Məhkəmə qərarları › İş №1(102)-1968/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1968/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1968/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), İlkin Əbülfəz oğlu Rəcəbov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 may 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Rizva nov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Elmin Rüstəmov (sədrlik edən və məruzəçi), Dadaş İmanov və Nural Əliyev) 1(100)-82/2022 nömrəli 25 noyabr 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 2000-ci il tarixdə, Bərdə rayonunun Əmirli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, Bərdə rayonu, Əmirli kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 28 iyun 2021-ci il tarixdən hesablanmı şdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, 27 iyun 2021-ci il tarixdə, saat 19 radələrində yaşadığı Bərdə rayonunun Əmirli kəndində olan evlərinin qarşısında həmkəndlisi və dostu X1 vəziyyətdə idarə etdiyi **-BB-*** dövlət nömrə nişanlı VAZ 21011 markalı avtomobillə yüksək surətlə hərəkət etməsi səbəbindən atası Şahid4 xxxxə irad bildirməsindən sonra saat 19:30 radələrində həmin kəndin mərkəzində yerləşən çayxananın qarşı tərəfində xxxxin onun atasının ünvanına nalayiq ifadələrlə söyməsindən əsəbləşərək xxxxlə həmin çayxananın arxa tərəfindən mübahisə etmiş, bu zaman xxxx özündə olan qayçı ilə onu vurmaq istədikdə qayçını sonuncunun əlindən alaraq cibinə qoyub oradan uzaqlaşaraq yaşadığı evə qayıtmış, həmin tarixdə, saat 20 radələrində xxxxin təkidi ilə kənd ərazisində olan məktəbin qarşısında sonuncu ilə görüşərək münasibətlərini aydınlaşdırmaq üçün birlikdə **-BB-*** dövlət nömrə nişanlı VAZ 21011 markalı avtomobillə kənd ərazisində hərəkətdə olarkən Bərdə rayonu, Əmirli kəndindən Xanərəb kəndinə tərəf gedən yolda sağ tərəfdə yerləşən subartezian quyusunun yaxınlığında avtomobilin çökəyə düşməsi ilə əlaqədar avtomobildən düşərək həmin vaxt ətrafda toplanmış istintaqa məlum olan şəxslərdən uzaqlaşaraq subartezian quyusu istiqamətində piyada hərəkət edərkən xxxxin onun arxasınca qaçaraq yenidən ailə üzvlərinin ünvanına nalayiq ifadələrlə söyməsindən əsəbiləşərək sonuncunu qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə həmin gün kənd mərkəzində olan çayxananın arxa hissəsində xxxxin əlindən almaqla üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən dəmir metaldan hazırlanmış uc hissəsi sivri formalı iti vəziyyətdə olan qayçı ilə xxxxin sol döş qəfəsi nahiyəsinə yara kanallarının istiqamətinə görə soldan-sağa, öndən-arxaya, aşağıdan yuxarıya doğru qəsdən bir dəfə zərbə ilə vuraraq xxxxə ağ ciyərin və ürəyin yaralanması ilə döş qəfəsi nahiyəsinin ön səthində-döş boşluğuna keçən 1 ədəd canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid deşilmiş-kəsilmiş yara xəsarətini yetirərək həmin ərazidən uzaqlaşmış, xxxx ətrafda olan Şahid1, Şahid5 və X2 ilə həmin tarixdə, saat 21:10-da Bərdə rayon X8 Hüquqi Şəxsinə çatdırılaraq orada ixtisaslı tibbi yardım göstərilməsinə baxmayaraq döş qəfəsi nahiyəsinin döş boşluğuna keçən deşilmiş-kəsilmiş yara lanması ilə əlaqədar ağ ciyərin və ürəyin yaralanmaları nəticəsində baş verən kəskin qanitirmədən həmin tarixdə, istintaqa məlum olmayan saatda xəstəxanada ölmüş və beləliklə də o, xxxxi qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Salman Hüseynov, hakimlər Rafiq Cəfərov və Əlizamin Abdullayevdən ibarət tərkibdə) 1(104)-135/2023 nömrəli 01 may 2023-cü il tarixli qərarı ilə müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 1(100)-82/2022 nömrəli hökmü döv lət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə qismən dəyişdirilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 1(100)-82/2022 nömrəli hökmündən Məhkum barəsində CM-in 60-cı maddəsinin tətbiq edilməsinə dair müddəalardan “könüllü gəlmə” xaric edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 may 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəx s Məhkum cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, könüllü olaraq gəlib təqsirini boynuna almasını, cinayətin zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış və ona CM-in 60.1-ci maddəsinin tələbinə əsasən cəza təyin etmişdir. Apellyasiya məhkəməsinin məhkəmə kollegiyası da həmin mövqe ilə razılaşmış, yalnız Məhkum barəsində CM-in 60-cı maddəsinin tətbiq edilməsinə dair müddəalardan könüllü gəlməni xaric etmişdir. Lakin, məhkəmə kollegiyası Məhkum əməlinin zərərçəkmiş şəxsin məhz hansı qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törətməsinin və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasının nədə ifadə olunmasını qeyd etməməklə yanaşı qərarda hər hansı əsaslandırma aparmamışdır. İşin faktiki hallarından görünür ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında hadisədən əvvəl hər hansı ədavət və münaqişə yaşanmamış, dostluq münasibətlərində olmuşlar, hadisə günü birlikdə balıq ovuna getmişlər, həmin günü zərərçəkmiş sərxoş vəziyyətdə avtomaşını yüksək sürətlə idarə edib küçədə toz qaldırması ilə bağlı təqsirləndirilən şəxsin atası ona mobil telefon vasitəsi ilə zəng edib iradını bildirmiş, bundan sonra həmin günü zərərçəkmiş təqsirləndirilən şəxslə görüşərkən onun atasının ünvanına söyüşlər söymüş və aralarında qarşılıqlı dalaşma baş vermişdir. Bundan sonra zərərçəkmiş təqsirləndirilən şəxslə vədləşməklə yenidən görüşmüşlər və tərəflər arasında yenidən yaşanan mübahisə ilə bağlı qarşılıqlı dalaşma zamanı qisas almaq niyyəti ilə təq sirləndirilən şəxs zərərçəkmiş şəxsi qəsdən öldürmüşdür. Beləliklə, qarşılıqlı dava zamanı təqsirləndirilən və ya zərərçəkmiş şəxsin məqsədi bir-birlərinə xəsarət yetirmək amili onların hər hansı birinin əməlində qanunsuz və ya əxlaqsız hərəkətlərin olmasını birmənalı olaraq istisna edir. Lakin, məlum hadisə zamanı zərərçəkmiş şəxsin hansı qanunsuz və ya hansı əxlaqsız hərəkətinin məhz təqsirkarı cinayətə sövq edən mühüm amil kimi çıxış etməsi qeyd edilməmiş, bununla bağlı hər hansı bir əsaslandırma aparılmamış, zərərçəkmiş tərəfindən məhz hansı qanunsuz yaxud hansı əxlaqsız hərəkətlərə yol verilməsi şərh edilməmiş, “zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi” sözləri ümumi anlayış kimi qeyd edilmişdir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxs in hansı cəhətlərinə görə müsbət xarakterizə olunmasını, cinayətin törədilməsindən əvvəl və sonrakı davranışı ilə bağlı halların nədən ibarət olmasını tədqiq etməmişdir. Bundan başqa, məhkəmə tərəfindən cəza təyini zamanı işdə mövcud olan digər xüsusatlar da nəzərə alınmaqla, düzgün qiymətləndirmə aparılmamışdır. İbtidai istintaq zamanı və məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X6, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirməklə onun barəsində daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndırilən şəxs də məhkəmə istintaq zamanı verilmiş ittiham üzrə özünü təqsirliyi bilməyərək, öz müdafiəsi üçün ağlabatmayan və məntiqsiz dəlillər irəli sürmüşdür. Lakin, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin xarakterini, onun şəxsiyyətini, zərərçəkmiş şəxsin hüquq i varisinin şikayətçi olmaqla ona daha ağır cəza edilməsini xahiş etməsini və cəza təyini ilə bağlı digər mühüm amilləri nəzərə almamışdır. Həmçinin, məhkəmənin təqsirləndirilən şəxsə təyin edilməsini uyğun hesab etdiyi cəza ilə sosial ədalət bərpa olunmamış, əsassız olaraq təqsirləndirilən şəxsin barəsində CM-in 60-cı maddəsinin tətbiq olunması ilə əlaqədar islah təsirinin yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həm təqsirləndirilən, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan cinayətlərin törədilməsinin qarşısının alınmasına, bir sözlə qeyd olunan cəza ədalətli olmadığından cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona yüngül cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, könüllü olaraq gəlib təqsirini boynuna almasını, cinayətin zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini cəzasını yüngülləşdirən h al kimi nəzərə almış və onun məsuliyyətini ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin bu Məcəllənin 59.1.8-ci (cinayətin zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi) və 59.1.10-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal (könüllü gəlib təqsirini boynuna alma) mövcud olduğundan və cəzanı ağırlaşdıran hallar olmadığından, Məhkum təyin olunan cəzanın müddəti Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Apellyasiya instansiyası məhkəməsi isə Məhkum əməlində könüllü gəlib təqsirini boynuna alması yüngülləşdirici halını hökmdən xaric etsə də, lakin digər yüngülləşdir ici halların olmasını isə təsdiq etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qərarın əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək təqsirləndirilən şəxs Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və cinayətin zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi kimi cəzanı yüngülləşdirən halları nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum təqsirli bilindiyi maddə ilə təyin edilmiş cəza onun törətdiyi cinayətin ağırlığına, onun şəxsiyyətinə və iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən hallara uyğun gəlir, həmin cəza isə Azərbaycan Respublikası CMin tələblərinə əsasən düzgün müəyyən edilmişdir. Apellyasiya protestində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi məlum hadisə zamanı zərərçəkmiş şəxsin h ansı qanunsuz və ya əxlaqsız hərəkətinin məhz təqsirkarı cinayətə sövq edən mühüm amil kimi çıxış etməsi qeyd edilməmiş, bununla bağlı hər hansı bir əsaslandırma aparılmamış, zərərçəkmiş tərəfindən məhz hansı qanunsuz yaxud hansı əxlaqsız hərəkətlərə yol verilməsi şərh edilməmiş, “zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi” sözləri ümumi anlayış kimi qeyd edilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya protestinin bu dəlilinə qiymət verərək onun əsassız olmasına dair nəticəyə gəlmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında mübahisə məhz zərərçəkmiş şəxs tərəfindən məhkumun atasının ünvanına söyüş söyməsi ilə əlaqədar baş lanmışdır. Mübahisə zamanı zərərçəkmiş şəxs Məhkum qayçı ilə vurmaq istəmiş, lakin məhkum qayçını onun əlindən alıb zərərçəkmiş şəxsdən aralanaraq yaşadığı evə gəlmişdir. Daha sonra məhkum məhz zərərçəkmiş şəxsin təkidi ilə yenidən evdən çıxıb zərərçəkmişlə görüşmüş və sonuncunun onun ünvanında söyüşlərin söyməsi və onunla dava etmək istəməsi ilə əlaqədar qayçı ilə zərbə vuraraq zərərçəkmişi öldürmüşdür. Məhkəmə kollegiyası işin bu hallarını nəzərə alaraq cinayətin zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsinə dair nəticəyə gəlmiş və bu halı Azərbaycan Respublikası CM-in 59.1.8-ci maddəsinə uyğun olaraq Məhkum cəzasını yüngülləşdirən hal qismində nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu mövqeyi işin halları na və qanun tələblərinə uyğun gəlir. Ona görə də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır və bu barədə kassasiya protestinin dəlilini əsassız hesab edir. Belə ki, zərərçəkmiş şəxs X3 özünün qanunsuz hərəkətləri hadisənin baş verməsində əhəmiyyət kəsb etmiş və hazırki iş üzrə təqsirləndirilən şəxs Məhkum cəza təyini zamanı bu halın nəzərə alınmaması ədalətsiz və qanun tələblərinə zidd olardı. Ona görə məhkəmə kollegiyası nəticəyə gəlir ki, məhkəmələr tərəfindən cinayət işinin digər hallarla yanaşı, cinayətin zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini Məhkum şəxsiyyəti ilə birlikdə nəzərə alıb sonuncuya təqsirli bilindiyi CM-in 120.1-ci maddəsinin sanksiyası həddində 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilm əsi əsaslıdır. Həmçinin məhkəmələr tərəfindən məhkuma təyin edilmiş cəzanın bir hissəsinin həbsxanada çəkməsi əsassız olaraq müəyyən edilməməsi barədə kassasiya protestinin dəlilini müzakirə edərək məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi bu barədə öz qərarını kifayət qədər əsaslandırmışdir. Apellyasiya məhkəməsi apellyasiya protestinin məhkuma təyin edilmiş cəzanın törədilmiş cinayətin ağırlığına və işin hallarına uyğun olmaması barədə dəlilini əsassız hesab etməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq məhkumun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yuxarı həddə cəza təyin edilmədən islah olunacağını mümkün hesab etmiş, onun cəzasının ağırlaşdırılmasına lüzum görməmişdir. Məhkəmə kollegiyası birinci və apellyasiya in stansiyası məhkəmələrinin mövqeləri əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Qərardan görünür ki, məhkəmə Məhkum təyin edəcək cəzanın müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən halların olmasını, cəzasının ağırlaşdıran halların isə olmamasını kifayət qədər nəzərə almışdır. Birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum təqsirli bilindiyi maddədə müəyyən edilmiş sanksiyanın həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən həmin cinayətlərin xarakte ri və ictimai təhlükəlilik dərəcəsini nəzərə almışdır. Ona görə də məhkəmə kollegiyası kassasiya protestinin Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmaması barədə dəlili əsaslı hesab etmir. Məhkuma təyin edilmiş cəzanın müddəti onun şəxsiyyətinə və iş üzrə müəyyən edilmiş yüngülləşdirən hallara uyğun gəlir və bu əlamətə görə həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz və cinayətin ağırlığına uyğun olmayan cəza hesab oluna bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr Məhkum cəza təyin edərkən qanunvericiliyinin normalarına, həm də Ali Məhkəmə Plenumunun “Qəsdən adamöldürmə işləri üzrə məhkəmə təcrübəsi” haqqında 12 dekabr 2002-ci il tarixi 3 nömrəli qərarında verilmiş tövsiyələrə düzgün əməl etmişlər. Yux arıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum haqqındakı 01 may 2023-cü il tarixli qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 may 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxla

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar