Məhkəmə qərarları › İş №1(102)-1972/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1972/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1972/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2024-cü i l tarixli 1(105)-70/2024 nömrəli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim Zaur Hacıyev) 03 noyabr 2023-cü il tarixli 1(060)-119/2023 nömrəli hökmü ilə 24 aprel 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış X6 Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə bəraət verilmişdir. İşin halları: İttihama əsasən X6 təqsirli bilinib məhkəməyə verilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 əd əd şəffaf rəngli bükümdə təmiz çəkisi 1,276 qram olan narkotik vasitə heroini əldə edib daşıyaraq, üzərində saxlamış, 23 fevral 2022-ci il tarixdə saat 18:02-də Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində 11B/15 saylı yaşayış binasının qarşısında Sumqayıt şəhər Pİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Sumqayıt şəhər Pİ-nə gətirilmiş və idarənin inzibati binasındakı xidməti otaqlardan birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarın sağ yan cibindən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf rəngli bükümdə təmiz çəkisi 1,276 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (haki mlər Elman Rəhimov (sədrlik edən və məruzəçi), Elman Əhmədov və Məhəmmədəli Rzayev) 14 fevral 2024-cü il tarixli, 1(105)-70/2024 nömrəli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli 1(060)-119/2023 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti təmin olunmamışdır. Dövlət ittihamçısı2 kassasiya protesti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2024-cü il tarixli 1(105)-70/2024 nömrəli qərarının ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələrin mövqeyi tamamilə əsassızdır. Belə ki, şəxsi axtarışın keçirilmə si ittiham tərəfinin təqsirləndirilən şəxsin təqsirini sübuta yetirəcək yeganə sübut olmamış, təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar şəxsi axtarış keçirilməsi haqqında protokolla yanaşı, Vüsal Qasımovun ibtidai istintaqın ilkin mərhələsində verdiyi qismən etirafedici ifadəsi, Şahid4 ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsi, polis əməkdaşlarının ifadələri, ekspert rəyləri, telefon danışıqlarına dair məlumatlar (SMS məlumatları) olmuş və həmin sübutlarla təqsirləndirilən şəxsin əməli tam sübuta yetirilmişdir. Həmçinin SMS yazışmalarından görünür ki, Vüsal Qasımov narkotik vasitələrinin satışı ilə məşğul olmuş və məhkəmələr heç SMS yazışmalarına qiymət verməyə lüzum bilməmişdir. İş materiallarından görünür ki, Vüsal Qasımov tutulduğu gündən qanunvericiliyin tələbl ərinə əsasən müdafiəçi ilə təmin edilmiş və istintaqın son gününədək müdafiəçi onu müşayiət etmişdir. Nə şübhəli, nə də təqsirləndirilən şəxs kimi müdafiəçinin ona keyfiyyətsiz hüquqi yardım göstərdiyinə dair şikayət etməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən iş üzrə əldə edilmiş sübutlar öz mötəbərliyini itirməmiş və şəxsin təqsiri kifayət qədər sübuta yetirmişdir. Məhkəmələr cinayət işi üzrə ibtidai istintaq dövründə toplanmış bütün sübutları tam hərtərəfli və obyektiv araşdırmamaqla yekun nəticəyə gəlmiş və mülahizələrə əsaslanan əsassız bəraət hökmü çıxartmışdır. Göründüyü kimi, məhkəmələrin Vüsal Qasımova CM-in 234.2-ci maddəsi ilə bəraət vermək üçün əsaslandığı sübutlar qeyri-mötəbər olmuş və ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların onun tərəfindən rədd edilməsinin mot ivləri məhkəmə qərarlarında göstərilməmişdir. Göstərilənlərə əsasən, iş üzrə ibtidai istintaq zamanı toplanılmış və məhkəmə baxışında sair dəlillərlə də bir daha təsdiq olunmuş sübutlara əsasən Vüsal Qasımovun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib, saxlamaqla daşıması iş üzrə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısı Nazim İmanovun çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cina yət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili məhkəmə istintaqı nəticəsində X5 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə bəraət verilməsinin qanunsuz olmasıdır. Kassasiya protestində qeyd edilmişdir ki, cinayət işi üzrə sübutlarla X4 təqsiri tam sübuta yetirilir, məhkəmə sübutlara düzgün qiymət verməmiş, əsassız olaraq təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəyə istinadən yanlış nəticəyə gəlmişdir. Kassator hesab edir ki, məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPMin 144-145-ci maddələrinin tələblərinə uyğun olaraq tədqiq etməmiş və bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünü yolverilməz sübutlarla əsaslandırmışlar. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət et məsinə əsasən qiymət verilməlidir. İstintaq orqanı X5 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham elan etmiş və cinayət işini baxılması üçün məhkəməyə göndərmişdir. İstintaq orqanı X4 elan edilmiş ittiham üzrə təqsirini təsdiq etmək üçün məhkəməyə Vüsal Qasımovun ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi, onun üzərində şəxsi axtarış keçirilməsi haqqında 23 fevral 2022-ci il tarixli protokolu, mobil telefon operatoru tərəfindən təqdim edilmiş məlumatları, şəxsi axtarışda iştirak etmiş polis əməkdaşları Şahid1, Şahid2, Şahid3 və O.T.Aslanovun şahid ifadələrini, maddi sübut və məhkəmə-kimyəvi ekspertizasının rəyini təqdim etmişdir. Birinci instansiyası məhkəməsi sübutları araşdırıb belə nəticəyə gəlmişdir ki, ittihamın əsası ancaq istintaq orqanının qeyri-mötəbər və ziddiyy ətli sübutları təşkil etmişdir. Birinci instansiya məhkəməsi sübutlara qiymət verərək həmin sübutlara şübhə doğuran halları hökmdə ətraflı təsvir edərək göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya protestinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin sübutlara qiymət verilməsi və məhkumun ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirinin sübuta yetirilməməsinə dair gəldiyi nəticəni əsaslı və qanuna uyğun hesab edərək apellyasiya protesti təmin etməmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini işin halları və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb müəyyən etmişdir ki, məhkəmələr tərəfindən sübutların tədqiq edilməsi və qiymətləndirilməsi cinayət-prosessual qanunvericiliyi normaların tələblərinə uyğun aparılmış, sübutların mötəbərliyi haq qında məhkəmələrin gəldiyi nəticə işin hallarına tam uyğun gəlir. Belə ki, cinayət işinin materiallarından görünür ki, polis əməkdaşları Şahid1, Şahid2, Şahid3 və O.T.Aslanov tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məhkum X6 ilə yanaşı X2 tutulmuşdur. X9 Qasımovdan əvvəl tutulmuş və onun üzərində aşkar edilmiş narkotik vasitə olan heroinin Vüsal Qasımovdan almasını göstərmişdir. Elnur Cəfərovun ifadəsinə əsasən həmin gün Vüsal Qasımov da tutulmuş və üzərində narkotik vasitə heroin aşkar edilmişdir. İlk ifadələrdə Vüsal Qasımov narkotik vasitənin Elnur Cəfərova satılmasını, Elnur Cəfərov isə onda aşkar edilmiş heroinin Vüsal Qasımovdan alınmasını göstərmişlər. Məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə həm Vüsal Qasımovun, həm Elnur Cəfərovun üzərində aşkar edilərək g ötürülmüş heroinin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olması müəyyən edilmişdir. İstintaqın sonrakı mərhələsində Vüsal Qasımov və Elnur Cəfərov ifadələri dəyişərək üzlərində aşkar edilmiş heroinin polis əməkdaşları tərəfində qoyulmasını göstərmişlər. Elnur Cəfərovun barəsində cinayət işi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ayrıca icraata ayrılmış, Vüsal Qasımovun barəsində olan cinayət işi isə baxılması üçün məhkəməyə göndərilmişdir. Elnur Cəfərovun barəsində olan cinayət işi üzrə istintaq orqanı nəticəyə gəlmişdir ki, onun təqsirini müəyyən edən sübutlar - polis əməkdaşları Şahid1, Şahid2, Şahid3 və O.T.Aslanovun şahid ifadələri, üzərində həmin şəxslərin iştirakları ilə keçirilmiş şəxsi axtarışın protokolu və həmin istintaq hərəkətlərinə aid v ideoçəkiliş mötəbər olmadığından sübut əhəmiyyətli hesab edilməməlidir. Bununla əlaqədar Sumqayıt şəhər prokurorunun 01 noyabr 2022-ci il tarixli qərarı ilə Elnur Cəfərovun barəsində olan cinayət işinin icraatına onun Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi sübutlarla təsdiq olunmadığından xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr əsaslı olaraq Vüsal Qasımovun üzərində dərhal deyil, onun polis şöbəsinə gətirildikdən xeyli vaxt keçdikdən sonra şəxsi axtarış aparılması, axtarış zamanı Vüsal Qasımovun üzərində olan predmetlərin protokolda göstərilməməsi habelə məhkəmələrin hökm və qərarında göstərilmiş şübhə gətirən digər hallarla yanaşı, işin bu halı da nəzərə alaraq nəticəyə gəlmişlər ki, Vüsal Qasımovun ittihamının əsa sını təşkil edən eyni sübutlar - polis əməkdaşları Şahid1, Şahid2, Şahid3 və O.T.Aslanovun şahid ifadələrinin, onların iştirakları ilə tərtib edilmiş Vüsal Qasımovun şəxsi axtarışı barədə 23 fevral 2022-ci il tarixli protokolun həqiqiliyi şübhə doğurur və Vüsal Qasımovun ona elan edilmiş ittiham üzrə təqsirinin müəyyən edilməsində mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ittihamın digər sübutları – məhkəməkimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, maddi sübut və mobil telefon operatorlarının məlumatları Vüsal Qasımovun üzərində narkotik vasitə olan heroinin aşkar edilməsi faktını müəyyən etmir. Həmin sübutlar narkotik vasitənin onun üzərində aşkar edilməsi digər mötəbər və mümkün sübutlarla təsdiq olunduqda Vüsal Qasımovun təqsirini müə yyən edən mötəbər sübutlar kimi çıxış edə bilər. Bununla əlaqədar kassasiya kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri sübutları araşdırıb əsaslı olaraq belə nəticəyə gəlmişlər ki, X4 ittihamının əsasını ancaq istintaq orqanının qeyri-mötəbər və ziddiyyətli sübutları təşkil etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilən işin hallarını nəzərə alaraq nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs X4 ibtidai аrаşdırmа dövründə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrlə məhkəmədə verdiyi ifadənin аrаsındа olan ziddiyyətə də düzgün hüquqi qiymət vermiş və əsaslı olaraq nəticəyə gəlmişdir ki, оnun ibtidai istintaqda verdiyi ifadə mötəbər sübut kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmam ış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Göründüyü kimi, məhkəmələr hazırkı cinayət işi üzrə toplanılmış sübutları Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin müddəalarına tam riayət edilməklə yoxlamış və qiymətləndirmişdir. Sübutların yoxlanılması və qiymətləndirilməsi ilə əlaqədar birinci və apellyasiya instansiyası məhkəmələri kassasiya qaydasında ləğv edilməsinə səbəb ola biləcək prosessual qanunvericilikdə nəzərdə tutulmuş pozuntulara yol verməmişlər. Məhkəmə kollegiyas ı qanunun yuxarıda göstərilən normaları, cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları və işin halları təhlil edərək qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri hazırkı iş üzrə ittihamın əsasını təşkil edən X4 ibtidai istintaq zamanı verdiyi ifadə, onun üzərində şəxsi axtarış keçirilməsi haqqında 23 fevral 2022-ci il tarixli protokolu və şahidlər Şahid3, Şahid2 və Şahid1 ifadələrini qiymətləndirərək əsaslı olaraq nəticəyə gəlmişlər ki, həmin sübutların mötəbərliyi şübhə doğurur. İşdən göründüyü kimi birinci instansiyası məhkəməsi X5 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə bəraət verilməsi barədə nəticəyə gələrkən cinayət işi üzrə toplanmış sübutları qiymətləndirmiş, həmin sübutlara və işin digər materiallarına istinad etmişdir. Azərba ycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələblərinə görə təqsirlədirilən şəxsin cinayətin törədilməsində təqsiri məhkəmə iclasında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublika sı CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq, düzgün olaraq belə nəticəyə gəlmişdir ki, X4 Azərbaycan Respublikası CMin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi mötəbər sübutlarla təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, X4 təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bu halları kifayət qədər əsaslandırmışlar. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin X6 barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqi qətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Kassasiya protestinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq protestin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq, protestin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2024-cü il tarixli 1(105)-70/2024 nömrəli qərarının isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. X4 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2024-cü il tarixli 1(105)-70/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar