Məhkəmə qərarları › İş №1(102)-1968/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1968/2024

29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1968/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 və onun müdafiəçisi Quliyeva Nurlanə Nazim qızının iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hazırlıq iclasının 18 mart 2024-cü il tarixli qərarı ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş X3 şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 may 2024-cü il tarixli qərarı ilə isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək şikayətin yenidən baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsinə dair xüsusi ittiham qaydasında şikayət əsasında toplanmış materiallar üzrə apellyasiya instansiyası məhkəməsinin həmin qərarından barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1in müdafiəçisi N.N.Quliyevanın kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət üzrə toplanmış materiallardan görünür ki, X8 6 dekabr 2023-cü il tarixdə xüsusi ittiham qaydasında şikayətlə Səbail Rayon Məhkəməsinə müraciət edərək X1 CM-in 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan ən ağır həddə cəza təyin edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, o, uzun müddətdir ki, Rusiya Federasiyasının ərazisində yaşayır, lakin Azərbaycan Respublikasının vətəndaşı olduğu üçün tez-tez bura da gəlib gedir. O, ümumiyyətlə X1i əvvəllər tanımamışdır, lakin sonuncu təxminən 2021-ci ildən etibarən onu ittiham edərək guya onun ticarət işinə maneə olduğunu bildirir, onun əmisi oğlanları ilə arasındakı maddi problemlərin yaranmasına səbəb o, olmuşdur. Yəni, X1 müxtəlif yalanlarla ətrafındakı şəxslərə böhtan atıb batmış biznesini ayağa qaldırmağa çalışır, müxtəlif məzmunlu videoçarxlar çəkərək ona göndərib onu həbs etdirəcəyi ilə hədələyir. Belə ki, cavabdeh 10 dəqiqə 25 saniyəlik videoçarx çəkərək aşağıdakı məzmunda çıxış etmişdir: “Мən, X1 25 ilə yaxındır ki, Moskva şəhərində yaşayıram, müxtəlif qurumlara və vəzifəli şəxslərə müraciət edərək qeyd etmək istəyirəm ki, məqsədim bu müraciəti mediaya çıxarmaq, sosial şəbəkələrdə paylaşmaq, ictimailəşdirməkdir. Həm də bu oğurluq faktını ona qarşı törədənləri Sizlərə tanıtmaqdır. X3 kimilərini, X kimi kriminalları 10 milyonluq Azərbaycan xalqı tanısın. 2020-ci ildə mənim Moskvada böyük bir problemim yaranıb və bu gün də mənim həyatım təhlükə qarşısındadır, o cümlədən ailəmin həyatı təhlükə qarşısındadır. İki ildir qatı kriminal ünsür X3un adamlarının təhdidləri, təqibləri altında yaşayıram. Məni mlə hal-hazırda düşmənçilik aparan X5 X3un atası Qobustan Təcridxanasında ömürlük həbs cəzası çəkən və X27 ləqəbi ilə tanınan X33dur. X3 mənim biznesimi qohumlarımın əli ilə oğurlayıb. İndi də hər vasitə ilə məni susdurmaq, səsimi kəsmək, məhv etmək istəyir. Onun əlaltısı, keçmiş polis işçisi olmuş, polisdən qovulan Y adlı şəxsdir. Y polisdən qovulandan sonra Moskvaya gedib və X3ün kriminal dəstəsinə qoşulub. Dəfələrlə X3ün əlaltısı Yin təhdidlərinə məruz qalmışam. Məni öldürməklə, yox etməklə hədələyib. Yla olan telefon danışıqlarımız çıxarsanız, siz də şahid ola bilərsiniz ki, sifarişçi X3dür. X3 əlaltısı Yin əli ilə mənim bazaya girişimə qadağa qoydurdular, bundan sonra məni bazaya çay içmək adı ilə çağırıb, bazanın zirzəmisinə saldırdılar. İki saat söhbətdən sonra X34ün kürəkəni Araz m üəllim buraxdırıb. Zirzəmidə olarkən mənim pasportunu kserekopiya elətdirib X3 Yin əli ilə Azərbaycan Respublikasına göndərmiş və ölkəyə girişimə qadağa qoydurmuş, sonra isə pasportda olan şəklimi böyütdürüb bazanın ərazisində “Cinayətkar axtarırıq” adı ilə bütün insanlara göstərmişlər. Hörmətli X14 cənabları, şəxsən sizdən kömək istəyirəm. Siz alicənab, çox hörmətli, nüfuzlu, ədalətli bir rəhbərsiz. Mənim başıma gələn bu oğurluq, çirkin oyunlar sizin yaratdığınız meyvə-tərəvəz bazasında baş verib. Hal-hazırda X3un kriminal dəstəsi sizin rəhbəri olduğunuz meyvə-tərəvəz bazarında məskunlaşıb, iyrənc əməllərlə məşğuldurlar. X3 adlı bu kriminal sizin ad və nüfuzunuzdan istifadə edərək “ФУД СИТИ” meyvə-tərəvəz bazasında bacarıqlı iş adamlarını əzir, qorxuzur, təhdid edir, bizneslərinə əl qoyur, ya da hər nə yollasa, şərik olur. X3 hər yerdə sizin adınızdan, Zin adından istifadə edir. Özünün sizə ən yaxın adamı olmasını deyir. İki gün öncədə Bakıda çox ciddi bir orqanda X3la mənim üzləşməm zamanı Sizinlə çox yaxın olduğunu vurğuladı və qeyd etdi ki, onun pulum çoxdur, əli hər yerə çatır, onun arxasında X14 dayanır, onunla heç kəs bacara bilməz. Mənim başıma gələn bütün bu çirkin əməllər, biznesimin oğurlanması X3un əli ilə baş verib. Atası ömürlük yatan bu kriminal ünsür X3 Moskvada sizə məxsus “ФУД СИТИ” bazasında öz kriminal dəstəsi ilə sözün hər cür mənasında at oynadır. Buna dur deyən yoxdur. Mənə məxsus biznesi oğurlayaraq balalarımın çörək pulunu, çörək haqqını, mənə çatacaq 3 milyon dollar pulu mənimsəyir. Ala bilmirəm. Deməli, mən 2002-ci ildə öz qohumlarımı X35 və X36 q ardaşlarını aparmışam Moskvaya işləməyə. Təbii ki, öz ata-analarının xahişi ilə. Bu qardaşlar 17 il mənimlə bir yerdə çalışıblar, işləyiblər, 10 il maaş alıblar, 7 il də bu “ФУД СИТИ” meyvə-tərəvəz bazası açılanda mən onları öz biznesimə şərik etmişəm. Bu qardaşlar X35 və X36 qardaşları mənim bunlara olan inamımdan istifadə edib arendadan yığılan 2 milyon dollar pulu oğurlayıblar və özlərini sığortalamaq üçün çıxıblar X3a. X3a zəng tapşırığı bizim Gəncə şəhərindən gedib. Sabiq icra başçısı Xin baş mühasibi işləmiş X zəng edir X3a öz kürəkənini mənim əmimoğlu X35i X3a tapşırır ki, onu qoru. Ondan sonra X3 qardaşları yanına çağırır, hər şeyi öyrənir, ondan sonra da belə demək olar ki, mənim müsibətli günlərim başladı. Mən bu işləri oğurluq hadisələrini biləndən sonra qardaşları yanıma çağırd ım, haqq-hesab çəkmək istədim, onlar mənə heç nə göstərmədilər və əvəzində mən qarşımda X3u gördüm. X3 mənə güc tətbiq edərək 17 ilə qurub qaldırdığım 3 milyon dollar aborotu olan biznesi beləcə əlbir olub oğurladılar. Özünəməxsus 2/33 nömrəli “sklada ” bu qardaşları yerləşdirərək şərik oldular. Zla mən və X3 üçlükdə olan 3-cü görüşümüzdə mən Alekdən məni kim tutdurub zirzəmiyə saldırıb soruşduqda Alek and içdi ki, xəbəri yoxdur. O görüşdə Alek mənim biznesimin X3 tərəfindən oğurlandığını bildirdi. X14 cənabları, xahiş edirəm durdurun bu kriminal dələduz ünsürü. Hörmətli X14 cənabları, X3 mənim işlətdiyim “skladı ” məndən zor gücünə alıb, qatı radikal, dindar X37a verib. X37 halhazırda vətən xaini kimi həbs olunub. X37 X3ün himayəsi altında olan ən yaxın adamıdır. X3 indi etdiyi bütün çi rkin əməlləri X38in üstünə yıxır. X38ə və Xə aid səs yazılarında mənim biznesimi oğurlayanın X3 olduğunu deyirlər. Bu deyənlər X3un ən yaxın adamlarıdırlar. Bu adamlar İranın Hüseyni terror təşkilatı ilə mütəmadi yardımlar edir. Qasım Süleymani öldürüləndə 1 il yas saxlayıblar. Bu pul köçürmələrini də X24 həyata keçirdir. Bütün bu cinayətlər meyvə-tərəvəz bazasında baş verir. X24 hal-hazırda 2/22-ci skladda oturur. Sklad qatı kriminal olan Xə aiddir. Vətən xaini olan X37 X3un sağ əlidir. X38 və X24 X3ə arxayın olub mənim skladda qalan malımı satıb 100 min dollar pulumu mənimsəyiblər, ala bilmirəm. Hörmətli X14, 7 ilə işlətdiyim 2/22 nömrəli sklad X3 sizin adınızdan istifadə edərək yerin sahibi, kriminal ünsür Xdən hədə-qorxu yolu ilə almışdır. Adını da qoydular ki, yer hal-hazırda həbsdə o lan X37a verilməsə, yeri əlindən alacayıq. Bu barədə, bir çox söhbətlər barədə məndə danışıq, səs yazıları var. Dediklərini bu adamların öz dilindən, səs yazılarına qulaq asmaqla da eşitmək olar. Xi o, sonralar tanımışdır. Bu 90-cı illərdən qalan tək-tük kriminallar dandır. Hal-hazırda 2/22 nömrəli sklad buna məxsusdur. Həmin skladda qoyduğu xərci 125 min dollar xərci Xdən ala bilmir. Öz haqqını istəyəndə onu güllələməklə hədələyir. Xin də özünün kriminal dəstəsi var. Hətta bu kriminal X bir danışığında ona guya ki, məsləhət görür. Deyir, onun çörəyini oğurlasaydılar, o, limonkanı götürüb Alek və X3ün başına atar. Onları da, özünü də öldürər. Başqa bir danışıqda deyir. Dəmiri götürüb başlarına ataram. X vətən xaini kimi həbsdə olan X37la çox yaxın münasibətdə olub. Dəfələrlə İrana, Suriyay a, İraqa uçmuşlar. Bu kriminallar “ФУД СИТИ” bazasından bəhrələnərək Hüseyni təşkilatına mütəmadi yardımlar edirlər. Hörmətli hüquq-mühafizə orqanları, Sizə müraciət edirəm. Çağırın, araşdırın, bu qədər silah-sursat Xdə hardandır. X14, mənim sizə hörmətim tamdır, və Sizin ədalətinizə inanıram. Sizdən xahiş edirəm, X3un bu kriminal əməllərinə son qoyasız. O sizin yaratdiğınız bazada hər cürə çirkli oyunlardan çıxır və azərbaycanlı iş adamlarına böyük problemlər yaradır, bizneslərinə əl qoyur”. Bu çıxışı ilə X1 yalan olduğunu bilə-bilə onu, yəni X3u ağır və xüsusilə ağır cinayət törətməkdə ittiham etmiş, video çəkilişləri isə ona göndərmişdir. Bundan başqa, X1 qanunsuz əməllərini davam etdirərək, qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq bu çəkilişləri və yazdığı məqalələri bir sıra kütləvi informasiya vasitələrində də yaymışdır. Bununla da təsdiq olunur ki, o, CM-in 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş və buna görə həmin maddə ilə təqsirli bilinərək maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzaya məhkum edilməlidir. Şərh olunanlara əsaslanaraq X3 X1in CM-in 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması və həmin maddənin sanksiyasında nəzərdə tutulan ən ağır həddə cəzaya məhkum edilməsi barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (sədrlik edən hakim Tağıyev Azər Ramiz oğlu) hazırlıq iclasının 18 mart 2024-cü il tarixli qərarı ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1, 24 iyul 1971-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki ünvan 2n, CM-in 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3un xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli qərarından xüsusi ittihamçı X3 apellyasiya şikayəti verərək xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina olunması barədə həmin qərarın ləğv edilməsini və tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsinə dair qərar qəbul edilməsini, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 isə apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Bakı Apellya siya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Emin Zöhrab oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Əyyubov Fərid İlham oğlundan ibarət tərkibdə) 3 may 2024-cü il tarixli qərarı ilə X1in apellyasiya şikayəti təmin edilməmiş, X3un apellyasiya şikayəti qismən təmin edilmiş, X1in CM-in 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hazırlıq iclasının 18 mart 2024-cü il tarixli qərarı ləğv edilərək şikayətin icraata qəbul edilməsi məsələsinə baxılması üçün toplanmış materiallar birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 may 2024-cü il tarixli qərarından barəsində xü susi ittiham qaydasında şikayət verilən şəxs X1in müdafiəçisi N.N.Quliyeva kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 43-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiyası məhkəməsinin qərarını qanunsuz və əsassız hesab edərək CPM-in bir sıra maddələrinə istinad edən müdafiəçi N.N.Quliyeva kassasiya şikayətini onunla əsaslandırmışdır ki, xüsusi ittiham qaydasında şikayət vermiş X3 ümumiyyətlə məhkəmə iclaslarında iştirak etməmiş, ona məhkəmə iclaslarının keçirilməsi ilə bağlı qanunvericiliyə uyğun şəkildə bildirişlər göndərilsə də, o, məhkəmə iclaslarına təkrarən gəl məmiş, gəlməməsinə üzrlü səbəb olması barədə məhkəməyə məlumat da verməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə görə, xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olması barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulur. Belə ki, məhkəmə prosessual qanunvericiliyinin tələblərinə uyğun şəkildə xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olması barədə məhkəməyə məlumat verməməsinə görə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul etməli olduğu halda, iş üzrə keçirilmiş məhkəmə iclaslarında iştirak etməmiş xüsusi ittihamçı X3un şikayətində göstərdiyi xüsusatları sübuta yetirə bilməməsinə görə şikayət in icraata qəbul edilməsindən imtina etmişdir. Göründüyü kimi, Bakı şəhəri Səbail Rayon Məhkəməsi CPM-in 43-cü maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etməyərək tətbiq edilməli olan prosessual hüquq normasını tətbiq etməmiş, eyni zamanda, artıq icraata alınmış olmasına baxmayaraq, CPM-in 302-ci maddəsinin tələblərinə əsasən həmin şikayətin icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərar qəbul edərək qanun pozuntusuna yol vermiş, apellyasiya instansiyası məhkəməsi isə bütün bunları nəzərə almadan apellyasiya şikayətinin təmin edilməməsinə dair qərar qəbul etmişdir. Qeyd olunanlara əsaslanaraq müdafiəçi N.N.Quliyeva kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılsalar da, xüsusi ittihamçı X3 naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə xüsusi ittihamçı X3un iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Əvvəla məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarlarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələləri n həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq, onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu b axışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni, apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsaslanaraq və kassasiya şikayətinin dəlilərini iş materialları ilə müqayisəli şəkildə təhlil edərək aşağıdakıları qeyd edir. CM-in 147.2-ci maddəsində ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunvericiliyin bu normalarının eyni cür tətbiq edilməsinin və vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının təmin olunması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 21 fevral 2014-cü il tarixdə “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında 3 saylı Qərar qəbul edilmişdir. Həmin Qərarın 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Plenum Qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilm əklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayı lmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Böhtan xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi və ya göndərilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Qərarının 6-cı bəndində qeyd edilir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilmə li və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər. Həmin Qərarın 7-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictim ai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub olmamasına diqqət yetirsinlər. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarın 11- ci bəndinin 2-ci abzasında məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Bu izah və tövsiyələr CPM-in 293.3, 299.3.3 və 302.1-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, CPM-in 293.3.1-293.3.7-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında məhkəməyə verilmiş ərizədə aşağıdakılar göstərilməlidir: - şikayət vermiş şəx s haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); - törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); - cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; - şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; - c inayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; - şikayətin verildiyi tarix (il, ay və gün) və yer; - şikayəti vermiş şəxsin imzası. CPM-in 299.3-cü maddəsinə əsasən cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında digər məsələlərlə yanaşı həmçinin xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması məsələsinə də baxılır. CPM-in 302.1-ci maddəsində isə təsbit edilmişdir ki, aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfin dən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Müdafiəçi N.N.Quliyevanın kassasiya şikayətinin dəlillərinə münasibət bildir ən məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi hərəkətlərindən şikayət edilən X1in əməllərinə hüquqi qiymət vermədən ilkin dinləmələr mərhələsində müvafiq prosessual hüquq normaların tələblərini nəzərə alaraq xüsusi ittiham qaydasında şikayət verən X3un şikayətində göstərdiyi xüsusatları sübuta yetirə bilməməsi barədə qənaətə gəlmişdir. Lakin, xüsusi ittiham qaydasında şikayət əsasında toplanmış materiallardan görünür ki, X3 öz şikayətində X1ə qarşı CM-in 147.2-ci maddəsi ilə irəli sürdüyü ittihamı öz mülahizələrinə uyğun olaraq onunla əsaslandırmışdır ki, X1 onu xüsusilə külli miqdarda əmlakı oğurlamaqda, xüsusilə külli miqdarda əmlakı mənimsəməkdə, qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğunda, mütəşəkkil dəstə halında qanunsuz olaraq odlu si lah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməkdə, terrorçuluğu maliyyələşdirməkdə ittiham edərək, yalan olduğunu bilə-bilə bu haqda məlumatları xəbər saytları vasitəsi ilə yayaraq onu xüsusilə ağır cinayət törətməkdə ittiham edib ona böhtan atmışdır. X3 məlumatların yayıldığı internet saytlarının linklərini qeyd etmiş, həmçinin həmin saytlarda olan məlumatları kağız daşıyıcıda şikayətə əlavə etmişdir. Xüsusi ittiham qaydasında verilmiş şikayətin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X3un barəsindəki “Azərbaycanlı iş adamı son çarə kimi X14dan kömək istəyib: “Ailəmi xilas edin” başlıqlarla olan yazılar X1 tərəfindən 28 oktyabr 2023-cü il tarixdə saat 23:07-də “gundemxeber.az” (l ink:https://gundemxeber.az/gundemxeber/82788-rusiyada-yasayanazerbaycanli-sadaminin-heyati-tehlukede-qod-nisanovdan-komek-steyir-fotofakt.html), 28 oktyabr 2023cü il tarixdə saat 19:41-də “xalqxeber.az” (link: https://xalqxeber.az/society/98229rusiyada-yashayan-azerbaycanli-sh-adaminin-heyatitehlukede-qod-nisanovdan-komeksteyir-fotofakt.html), eyni tarixdə “azinforum.az” (link:https://azinforum.az/manset/az%C9%99azərbaycanli-is-adami-soncar% C9%99-kimiqod-nisanovdan-kom%C9%99k-ist%C9%99yib-ail%C9%99mi-xilasedin/), 29 oktyabr 2023-cü il tarixdə saat 10:54-də “veteninfo.az” (link: https://veteninfo.az/rusiyada-yasayan azerbaycanli-is-adaminin-heyati-tehlukede-qodnisanovdan-komek-isteyir-fotofakt) xəbər saytlarında, yəni kütləvi informasiya vasitələrində də yayılmışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, X3un xüsusi ittiham qaydasında verdiyi şikayətində göstərdiyi xüsusatları sübuta yetirə bilməməsi əsası ilə və CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından həmin şikayəti icraata qəbul etməkdən imtina etmiş birinci instansiya məhkəməsinin hazırlıq iclasında qəbul etdiyi qərar cinayət-mühakimə icraatının vəzifə və prinsipləri, eləcə də sübutların tədqiqinə dair 138-146-cı maddələrinin tələblərinə uyğun olmamış və belə olan halda apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hazırlıq iclasının 18 mart 2024-cü il tarixli qərarını ləğv edərək işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsinə dair tamamilə düzgün hüquqi nəticəyə gəlmişdir. Müdafiəçi N.N.Qul iyevanın kassasiya şikayətinin X3un məhkəmə iclasına təkrarən gəlməməsi və ya buna üzrlü səbəb olması barədə məhkəməyə məlumat verməməsi ilə bağlı dəlilinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan məhkəmə sənədlərindən görünür ki, X3un xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsi 15 dekabr 2023-cü tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuş və məhkəmənin həmin tarixli qərarı ilə hazırlıq iclasında baxılması üçün 19 dekabr 2023-cü il tarixə təyin edilmişdir. Həmçinin, iş materiallarında olan 28 dekabr 2023-cü il tarixli məhkəmə iclas protokolundan görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş X3 məhkəmənin hazırlıq iclasında iştirak etmiş, ondan müvafiq iltizam alınmış, lakin verilmiş şikayətlə əlaqədar mahiyyəti üzrə onunla ilkin dinləmə keçirilməmiş, birinci instansiya məhkəməsi isə xüsusi ittihamçının ərizəsinin CPM-in müddəalarına uyğun olmayaraq tərtib edilməsi və X3un şikayətində göstərdiyi xüsusatları sübuta yetirə bilməməsi (X3lə ilkin dinləmə keçirilməmiş) əsası ilə şikayətin icraata qəbul edilməsindən imtina etmişdir. Halbuki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin şikayəti icraata qəbul etməkdən imtina edərkən istinad etdiyi halları müəyyən etmək üçün 6 dəfə ((19 dekabr 2023-cü il, 28 dekabr 2023-cü il, 16 yanvar 2024-cü ilə, 1 mart 2024-cü il, 12 mart 2024-cü il və 18 mart 2024-cü il tarixlərdə) hazırlıq iclasların keçirilməsi üçün heç bir lüzum olmamışdır. Həmçinin, məhkəmə kollegiyası xüsusi ittiham qaydasında şikayət üzrə toplanmış materiallara istinad edərək qeyd edir k i, həmin materiallara görə, 12 mart 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclası ilə bağlı xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi və vəkili Nümayəndə 11 mart 2024-cü il tarixli müraciətində göstərilən tarixə təyin edilmiş iclasın təxirə salınmasını, növbəti iclasın tarixinin isə onunla razılaşdırılmasını xahiş etmişdir. Göründüyü kimi xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi və vəkili Nümayəndə 12 mart 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasına üzrlü səbəbdən gəlməmiş, bu isə o, deməkdir ki, 18 mart 2024-cü il tarixə təyin edilmiş iclasa münasibətdə sonuncunun üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi halı baş verməmiş, həmçinin birinci instansiya məhkəməsi şikayətə baxılmasının 18 mart 2024-cü il tarixə təyin edilməsini, 11 mar t 2024-cü il tarixli ərizədə xahiş edildiyi kimi, Nümayəndə ilə razılaşdırmamışdır. Buna görə, məhkəmə kollegiyası X1in CM-in 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3un xüsusi ittiham qaydasında verdiyi şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi barədə birinci instansiya məhkəməsinin hazırlıq iclasının qərarının ləğv edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı, kassasiya şikayətinin dəlillərini isə - qəbuledilməz hesab edərək həmin şikayətin təmin edilməsi üçün əsaslar görmür və eyni zamanda vurğulayır ki, hazırki materiallara baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən onun qəbul etdiyi qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən və CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verilməmişdir. Belə olan halda məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi haqda barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1in və onun müdafiəçisi N.N.Quliyevanın çıxışlarını dinləyərək o nəticəyə gəlir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi N.N.Quliyevanın kassasiya şikayəti təmin edilməməli və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında verilmiş şikayətə dair materiallar üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 may 2024cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəm ə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş X3 şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair materiallar üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 may 2024-cü il tarixli qərarı müdafiəçi N.N.Quliyevanın kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar