Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1969/2025 10.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsi, “M.B.M.” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, 28 avqust 1987-ci ildə Naxçıvan Mux tar Respublikası, Babək rayonu, Nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2114/2024 nömrəli 17 oktyabr 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1215/2024 nömrəli 2 avqust 2024-cü il tarixli hökmü ilə (hakimlər T.Q.Hüseynov (sədrlik edən və məruzəçi), Ə.Q.Quliyev və F.A.Namazovdan ibarət məhkəmə tərkibində) Məhkum - Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, onun 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən, həbsdə saxlandığı 3 (üç) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılması, üzərində 5 (beş) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 2 avqust 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxs Məhkum və zərər çəkmiş şəxs Zərərçəkmiş şəx s9 tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2114/2024 nömrəli 17 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər H.C.Məmmədov (sədrlik edən və məruzəçi), C.V.Hüseyn və E.H.Allahverdiyevdən ibarət məhkəmə tərkibində) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1215/2024 nömrəli 2 avqust 2024-cü il tarixli hökmü dəyişdirilmişdir. Məhkum CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, on birinci və on ikinci epizodlar üzrə CPM-nin 44.2.1-ci maddəsinin tələbinə görə CM-in 75.1, 75.1.3-cü maddələri ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən ona cəza təyin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1215/2024 nömrəli 2 avqust 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) ay azaldılaraq 5 (beş) il 10 (on) ay həddində müəyyən edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, həbsdə saxlandığı 3 (üç) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində 5 (beş) il 9 (doqquz) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək Ticarət Mərkəzi"ndə meyvətərəvəz biznesi ilə məşğul olduğunu bildirib, həmin biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 6 oktyabr 2020-ci il tarixd ə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış kompleksinin həyətində 9.000 manat, 5 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2071 ünvanda yerləşən “Santral Elektrik” mağazasının qarşısında 3.500 manat, 24 may 2021-ci il tarixdə Nərimanov rayonu, N.Hacıyev küçəsi 3 ünvanda yerləşən “Dostlar” kafesinin qarşısında taksi fəaliyyəti ilə məşğul olan Şahid4 vasitəsilə 8.500 manat, 2021-ci ilin dekabr ayında Nərimanov rayonu, N.Hacıyev küçəsi 3 ünvanda yerləşən “Dostlar” kafesində 20.000 manat, 2022-ci ilin yanvar ayının əvvəllərində ünvan 2 ünvanda yerləşən “Neptun” marketin qarşısında 12.000 manat, 2022-ci ilin yanvar ayının ikinci yarısında ünvan 2 ünvanda yerləşən “Neptun” marketin qarşısında 10.000 manat, 2022-ci ilin mart ayında ünva n 2 ünvanda yerləşən “Neptun” marketin qarşısında 30.000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 93.000 manat olmaqla, külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək Ticarət Mərkəzi"ndə meyvə-tərəvəz biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 12 oktyabr 2020-ci il tarixdə 3.000 manat, 1 sentyabr 2021-ci il tarixdə 20.000 manat, 2021-ci ilin sentyabr ayının ortalarında 4.000 manat, 2021-ci ilin oktyabr ayının əvvəllərində 4.000 manat, 7 dekabr 2021-ci il tarixdə 10.000 manat, 16 yanvar 2022-ci il tarixdə 20.000 ma nat, 20 yanvar 2022-ci il tarixdə 3.000 manat, 5 fevral 2022-ci il tarixdə 30.000 manat, 14 fevral 2022-ci il tarixdə 10.000 manat, 25 mart 2022-ci il tarixdə 5.000 manat, 2022-ci ilin aprel ayının əvvəllərində 10.000 manat, 27 aprel 2022-ci il tarixdə 30.000 manat, 5 may 2022-ci il tarixdə 7.000 manat, 8 may 2022-ci il tarixdə 8.000 manat, 9 may 2022-ci il tarixdə 7.000 manat, 15 may 2022-ci il tarixdə 6.000 manat, 6 iyun 2022-ci il tarixdə 3.000 manat, 10 iyun 2022-ci il tarixdə 10.000 manat və 5.000 manat olmaqla, cəmi 15.000 manat, 19 iyun 2022-ci il tarixdə 8.000 manat, 26 iyun 2022-ci il tarixdə 1.000 manat pulunu ünvan 3 ünvanda yerləşən “Dostlar” kafesində tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 2 ümumilikdə 204.000 manat olmaqla, külli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək Ticarət Mərkəzi"ndə meyvə-tərəvəz biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 2021-ci ilin noyabr ayının ikinci yarısında ünvan 3 ünvanda yerləşən “Dostlar” kafesində 15.000 manat pulunu tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə alıb ələ keçirərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 15.000 manat olmaqla, xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Qaradağ rayo nunda yerləşən "Sədərək Ticarət Mərkəzi"ndə meyvə-tərəvəz biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 2021-ci ilin noyabr ayının ikinci yarısında 10.000 manat, 2 yanvar 2022-ci il tarixdə 10.000 manat, 2022-ci ilin mart ayının ikinci yarısında 20.000 manat pulunu ünvan 3 ünvanda yerləşən “Dostlar” kafesində tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə 40.000 manat olmaqla, xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs5 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək Ticarət Mərkəzi"ndə meyvə-tərəvəz biznesinə pul qoymaqla qazanc əldə ed əcəyinə dair yalan vəd verib aldadaraq, 7 yanvar 2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən “Dostlar” kafesinin qarşısında 20.000 manat pulunu tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə alıb ələ keçirərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 20.000 manat olmaqla, xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs6 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək Ticarət Mərkəzi"ndə meyvə-tərəvəz biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 2022-ci ilin yanvar ayında 5.000 manat, 14 fevral 2022-ci il tarixdə 10.000 manat, 25 mart 2022-ci il tarixdə 12.500 manat, 22 aprel 2022-ci il tarixdə 10.000 manat, 2022-ci ilin may ayının əvvəllərində 1 6.000 manat, 2022ci ilin may ayının axırlarında 4.000 manat pulunu ünvan 3 ünvanda yerləşən “Dostlar” kafesinin qarşısında tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ümumilikdə 57.500 manat olmaqla, külli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs7 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək Ticarət Mərkəzi’’ndə meyvə-tərəvəz biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 2022-ci ilin yanvar ayının ortalarında 5.000 manat, 2022-ci ilin fevral ayının əvvəllərində 3.000 manat, 2022-ci ilin may ayının sonlarında 5.000 manat, 2022-ci ilin iyun ayının əvvəllərində 7.600 manat, 2022-ci ilin iyun ayının ortalarında 5.000 manat pulunun bir hissəsini taksi fəaliyyəti ilə məşğul olan Şahid4, bir hissəsini isə tanışı X2 vasitəsilə ünvan 3 ünvanda yerləşən “Dostlar” kafesində alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ümumilikdə 25.600 manat olmaqla, xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs8 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək Ticarət Mərkəzi"ndə meyvə-tərəvəz biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 2022-ci ilin fevral ayınm əvvəllərində 8.000 manat, 2023-cü ilin mart ayında 5.000 manat pulunu ünvan 3 ünvanda yerl əşən “Dostlar” kafesində tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə alıb ələ keçirərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 ümumilikdə 13.000 manat olmaqla, xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs9 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək Ticarət Mərkəzi"ndə meyvə-tərəvəz biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 12 fevral 2022-ci il tarixdə ünvan 4 ünvanda yerləşən “Neptun” marketin qarşısında 10.000 manat, 15 aprel 2022-ci il tarixdə 10.000 manat, 29 aprel 2022-ci il tarixdə 9.000 manat, 1 iyun 2022-ci il tarixdə 20.000 manat, 20 iyun 2022-ci il tarixdə 9.000 manat pulunu ünvan 3 ünvanda yerləşən “Dostlar” kafesinin qarşısında tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 ümumilikdə 58.000 manat olmaqla, külli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs10 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək Ticarət Mərkəzi"ndə meyvə-tərəvəz biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 2022-ci ilin may ayının ikinci yarısında ünvan 5 ünvanda yerləşən “Neptun” marketin qarşısında 50.000 manat pulunu tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə alıb ələ keçirərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 50.000 manat olmaqla, xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bu ndan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs11 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək Ticarət Mərkəzi"ndə meyvə-tərəvəz biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 2022-ci ilin iyun ayında ünvan 3 ünvanında yerləşən “Dostlar” kafesində 5.000 manat pulunu tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə alıb ələ keçirərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 5.000 manat ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs12 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək Ticarət Mərkəzi"ndə meyvə-tərəvəz biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 19 iyul 2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən “Dostlar” kafesinin qarşısında 5.000 manat pulunu alıb ələ keçirərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 5.000 manat ziyan vuraraq təkrar dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2114/2024 nömrəli 17 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, onun barəsində ədalətli qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində kifayət qədər araşdırılma aparılmadan əməli əsassız olaraq CM-in 178.3.2-ci maddəsi ilə tövsif olunmuş, ona ağır cəza verilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ni iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9, Nümayəndə və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışını n predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin hallan araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin if adələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkuma qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikasının CM-in 178.3-cü maddəsinə görə “Bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 178.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitu siya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtə rəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sü butların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X3rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı inst ansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn əlilliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə proses ində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uy ğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməllərini Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai ar aşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Cinayət işinin materiallarında olan “Whatsapp” proqramı vasitəsilə edilmiş yazışmalardan görünür ki, Məhkum dəfələrlə Zərərçəkmiş şəxs1 pul istəmiş, həmçinin bəzi hallara nalayiq formada ona külli miqdarda pul vəsaitləri tapmasını bildirmişdir. Cinayət işinin materiallarında olan 10 iyun 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Məhkum ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs1 bildirmişdir ki, qarşısında əyləşən şəxs həm həmkəndlisi, həm də orta məktəbdən sinif yoldaşı olan Məhkumdur. Həmin şəxsi uzun illərdir ki, tanıyır. Məhkumlə heç bir qohumluğu, qərəzliyi, düşmənçiliyi olmamışdır. Şahid Məhkum qarşısında əyləşən şəxsin həmkəndlisi, həm də orta məktəbdən sinif yoldaşı olan Zərərçəkmiş şəxs1dur. Həmin şəxsi uzun illərdir ki, tanıyırmış. Zərərçəkmiş şəxs1la ilə heç bir qohumluğu, qərəzliyi, düşmənçiliyi olmamışdır. Şahid Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini və Məhkum üzünə qarşı bildirmişdir ki, FHNnin XRXX-nin X7 İdarəsində işlədiyi zaman, yəni 2019-cu ilin yay aylarından başlayaraq Məhkum ilə Bakı şəhərində olan zaman əlaqə saxlamış və üç-dörd dəfədə Bakı şəhərində müxtəlif yerlərdə görüşmüşdür. 2019-cu ilin yay aylarında Rahib onun istifadəsində olan 070-288- 35-15 mobil telefon nömrəsinə zə ng edib ona biznes qurduğunu bildirmişdir. O da ondan hansı biznes olduğunu soruşduqda, əlində pul olduğu halda və yaxud da ona 10.000 manat pul verdiyi halda Bakı şəhərində yerləşən "Sədərək" və "Meyvəli" ticarət mərkəzində işləyən alverçilərə müəyyən məbləğdə faizə verib pul qazana biləcəklərini və 10.000 manat pulun müqabilində isə ona hər ay üçün 500 manat qazanc verəcəyini demişdir. O da pulu olmadığını bildirmişdir. Rahib ona bankdan pul götürməyini və bu işə yatırım etməyi təklif etdikdə, ona bankdan pul verilmədiyini bildirmişdir. Bundan təxminən 10 gün sonra Rahib onunla telefon əlaqəsi yaradıb ona Bankdan pul götürməyi və bu işi birlikdə görməyi yenidən təklif edəndə o da "Bank Standart”ın Xətai rayon filialına müraciət etmiş və problemli kreditini həmin bankda həll edib banka ol an 85 manat borcunu bağlamışdır. 13.11 2019-cu il tarixdə Azərbaycan Beynəlxalq Bankından 8.200 manat kreditə pul götürüb həmin günü təxminən saat 16 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" ticarət mərkəzində Rahibə ona təklif etdiyi biznes işini görmək üçün 8000 manat pul vermişdir və Rahib hər ay üçün ona 400 manat qazanc verəcəyini bildirmişdir. Rahib bir müddət ona faizləri vaxtında verirmişdir. Bu barədə ifadəsində qeyd etdiyi iş yoldaşlarına danışdıqda, onlar da pul verib qazanc əldə etmək istədiklərini bildirmişlər. Daha sonra Rahiblə danışıb iş yoldaşlarından müxtəlif məbləğlərdə pullar götürüb Rahibə vermişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs6 özləri Rahiblə telefonla da danışmışlar. Bundan başqa, Zərərçəkmiş şəxs6 özü də Rahibə 5.000 manat pulu əlbəəl vermişdir. Bundan başqa, bacısıoğlu Şahid3 adına Azərbaycan Beynəlxalq Bankdan 3.500 manat kredit götürüb həmin pulu Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, Ziya Bünyadov prospektində yerləşən "Santral Elektrik" adlanan elektrik malları mağazasının qarşısında Rahibə vermişdir. Daha sonra o, bacısı oğlu Şahid1 adına Azərbaycan Beynəlxalq Bankdan 8.500 manat kredit götürüb həmin məbləğdə pulu Nərimanov rayonunda yerləşən "Dostlar" kafesinin yanında Rahibin göndərdiyi Sərxan adlı taksi sürücüsünə Rahibə aparması üçün vermişdir. Rahib ona zəng edib, əlavə də pul lazım olduğunu deyirdi ona görə də, o, yaxınlarından pullar alıb onların da qazanc əldə etməsi üçün Rahibə verirmiş. Belə ki, bacısı oğlu Şahid3 25.000 manat pulunu götürüb Rahibə vermiş, Orxan özü də 10.000 manat pulun u əlbəəl Rahibə vermiş, həmçinin bacısıoğlu Zərərçəkmiş şəxs12 də 5.000 manat pulunu Rahibə əlbəəl özü vermişdir. Daha sonra kürəkəni Əbülfəz Rzayev 70.000 manat, Mehman İbrahimov 50.000 manat pulunu da Pahibə vermişdir. Bundan başqa, tanışları Zərərçəkmiş şəxs9 50.000 manat, Emil Ağayevdən 21.000 manat, Zərərçəkmiş şəxs8 13.000 manat, Zaur Qurbanlıdan 15.000 manat, Zamin Quliyevdən 10.000 manat və Zərərçəkmiş şəxs3 də 15.000 manat pulunu götürüb Rahibə vermişdir. Eyni zamanda, özü də şəxsən 90.000 manat pulunu Rahibə vermişdir. Rahib ilk vaxtlar verdiyi pulların faizini ona qaytaraq inam yaratmışdır. Lakin, sonradan pulu olmadığını deyib qaytarmaqdan imtina etmişdir. O, Məhkum təxminən 850.000 manat məbləğində pul vəsaiti vermişdir. Rahib bir müddət ona yalnız verdiyi məbləğlərə uyğun ola raq pulların faizlərini vermiş, o da Rahibdən aldığını pulun sahiblərinə vermişdir. Yalnız özü pulunun faizini özünə götürmüşdür. Rahib ona əlavə heç bir pul vəsaiti verməmişdir Şahid Məhkum şahid Zərərçəkmiş şəxs1 göstərdiklərini təsdiq edirmiş və bildirmək istəyirmiş ki, Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, tanımışdır. O, əvvəllər müxtəlif yerlərdə yük avtomaşını sürücüsü kimi işləmişdir. Hazırda heç bir yerdə işləmir. 2019-ci ilin ortalarından Bakı şəhərinə köçüb burada yaşamışdır. 2019-ci ilin ortalarından Bakı şəhərində yaşadığı müddətdə Zərərçəkmiş şəxs1la tez-tez görüşməyə başlamışdır. Xaliqlə söhbəti zamanı müxtəlif şəxslərə, "Sədərək" və "Meyvəli" ticarət mərkəzində işləyən alverçilərə faizə pul verib yaxşı qazanc əldə etdiyini və onun da ona pul verməsi halında qazanc verə bilə cəyini bildirmişdir. Təxminən 2 il ərzində Xaliqdən ona hissə-hissə olmaqla ümumilikdə, təxminən 850.000 manata yaxın məbləğdə pul vəsaitlərini almışdır. Xaliqin ona verdiyi həmin pul vəsaitlərini kimlərdən götürməsi barədə dəqiq məlumatı olmamışdır. Xaliqin pul vəsaitlərinin bir qismini iş yoldaşlarından və qohumlarından götürdüyünü bilmişdir. Xaliqdən aldığı pulları heç kəsə verməmişdir. Pul verməsi üçün ilkin olaraq hər ay 10 faiz, daha sonra isə 15-20 faiz qazanc verəcəyini demişdir. Həmin pulların bir qismini faiz kimi özünə qaytarmış, digər hissəsini isə, öz şəxsi ehtiyaclarına xərcləmişdir. Faiz adı ilə qaytardığı pullar da Xaliqin ona verdiyi puldan olmuşdur. Ona görə də, Xaliq onun iş gördüyünü düşünüb əlavə pul vəsaiti də gətirib vermişdir. Pullarla heç bir biznes qurmamış və hər hansı fəaliyyətlə məşğul olmamışdır. Xaliqə verdiyi pulların faizlər olduğunu bildirirmiş. Xaliq də həmin pulu götürdüyü şəxslərə vermişdir. Xaliqin şəxsi olaraq özünə pul verməmişdir. Cinayət işinin materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 26 sentyabr 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Məhkum istiqamətləndirməsi ilə ünvan 2 ünvanda yerləşən "Neptun" ərzaq mağazasının qarşısına gəlinmiş, həmin yerdə Məhkum "Neptun" adlı marketin qarşısını təqdim edərək Zərərçəkmiş şəxs1 meyvə-tərəvəz biznesinə yatırım etmək adı ilə aldadaraq 2022-ci ilin yanvar ayının əvvəllərində 12.000 manat, 2022-ci ilin yanvar ayının ikinci yarısında 10.000 manat, 2022-ci ilin mart ayında isə 30.000 manat pulu məhz həmin ünvanda Zərərçəkmiş şəxs1 aldığını, həmçinin xx.xx.202 2-ci il tarixdə Zərərçəkmiş şəxs9 məxsus 10.000 manat pulu, 2022-ci ilin may ayının ikinci yarısında Zərərçəkmiş şəxs10 məxsus 50.000 manat pulu da məhz həmin yerdə Xaliqdən aldığını bildirmişdir. Daha sonra Məhkum istiqamətləndirməsi üzrə Nərimanov rayonu, N.Hacıyev küçəsinə gəlinmiş, Məhkum həmin yerdə N.Hacıyev küçəsi 3 ünvanında yerləşən "Dostlar" kafesini təqdim edərək 2021-ci ilin dekabr ayında 20.000 manat pulu Zərərçəkmiş şəxs1 məhz həmin yerdə aldığını bildirmişdir. İfadənin yerində yoxlanılması zamanı Məhkum meyvə-tərəvəz biznesinə yatırım etmək adı ilə aldadaraq Zərərçəkmiş şəxs6 məxsus 57.500 manat pulu, Zərərçəkmiş şəxs2 məxsus 204.000 manat pulu, Zərərçəkmiş şəxs4 məxsus 40.000 manat pulu, Zərərçəkmiş şəxs7 məxsus 25.600 manat pulu, Zərərçəkmiş şəxs5 məxsus 20.000 manat pulu, Zərərçəkmiş şəxs9 məxsus 48.000 manat pulu, Zərərçəkmiş şəxs11 məxsus 5.000 manat pulu, Zərərçəkmiş şəxs3 məxsus 15.000 manat pulu, Zərərçəkmiş şəxs12 məxsus 5.000 manat pulu, Şahid3 məxsus 35.000 manat pulu, Əbülfəz Rzayevə məxsus 70.000 manat pulu, Emil Ağayevə məxsus 21.000 manat pulu, Zərərçəkmiş şəxs8 məxsus 13.000 manat pulu, Zaur Qurbanlıya məxsus 15.000 manat pulu və Zamin Quliyevə məxsus 10.000 manat pulu məhz kafedə və kafenin qarşısında alıb ələ keçirdiyini bildirmişdir. Belə ki, məhkəmədə dindirilmiş çoxsaylı zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə tədqiq olunmuş digər sübutlarla müəyyən edilmişdir ki, Məhkum zərər çəkmiş şəxslərdən külli miqdarda pul məbləğlərini aldatma və etibardan sui-istifadə etmə yolu ilə alver etmək və həmin şəxslərə qazancdan xeyir vermə k adı ilə alıb ələ keçirmiş, lakin həmin istiqamətdə heç bir iş fəaliyyəti aparmamış və əldə etdiyi məbləğləri öz ehtiyaclarına xərcləmişdir. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 6-cı bəndinə əsasən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə əmlakı ələ keçirmə (əmlaka olan hüququ əldə etmə) cinayəti hər hansı hüquq verən və vəzifədən azad edən saxta sənədlərdən istifadə edilməklə törədildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu üzrə CM-in 178 və 320.2-ci maddələri ilə tövsif edilir. Bu hü quq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyər ək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməlləri iş materiallarında olan zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, izahatlar, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməllərində CM-in 178.3.2-ci maddəsinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməllərini CM-in 178.3.2-ci maddəsi ilə tövsif edib həmin maddələr ilə məhkum etmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya ş ikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Resp ublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, o cümlədən zərər çəkmiş şəxslərdən altısına dəymiş ziyanı ödəməsini, himayəsində 3 azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən n əticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı- ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı ol duğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2114/2024 nömrəli 17 oktyabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi nin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)2114/2024 nömrəli 17 oktyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1969/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1969/2025
10.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver