Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-197/2024 05.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Nəhəmməd oğlunun və məhkumun müdafiəçisi Məmmədov Mustafa Əvsəl oğlunun iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 1(106)-710/2022 nömrəli qərarından Məhkum və onun müdafiəçisi Babayev Toğrul Babali oğlu tərəfindən ayrı ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 may 2022-ci il tarixli 1(099)-220/2022 nömrəli hökmü ilə (sədrlik edən Ə.A.Əliyev, hakimlər O.Y.Cəlilov və X.A.Nuriyevdən ibarət tərkibdə) xx xxxxxxx 1973-cü ildə Lənkəran şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər məhkum edilməmiş, x qeydiyyatda olmaqla orada yaşamış, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Məhkum Şirvan Apellyasiya Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli qərarı ilə təyin edilmiş 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında bank və kredit təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 9 (doqquz) il azadlıqdan məhrumetmə cəzası, hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaq yolu ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən əlavə cəzanı əsas cəzaya tam birləşdirməklə, Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında bank və kredit təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 21 sentyabr 2016-cı il tarixdən hesab lanmışdır. Hökmdən məhkum və onun müdafiəçisi Babayev Toğrul Babali oğlu tərəfindən ayrı ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən İ.H.Əhmədov, hakimlər M.Ə.Bağırov və E.İ.Əliyevdən ibarət tərkibdə) 22 noyabr 2022-ci il tarixli, 1(106)-710/2022 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 may 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 noyabr 2022-ci il tarixli qərarından Məhkum və onun müdafiəçisi Babayev Toğrul Babali oğlu tərəfindən ayrı ayrılıqda kassasiya şikayətləri verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum edilmişdir ona görə ki, o, etibardan sui-istifadə etmə və al datma yolu ilə özgənin əmlakını təkrar külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, 2013-cü ilin may ayında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri işləyən tanışı Nümayəndə1 guya xaricdən ölkə ərazisinə texniki avadanlıqlar gətirərək satışının həyata keçirilməsi işləri ilə məşğul olduğunu bildirib, sədri olduğu cəmiyyətə bir ədəd yeni “x” markalı ekskovator sata biləcəyinə dair yalandan vəd verərək, Nümayəndə1 özünə inandırıb, qiymətini 380000 manata razılaşdıqları həmin markalı ekskovatoru 3 ay müddətində cəmiyyətə təhvil verəcəyi barədə Nümayəndə1la 07 iyun2013-cü il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq, üzərinə götürdüyü öhdəliklər i əvvəlcədən yerinə yetirmək niyyətində olmadan guya müqavilə şərtlərini vaxtında icra edəcəyi görüntüsü yaratmaq üçün müqaviləni imzası ilə təsdiq etməklə sonuncunun etibarını qazandıqdan sonra Nümayəndə1 ona olan inam və etibarından sui-istifadə edərək razılaşdıqları məbləğin aralarında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq "xxxx" ASC-yə məxsus 250000 (iki yüz əlli min) manat məbləğində olan hissəsini 07 iyun 2013-cü il tarixli “Kassa məxaric orderi” adlı sənədə imza etməklə Lənkəran rayonunda Nümayəndə1 qəbul edib, özgənin - "xxxx" ASC-nin 250 000 (iki yüz əlli min) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, 2014-cü ilin yanvar ayında etibardan sui-istifadə etmə v ə aldatma yolu ilə təkrarən özgənin külli miqdarda əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə guya xaricdən ölkə ərazisinə texniki avadanlıqlar gətirərək satışının həyata keçirilməsi işləri ilə məşğul olduğunu bildirdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri işləyən tanışı Nümayəndə1 sədri olduğu cəmiyyət bir ədəd yeni “VÖGELE SUPER” markalı asfalt yayan texnika sata biləcəyinə dair yalandan vəd verərək, Nümayəndə1 özünə inandırıb, qiymətini 215000 manata razılaşdıqları həmin markalı texnikanı 45 gün müddətində cəmiyyətə təhvil verəcəyi barədə Nümayəndə1la 19 fevral 2014-cü il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyətində olmadan guya müqavilə şərtlərini vaxtında icra edəcəyi görüntüsü yaratmaq üçün müqaviləni imzası ilə təsdiq etməklə sonuncunun etibarını qazandıqdan sonra Nümayəndə1 ona olan inam və etibarından sui-istifadə edərək razılaşdıqları məbləğin aralarında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq "xxxx" ASC-yə məxsus 215000 (iki yüz on beş min) manat məbləğində olan hissəsini 19 fevral 2014-cü il tarixli “Kassa məxaricorderi” adlı sənədə imza etməklə Lənkəran rayonunda Nümayəndə1 qəbul edib, özgənin - "xxxx" ASC-nin 215000 (iki yüz on beş min) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, 2014-cü ilin may ayında etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin külli miqdarda əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə guya xaricdən ölkə əraz isinə texniki avadanlıqlar gətirərək satışının həyata keçirilməsi işləri ilə məşğul olduğunu bildirdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri işləyən tanışı Nümayəndə1 sədri olduğu cəmiyyətə bir ədəd yeni “x” markalı asfalt yayan texnika və bir ədəd yeni “x” markalı ekskavator sata biləcəyini yalandan vəd verərək, Nümayəndə1 özünə inandırıb, qiymətini 250 000 manata razılaşdıqları həmin markalı texnikanı və 160 000 manata razılaşdıqları ekskavatoru 1 ay müddətində cəmiyyətə təhvil verəcəyi barədə Nümayəndə1la 04 iyun 2014-cü il tarixdə alqı-satqı müqaviləsi bağlayıb, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyətində olmadan guya müqavilə şərtlərini vaxtında icra edəcəyi görüntüsü yaratmaq üçün müqaviləni imzası ilə təsdiq etməklə sonuncunun etibarını qazandıqdan sonra Nü mayəndə1 ona olan inam və etibarından sui-istifadə edərək razılaşdıqları məbləğin aralarında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq "xxxx" ASC-yə məxsus 250 000 (iki yüz əlli min) manat məbləğində olan hissəsini 11 iyun 2014-cü il tarixli 11 №-li “Kassa məxaric orderi” adlı sənədə və 160 000 (yüz altmış min) manat məbləğində olan hissəsini 27 iyun 2014-cü il tarixli 22 №-li “Kassa məxaric orderi” adlı sənədə imza etməklə Lənkəran rayonunda Nümayəndə1 qəbul edib, vahid niyyətlə özgənin - "xxxx" ASC-nin 410000 (dörd yüz on min) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Babayev Toğrul Babali oğlu kassasiya şikayətini onunla əsaslandırmı şdır ki, məhkəmələr tərəfindən Məhkum törətmiş olduğu əməllərə düzgün qiymət verilməmiş, cinayət işi üzrə sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələbləri pozulmuşdur. Kassasiya şikayətinin müəllifi iddia edir ki, Məhkum dələduzluq əməlini törətməmiş, dələduzluq əməli ilə zərər çəkmiş şəxsə ziyan vurmamış, Məhkum bütün müqavilələri Həsənov Raqiblə bağlamış, pullar da Raqib tərəfindən ona verilərək sonradan geri alınmışdır. Müdafiəçi T.B.Babayev kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 noyabr 2022-ci tarixli qərarının ləğv edilməsini, işə bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalar pozulmuş, sübutlar müqayisəli formada təhlil edilməmiş, yalnız formal mülahizələrə əsaslanan ittiham irəli sürülmüş, nəticədə o, əsassız və qanunsuz olaraq törətmədiyi cinayətlərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, məhkum edilmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 noyabr 2022-ci tarixli qərarının ləğv edilməsini, işə bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ü mumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum və onun müdafiəçisi Babayev Toğrul Babali oğlu kassasiya şikayətlərində məhkəmələrin sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozduqlarını, o cümlədən Məhkum dələduzluq cinayətində təqsirli olması, əməlinin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə hüquqi tövsifi barədə nəticələrini hərtərəfli araşdırılmayan, qeyrimötəbər sübutlarla əsaslandırdıqlarını iddia etməklə, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsin i və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdilər. Odur ki, məhkum və onun müdafiəçisinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görərək, bu şikayətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 noyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu norman ın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, m üvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsi, müdafiəçinin və məhkum kassasiya müraciətlərində iddia etdiklərinin əksinə olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respubli kasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (məhkəmə baxışının predmetinı y alnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəməsi) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri o vaxt qəbul edilən hesab oluna bilər ki, verilmiş şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il). Məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətlərində istinad etmiş olduqları dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar bütövlükdə apellyasiya instansiyası məhkəməsinin qərarında müvafiq ətraflı əsaslandırma verilməklə artıq cavablandırılmış və Məhkum və onun müdafiəçisinin kassasiya müraciətlərində göstərilənlərin əksinə olaraq, onun apellyasiya instansiyası məhkəməsinin qərarı ilə təqsirli hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cin ayətkar hərəkətləri törətməsi, müvafiq olaraq da onun əməlində təkrarən külli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətinin tərkibinin olması apellyasiya məhkəməsi tərəfindən tədqiq və təhlil edilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Həqiqətən də, kassasiya müraciətində iddia olunanların əksinə olaraq, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli olması, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Sübutlar hökmdə, eləcə də apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin ara şdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətlərində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətlərində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Məhkəmə kollegiyası, həm də onu nəzərə alır ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən və apellyasiya instansiyası məhkəməsi tərəfindən bu məsələ üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə yox lanılarkən məhkəmələr tərəfindən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin təsbit etdiyi bütün hallar, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması tarazlaşdırılmış şəkildə nəzərə alınmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın məqsədlərinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58), cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara (maddələr 59, 61) dair müddəalarına əməl olunmuş, cinayət qanununun ədalət prinsipi (maddə 8) pozulmamışdır. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfin dən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6 və 416.1.11 və 416.1-ci maddəsinin digər müddəalarında təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası Məhkum və onun müdafiəçisi Babayev Toğrul Babali oğlu tərəfindən ayrı ayrılıqda verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçi X3 və kassasiya şikayətlərinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkumun və onun müdafiəçisi Babayev Toğrul Babali oğlunun kassasiya şikayətləri təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 1(106)-710/2022 nömrəli qərarı verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum və onun müdafiəçi Babayev Toğrul Babali oğlunun kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 1(106)-710/2022 nömrəli qərarı məhkum və onun məhkumun müdafiəçisi tərəfindən ayrı ayrılıqda verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-197/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-197/2024
05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver