Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1968/2025 09.09.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, məhkumun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2025-ci il tarixli, 1(103)-989/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 1(101)-1744/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim A.B.Sadıqov, hakimlər F.A.Məmmədov və M.N.Kərimovadan ibarət məhkəmə tərkibi) Məhkum Azərbaycan Respublikası CM-in 185.1, 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin olunmuş əsas və əlavə cəzalar Azərbaycan Respublikasının Cinayət Məcəlləsini n 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplamaq yolu ilə Məhkum üzərində qəti olaraq 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2025-ci il tarixli qərarı ilə (hakim A.B.Sadıqov) Məhkum 13 dekabr 2023-cü il tarixli hökmdən apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2025-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim H.Ç.Məmmədov, hakimlər C.V.Hüseyn və A.Ə.Musayevdən ibarət məhkəmə tərkibi) Məhkum tə rəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatətin rədd edilməsi haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2025-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hökmdə apellyasiya şikayətini hansı müddətdə vermək hüququ qeyd olunsa da, onun hüququ savadı olmadığı üçün müəyyən edilmiş müddəti ötürmüşdür. Odur ki, qeyd olunan səbəblərin üzrlü hesab edilərək apellyasiya instansiyası məhkəməsinin 24 aprel 2025-ci il tarixli qərarının ləğv edilməsini və hökmdə n apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1 və 384.1.1-ci maddələrinə görə məhkum edilmiş şəxs ittiham hökmündən onun elan olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti verə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir (CPM, maddə 384.2). Azərbaycan Respublikası Cinayət-Prosessual M əcəlləsinin 203.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər (yəni, o cümlədən hökmdən apellyasiya şikayətinin verilməsi və həmin şikayət üzrə apellyasiya icraatının başlanılması) müddət bərpa edilməmişsə, etibarsız sayılır. CPM-in 203.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386-cı maddəsi də birinci instansiya məhkəməsinin hökmündən və yaxud qərarından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxıldıqda, bu aktlardan şikayət verilməsi imkanını müddətin üzrlü səbəblərdə n buraxılması və CPM-in 386.2-ci maddəsində nəzərdə tutulmuş prosedur daxilində bərpa edilməsi ilə şərtləndirmişdir. Cinayət işinin materiallarından, o cümlədən birinci instansiya məhkəməsinin hazırlıq iclasına və məhkəmə baxışına dair protokollardakı məlumatlardan görünür ki, Məhkum Cinayət-Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulmuş prosessual hüquqları həm hazırlıq iclasında, həm də məhkəmə baxışında ona izah edilmiş və o, bütün hallarda hüquqlarının ona aydın olduğunu məhkəməyə bildirmişdir. Həmçinin, hökmdən apellyasiya şikayəti vermək hüququ və müddəti Məhkum ayrıca olaraq - hökmün elan edilməsindən sonra və ona təqdim edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli ittiham hökmünün surətindəki qeyd vasitəsi ilə izah edilmişdir. Birinci instansiya məhkəməsində cinayət işinə baxılarkən Məhkum müdafiəçinin – Cəfərbəyli Orxan Əjdər oğlunun hüquqi yardımı ilə təmin olunmuşdur. İş materiallarında olan məhkəmə qəbzindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 1(101)-1744/2023 saylı hökmünün surəti 15 dekabr 2023-cü il tarixli məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Öyrənilmiş cinayət işi materiallarında görünür ki, Məhkum tərəfindən tərtib olunmuş apellyasiya şikayəti xx.xx.2025-ci tarixdə imzalanmaqla 27 fevral 2025-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində qeydiyyatdan keçmişdir. Göründüyü kimi müdafiə tərəfi Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2023-cü tarixli hökmündən apellyasiya şikayətini qanunla müəyyən edilmiş 20 gün ərzində deyil həmin müddət keçdikdən sonra (01 il keçib) vermiş və bununla da kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət onun tərəfindən hər hansı üzrlü səbəblər olmadan buraxılmışdır. Məhkumun hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və bundan sonra ağır xəstəliyə tutulması, bu müddətlərdə fövqəladə hadisənin baş verməsi və ya onun hər hansı başqa üzrlü səbəblərdən vaxtında apellyasiya şikayəti verməsi üçün maneə yaradan hallar iş materiallarından görünmür. Təsvir olunanlardan görünür ki, Məhkum obyektiv olaraq birinci instansiya məhkəməsinin hökmündən vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir hal mövcud olmamış, yəni onun – birbaşa və yaxud müdafiəçisi vasi təsi ilə Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinin tələb etdiyi prosessual müddət daxilində hökmü apellyasiya qaydasında mübahisələndirməməsi birinci və apellyasiya instansiyası məhkəmələrinin müvafiq olaraq 17 mart 2025-ci il və 24 aprel 2025-ci il tarixli qərarlarda müəyyən etdikləri kimi, üzrlü hallardan baş verməmişdir. Odur ki, kollegiya buraxılmış müddətin bərpa olunmasına dair Məhkum vəsatətinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2025-ci il tarixli qərarını və həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2025-ci il tarixli qərarını əsaslı və qanuni hesab edir və baxılan işdə cinayət prosessual qanunvericiliyində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini, d əyişdirilməsini şərtləndirən əsasın olmaması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Ayxan Hüseynlinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 24 aprel 2025-ci il tarixli, 1(103)-989/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 24 aprel 2025-ci il tarixli, 1(103)-989/2025 n
Məhkəmə qərarları › İş №1(102)-1968/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1968/2025
09.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver