Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1967/2024 12.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X9 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 178.3.2 və 320.1-ci maddəl əri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 may 2023-cü il tarixli, 1(103)-37/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxxxxx 1984-cü il tarixdə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Sarıcalı ərazi dairəsi, Sarıcalı kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yeni massivdə yaşamış, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən m üəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum, etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə qanunsuz hazırladığı saxta sənədlərdən istifadə edərək özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir.
3. Belə ki, o, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Zərərçəkmiş şəxs7 MTK-da satış meneceri, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “Kəpəz-M" MTK-da gözətçi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını tamah məqsədi ilə ələ keçirmək üçün “Kəpəz-M" MTK-ya məxsus ünvan 1 ünvanındakı A girişi, 11-ci mərtəbədə yerləşən 1 kvadratı 650 manat olmaqla ümumi dəyəri 46605 manat təşkil edən 71,7 kv metr sahəsi olan 39 saylı mənzili Zərərçəkmiş şəxs4 hissə-hissə ödəmək şərti ilə 46605 manata satacağına dair yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs4 xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanındakı ofisdə 38.605 manat alaraq əvəzində bilə-bilə saxta sənədlərdən istifadə etmək üçün həmin mənzilə dair qanunsuz hazırladığı Zərərçəkmiş şəxs4 adına saxta xx.xx.2020-ci il tarixli maliyyə arayışını və xx.xx.2019-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqaviləni verib sonuncudan eyni ünvanda xx.xx.2020-ci il tarixdə 2.000 manat, xx.xx.2020-ci il tarixdə 3.000 manat, xx.xx.2020-ci il tarixdə 3.000 manat, ümumilikdə 46.605 manat pulunu ələ keçirdikdən sonra qeyd edilən mənzilin şirkət sahibi tərəfindən başqa şəxsə söz verildiyini bəhanə edib həmin pulun müqabilində Zərərçəkmiş şəxs4 ünvan 1 ünvanındak ı A girişi, 8-ci mərtəbədə yerləşən 1 kvadratı 650 manat olmaqla ümumi dəyəri 68.640 manat təşkil edən 105,6 kv metr sahəsi olan 91 saylı mənzili, bilə-bilə saxta sənədlərdən istifadə etmək üçün həmin mənzilə dair qanunsuz hazırladığı Zərərçəkmiş şəxs4 adına saxta maliyyə arayışını və xx.xx.2018-ci il tarixli 1 №-li protokolundan çıxarışı verib, Zərərçəkmiş şəxs4 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 46.605 manat xeyli miqdarda və sonuncunun həmin mənzilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən **********72-05301-093075 reyestr nömrəli çıxarış alması nəticəsində isə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs7 MTK-ya isə 68.640 manat külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
4. Bundan başqa, o, təkrarən, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Zərərçəkmiş şə xs7 MTK-da gözətçi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını tamah məqsədi ilə ələ keçirmək üçün Zərərçəkmiş şəxs7 MTK-ya məxsus ünvan 1 ünvanındakı A girişi, 12-ci mərtəbədə yerləşən 1 kvadratı 650 manat olmaqla ümumi dəyəri 55.900 manat təşkil edən 86 kv metr sahəsi olan 108 saylı mənzili Zərərçəkmiş şəxs5 hissə-hissə ödəmək şərti ilə 55900 manata satacağına dair yalan vəd verib aldatmaqla, Zərərçəkmiş şəxs5 xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanındakı ofisdə 25.500 manat alıb əvəzində bilə-bilə saxta sənədlərdən istifadə etmək üçün həmin mənzilə dair qanunsuz hazırladığı Zərərçəkmiş şəxs5 adına bağlanmış saxta xx.xx.2020-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqaviləni verib sonuncudan 2020-ci ilin sentyabr ayının ilk günlə rində həmin ofisdə 30400 manat pulunu ələ keçirməklə, əvəzində bilə-bilə saxta sənədlərdən istifadə etmək üçün həmin mənzilə dair qanunsuz hazırladığı Zərərçəkmiş şəxs5 adına saxta maliyyə arayışını və xx.xx.2018ci il tarixli 1 №-li protokolundan çıxarışı verərək Zərərçəkmiş şəxs5 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 55900 manat və sonuncunun həmin mənzilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən **********72- 05301-093074 reyestr nömrəli çıxarış alması nəticəsində isə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs7 MTK-ya isə 55.900 manat külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
5. Bundan başqa, o, təkrarən, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Zərərçəkmiş şəxs7 MTK-da gözətçi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əml akını tamah məqsədi ilə ələ keçirmək üçün Zərərçəkmiş şəxs7 MTK-ya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 596 ünvanındakı A girişi, 5-ci mərtəbədə yerləşən 1 kvadratı 650 manat olmaqla ümumi dəyəri 68640 manat təşkil edən 105,6 kv metr sahəsi olan 79 saylı mənzili Zərərçəkmiş şəxs8 66528 manata satacağına dair yalan vəd verib aldatmaqla, 2020-ci ilin sentyabr ayının ortalarında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 596 ünvanındakı ofisdə bilə-bilə saxta sənədlərdən istifadə etmək üçün həmin mənzilə dair qanunsuz hazırladığı Zərərçəkmiş şəxs8 adına saxta maliyyə arayışını və xx.xx.2018-ci il tarixli 1 №-li protokolundan çıxarışı verib etibarını qazanmaqla həmin gün eyni ünvanda Zərərçəkmiş şəxs8 5000 manat, 2020-ci ilin sentyabr ayının axırlarında Abşeron r ayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 596 ünvanındakı ofisdə 61.000 manat pulunu ələ keçirməklə, Zərərçəkmiş şəxs8 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 66.000 manat və sonuncunun həmin mənzilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən **********7205301-093077 reyestr nömrəli çıxarış alması nəticəsində isə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs7 MTK-ya 68.640 manat külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
6. Bundan başqa, o, təkrarən, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Zərərçəkmiş şəxs7 MTK-da gözətçi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını tamah məqsədi ilə ələ keçirmək üçün Zərərçəkmiş şəxs7 MTK-ya məxsus ünvan 1 ünvanındakı B girişi, 11-ci mərtəbədə yerləşən 1 kvadratı 650 manat olmaqla ümumi d əyəri 61.581 manat təşkil edən 94,74 kv metr sahəsi olan 56 saylı mənzili Zərərçəkmiş şəxs2 hissə-hissə ödəmək şərti ilə 60000 manata satacağına dair yalan vəd verib aldatmaqla, Zərərçəkmiş şəxs2 oğlu Şahid9 vasitəsi ilə xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanındakı ofisdə 40000 manat alaraq əvəzində bilə-bilə saxta sənədlərdən istifadə etmək üçün həmin mənzilə dair qanunsuz hazırladığı Zərərçəkmiş şəxs2 adına saxta xx.xx.2020-ci il tarixli maliyyə arayışını və 1№-li protokoldan çıxarışı verib, sonuncudan oğlu Şahid9 vasitəsi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək eyni ünvanda hissə-hissə 20000 manat pulunu ələ keçirməklə, Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 60.000 manat və sonuncunun həmin mənzilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ** ********72-05301-093083 reyestr nömrəli çıxarış alması nəticəsində isə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs7 MTK-ya isə 61.581 manat külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
7. Bundan başqa, o, təkrarən, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Zərərçəkmiş şəxs7 MTK-da gözətçi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını tamah məqsədi ilə ələ keçirmək üçün Zərərçəkmiş şəxs7 MTK-ya məxsus ünvan 1 ünvanındakı B girişi, 8-ci mərtəbədə yerləşən 1 kvadratı 650 manat olmaqla ümumi dəyəri 41600 manat təşkil edən 64 kv metr sahəsi olan 39 saylı mənzili Zərərçəkmiş şəxs2 hissə-hissə ödəmək şərti ilə 41600 manata satacağına dair yalan vəd verib aldatmaqla, Zərərçəkmiş şəxs2 oğlu Şahid9 vasitəsi ilə xx.xx.2021-ci il tarixdə ünvan 1 ün vanındakı ofisdə 21.600 manat alaraq əvəzində bilə-bilə saxta sənədlərdən istifadə etmək üçün həmin mənzilə dair qanunsuz hazırladığı Zərərçəkmiş şəxs2 adına saxta xx.xx.2021-ci il tarixli maliyyə arayışını və kooperativ binada mənzil tikintisi haqqında müqaviləni verib Zərərçəkmiş şəxs2 ümumilikdə 21600 manat və zərərçəkmiş hüquqi şəxs "xxxx" MTK-ya 41.600 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
8. Bundan başqa, o, təkrarən, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Zərərçəkmiş şəxs7 MTK-da gözətçi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını tamah məqsədi ilə ələ keçirmək üçün Zərərçəkmiş şəxs7 MTK-ya məxsus ünvan 1 ünvanındakı B girişi, 3-cü mərtəbədə yerləşən 1 kvadratı 650 manat olmaqla ümumi dəyəri 57.850 manat təşk il edən 89 kv metr sahəsi olan 12 saylı mənzili Zərərçəkmiş şəxs1 56070 manata satacağına dair yalan vəd verib aldadaraq bilə-bilə saxta sənədlərdən istifadə etmək üçün həmin mənzilə dair qanunsuz hazırladığı Zərərçəkmiş şəxs1 adına saxta maliyyə arayışını və 1 №-li protokolundan çıxarışı verib etibarını qazanmaqla, Zərərçəkmiş şəxs1 2021-ci ilin fevral ayının ortalarında ünvan 1 ünvanındakı ofisdə 56.070 manatını ələ keçirməklə Zərərçəkmiş şəxs1 56.070 manat və sonuncunun həmin mənzilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən **********7205301-093087 reyestr nömrəli çıxarış alması nəticəsində isə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs7 MTK-ya 57.850 manat külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
9. Bundan başqa, o, təkrarən, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci ii tarix ədək Zərərçəkmiş şəxs7 MTK-da satış meneceri, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Zərərçəkmiş şəxs7 MTK-da gözətçi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını tamah məqsədi ilə ələ keçirmək üçün "Kəpəz-M” MTK-ya məxsus ünvan 1 ünvanındakı B girişi, 7-ci mərtəbədə yerləşən 1 kvadratı 650 manat olmaqla ümumi dəyəri 85150 manat təşkil edən 131 kv metr sahəsi olan 34 saylı mənzili Zərərçəkmiş şəxs3 hissəhissə ödəmək şərti ilə 85.150 manata satacağına dair yalan vəd verib aldatmaqla, Zərərçəkmiş şəxs3 xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanındakı ofisdə 30.000, xx.xx.2020-ci il tarixdə həmin ofisdə 22.000 manat alaraq əvəzində bilə-bilə saxta sənədlərdən istifadə etmək üçün həmin mənzilə dair qanunsuz hazırladığı Zərərçəkmiş şəxs3 həya t yoldaşı Şahid4 adına saxta xx.xx.2020-ci il tarixli saxta maliyyə arayışını və xx.xx.2019-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqaviləni verib sonuncudan xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi döngə 8-in qarşısında hissə-hissə 22.000 manat pulunu ələ keçirməklə, Zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 76.000 manat və Zərərçəkmiş şəxs7 MTK-ya 85.150 manat külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
10. Bundan başqa, o, təkrarən, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Zərərçəkmiş şəxs7 MTK-da gözətçi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını tamah məqsədi ilə ələ keçirmək üçün Zərərçəkmiş şəxs7 MTK-ya məxsus ünvan 1 ünva nındakı B girişi, 3-cü mərtəbədə yerləşən 1 kvadratı 650 manat olmaqla ümumi dəyəri 85150 manat təşkil edən 131 kv metr sahəsi olan 10 saylı mənzili Zərərçəkmiş şəxs2 hissə-hissə ödəmək şərti ilə 77.290 manata satacağına dair yalan vəd verib aldatmaqla, Zərərçəkmiş şəxs2 oğlu Şahid9 vasitəsi ilə xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanındakı ofisdə 60000 manat alaraq əvəzində bilə-bilə saxta sənədlərdən istifadə etmək üçün həmin mənzilə dair qanunsuz hazırladığı Zərərçəkmiş şəxs2 adına saxta xx.xx.2021-ci il tarixli maliyyə arayışını verib, sonuncudan oğlu Şahid9 vasitəsi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək eyni ünvanda hissə-hissə 10.000 manat pulunu ələ keçirməklə, bilə-bilə saxta sənədlərdən istifadə etmək üçün həmin mənzilə dair qanunsuz hazırladığı X6 adına saxta ma liyyə arayışını və 1 №-li protokoldan çıxarışı verərək Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 70.000 manat və zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs7 MTK-ya 77.290 manat külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
11. Bundan başqa, o, təkrarən, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Zərərçəkmiş şəxs7 MTK-da gözətçi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını tamah məqsədi ilə ələ keçirmək üçün Zərərçəkmiş şəxs7 MTK-ya məxsus ünvan 1 ünvanındakı A girişi, 5-ci mərtəbədə yerləşən 1 kvadratı 650 manat olmaqla ümumi dəyəri 68640 manat təşkil edən 105,6 kv metr sahəsi olan 79 saylı mənzili Şahid1 hissə-hissə ödəmək şərti ilə 68.640 manata satacağına dair yalan vəd verib aldatmaqla, Şahid1 xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanındakı ofisdə 55.000 manat alaraq əvəzində bilə-bilə saxta sənədlərdən istifadə etmək üçün qanunsuz hazırladığı həmin mənzilə dair Şahid1 adına saxta xx.xx.2021-ci il tarixli maliyyə arayışını və kooperativ binada mənzil tikintisi haqqında müqaviləni verib, sonuncunun tanışı Şahid5 vasitəsi ilə xx.xx.2021-ci ildə ünvan 1 ünvanındakı ofisdə 3.000 manat və xx.xx.2021-ci il tarixdə isə ünvan 2 ünvanında 5.000 manat pulunu ələ keçirməklə, zərərçəkmiş şəxs Şahid1 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 63.000 manat və zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs7 MTK-ya 68.640 manat külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
12. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X15 (sədrlik edən), X14 və X4 ibarət məhkəmə tərkibində) 13 aprel 2022-ci il tarixli, 1(101) -330/2022 nömrəli hökmü ilə Məhkum CM-in 178.3.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, onun CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə tikinti sahəsində təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirmək və vəzifə tutmaq, həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə, CM-in 320.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Məhkum qəti olaraq CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə tikinti sahəsində təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirmək və vəzifə tutmaq, həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 12 aprel 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də öz həllini tapmışdır.
13. Həmin hökmdən məhkum, Zərərçəkmiş şəxs1 və Maraqlı şəxs nümayəndəsi və vəkili Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X21 (sədrlik edən, məruz əçi hakim), X16 və X5 ibarət məhkəmə tərkibində) 07 iyun 2022-ci il tarixli, 1(103)1191/2022 nömrəli qərarı Məhkum CM-in 178.3.2 və 320.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmündən məhkum, Zərərçəkmiş şəxs1 və Maraqlı şəxs nümayəndəsi və vəkili Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin hərəkətsiz saxlanılması və zərərçəkmiş şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı CPM-in 386-cı maddəsinin tələblərinin yerinə yetirilməsi üçün 20 (iyirmi) gün müddət təyin edilməklə cinayət işinin materiallarının Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılması qərara alınmışdır.
15. Həmin qərardan Maraqlı şəxs və onun nümayəndəsi (vəkil) Müdafiəçi3 tərə findən birgə qaydada kassasiya şikayəti verilmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X17 (sədrlik edən və məruzəçi), X10 və X1 ibarət məhkəmə tərkibində) 19 oktyabr 2022-ci il tarixli, 1(102)-1755/2022 nömrəli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ilkin baxış və apellyasiya şikayətinin hərəkətsiz saxlanılması haqqında 07 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin həmin məhkəmədə yenidən baxılmağa təyin olunması qərara alınmışdır.
17. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X12 (sədrlik edən və məruzəçi), X18 və X2 ibarət məhkəmə tərkibində) 19 may 2023-cü il tarixli, 1(103)37/2023 nömrəli qərarı ilə məhkum olunmuş Məhkum tərəfindən verilmiş ape llyasiya şikayəti və şikayətə əlavənin, zərərçəkmiş şəxslər X11 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 1(101)-330/2022 nömrəli hökmünün verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilməsi, Məhkum CM-in 320.1-ci maddəsi ilə təqsirli bilinməsi və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməməsi, hökmdən CM-in 66.3 və 66.4-cü maddələrinə dair müddəların xaric edilməsi, Məhkum üzərində CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə tikinti sahəsində təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalarını həyata keçirmək və vəzifə tutmaq, həmin fəaliyyətlə məşğul olmaq hüququndan məh rum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, xüsusi müsadirə ilə bağlı hissədə şikayət vermiş şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Müdafiəçi3 apellyasiya şikayətinin geri qaytarılması, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 1(101)-330/2022 nömrəli hökmünün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
18. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 may 2023-cü il tarixli, 1(103)-37/2023 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
19. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən düzgün araşdırma aparılmadığını, onun əmlinə düzgün hüquqi qiymət verilmədiyini, barəsində ağır cəza təyin edildiyini qeyd edərək, Bakı Ap ellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 may 2023-cü il tarixli qərarını ləğv edərək, işinin apellyasiya istintaqına qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir.
20. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
21. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti, zərərçəkmiş şəxslər tərəfindən isə kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
22. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
23. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
24. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
25. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirm əyə haqlıdır.
26. Məhkum kassasiya şikayətində əməlinin hüquqi tövsifini və ona cəza təyini məsələsini mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
27. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 may 2023-cü il tarixli, 1(103)-37/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
28. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşki l edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
29. Məhkəmə kollegiyası Məhkum CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilindiyi əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
30. Kassasiya kollegiyası qeyd edir ki, Məhkum əməllərinin tövsifinin dəyişdirilərək mübahisələndirilməsi üzrə onun tərəfindən irəli sürülmüş dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə rədd olunması haqqında nəticəyə gəlmişdir.
31. Kollegiya qeyd e dir ki, Məhkum kassasiya şikayətində göstərdiyi dəlilləri (ümumi yanaşmaları) apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq tədqiq edilmiş və bu tədqiqatın nəticəsi olaraq ağlabatan hesab edilməmişdir.
32. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiy a instansiyası məhkəməsinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
33. Kassasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi istintaqı və apellyasiya məhkəməsi baxışında hər bir sübut məhkəmə prosesində tədqiq edilmiş, qiymətləndirilmiş və qəbul edilmiş qərarlar məhz həmin sübutlara əsaslanmışdır. İş üzrə əhəmiyyət kəsb edən və ittihamın əsasını təşkil edən sübutların məhkəmə prosesslərində tədqiqi Azərbaycan Respublikası CPM-in tələblərinə uyğun aparılmışdır.
34. Həmçinin, Məhkum kassasiya şikayətinin dəlilləri qismində məhkəmələr tərəfindən ona həddindən artıq ağır cəza təyin edilməsi qeyd edilsə də, aşağı instansiya məhkəmələri tərəfindən nəzərə alınmadığı iddia edilən konkret hər hansı bir hal irəli sürülməmişdir.
35. Be lə ki, Məhkum birinci instansiya məhkəməsi tərəfindən CM-in 178.3.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək məhkum edilmiş, apellyasiya icraatı zamanı isə məhkəmə kollegiyası məhkumun təqsirli bilinərək məhkum edildiyi müvafiq maddələrlə razılaşsa da, məhz CM-in 320.1-ci maddəsi ilə olan epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi səbəbindən həmin hissədə məhkuma cəza təyin edilməməsi qərarına gələrək, onun üzərində CM-in 178.3.2ci maddəsi ilə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə tikinti sahəsində təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalarını həyata keçirmək və vəzifə tutmaq, həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edi lməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasını saxlamışdır ki, kollegiya həmin nəticəni qanuni və əsaslı hesab edir.
36. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, məhkum edilmiş şəxs Məhkum cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran (müəyyən edilməmişdir ) və yüngülləşdirən hallar (himayəsində bir azyaşlı uşağının olması və müsbət xarakterizə olması), onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş Məhkum şəxsiyyəti, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi baxımından ona daha yüngül cəza təyin olunmasını qanunamüvafiq saymamış və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşmışdır.
37. Göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da so nuncunun cəzasının yüngülləşdirilməsinə dair apellyasiya şikayətində irəli sürülmüş daha yüngül cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşmayaraq hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.
38. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün Məhkum əməlinin hüquqi tövsifinə və ona daha yüngül cəza təyininə münasibətdə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum CM-in 178.3.2-ci maddəsi ilə törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
40. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 may 2023-cü il tarixli, 1(103)-37/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 may 2023-cü il tarixli, 1(103)-37/2023 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.