Məhkəmə qərarları › İş №1(102)-1969/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1969/2022

07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1969/2022 07.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum, Müdafiəçi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili Məmmədli Orxan Məmmədqulu oğlunun iştirakları ilə, Lənkəran Ağır C inayətlər Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Məmmədli Orxan Məmmədqulu oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə) 18 noyabr 2021-ci il tarixli hökmü ilə 00ə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəl lər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 21 iyun 2021-ci ildən hesablanması hökm edilmişdir. Hökmdən məhkumun müdafiəçisi Məmmədli Orxan Məmmədqulu oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov İsmayıl Həmid oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 20 iyul 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli hökmü ilə Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə təyin olunmuş 9 (doqquz) il azadlıqdan məhrum etmə cəzasının müddəti 8 (səkkiz) ilə, CM-in 32.5, 206.2-ci maddəsi ilə təyin olunmuş 5 (beş) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasının adəti 4 (dörd) il 6 (altı) aya endirilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olun muş həmin cəzalar qismən toplanılmaqla Məhkum üzərində cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlqdan məhrum etmə cəzası saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Məmmədli Orxan Məmmədqulu oğlu tərəfindən kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Məhkum şəxsiyyəti Asif adı ilə məlum olan İran İslam Respublikasının (bundan sonra -İİR) vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxla ma, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli yolla keçiriləcək narkotik vasitəni, psixotrop və zəhərli maddələri əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə köməklik etməsi barədə razılığa gəlmişlər. Aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti məlum olmayan şəxs naməlum şəraitdə və vaxtda qaçaqmalçılıq yolu ilə İİR-dən Azərbaycan Respublikasına keçirilmiş külli miqdar hesab edilən ümumi təmiz çəkisi 1 kq 175 qram narkotik vasitə heroini əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Masallı rayonu Digah küçəsində yerləşən Tikinti materialları bazarının yaxınlığında olan köhnə yanacaqdoldurma məntəqəsində olan dəmir tikilidə gizlətmiş və bu barədə ona əvvəlcədən məlumat verdikdən sonra o, 21 iyun 2021-ci il tarixdə saat 2 radələrində qeyd olunan köhnə yanacaqdoldurma məntəqəsindən 1 kq 175 qram narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədilə əldə edib üzərində saxlamaqla daşımış, həmin gün Masallı RPŞnin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Masallı şəhəri ərazisində, “Seybətin” dairəsi yaxınlığında saxlanılaraq RPŞ-nə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan sarı-qırmızı rəngli, üzərində “Mohabbat” sözü yazılmış torbanın içərisindən 01 ədəd sellofan paketdə ümumi təmiz çəkisi -1 kq 175 qram təşkil edən narkotik maddə olan külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİ VƏ KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Müdafiə tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cinayət işi kobud prosessual pozuntularla istintaq olunmuş, hərtərəfli, tam və obyektiv araşdırılmamış, nəticə etibarilə apellyasiya instansiya məhkəməsinin hökmü əsassız və ədalətsiz olmuşdur. Belə ki, təqsirləndirilən şəxs Məhkum özünü məhkəmə istintaqı zamanı təqsirli bilməmişdir və qeyd etmişdir ki, ibtidai araşdırma zamanı verilmiş ifadələr polis əməkdaşlarının təzyiqi altında verilmiş ifadələrdir. Məhkəmə istintaqı zamanı o bildirdi ki, cənub zonasına gəlməkdə məqsədi Cəlilabad rayonunda yaşayan yaxın qohumlarının evinə qonaq getmək olmuşdur. Masallı şəhərində taksidən düşüb yolla piyada hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində hər hansı bükülü və ya torba olmamışdır. Qeyd etdiyi xüsusatların sübut edilməsindən ötrü məhkəmədən həmin ərazidə olan video görüntülərin əldə edilməsini xahiş etsələr də həmin vəsatət birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi hərtərəfli araşdırma aparmamış və nəticədə ədalətsiz hökm çıxarmış, eləcə də Şirvan Apelyasiya Məhkəməsi verilmiş ittihamları doğru hesab etməklə qanunsuz qərar qəbul etmişdir. İş materiallarına diqqət yetirsək görürük ki, təqsirləndirilən şəxs Məhkum İranlı Asif adlı şəxslə mobil telefon əlaqələrinin mövcudluğu faktı təsdiq olunmur. Burada ancaq ibtidai araşdırma zamanı ifadə vermiş təqsirləndirlən şəxs Məhkum ifadələri əsas götürülmüşdür. Halbuki həmin ifadələr təzyiq-təsir altında verilmişdir. Həmin ifadələrdən əlavə heç bir sübut müəyyən edilmir. Be lə ki, iranlı Asif adlı şəxslə hansı mobil telefon nömrəsi vasitəsilə əlaqə saxlandığı istintaq tərəfindən müəyyən edilməmiş, bu istiqamətlə müvafiq anten məlumatları və eləcə də təqsirləndirilən şəxslə iranlı Asif arasında zənglər, sms-lər müəyyən edilməmişdir. Bundan əlavə müdafiə tərəfinin polis əməkdaşlarına sualları olmuşdur ki, Masallı rayonuna həmin narkotik vasitə hansı qaydada gəlib çıxmışdır, əməliyyat müvəkkilləri və istintaq orqanı niyə həmin qaranlıq məqamaları açmamışdır. Əməliyyat müvəkilləri narkotik vasitələrin oraya kim tərəfindən qoyulmasını bilmədiklərini qeyd etdilər. Bu formada aparılmış araşdırma ədalətli araşdırma hesab edilə bilməz. Bütün ziddiyyətli və şübhəli məqamlar təqsirləndirilən şəxsin ziyanına şərh olunur. Halbuki bu cür yanaşma Azərbaycan Respublikası Cin ayət Prosessual Məcəllənin tələblərinə birbaşa ziddir. Yəni narkotik vasitəni iranlı Asif necə gəlib Masallı şəhəri Seybəttin dairəsi adlanan ərazidən təxminən 1 km uzaqlıqda Cəlilabad rayonu istiqamətində yerləşən “Tikinti materialları” bazarının yanında olan köhnə yanacaqdoldurma məntəqəsinə qoymuşdur və ya qoydurmuşdur. Bütün bu qaranlıq məqamlara nə istintaq, nə də məhkəmələr aydınlıq gətirməmişdir. Beləliklədə, düzgün, hərtərəfli məhkəmə araşdırması aparılmamışdır və polis əməkdaşları olan şahidlərin bir-birini tamamlamayan ifadələri əsasında məhkəmələr yekun nəticə çıxarmışdır. Qaçaqmalçılıq cinayətinin törədilməsini təsdiq edən bir dənə də olsa mötəbər və məntiqə uyğun sübut yoxdur. Qaçaqmalçılıq cinayəti hansı qaydada törədilmişdir, cinayətin baş verməsini təsdiq edən sübutlar ol malıdır. Bu sübutlar kifayət qədər olmalıdır ki, ədalətli nəticəyə varmaq olsun. İstinad olunmuş sübutlar isə şübhədən başqa bir şey deyil. Odur ki, yuxarıda göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Məhkum barəsində çıxarılmış 20 iyul 2022-ci il tarixli qərarı ləğv etməklə işin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi iş üzrə cəzaya təsir edə edəcək bütün halları araşdırmamış, məhkəmə tərəfindən Məhkum cəza təyin edilərkən cinayət qanununun cəza təyini haqqında normaları düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə kollegiyası Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddə tini azaldərkən əsassız olaraq onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı üngülləşdirən hal kimi CM-nin 59-cu maddəsinə əsasən nəzərə almış, lakin onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi şəraitini, cinayət əməlini törətdikdən sonrakı davranışını, cinayətin qabaqcadan əlbir olan qrup halında törətməsini nəzərə nadan təqsirli bilindiyi CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə qərarın ədalətli, qanuni və əsaslı olmasını şübhə altına almışdır. Bununla yanaşı Məhkum qanunsuz olaraq satış məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etdiyi heroin narkotik vasitənin miqdarının müəyyən edilmiş külli miqdarın aşağı həddindən 587.5 dəfə çox, yəni 1 kq 1 75 çəkidə olması törədilən cinayətin ictimai təhlükəlilik dərəcəsini artırmaqla, əvvəllər törətdiyi cinayət əməllərinə görə məhkum olunmuş, lakin buna baxmarayaq islah olunmadan ictimai-təhlükəliliyinə görə daha ağır cinayət törətmiş Məhkum cinayət törətməyə meyilli şəxsiyyəti və törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyi CM-nin 58.1 və 58.3-cü maddələrinə əsasən daha ciddi cəza həddi təyin edilməsinə əsasdır. Bununla yanaşı cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almayan məhkəmə kollegiyasının cəzanı yalnız yüngülləşdirən və ağırlaşdıran hallara görə müəyyən etməsi tam əsassızdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin qərarını ləğv etməklə, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul e dilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi O.M.Məmmədli çıxış edərək, iş materiallarında iranlı Asif adlı şəxsin adı keçsədə, o şəxsin mövcudluğunu təsdiq edən heç bir sübutun olmadığını, nə ibtidai istintaq dövründə, nə də məhkəmə istintaqı zamanı bu məsələ ilə bağlı kifayət qədər araşdırmanın aparılmadığını, iranlı Asif ilə və ya qeyrisi ilə narkotik vasitələrin sifarişi ilə bağlı telefon danışıqlarının aşkar edilmədiyini, tək sübutun məhkum edilmiş şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadənin olduğunu, hansı ki, həmin ifadəni Məhkum sonradan təzyiq altında verdiyini qeyd etdiyini bildirib kassasiya protestinin təmin olunmamasını, kassasiya şikayətinin isə təmin olunmasını və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2022-ci il tar ixli qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, şəhid ailəsi olduğunu, özünün narkotik vasitə alüdəçisi olmadığını, qeyd edilmiş iranlını tanımadığını, onunla heç bir əlaqəsinin olmadığını bildirib kassasiya protestinin təmin olunmamasını, kassasiya şikayətinin isə təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestinin Məhkum Azərbaycan Respublikası CMnin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri aşağı həddə cəza təyin e dilməsi ilə bağlı olduğunu, məhkumun törətdiyini əməlin cinayət işinin materialları ilə tam sübuta yetirildiyini, cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alınmalı olduğunu bildirib, kassasiya şikayətinin təmin olunmamasını, kassasiya protestinin isə təmin olunmasını və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2022-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayəti və kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiə tərəfindən verilmiş kassasiya şikayətində Məhkum təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində isə məhkəmələr tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş h alla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçilərin kassasiya şikayətini və kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halla rı, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayə tin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş köməkçi qismində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma ilə bağlı ittiham CM-nin 32.5, 206.3.2-ci maddəsinə aid hissədə birinci instans iyası məhkəməsi tərəfindən CM-nin 32.5, 206.2-ci maddəsinə tövsif edilmiş, digər maddələrə aid hissədə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiə tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin icraatına x itam verilməli olduğu və məhkuma bəraət verilməli olduğu iddia edilir. Belə ki, Məhkum məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi iş materiallarında olan sübutlarla, yəni Məhkum ibtidai istintaq zamanı vermiş olduğu, həmçinin şahidlər Şahid2, Abbasov Zair Dadi oğlu və Şahid5 ifadələri, məhkəmə-fiziki kimyəvi ekspertizasının iyun 2021-ci il tarixli 19/557 saylı rəyi, məhkəmə-narkoloji ekspertizanın 29 iyun 2021-ci il tarixli 644 nömrəli rəyi, 21 iyun 2021-ci il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokol və dair digər sənədlərlə onun CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş əməlləri törətməsi və təqsirli bilinməsi tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin “Məhkum özünü məhkəmə istintaqı zamanı özünü təqsirli bilm əməsi, etiraf ifadələrini isə polis əməkdaşlarının təzyiqi altında verilməsinə” dair dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir. Belə ki, apellyasiya məhkəmə iclasında Məhkum ifadəsində ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən döyülməsi, ona təzyiqlər olunması barədə məlumat verdiyindən, Azərbaycan Respublikası CPM-in 207.6-cı maddəsinə əsasən həmin məlumatların yoxlanılması üçün 30 mart 2022-ci il tarixdə məhkəmə iclas protokolunda qeyd edilməklə göstərilən xüsusatların araşdırılması üçün məhkəmə iclas protoklundan çıxarışın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Masallı rayon prokuroruna göndərilməsi barədə qərar qəbul olunmuşdur. İş materiallarında olan 11 may 2022-ci il tarixli “cinayət işinin başalmasının rədd edilməsi qında qərardan görünür ki, M asallı rayon prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı Masallı RPŞ İstintaq Bölməsində istintaqı tamamlanmış ********* nömrəli cinayət işi üzrə Cinayət Məcəlləsinin 32,5 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs Məhkum xx.xx.2021-ci il tarixdə saxlanılarkən Masallı RPŞ-nin əməkdaşları tərəfindən döyülməsi, işgəncəyə və digər qanunsuz hərəkətlərə məruz qalması barədə hallar müəyyən edilməmiş və öz təstiqini tapmamış. Bundan əlavə, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən Məhkum adına açılmış 5335 nömrəli tibbi kitabçandan görünür ki, sonuncu Bakı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində hər hansı xəsarət aşkar edilməmiş, habelə həbs olunmamışdan əvvəl zədə və ya bədən xəsarəti alması barədə məlumat verməmişdir. Məhkum döş qəfəsinin rentgen m üayinəsinin nəticəsində sonuncunun qabırğalarında hər hansı sınma və ya digər formada zədələnmə aşkar edilməmişdir. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum narkotik vasitələri, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməsində köməkçi qismində iştirak etməsi və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkum ona hökmlə istinad edilən cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsin də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət t əqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hö kmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Müdafiə tərəfinin kassasiya şikayətində məhkuma bəraət verilməli olduğu iddia olunur. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstəri r ki, həmin normada sadalanan, Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Bundan əlavə məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının bəraətverici əsaslarla ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən müəyyən olunur ki, müdafiəçi kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutlardan əlavə yeni sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, CPMin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-proses sual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçilərin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətlərində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçis i tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərinə təsir göstərə biləcək hər hansı bir kobud pozuntu aşkar etməmiş, məhkumların hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, məhkumun hərəkətlərində CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmas ını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya şikayətlərində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Kassasiya məhkəmə kollegiyası protestin dəlillərini iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Belə ki, "Məhkəmələr tərəfin dən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (himayəsidə iki uşağının olmasını), cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğu n olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Ümumiyyətlə, cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yün gül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normal arın məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın d igər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının məhkuma cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma tə yin olunmuş azadlıqdan məhrumetmə cəzası müddətində nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır – azadlıqdan məhrumetmə cəzasının artırılması nəticəsində nail olunacağını dövlət ittihamçısı kassasiya protestində əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı kassasiya protestində Cinayət Məcəlləsinin 61.1.1 - 61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır – azadlıqdan məhrumetmə cəzası təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Halbuki CPM-nin 416.1.21-ci maddəsində aydın göstərilmişdir ki, “məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngüll əşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir”. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Məmmədli Orxan Məmmədqulu oğlu tərəfindən verilmiş kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2022-ci il tarixli qərarı kassasiya şikayətinə və kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar