Məhkəmə qərarları › İş №1(102)-197/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-197/2020

18.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-197/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun Məhkum müdafiəçisi, Şirvan şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Mirzəyev Ruslan Soltanağa oğlunun iştirakları ilə xx xxxxxx 1996-cı ildə Beyləqan rayonunun 1-ci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum ol unmamış, ünvan qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış və halhazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29, 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi, Şirvan şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Mirzəyev Ruslan Soltanağa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: N.F.Quliyev (sədrlik edən), X.A.Nuriyev və A.Ə.Musayev) Məhkum – Azərbaycan Respublikası CM-nın 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqd an məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən), E.Ə.Camalov və K.S.Bəşirov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum xx xxxxxx 2018-ci il tarixdə, təxminən saat 19 radələrində X7 oğluna məxsus Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən "Vaqon" adlı yeməkxanada tanışları X4, X12 və Zərərçəkmiş şəxs ilə bir masada oturub onlarla birlikdə yemək yeyib spirtli içki qəbul etmiş, həmin vaxt söhbət əsnasında Zərərçəkmiş şəxs onun saqqal şaxlaması, Türkiyə Respublikasında təhsil alması və Beyləqan rayonu, 1-ci Şahsevən kəndinə gəlib-getməsi ilə əlaqədar davranışları barədə onu ələ salaraq xoşagəlməz şəkildə zarafat və məzəmmət etməsi səbəbindən onunla mübahisə etmiş, lakin həmin mübahisə stol arxasında əyləşmiş digər şəxslərin səyləri nəticəsində əlbəyaxa davaya çevrilmədiyindən, təxminən 1 saat yarım yeeməkxanada yeyib-içdikdən sonra saat 20:30 radələrində o və X sərxoş, Zərərçəkmiş şəxs isə orta dərəcədə alkoqol sərxoşluğu vəziyyətində “Vaqon” yeməkxanasını tərk edib evə getmək üçün piyada yola çıxaraq X və x1 öndə, o isə Zərərçəkmiş şəxs ilə bir neçə addım arxada hərəkət etmiş, Beyləqan rayon unun 1-ci Şahsevən kəndində yerləşən keçmiş "Neftbaza"nın qarşısına çatan zaman X11 İsayev "Neftbaza"-nın giriş qapısı ilə üzbəüz yerləşən X2 məxsus mağazanın qarşısına getmiş, o isə "Neftbaza"-nın qarşısından keçən qaz borusunun üzərində oturmuş, bu zaman Zərərçəkmiş şəxs onu təkrarən ələ salması ilə bağlı aralarında yenidən mübahisə yaranmış, Zərərçəkmiş şəxs onu nalayiq sözlərlə söyüb ağır təhqir etməsindən əsəbləşib, onu qəsdən öldürmək qərarına gələrək öz cinayətkar niyyətini həyata keçirmək üçün əynindəki şalvarın sag cibindən meyvə soymaq üçün xalası X2nın evindən götürdüyü, soyuq silah hesab edilməyən, dəstəyi qara rəngli plastik materialdan hazırlanmış, ümumi uzunluğu 18 sm, kəsici hissəsinin uzunluğu isə 7,5 sm olan qatlanan cib bıçağını çıxararaq əvvəlcə Zərərçəkmiş şəxs sol bud nahiyəsindən zərbə vurmuş, Zərərçəkmiş şəxs bıçağı onun əlindən almaq istəyərkən nalayiq sözlərlə təhqir etməkdə davam etdiyi üçün daha da hiddətlənib, X və x1in bunları aralaşdırmaq üçün göstərdikləri səylərə baxmayaraq əlindəki bıçaqla Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə onun həyatı üçün vacib orqanları hesab edilən biri qarın üstü nahiyədə yerləşməklə qaraciyərin, digəri isə sol qabırğa altı nahiyədə yerləşməklə dalağın zədələnməsi ilə müşayiət olunan 2 ədəd həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən, bir ədədi sağ qulaq seyvanından öndə, gicgah nahiyəsində, iki ədədi döş qəfəsinin ön yuxarı şöbəsində, bir ədədi sol qoltuqaltı nahiyədə, iki ədədi sol oynağının arxa səthində, bir ədədi sol kürək üstü nahiyədə, bir ədədi sol kürək altı nahiyədə, bir ədədi s ol yuxarı bel nahiyəsində, bir ədədi sağ saidin ön səthində, bir ədədi isə sol budun arxa səthində yerləşməklə, 11 ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən, cəmi 13 ədəd kəsilmiş-deşilmiş yara xəsarətləri yetirmiş, X və x1in aktiv fiziki müdaxiləsi səbəbindən zərərçəkmiş Zərərçəkmiş şəxs yenidən bıçaq zərbələrini endirərək onu öldürməyə imkan vermədiklərindən əlindəki bıçağı hadisənin baş verdiyi yerin yaxınlığına ataraq xalası X2nın 1-ci Şahsevən kəndində yerləşən evinə getmiş, Zərərçəkmiş şəxs isə sonradan hadisənin baş verdiyi yerə gələn X8 məxsus **-KN-*** dövlət qeydiyyat nişanlı, "MERCEDES" markalı avtomobilə qoyularaq Beyləqan Rayonunun Qəhrəmanlı kəndi ərazisində 1-ci Şahsevən kəndi istiqamətində hərəkət edən təcili tibbi yardı m avtomobilinə yerləşdirilərək qısa müddət ərzində Beyləqan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb vaxtında ixtisaslı tibbi yardım göstərilərək əməliyyat olunub həyatı xilas edildiyindən, o, bilavasitə öz iradəsindən asılı olmayan səbəblərdən Zərərçəkmiş şəxs qəsdən öldürə bilməmiş, bununla da o, Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni onu qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və Məhkum əməlinin CM-in 29, 120.1-ci maddəsindən həmin Məcəllənin 122-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın ən aşağı həddində cəza təyin edilməsi barədə qərar qəbul olunması xahiş olunur. Müdafiəçi qeyd edir ki, təqsirləndirilən şəxs Məhkum əməlinə ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilməmiş, məhkəmələr tərəfindən də həmin qanun pozuntusuna obyektiv hüquqi qiymət verilməyərək, ziddiyyətli, mötəbər olmayan sübutlara istinad edilməklə CM-nin 29, 120.1-ci maddəsi ilə ittiham edilmişdir. Belə ki, Məhkum cinayət əməlini Zərərçəkmiş şəxs onu nalayiq sözlərlə söyüb təhqir etməsi, onun üzərinə hücum çəkməsi səbəbindən törətmişdir. Şikayət müəllifinin fikrincə, məhkəmələr Məhkum affekt vəziyyətində olub-olmamasını müəyyən etmək üçün məhkəmə-psixoloji ekspertiza təyin etməli olduqları halda, bunu etməyərək cinayət-prosesessual qanunvericiliyin tələblərini pozmuşlar. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əla qəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi R.Mirzəyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətli liyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində əməlin hüquqi tövsifi və ona təyin edilmiş cəzanın ağır olması mübahisə edilir. Hesab edilir ki, Məhkum əməli CM-in 122-ci maddəsinə tövsif edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X10rşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ə dalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətindəki dəlilləri əsassız hesab edərək Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarına istinad edərək qeyd edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi bax ımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə, habelə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2002-ci il tarixli Qərarındakı tövsiyyələrə əsaslanaraq məhkumun əməlinin CM-in 122-ci maddəsinə tövsif edilməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. Azərba ycan Respublikası CM-nin 122-ci maddəsidə zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) nəzərdə tutulur. Cinayət törətmiş şəxsin əməlinin CM-nin 122-ci maddəsi ilə tövsif edilməsi üçün əsas şərtlərdən biri zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlərinin (hərəkətsizliyinin), yaxud da zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışının mövcud olması və həmin hərəkətlərin nəticəsində təqsirləndirilən şəxsdə qısa müddətli yüksək səviyyədə həyə canlanma ilə xarakterizə olunan emosional vəziyyətin (fizioloji affekt) yaranmasıdır. Şəxsin əməlinin CM-nin 122-ci maddəsi ilə tövsif edilməsi üçün qanunvericiliyin nəzərdə tutduğu tələblərdən biri də, güclü ruhi həyəcan vəziyyətinin qəflətən yaranmasıdır. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs Məhkum arasında qarşılıqlı zarafatlaşma zəminində mübahisə yaranmış və həmin mübahisənin sonunda Məhkum qeyd edilən cinayət hadisəsini törətmişdir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli, 3 saylı qərarına əsasən, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli, 3 saylı qərarına əsasən, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmiş şəxsin fəal müq aviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Burada təqsirkarın niyyəti məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Belə ki iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə onun üzünün tüklü olmasına irad bildirib onunla zarafat etdiyi üçün Məhkum ilə aralarında mübahisə yaranmış, orada olan şəxslər onları aralamış, təxminən 1 saat sonra mübahisə zamanı onun üzərinə gəldiyi üçün özünü müdafiə etmək adı ilə Zərərçəkmiş şəxs çoxsaylı 13 bıçaq zərbəsi yetirməklə onu qəsdən həyatdan məhrum etməyə cəhd göstərmiş, lakin öz iradəsindən asılı olmayan səbələrə görə cinayyətkar niyyətini həyata keçirə bilməmişdir. Beləliklə, birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə toplanmış sübutlara, o cümlədən ekspert rəyləri, zərərçəkmiş şəxslərin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-nin 29, 120.1-ci maddəsi ilə tövsif edib həmin maddə ilə barəsində ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən və iş üzrə toplanmış digər sübuların məcmusu belə bir nəticəyə gəlməyə əsas verir ki, Məhkum əməlinin CM-in 122ci maddəsinə tövsif edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmələrin əsaslandıqları sübutların ibtida i araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, ilk dəfə cinayət törətməsini, gə nc olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59cu maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə b ağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət tö rətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyi ni zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, ilk dəfə cinayət törətməsi, gənc olması, yaşayış yerindən müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və o byektiv araşdırılmış və məhkəmə onların hər birisini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar