəzi vasitəsilə çəkilərkən göy rəngli kağız bükümün içərisindəki kütlə ilə birlikdə çəkisinin 0.28 qram, şəffaf sellofan bükümün isə içərisindəki kütlə ilə birlikdə çəkisinin 2.33 qram olması müəyyən edilmiş, hər iki büküm müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. 1 ədəd ağ rəngli alışqan, iki ədəd bir manatlıq əskinaslar və içərisində kibrit dənələri olan kibrit qutus u iş üçün əhəmiyyat kəsb etmədiyindən Məhkum qaytarılmışdır. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan «Baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Məhkum yaşadığı Yevlax şəhəri, M.Müşfiq küçəsi, ev 62 ünvanında yaşadığı evə və həmin evin həyatyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı evdən və evin həyatyanı sahəsindən iş üçün əhəmiyyət kəsb edən qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr, digər əşya və predmetlər aşkar edilməmişdir. Ağdam rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(013)-29/2022 saylı qərarından görünür ki, Ağdam rayon Polis şöbəsinin əməkdaşları tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxsin İfadənin yerində yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Məhkum ifadəsində qeyd etdiyi xüsusatları bir daha olduğu kimi hadisə yerində təsdiq etmişdir. Bu barədə protokol tərtib edilmişdir. Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 16/444 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs qismində tutulmuş Məhkum üzərindən götürülmüş........” yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 2,054 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin kağız paketdəki 1(bir) ədəd göy rəngli kağız bükümdəki təmiz çəkisi 0,191 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. İş materiallarında olan Ağdam Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Məhkum üzərindən aşkar olunaraq götürülən narkotik vasitə və psixotrop maddəni hardan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarından görünür ki, keçirilmiş əməliyyat-axatarış tədbirləri nəticəsində Məhkum törətdiyi cinayət əməlində kiminləsə əlbir olmasına hər hansı bir fakt müəyyən edilməmişdir. Məhkum ayrı-ayrı narkotik istifadəçilərinə narkotik maddə satmasına dair əməliyyat məlumatları daxil olsa da, həmin şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. İşə əlavə edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx. 2022-ci il tarixli 882 saylı rəyindən görünür ki, təqsirləndirilən şəxs Məhkum narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək qeyd edir ki, məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasını, üzərində aşkar o lunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut və dəlil mövcud olmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, sübutların həcmi və ümumiyyətlə, işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsaslar vermir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Məhkum əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İsp aniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-i n 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edi lənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2023-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1966/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1966/2023
22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver