Məhkəmə qərarları › İş №1(102)-197/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-197/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-197/2025 05.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2024-cü il tarixli 1(107)-315/2024 nömrəli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Xaliq Məmmədov, hakimlər Bilal Məmmədov və Tural Əfəndizadə) 06 may 2024-cü il tarixli 1(091)-41/2024 nömrəli hökmü ilə xx xxxxx 1971-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 25 aprel 2023-cü il tarixdən 06 may 2024-cü il tarixədək həbsdə saxlanıldığı 1 (bir) il 11 (on bir) gün cəzaçəkmə müddətinə daxil edilməsi və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanıb 2 (iki) il 22 (iyirmi iki) gün müəyyən olunaraq hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq 5 (beş) ay 8 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: İttihama əsasən Məhkum təqsirli bilinib məhkəməyə verilmişdir ona görə ki, o, 25 aprel 2023-cü il tarixdə gecə saat 02 radələrində qəsdən qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Yevlax şəh əri, C.Cabbarlı küçəsində yerləşən Zərərçəkmiş şəxs2 istifadəsində olan ət kəsimi qəssabxanasının plastik qapısını əlləri ilə fiziki güc tətbiq edərək itələyib açmaqla içəriyə daxil olmuş və oradan divarda quraşdırılmış Zərərçəkmiş şəxs2 məxsus bir ədəd "Supermax” markalı kondisionerin 500 (beş yüz) manat dəyərində olan ön hissə avadanlığını (split) gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 500 (beş yüz) manat məbləğində maddi ziyan vuraraq saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla qəsdən oğurluq etmişdir. Bundan başqa, o, 25 aprel 2023-cü il tarixdə saat 04 radələrində qəsdən qanunsuz olaraq təkrarən saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaq məqsədilə ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 məxsus Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən saxla nc yeri hesab edilən yardımçı tikilinin taxta qapısının qıfılını daşla vuraraq sındırmaqla qapını açıb həmin tikiliyə daxil olaraq oradan Zərərçəkmiş şəxs1 oğlu Əjdər Fətəlizadənin istifadəsində olan 01 ədəd 300 (üç yüz) manat dəyərində olan "ANMİER” markalı velosipedi gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 300 (üç yüz) manat məbləğində maddi ziyan vuraraq saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla qəsdən təkrarən oğurluq etmişdir. Bundan başqa o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 1115 qram miqdarında narkotik vasitə qurudulmuş marixuananı istintaqla müəyyən olunmayan mənbədən, vaxtda və şəraitdə əldə edib əlindəki sellofan torbada saxlamış, 25 aprel 2023-cü tarixdə saat 11:00 dəqiqədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə g örə Yevlax şəhəri, Yeni Yevlax küçəsində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilib üzərində 25 aprel 2023-cü il tarixdə saat 11:55-dən saat 12:25-dək olan müddətdə Yevlax Rayon Polis Şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman Məhkum əlindəki bir ədəd sellofan torbanın içərisindəki digər bir ədəd sellofan torbada qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda əldə edib saxladığı 1115 qram miqdarında narkotik vasitə qurudulmuş marixuana aşkar olunub, qanuna müvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə verilmiş ittiha m üzrə təqsiri sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Xəqani Səmədov (sədrlik edən və məruzəçi), Elman İsayev və İmanverdi Şükürov) 27 iyun 2024-cü il tarixli 1(107)-315/2024 nömrəli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 may 2024-cü il tarixli 1(091)-41/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya pr otestini onunla əsaslandırmışdır ki, qərarı əsassız və işin faktiki hallarına uyğun olmadığından ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, hazırkı iş üzrə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunmuş, CPM-in tələblərinə uyğun təqdim edilərək yoxlanılmış, Məhkum külli miqdarda narkotik vasitəni satış məqsədi olmadan əldə etməsi barədə daxil olmuş məlumat və bununla əlaqədar Məhkum üzərindən narkotik vasitə aşkar edilməsi faktı əsasında toplanmış materialın, iş üzrə mövcud olan sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmamış, məhkəmənin hökmdə müəyyən etdiyinin əksinə Məhkum konstitusion hüquq və az adlıqları, CPM-lə təminat verilən müdafiə hüququ təmin edilmiş, onlardan məhrum etmə və hüquqlarının məhdudlaşdırılması halı müəyyən edilməmiş, bir sözlə hazırkı iş üzrə istintaq orqanının əldə etdiyi sübutlar mötəbər olmuşdur. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Məhkum sağ əlində olan bir ədəd sellofan torbanı təqdim etmiş, içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, bir ay əvvəl Kür çayının sahilindən balıq tutmağa gedərkən tapdığını, aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını, Yevlax RPŞ-yə gətirilərkən Yevlax RPŞ-də olarkən ona qarşı heç bir təzyiq olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs Y.Məmmədov ibtidai istintaq zamanı özünü Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilərək ifadələrində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə olan heroin və qurudulmuş marixuana istifadə etmiş, 25 aprel 2023-cü il tarixdə üzərində aşkar edilmiş qurudulmuş marixuana özünə məxsus olmuşdur. Məhkəmə istintaqı zamanı isə təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum özünü ona CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamla təqsirli bilməmişdir. İş materiallarından görünür ki, Məhkum ibtidai istintaq zamanı nəinki öz müdafiəçisinə, barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət və təqdimata Yevlax rayon məhkəməsində baxılarkən məhkəməyə də guya hədəyə, təsir-təzyiqlərə məruz qalması barədə məlumat verməmiş, verilmiş ittihamda özünü təqsirli bilərək barəsində verilmiş təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkum irəli sürülmüş ittihamın tam sübuta yetirilməsinə baxmayaraq məhkəmə hökmdə göstərmişdir ki, cinayət işinin materiallarında olan rəsmi sənədlərdə Məhkum polis əməkdaşları tərəfindən saxlanılma vaxtı kimi, yəni azadlığının faktiki məhdudlaşdırıldığı vaxt kimi 25 aprel 2023-ciı il tarixdə saat 11 radələri, habelə şübhəli şəxs qismində tutulduğu vaxt kimi qeyd olunan tarixdə saat 11:50 radələri göstərilsə də məhkəmə istintaqı ilə əslində onun azadlığının faktiki məhdudlaşdırılmasının, yəni polis əməkdaşları tərəfindən saxlanılmasının hazırkı cinayət işi üzrə rəsmi sənədlərdə göstərilənlərdən bir neçə saat öncə, daha dəqiq göstərilən tarixdə saat 08 radələrində olduğu müəyyən olunmuşdur. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı ifadəsində 25 aprel 2023-cü il tarixdə səhər saat 07 radələrində velosipedin oğurlanmasının ona məlum olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Məhkum 25 aprel 2023-cü tarixdə saat 11-də narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax RPŞ-yə gətirilməsi, Zərərçəkmiş şəxs1 həm izahat, həm də ifadələrində oğurluq cinayətinin kim tərəfindən törədilməsinin ona məlum olmamasını bildirməsi nəzərə alındıqda aydın olur ki, törədilmiş oğurluq cinayətinin Zərərçəkmiş şəxs1 hansı saatda məlum olmasının heç bir, xüsusən CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsinə görə Məhkum saxlanılması vaxtının müəyyən edilməsi baxımından əhəmiyyəti olmamışdır Belə ki, Məhkum müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadələrlə, iş üzrə dindirilmiş polis əməkd aşlarının ifadələri ilə, şübhəli şəxs qismində tutulma, şəxsi axtarış keçirilməsi protokolları ilə də Məhkum 25 aprel 2023-cü tarixdə saat 11-də saxlanılması müəyyən olunur. Müvafiq sorğular verilməklə polis əməkdaşları K.Əzimov, Şahid1, Şahid2 və S.Məcnunovun istifadəsində olan mobil telefon nömrələrinə daxil olan və həmin mobil telefon nömrələrindən çıxan zənglərə, SMS mətnlərinə dair, habelə mobil telefon nömrələrinin anten dairələri ilə bağlı məlumatlar əldə edilərək tədqiq edilməsinə baxmayaraq bunun əksini göstərən məlumatlar, həmçinin başqa sübutlar da müəyyən edilməmişdir. İş üzrə hər iki zərərçəkmiş şəxsin Məhkum əsassız olaraq məsuliyyətdən kənarda qalmasına xidmət edən məlumatları onlara verən şəxslərin adını və soyadını xatırlamadıqlarını bildirmələri anlaşılandır, çünki belə ş əxslər reallıqda mövcud deyildir, mövcud olmadıqları üçün təbii ki, onların məhkəməyə çağırılıb işin faktiki halları üzrə dindirilməsi də mümkün olmamışdır. Məhkəmənin faktiki olaraq mövcud olmayan şəxslərin göstərdiklərinə istinad edən zərərçəkmiş şəxslərin ifadələrinə mötəbər sübut kimi yanaşaraq Məhkum 25 aprel 2023- cü il tarixdə saat 08 radələrində polis əməkdaşları tərəfindən saxlanılması nəticəsinə gəlməsi, bunu Məhkum elan olunan bəraətin əsasına qoyması isə özlüyündə təəccüb doğurur. Həmçinin nəzərə almaq lazımdır ki, cinayət işinin materiallarında olan cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi haqqında 29 may 2023-cü il tarixli qərardan görünür ki, Məhkum polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı verdiyi məlumat öz təsdi qini tapmadığından cinayət işinin başlanması rədd edilmiş və onun hansı şəraitdə xəsarətlər almasının müəyyən edilməsi üçün ayrıca icraata material ayrılmaqla Yevlax RPŞ-yə göndərilmiş, həmin qərarı müdafiə tərəfi mübahisələndirməmiş, qərar hazırda qüvvədədir. Hökmdə polis əməkdaşlarının Məhkum qarşı cinayət təqibinin başlanmasının təşəbbüskarları olmaları, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları olmaları və ona görə də onların Məhkum qarşı cinayət təqibinin nəticələrində maraqlı olmalarına dair göstərilənlərlə bağlı qeyd olunmalıdır ki, ibtidai istintaq zamanı bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyətlərinin olması ilə bağlı xəbərdarlıq edilən, məhkəmə istintaqı zamanı ifadə verməmişdən əvvəl həqiqəti və məhkəmədə baxılan cinayət təqibi ilə bağlı onlara məlum o lan bütün halları söyləyəcəklərinə and içən və bu barədə yazılı iltizama imza edən polis əməkdaşlarının ifadələrinə münasibətdə də məhkəmənin qeyd olunar mövqeyi əsassız olmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş mə hkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili məhkəmə istintaqı nəticəsində Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməsinin qanunsuz olmasıdır. Kassasiya protestində qeyd edilmişdir ki, cinayət işi üzrə sübutlarla Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsiri tam sübuta yet irilir, məhkəmə sübutlara düzgün qiymət verməmiş, həmçinin əsassız olaraq təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə, məhkəmə-tibbi ekspertizasının rəyinə istinadən edərək yanlış nəticəyə gəlmişdir. Kassator hesab edir ki, məhkəmələr tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilməmiş və bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmü yolverilməz sübutlarla əsaslandırılmamışdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatına əsasən Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun barəsində əməliyyat-axtarış tədbirləri keçirilmiş, o 25 aprel 2023-cü il tarixdə saxlanılmış və üzərində bir ədəd sellofan torbanın içərisində 1115 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Üzərində aşkar edilmiş narkotik vasitə barədə izahat verərək Məhkum həmin tarixdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əmlakının onun tərəfindən oğurlanması barədə bildirmiş və həmin faktlar üzrə toplanmış material Məhkum barəsində CM-in 234.1-1-ci maddəsi ilə olan cinayət işinə birləşdirilmiş və ona CM-in 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri ilə ittiham elan edilmişdir. İstintaq orqanı Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirini təsdiq etmək üçün məhkəməyə onun ifadəsini, onun üzərində şəxsi a xtarış keçirilməsi haqqında 25 aprel 2023-cü il tarixli protokolu, Məhkum tutulmasında və onun şəxsi axtarışda iştirak etmiş polis əməkdaşları Şahid1 və Şahid2 şahid ifadələrini, məhkəmə-bioloji ekspertizasının rəyini və maddi sübut – 1115 qram marixuananı təqdim etmişdir. Birinci və apellyasiya instansiyası məhkəmələri sübutları araşdırıb belə nəticəyə gəlmişlər ki, ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər və ziddiyyətli sübutları təşkil etmişdir. Kassasiya protestində qeyd edilmişdir ki, məhkəmələrin mövqeyi əsassızdır, sübutlar cinayət-prosessual normalarına riayət edilməklə əldə edilmiş, cinayət işi üzrə toplanmış sübutların mötəbərliyinə heç bir şübhə yoxdur, sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət prosesini tənzimləyən və proses iştirakçılarının hüquq və vəzifələri müəyyən edən cinayət-prosessual qanunun aşağıda göstərilən normalarına nəzər salmağı zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əld ə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan əldə olunmalıdır. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itti hamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci instansiya məhkəməsi ittihamın sübutları Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında araşdırıb nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi mötəbər sübutlarla təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirini təsdiq edən məhkəməyə təqdim edilmiş sübutlara nəzər salaraq qeyd edir ki, həmin sübutlarla məhkumun hər hansı bir şəxsdən narkotik vasitəni alması müəyyən edilmir, ona qarşı ittiham onun üzərində narkoti k vasitənin aşkar edilməsi faktına, yəni maddi sübuta əsaslanır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarda qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə narkotik vasitənin aşkar edilməsini təsdiq edən sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Məhkum özünü Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilsə də, məhkəmə iclasında həmin ittiham üzrə özünü təqsirli bilməmiş və göstərmişdir ki, 25 aprel 2023-cü il tarixdə gecə vaxtı velosiped və k ondisioneri oğurlamışdır. Həmin tarixdə səhər hava yeni açılanda polis əməkdaşları tərəfindən yaşadığı evdən Yevlax Rayon Polis Şöbəsinə aparılmışdır. Polis şöbəsinə aparılarkən üzərində narkotik vasitə qurudulmuş marixuana olmamış və həmin narkotik vasitə polis əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmamışdan bilavasitə əvvəl onun üzərinə yerləşdirilmişdir. Polis şöbəsində olarkən polis əməkdaşları Kərim Əzimov, Sərvər Məcnunov və Arif Məhərrəmov tərəfindən təsir təzyiqlərə məruz qalmış və polis əməkdaşları əlini yapışqanlı lentlə bağlayıb onu döydükləri üçün ayaq barmağında qırıq, qabırğasında və dizində isə xəsarət izləri yaranmışdır. Polis əməkdaşları tərəfindən döyüldüyü üçün narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olması barədə yalan ifadə vermək məcburiyyətində qalmış və ona qarşı edilən qanunsuzluqlarla bağlı barəsində həbs qətimkan tədbiri seçilən zaman məlumat vermişdir. Habelə sonradan penitensiar müəssisəyə qəbul olunarkən müayinə olunmuş və bu zaman bədəni üzərində xəsarətlər aşkar edilmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkumun ibtidai istintaq zamanı CM-in 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilməsi ilə bağlı qeyd etmək lazımdır ki, o, istintaq dövründə həmin ittiham üzrə yalnız bir dəfə – 27 aprel 2023-cü il tarixində, yəni cinayət işinin başlanmasından cəmi iki gün sonra müstəntiq tərəfindən dindirilmişdir. İbtidai araşdırma zamanı cinayət işinin materiallarına Yevlax Rayon Prokurorluğunun müstəntiqinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 29 may 2023-cü il tarixli qərarı əlavə edilmişdir. Həmin qərarda göstərilmişdir ki, prokurorluqda aparılmış araşdırma ilə əlaqədar verilmiş izahatında Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətmədiyini, narkotik vasitəni isə onun üzərinə polis əməkdaşlarının qoyduğunu və döyülərək boynuna alınmasına məcbur edildiyini bildirmişdir. Bundan əlavə, cinayət işinin materialları ilə tanış olarkən Məhkum CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətmədiyini, özünü təqsirli bilmədiyini, üzərində aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmişdir. Lakin müstəntiq bu ziddiyyətli məqamları araşdırmaq məqsədilə Məhkum dindirməmiş və cinayət işi üzrə tərtib edilmiş ittiham aktında onun özünü Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi i lə təqsirli bildiyini qeyd etmişdir. Həmçinin Məhkum məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 25 aprel tarixində polis şöbəsinə polis əməkdaşları onun əlini skotçla bağlayıb döyərək onlar tərəfindən üzərinə qoyulmuş marixuananın ona məxsus olması barədə deməyə məcbur etmişlər. Cinayət işinin materiallarında olan Məhkum adına tərtib olunmuş "Məhkumun tibbi kitabçası”ndan çıxarışdan görünür ki, Məhkum 27 aprel 2023-cü il tarixdə 2 saylı İstintaq Təcridxanasına qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində "hər iki baldırın ön nahiyəsində sıyrıqlar və qərtmək bağlamış yaralar, sol ayağın İİİ barmağında çəhrayı rəngli qançır izləri” xəsarətləri aşkar edilmiş və sonuncu həmin xəsarətlərin 25 aprel 2023-cü il tarixdə həbs olunan zaman yarandığını bildirmişdir. H əmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 27 aprel 2023-cü il tarixli aktdan görünür ki, Məhkum 2 saylı İstintaq Təcridxanasına qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində "hər iki ayağının baldır nahiyəsinin ön səthində sıyrıqlar və qərtmək bağlamış yaralar, sol ayağın 3-cü barmağında qançır izi” xəsarətləri aşkar edilmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Məhkum İstintaq Təcridxanasına daxil olarkən aşkar edilmiş bədən xəsarətləri ilə əlaqədar Yevlax Rayon Prokurorluğunda aparılmış yoxlama zamanı Məhkum məhkəmə-tibbi ekspertizası keçirilmiş, ekspert tərəfindən Məhkum bədəni üzərində "sol ayaq pəncəsinin İİİ barmağının dırnaq falanqasının şişkinliyi, sol baldırın 1/3- nin ön yan sət hinin sıyrığı, sağ tərəf döş qəfəsinin qançırı” aşkar edilmiş, həmin xəsarətlər 25 aprel 2023-cü il tarixdə küt alətin təsirindən törənmiş, xarakteri və yerləşdiyi nahiyələrə əsasən yıxılma və ya özü-özünə yetirmə nəticəsində törənə bilməsi istisna olunan, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər aşkar edilmiş və sonuncu həmin xəsarətlərin polis əməkdaşları tərəfindən yumruq zərbələri, habelə dəyənəklə vurulması nəticəsində əmələ gəldiyini bildirmişdir. Bundan başqa, Məhkum şəxsi işindən surəti çıxarılaraq cinayət işinin materiallarına əlavə olunmuş izahatından görünür ki, o, 2 saylı İstintaq Təcridxanasına qəbul olunan zaman bədən səthində aşkar olunmuş xəsarətlərin 25 aprel 2023-cü il tarixdə həbs olunan zaman yarandığını bildirmişdir. Həmçinin Məhkum saxlanıla n zaman səhhətində heç bir problem olmamış, bədənində hər hansı xəsarət olmamış, nə saxlanılarkən və polis şöbəsinə gətirilərkən, nə də polis şöbəsində olarkən qaçmağa çalışmamış, polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Belə ki, Məhkum saxlanılaraq polis şöbəsinə gətirilməsi barədə əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilən 25 aprel 2023-cü il tarixli raportda bu barədə heç bir məlumat əks etdirilməmiş, o cümlədən cinayət işi üzrə şahidlər olan polis əməkdaşları ifadələrində də belə bir halın baş verdiyini qeyd etməmişlər, həmçinin Məhkum polis əmədaşlarına qarşı zor işlətdiyi və ya tutulan zaman, yaxud sonradan onlar üçün təhlükə yaratdığı və bunun da ona qarşı güc tətbiq edilməsini tələb etdiyi heç yerdə göstərilməmişdir. Beləliklə də, Məhkum 25 aprel 2023-cü il ta rixdə polis şöbəsinə gətirilən zaman onun bədəni üzərində hər hansı xəsarət olmamış və sonuncu 27 aprel 2023-cü il tarixdə Şəki Penitensiar Müəssisəsinə qəbul olunan zaman onun bədən səthində xəsarətlər aşkar olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda göstərilən işin hallarını nəzərə alaraq nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum ibtidai аrаşdırmа dövründə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifаdələri ilə məhkəmədə verdiyi ifadəsi аrаsındа ziddiyyətə düzgün hüquqi qiymət vermiş və əsaslı olaraq nəticəyə gəlmişdir ki, оnun ibtidai istintаqdа verdiyi ifаdə mötəbər sübut kimi qəbul edilməməlidir. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə olan ittihamın əsası onun üzərində 1115 qram miqdarında qurudulmuş marixuananın aşkar edilməsi faktı təşkil edir, bu fakt isə cinayət işinə əlavə edilmiş şəxsi axtarış aparılması barədə 25 aprel 2023cü il tarixli protokolla təsdiq olunur. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiya məhkəmələrinin həmin sübutla əlaqədar aparılmış qiymətləndirmə ilə razılaşaraq qeyd edir ki, maddi sübutun əldə edilməsi şəraiti nəyin ki, həmin protokolu, hətta Məhkum barəsində keçirilmiş əməliyyataxtarışı tədbirinin bütünlükdə şübhə altına almağa əsas verir. Belə ki, cinayət işinin materiallarından görünür ki, 25 aprel 2023-cü il tarixdə Yevlax Rayon Polis Şöbəsinə Məhkum narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması, istehlak etməsi və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keç irilməsi haqqında qərar qəbul olunmuş, Məhkum göstərilən tarixdə saat 11-da Yevlax şəhəri, Yeni Yevlax küçəsində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş, daha sonra həmin tarixdə müdafiəçi ilə təmin olunmaqla saat 11:50-də şübhəli şəxs qismində tutulmuş və azadlığının faktiki olaraq məhdudlaşdırıldığı həmin tarixdə saat 11:00-dan tutulmuş hesab olunmuş, qeyd olunan tarixdə saat 11:55-dən saat 12:25-dək olan müddət ərzində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmış və bu zaman cinayət işi üzrə maddi sübut kimi tanınan, hazırkı ittihamın əsasını təşkil edən bir ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bundan sonra qanunsuz narkotik vasitənin dövriyyəs i ilə əlaqədar material istintaqa göndərilmiş və həmin tarixdə saat 18:30-dan saat 19:30-dək Məhkum müstəntiq tərəfindən şübhəli şəxs qismində ifadə verərək zərərçəkmiş şəxlər Zərərçəkmiş şəxs1 və İ.Z.Ələsgərova məxsus əmlakların oğurlaması barədə ifadə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, hadisə günü saat 08:30 radələrində polis əməkdaşları onunla əlaqə saxlayıb, əvvəl həyat yoldaşı, sonra isə o, polis şöbəsinə getmişlər. Polis şöbəsində velosipedin kim tərəfindən oğurlaması barədə ona məlumat verilmiş və sənədləşmə aparıldıqdan sonra velosipedi götürə biləcəyini demişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş İ.Z.Ələsgərov göstərmişdir ki, kondisionerin oğurluğu haqqında 25 aprel 2023-cü il tarixdə saat 7-də işə gələrkən bilmiş və dərhal bu barədə “102” xidmətinə telefonla məlumat vermişdir. Zəngdən təxminən 40 dəqiqədən sonra polis əməkdaşlarından oğurluğu Məhkum tərəfindən törədilməsi barədə xəbər tutmuşdur. Beləliklə zərərçəkmiş şəxslərin ifadəsindən görünür ki, polis əməkdaşları Məhkum üzərində narkotik vasitənin aşkar olunmasından 4 saat əvvəl onun tərəfindən hər iki zərərçəkmiş şəxsin əmlakının oğurlaması barədə məlumatı olmuşdur. Zərərçəkmiş şəxslərin ifadələri əsasında müəyyən edilmiş işi bu halı məhkumun məhkəmə iclasında verdiyi ifadəni təsdiq edir və 25 aprel 2023-cü il tarixdə onun üzərində narkotik vasitənin aşkar edilməsinin mötəbərliyi ilə əlaqədar əsaslı şübhə yaradır. Göründüyü kimi Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmə sinə dair ittihamın əsasını təşkil edən sübutlar həm ziddiyyətlidir, həm də iş üzrə müəyyən edilmiş hallar həmin sübutların mötəbərliyinə kifayət qədər şübhə doğurur. Məhkum CM-in 234.1-1-ci maddəsi ilə təqsirliliyinə dair onun üzərində narkotik vasitənin aşkar edilməsindən başqa heç bir sübutlar olmadığından, birinci instansiya məhkəməsi Məhkum həmin maddə ilə bəraət vermişdir. Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Re spublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Göründüyü kimi, məhkəm ələr hazırkı cinayət işi üzrə toplanılmış sübutları Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin müddəalarına tam riayət edilməklə yoxlamış və qiymətləndirmişdir. Sübutların yoxlanılması və qiymətləndirilməsi ilə əlaqədar birinci və apellyasiya instansiyası məhkəmələri onların hökm və qərarların kassasiya qaydasında ləğv edilməsinə səbəb ola biləcək prosessual qanunvericilikdə nəzərdə tutulmuş pozuntulara yol verməmişdir. Məhkəmə kollegiyası qanunun yuxarıda göstərilən normaları və cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri hazırkı iş üzrə ittihamın əsasını təşkil edən Məhkum ibtidai istintaq zamanı verdiyi ifadə, onun üzərində şəxsi axtarış keçirilməsi haqqında 25 aprel 2023 -cü il tarixli protokolu və şahidlər Şahid1 və Şahid2 ifadələrini qiymətləndirərək əsaslı olaraq nəticəyə gəlmişlər ki, həmin sübutların mötəbərliyi şübhə doğurur. İşdən göründüyü kimi birinci instansiyası məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməsi barədə nəticəyə gələrkən cinayət işi üzrə toplanmış sübutları qiymətləndirmiş, həmin sübutlara və işin digər materiallarına istinad etmişdir. Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələblərinə görə təqsirlədirilən şəxsin cinayətin törədilməsində təqsiri məhkəmə iclasında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyy ən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq, belə nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi mötəbər sübutlarla təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutl arın Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Məhkum təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışlar. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Kassasiya protestinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər ap ellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq protestin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq, protestin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2024-cü il tarixli 1(107)-315/2024 nömrəli qərarının isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiya sı Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2024-cü il tarixli 1(107)-315/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar