Məhkəmə qərarları › İş №1(102)-197/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-197/2023

31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-197/2023 31.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Goranboy Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2022-ci il tarixli qərarından məhkum Т.Z.Allahverdiyevin müdafiəçisi İskəndərov Fuad İnqlab oğlu və zərər çəkmiş şəxsin hüquqi varisi X19 və nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Goranboy Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Abdurəhmanlı İsmayıl Xudaverdi oğlu) Məhkum, xx xxxx 1990-cı il tarixdə Tərtər rayonunun Sarov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, heç yerdə işləməyən, əvvəllər Tərtər Rayon Məhkəməsinin 19 aprel 2012-ci i l tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, cəriməsini tam ödəmiş, məhkumluğu ödənilmiş, Tərtər rayonunun Sarov kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun 28 yanvar 2020-ci il tarixdən 05 avqust 2020-ci il tarixədək, yəni 06 (altı) ay 09 (doqquz) gün müddətində həbsdə saxlanılması nəzərə alınaraq həmin müddət ona təyin edilmiş cəzadan çıxılaraq və əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə üzərində 04 (dörd) il 05 (beş) ay 21 (iyirmi bir) gün müd dətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 18 sentyabr 2019-cu ildə saat 18 radələrində «Yol hərəkəti haqqında» Azərbayjan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməyərək etibarnamə olmadan idarə etdiyi BMW X6M minik markalı ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy-Tərtər yolunun Goranboy rayonu Balakürd kəndi ərazisindən keçən 5-ci kilmetrliyində 90 km/saat sürətlə Tərtər istiqamətində hərəkətdə olarkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, diqqətini yoldan yayındırdığı üçün avtomobil yolun sağ kənarına çıxıb qaz borusuna dəydikdən sonra aşaraq işıq dirəyinə dəymiş, nəticədə ehtiyatsızlıqdan BMW X6M minik markalı avtomobilin sərnişini X10 döş qəfəsi və divar aralığının küt travması, sağ II-V qabırğaların yerdəyişən sınığı, sağ ağ ciyərin orta payının cırılması, döş boşluğuna qan yığılması, sağ və sol bazu, qarnın sol yan səthi, burun yəhəri və qanadlarda sıyrıqlar, döş qəfəsində geniş qançır kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri alaraq ölməsinə, habelə BMW X6M minik markalı 99TZ399 dövlət qeydiyyat nişanlı avtomobilin yararsız vəziyyətə düşərək sahibi X13 50.000 (əlli min) ma nat məbləğində maddi ziyan yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi X19 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Çingiz Böyükxan oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 01 dekabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2021-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərər çəkmiş şəxsin hüquqi varisi X19 və nümayəndəsi Nümayəndə tərəfində birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxan A zərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə) 01 iyun 2022-ci il tarixli qərarı ilə kassasiya protesti və zərər çəkmiş şəxsin hüquqi varisi X19 və nümayəndəsi Nümayəndə birgə verdikləri kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2021-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə əsasən Məhkum cəza təyin edilməsi ilə bağlı hisssədə ləğv edilmiş və cinayət işi həmin hissədə yenidən baxılması üçün apellyasiya baxışına təyin edilmişdir. Hökmdən zərər çəkmiş şəxsin hüquqi varisi X19 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə təkrarən baxan Gəncə A pellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə) 10 avqust 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Goranboy Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli hökmü zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi CM-nin 263.2-ci maddəsi ilə əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il 3 (üç) ayadək artırılmış, CM-nin 69.3-cü maddəsinə əsasən onun 28 yanvar 2020-ci il tarixdən 05 avqust 2020-ci il tarixədək, yəni 06 (ay) 09 (doqquz) gün həbsdə saxlanılması müddəti və 02 noyabr 2020-ci il tarixdən 1 0 avqust 2022-ci il tarixədək məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkdiyi 1 (bir) il 09 (doqquz) ay 08 (səkkiz) gün, ümumilikdə isə 02 (iki) il 03 (üç) ay 17 (on yeddi) gün olan müddət ona təyin edilmiş əsas cəzadan çıxılaraq üzərində 02 (iki) il 11 (on bir) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 10 avqust 2022-ci il tarixdən hesablanmış, əsas cəzasını isə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş, hökm isə qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi F.İ.İskəndərov kassasiya şikayəti verərək həmin qərarın dəyiş dirilərək hüquqlarını müdafiə etdiyi şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməsi, zərər çəkmiş şəxsin hüquqi varisi X19 isə nümayəndəsi Nümayəndələ birlikdə kassasiya şikayəti verərək həmin qərarın Məhkum təyin edilmiş cəzanın CM-nin 69.3-cü maddəsinə əsasən hesablanmasına dair hissədə ləğv edilməsini və bu hissədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına istinad edən Məhkum müdafiəçisi F.İ.İskəndərov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi hüquqlarını müdafiə etdiyi şəxsə təyin edilmiş cəzanın ağırlaşdırılması haqqında qeyri-humanist qərar qəbul etmişdir. Halbuki işin hallarından görünür ki, Məhkum əməlindən peşmandır, himayəsində iki azyaşlı uşağı vardır, ilk dəfə məhkum edilir, cinayəti ehtiyatsızlıqdan törətmişdir və iş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin müdafiəçi kassasiya şikayətində bildirmişdir ki, Məhkum və onun qohumları dəfələrlə zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmək üçün cəhdlər etmiş, lakin sonuncu onları yaxın buraxmamışdır. Sonuncu məhkəmə prosesində də müdafiə tərəfi olaraq məhkəmədən yenə də zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışmaq üçün vaxt istəsə də məhkəmə buna şərait yaratmamışdır. Bütün qeyd olunan dəlillərə əsaslanaraq müdafiəçi kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Həmçinin iş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi X19 və onun nümayəndəsi Nümayəndə birlikdə verdikləri kassasiya şikayətini belə əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi Məhkum təyin olunmuş cəza müddətini hesablayarkən 2 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsi tərəfindən təqdim edilmiş arayışı araşdırmadan onun 02 noyabr 2020-ci il tarixdən 10 avqust 2022-ci il tarixədək məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməsinə əsaslanaraq həmin müddəti düzgün olmayaraq təyin edilmiş əsas cəzadan çıxmış, lakin onun məntəqə tipli cəzaçəkmə meəssisəsində qeydə alındığı vaxtın, yəni 02 noyabr 2020-ci il tarixin hökmün qanuni qüvvəsini almadığı tarixə təsadüf etdiyini nəzərə almamış, digər tərəfdən isə hökm qanuni qüvvəyə minmədən icraya yönəldilmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq kassasiya şikayətinin müəllifləri həmin şikayətin təmin edilərək Məhkum təyin olunmuş cəzanın müddətinin düzgün hesablanması barədə qərar qəbul edilməsini xahiş edirlər. Kassasiya şikayətlərinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu barədə məhkəməyə müraciət etməmiş, onun müdafiəçisi F.İ.İskəndərov, zərər çəkmiş şəxs X13, zərər çəkmiş şəxsin hüquqi varisi X19 və onun nümayəndəsi Nümayəndə naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinə Məhkum, onun müdafiəçisi F.İ.İskəndərovun, zərər çəkmiş şəxs X13in, zərər çəkmiş şəxsin hüquqi varisi X19nın və onun nümayəndəsi Nümayəndə iştir akları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətlərinin məzmunundan göründüyü kimi, məhkumun müdafiəçisi F.İ.İskəndərov apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi kassasiya şikayətində Məhkum cəzasını yüngülləşdirən halları nəzərə almaqla ona birinci instansiya məhkəməsinin təyin etd iyi həddə cəzanın təyin edilməsi, zərər çəkmiş şəxsin hüquqi varisi X19 nümayəndəsi Nümayəndələ birlikdə verdiyi şikayətində isə Məhkum təyin edilmiş cəzanın CM-nin 69.3-cü maddəsinə əsasən hesablanması hissəsində ləğv edilməsinə dair qərarın qəbul olunması barədə tələblərini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişlər. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisi F.İ.İskəndərovun və zərər çəkmiş şəxsin hüquqi varisi X19nın nümayəndəsi Nümayəndələ birlikdə verd iyi şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də vurğulamağı lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarı lmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar mə hkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci madd əsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Büununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları hər bir insanın və ümumlikdə dövlətin və cəmiyyətin cnayətkar qəsdlərdən qorunmasını, belə qəsdlər nəticəsində zərər ç əkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, sonuncuların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun müvafiq orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, digər tərəfdən isə hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CPM-nin 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və a zadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq kassasiya şikayətlərinin dəlillərinə cavab verən məhkəmə kollegiyası qeyd edir ki, həmin şikayətlərin məzmunlarına görə, istər məhkumun müdafiəçisi F.İ.İskəndərov, istərsə də zərər çəkmiş şəxsin hüquqi varisi X19 və onun nümayəndəsi Nümayəndə öz şikayətlərində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, Məhkum ittiham olunduğu cinayət əməlini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübasiləndirmir və məhkəmələr tərəfindən onun barəsində qeyri-humanist və ədalətsiz yekun aktlarının qəbul edilməsini iddia edirlər. Ona görə də məhkəmə kollegiyası Məhkum təqsirliliyi, əməlinin hüquqi tövsifi barədə məsələlərin müzakirə edilməsini zəruri hesab etmir və məhkumun barəsində cəza tədbirinin seçilməsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bu qənaət cinayət qanunu normalarının aşağıdakı tələblərindən, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun bəzi qərarlrında əksini tapmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkd ə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakter i və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Eyni zamanda CM-nin 61.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağı rlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əld ə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunu bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutların deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlara da aidd ir. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilmə si zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunma sına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrini n təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə olunmuşdur. Həmin qərarın 1-ci bəndinin 2 və 3-c ü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasınd a göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstər ilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Göstərilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü ma ddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkəmə kollegiyası yuxarıda təsvir edilən cinayət qanunu normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum qərarlarındakı izah və tövsiyələrdən çıxış edərək kassasiya şikayətlərinin dəlillərinə cavab verilməsi üçün cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən müəyyən edilmiş aşağıdakı hallara müraciət etməyi zəruri sayır. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirli bilindiyi CM-nin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə (əlavə cəza) və iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə (əsas cəza) cəzaları nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi, birinci instansiyası məhkəməsinin hökmünə əsasən, məhkəmə Məhkum həmin maddə ilə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halları - hadisələrin təsadüfi axarı zəmində ilk dəfə az ağır cinayət törədilməsini, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini, digər zərər çəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində iki azyaşlı uşaqlarının olmalarını, habelə iş üzrə onun cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış və hesab etm işdir ki, ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, ona təyin olunmuş cəza isə cəzanın məqsədini təmin edir. Həmçinin iş materiallarından görünür ki, işə baxan birinci instansiya məhkəməsi Məhkum yuxarıda göstərilən həddə cəza təyin edərkən cəzanı yüngülləşdirən digər hallarla yanaşı onun zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini göstərmiş, lakin həmin xüsusat məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, qeyd olunan yol-nəqliyyat hadisəsi 18 sentyabr 2019-cu il tarixdə baş vermiş, hadisənin baş verməsindən üç ilə yaxın müddət keçmiş və zərər çəkmiş şəxsin hüquqi varisi X19nın ifadələrinə görə, bu müddət ərzində Məhkum tərəfindən onunla barışıq əldə edilməsinə təşəbb üs göstərilməmiş, əksinə işə apellyasiya instansiyası məhkəməsində baxılarkən Məhkum qohumu ona zəng edərək onu acılamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi 10 avqust 2022-ci il tarixli qərarı ilə Məhkum təyin olunmuş cəzanı ağırlaşdırarkən birinci instansiya məhkəməsi tərəfindən onun zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini Məhkum cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmasını haqlı olaraq əsassız hesab etmişdir. Belə ki, CM-in 59.1.12-ci maddəsi cəzanı yüngülləşdirən hal kimi zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışığa cəhdi yox, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini cəzanı yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə kollegiyası hesab edir ki, həm cəza təyininin ümumi prinsiplərini, həm törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həm də cəzanı yüngülləşdirən halları nəzərə alan apellyasiya instansiya məhkəməsi Məhkum təqsirli bilindiyi CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə yaxın həddə kifayət qədər ədalətli və qanuni cəza təyin etmişdir. Bununla yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisi X19nın nümayəndəsi Nümayəndələ birgə verdiyi kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan hökmün icraya yönəldilməsi barədə göstərişə əsasən, Məhkum barəsindəki Goranboy Rayon Məhkəməsinin 05 avqust 2020ci il tarixli hökmü qanunvericilikdə nəzərdə tutulmuş 20 gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyin dən 26 avqust 2020-ci il tarixdə öz qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 2 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsi tərəfindən apellyasiya instansiyası məhkəməsinə verilən arayışdan görünür ki, Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını 02 noyabr 2020-ci il tarixdən çəkməyə başlamışdır. Bu arayış ona dəlalət edir ki, məhkum 02 noyabr 2020-ci il tarixdən 10 avqust 2022ci il tarixədək, yəni apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında mübahisələndirilən qərar qəbul olunan tarixədək məntəqə tipli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə növündə cəza çəkmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəz anın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkumun qətimkan tədbiri kimi həbsdə saxlanma vaxtı, cəzaçəkmə müəssisələrindən gətirilmə vaxtı cəzanın icrası müddətinə hesablanır. Məhkumun bir gündən artıq icazəsiz məntəqə tipli cəzaçəkmə müəssisəsinin ərazisində olmaması cəzanın icrası müddətinə hesablanmır. Həmçinin CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə b ir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də apellyasiya instansiya məhkəməsi haqlı olaraq Məhkum təyin edilmiş cəzanın onun tərəfindən çəkilməli müddəti müəyyən edərkən düzgün olaraq CM-nin 69.3cü maddəsində müəyyən edilmiş qaydada onun 28 yanvar 2020-ci il tarixdən 05 avqust 2020-ci il tarixədək, yəni 06 (ay) 09 (doqquz) gün həbsdə saxlanılması müddətini və 02 noyabr 2020-ci il tarixdən 10 avqust 2022-ci il tarixədək məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkdiyi cəzanı, yəni 1 (bir) il 09 (doqquz) ay 08 (səkkiz) gün müddəti, ümumilikdə isə 02 (iki) il 03 (üç) ay 17 (on yeddi) gün olan müddəti həmin müddətin bir gününü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablamaqla ona təyin edilmiş əsas cəzadan çıxaraq üzərində 02 (iki) il 11 (on bir) ay 13 (on üç) gün müddət ində azadlıqdan məhrum etmə cəzası saxlanılmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan X19nın və nümayəndəsi Nümayəndə birgə verdkləri kassasiya şikayətinin dəlilləri qəbuledilməz sayılmalı və buna görə də həmin şikayət təmin edilməməlidir. Eyni zamanda məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum barəsində cəza tədbiri seçilərkən CPM-nin 416.1.21-ci maddəsinin tələblərinin pozulduğunu da müəyyən etməyərək həmin məhkəmənin qəbul etdiyi qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar görmür və buna görə də müdafiəçi F.İ.İskəndərovun kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin də təmin edilməsini mümkün bilmir. Məhkəmə kollegiyas ı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən, həm iş üzrə sübuta yetirilmiş (birinci instansiyası məhkəməsi tərəfindən nəzərə alınmış) cəzanı yüngülləşdirən bütün halları və yeni halların müəyyən edilməməsini kifayət qədər nəzərə almışdır. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutumuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətlərinin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayətləri təmin edilməməli və Məhkum CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cin ayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmaladır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar