Məhkəmə qərarları › İş №1(102)-1972/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1972/2023

22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1972/2023 22.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 may 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi, Şirvan Regional Vəkil Bürosunun vəkili Fərəcov Salman Böyükağa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Salyan Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli hökmünə əsasən (hakim A.H.Səmədov) Məhkum - Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəz asını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 14 fevral 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə, həmçinin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 may 2023-cü il tarixli qərarı ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən), K.S.Bəşirov və İ.Q.Abdullayev) apellyasiya şikayətləri təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halla rı: Hökmə əsasən, Məhkum tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yeri hesab edilən əraziyə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq və tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yeri hesab edilən əraziyə təkrarən qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talamaqla oğurluğa cəhd cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaq qərarına gəlib 2022-ci il oktyabrın 10-da saat 09 radələrindən başlayaraq Salyan rayo nu Qırxçıraq kəndi ərazisində yerləşən "xxxx" ASC-nin Bəşirabad pambıq qəbulu məntəqəsinin saxlanc yeri hesab edilən ərazisinə qanunsuz daxil olaraq pambıq qurutma sexinin cəmi 1440 manat dəyərində R43 markalı dəmiryolu relsindən hazırlanmış hər biri 4 metr uzunluğunda olan 9 ədəd pəncərə üstü atmalarını və cəmi 480 manat dəyərində R43 markalı dəmiryolu relsindən hazırlanmış hər biri 6 metr uzunluğunda olan 2 ədəd avtomobilin giriş qapı üstü atmalarını özləri ilə gətirdikləri qaynaq aparatı vasitəsilə doğrayıb özgə əmlakını gizli olaraq talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə ümumilikdə 1920 manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaq qərarına gəlib 2022-ci il oktyabrın 11-də saat 09 radələrindən başlayaraq Salyan rayonu Qırxçıraq kəndi ərazisində yerləşən "xxxx" ASC-nin Bəşirabad pambıq qəbulu məntəqəsinin saxlanc yeri hesab edilən ərazisinə qanunsuz daxil olaraq pambıq talvarının metal konstruksiyaları olan cəmi 400 manat dəyərində hər biri 9 metr uzunluğunda olan 120 x 10 mm ölçüdə metal borudan hazırlanmış 2 ədəd böyük dayağı özləri ilə gətirdikləri qaynaq aparatı vasitəsilə doğrayıb özgə əmlakını gizli olaraq talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tan ışı Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaq qərarına gəlib 2022-ci il oktyabrın 12-də saat 09 radələrindən başlayaraq Salyan rayonu Qırxçıraq kəndi ərazisində yerləşən "xxxx" ASC-nin Bəşirabad pambıq qəbulu məntəqəsinin saxlanc yeri hesab edilən ərazisinə qanunsuz daxil olaraq pambıq talvarının metal konstruksiyaları olan cəmi 220 manat dəyərində hər biri 6 metr uzunluğunda 100 x 10 mm ölçüdə metal borudan hazırlanmış 2 ədəd kiçik dayağı özləri ilə gətirdikləri qaynaq aparatı vasitəsilə doğrayıb özgə əmlakını gizli olaraq talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gi zli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaq qərarına gəlib 2022-ci il oktyabrın 13-də saat 09 radələrindən başlayaraq Salyan rayonu Qırxçıraq kəndi ərazisində yerləşən "xxxx" ASC-nin Bəşirabad pambıq qəbulu məntəqəsinin saxlanc yeri hesab edilən ərazisinə qanunsuz daxil olaraq pambıq talvarının metal konstruksiyaları olan cəmi 3240 manat dəyərində hər biri 12 metr uzunluğunda 300 mm enində 9 ədəd metal şvellerləri özləri ilə gətirdikləri qaynaq aparatı vasitəsilə doğrayıb özgə əmlakını gizli olaraq talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə ə mlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaq qərarına gəlib 2022-ci il oktyabrın 14-də saat 15 radələrindən başlayaraq Salyan rayonu Qırxçıraq kəndi ərazisində yerləşən "xxxx" ASC-nin Bəşirabad pambıq qəbulu məntəqəsinin saxlanc yeri hesab edilən ərazisinə qanunsuz daxil olaraq pambıq talvarının metal konstruksiyaları olan 60 manat dəyərində olan 02 metr uzunluğunda 300 mm enində 01 ədəd metal şvelleri və cəmi 120 manat dəyərində hər biri 02 metr uzunluğunda 100 x 10 mm ölçüdə 3 ədəd metal boruları özləri ilə gətirdikləri qaynaq aparatı vasitəsilə doğrayan zaman Salyan RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerində yaxalandıqlarından öz iradəsindən asılı olmaya n səbəbdən cinayət əməlini başa çatdıra bilməyib zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə cəmi 180 manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 may 2023-cü il tarixli qərarının dəyişdirilməsi və Məhkum təyin olunmuş cəzanın Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsasən daha yüngül cəzanın tərin edilməsi və ya həmin Məcəllənin 70-ci maddəsinə əsasən təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, Məhkum cəza təyin edilərkən məhkəmələr tərəfindən onun cəzasını yüngülləşdirən hallar, yəni zərərçəkmiş tərəfə dəymiş ziyanın tam olar aq ödənilməsi, zərərçəkmiş tərəfin heç bir şikayətinin olmaması, müdafiə etdiyi şəxslə barışmaları, Məhkum ilk dəfə məhkum olunması, əməlindən səmimi peşman olması, himayəsində bir azyaşlı uşağının olması, ağır ürək xəstəsi olmaqla dəfələrlə ürəyindən əməliyyat olunması nəzərə alınmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instan siyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Odur ki, məhkumun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətin də mübahisə edilən məsələ məhkuma təyin edilmiş cəzanın ağır olması, məhkəmələr tərəfindən yüngülləşdirici halların nəzərə alınmaması mübahisə edilir. Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya” görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsinə görə “Eyni əməllər: 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdəbir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətən daş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəs inə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalar ının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzala rının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkum barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59, 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, himayəsində iki nəfər azyaşlı uşağının olması və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini onun cəzanı yüngülləşdirən hal kimi nəzərə almış və Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsasən CM-in 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 8-ci bəndində göstərilmişdir ki, CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şə xs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini, təqsirini səmimi etiraf edərək peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, onlara dəymiş ziyanın tamamilə ödənilməsini, zərərçəkmişlərin şikayətçi olmamalarını, himayəsində bir azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Məhkum barəsində ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə yaxın cəza təyin etmiş və qanunda nəzərdə tutulmuş həddən az cəza təyin edilməsinə əsaslar müəyyən etməmişdir. Məhkəmə kollegiyası Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, Azərbaycan Respubl ikası CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin, məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması araşdırılmalıdır. 1. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü 2. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi 3. məhkumun şəxsiyyəti 4. cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar CM-in 70-ci maddəsi üzrə şərti məhkum et mə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını qeyri-mümkün hesab edir. Qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini nəzərə alaraq Məhkum cəza çəkmədən islah olunmasını mümkün hesab etmir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozunt uya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 may 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilməməli, həmin qərar i sə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 may 2023-cü il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar