Məhkəmə qərarları › İş №1(102)-1973/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1973/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1973/2023 20.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmranovun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X1, məhkum Təqsirləndirilən şəxs2, məhkuml arın müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş kassasiya şikayətinə və məhkumar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti və həmin kassasiya şikayətinə Müdafiəçi2 tərəfindən verilmiş əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Nəriman Mehdiyev) 11 mart 2020-ci il tarixli, 1(007)-6/2020 nömrəli hökmü ilə, xx xxx 1973-cü il tarixdə Naxçıvan MR xxxx rayonu, xxxx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qey diyyatda olan, ünvan 2nda yaşamış Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə barəsində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmış; 18 avqust 1992-ci il tarixdə xxxx şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, xxxx xxxxrayonu, xxxx kəndində qeydiyyatda olan və ünvan 3 ünvanında yaşamış Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzası təyin edilmiş, cəzasını iş yeri üzrə çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə məhkum edilmişdir ona görə ki, o, qohumu Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında 20 noyabr 2018-ci il tarixdə saat 14:40 radələrində ünvan 4 ünvanında yerləşən Nizami rayon məhkəməsi binasının qarşısında, keçiriləcək məhkəmə prossesinə gələn Zərərçəkmiş şəxs1 fotoşəkilini çəkərək öz davranışı ilə hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq aydın eti nasızlıq göstərib Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlətməklə özünü cəmiyyət üzvləri, o cümlədən Zərərçəkmiş şəxs1 fövqündə şəxsiyyətini üstün tutaraq, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə ictimai yer sayılan məhkəmə binası qarşısında orada olan şəxslərin təşvişinə və narahatçılığına səbəb olub, onların gözü önündə Təqsirləndirilən şəxs2 ilə birlikdə silah qismində istifadə etdiyi özünə məxsus “İPHONE 5 S” markalı mobil telefonla Zərərçəkmiş şəxs1 baş və sifət nahiyəsindən bir neçə dəfə, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs1 baş və sifət nahiyəsindən yumruqla bir neçə dəfə qəsdən vuraraq, ona baş beyin silkələnməsi, sol təbil pərdəsinin per forasiyası, alın nahiyəsinin 1 ədəd əzilmiş yarası və sağ gözün ağlı qişasının qansızması dərəcələrinə görə həm ayrı-ayrılıqda, həm də ki ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL” zərər vurmaya aid və alın nahiyəsinin 1 ədəd kiçikölçülü əzilmiş yarası, sol gicgah nahiyəsinin sıyrığı, sağ gözətrafı nahiyənin və sol gözaltı nahiyyənin qançırları, dərəcələrinə görə həm ayrıayrılıqda, həm də ki, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edilmiş xəsarətlər yetirib, xuliqanlıq əməlini davam etdirməklə Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs2 sifət nahiyəsindən qəsdən bir neçə dəfə vuraraq onu dizi üstə yerə yıxmış, Təqsirləndirilən şəxs2 isə dizi üstə yerə yıxılmış Zərərçəkmiş şəxs2 baş nahiyəsindən yumruqla qəsdən bir neçə dəfə vurara q ona sol təpə nahiyəsinin şişkinlik halında əzilməsi, sağ gözaltı nahiyənin, sol gözün bayır səthinin qançırları, sağ dizin ön səthinin sıyrıqları, dərəcələrinə görə həm ayrı- ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edilmiş xəsarətlər yetirməklə həmin ərazidə ictimai asayişi 10-15 dəqiqə müddətinə pozaraq xuliqanlıq etmişdir. Hökmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə məhkum edilmişdir ona görə ki, o, qohumu Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında 20 noyabr 2018-ci il tarixdə saat 14:40 radələrində ünvan 4 ünvanında yerləşən Nizami rayon məhkəməsi binasının qarşısında, Təqsirləndirilən şəxs1 keçiriləcək məhkəmə prossesinə gələn Zərərçəkmiş şəxs1 fotoşəkilini çəkərək öz davranışı ilə hamı tərəfindən qəbul ol unmuş əxlaq normalarına açıq aydın etinasızlıq göstərib Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlətməklə özünü cəmiyyət üzvləri, o cümlədən Zərərçəkmiş şəxs1 fövqündə şəxsiyyətini üstün tutaraq, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqevidlik, etinasızlıq göstərməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə ictimai yer sayılan məhkəmə binası qarşısında orada olan şəxslərin təşvişinə və narahatçılığına səbəb olub, onların gözü önündə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 baş və sifət nahiyəsindən yumruqla bir neçə dəfə, Təqsirləndirilən şəxs1 isə silah qismində istifadə etdiyi özünə məxsus “İPHONE 5 S” markalı mobil telefonla Zərərçəkmiş şəxs1 baş və sifət nahiyəsindən bir neçə dəfə qəsdən vuraraq, ona baş beyin silkələnməsi, sol təbil pərdəsinin perforasiyası, alın nahiyəsinin 1 ədəd əzilmiş yarası və sağ gözün ağlı qişasının qansızması dərəcələrinə görə həm ayrı-ayrılıqda, həm də ki ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL” zərər vurmaya aid və alın nahiyəsinin 1 ədəd kiçikölçülü əzilmiş yarası, sol gicgah nahiyəsinin sıyrığı, sağ gözətrafı nahiyənin və sol gözaltı nahiyənin qançırları, dərəcələrinə görə həm ayrıayrılıqda, həm də ki, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edilmiş xəsarətlər yetirib, xuliqanlıq əməlini davam etdirməklə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 sifət nahiyəsindən qəsdən bir neçə dəfə vuraraq onu dizi üstə yerə yıxmış, sonra isə Təqsirləndirilən şəxs2 dizi üstə yerə yıxılmış Zərərçəkmiş şəxs2 baş nahiyəsindən yumruqla qəsdən b ir neçə dəfə vuraraq ona sol təpə nahiyəsinin şişkinlik halında əzilməsi, sağ gözaltı nahiyənin, sol gözün bayır səthinin qançırları, sağ dizin ön səthinin sıyrıqları, dərəcələrinə görə həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edilmiş xəsarətlər yetirməklə həmin ərazidə ictimai asayişi 10-15 dəqiqə müddətinə pozaraq xuliqanlıq etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Mirzəli Abbasov, hakimlər Ramin Qaraqurbanlı və Anar İbrahimov) 1(103)-16/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti və zərərçəkmiş şəxslər tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilmiş, məhkum edilmiş şəxslərin apelyasiya şikayətləri təmin edilməmi ş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 11 mart 2020-ci il il tarixli, 1(007)- 6/2020 saylı tarixli hökmü dəyişdirilmiş, hökmdən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il müddətə endirilmişdir. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 18 may 2023-cü il tarixdən hesablanmış, Təqsirləndirilən şəxs2 təyin edilmiş 11 mart 2023-cü il tarixdən hal-hazıradək həbsdə olduğu 2 ay 7 gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü islah işləri cəzasının 4 gününə bərabər tutulmaqla həbsdə olduğu müddət ona təyin edilmiş 2 (iki) müddətə islah işləri cəzasından çıxılmaqla üzərində qəti olaraq hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 1 il 3 ay 2 gün islah işləri cəzası saxlanılmışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin qərarının Təqsirləndirilən şəxs1 aid hissəsində dəyişdirilməsini və Təqsirləndirilən şəxs1 cəzasının artırılaraq 5 il müddətinə azadlıqdan məhrum olunmasını xahiş etmişlər. Məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 kassasiya şikayəti və həmin kassasiya şikayətinə əlavə verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli qərarının ləğv edilməsi və Təqsirlə ndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Təqsirləndirilən şəxs1 bu günədək üzr istəməmiş, təhdidlərinə davam etmişdir. Eyni zamanda məhkəmə iclasları zamanı peşman olmasını dilə gətirməmişdir. Bu da onun əməlindən peşman olmadığının və islah olunmadığının göstəricisidir. Nə qədər ki, Təqsirləndirilən şəxs1 öz əməlinin ictimai təhlükəliliyini dərk etmir, səhvini etiraf etmir, deməli, o islah olunmaq yolunda addım atmamışdır. Məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 kassasiy a şikayəti və həmin kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışlar ki, birinci və apelyasiya instansiyası məhkəmələri işi tam obyektiv araşdırmamış, cinayət işi üzrə toplanmış sübutlara düzgün qiymət verməmiş, iş üzrə sübutların mötəbərliliyini dəqiq müəyyən etməmişdir. Nəticədə cinayət işinin halları düzgün müəyyən edilməmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri tövsif edərək hüquqi səhvə yol verilmiş və onlar əsassız və qanunsuz olaraq məhkum olunmuşlar. Həmçinin məhkəmələr müvafiq olaraq hökm və qərarı mümkün olmayan sübutlarla əsaslandırmışlar. Belə ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrində açıq şəkildə yazıblar ki, Təqsirləndirilən şəxs1 əli ilə onları vurub zədələyib. Hadisə yerində olan şahidlər Zərərçəkmiş şəxs1 arvadı Şahid1, müəllimə və valideynlər Şahid4, Şahid2, Şahid3 izahatlarında konkret və dəqiqliklə göstərmişlər ki, dava zamanı Təqsirləndirilən şəxs1 əli ilə, yumruqla Zərərçəkmiş şəxs1 vurmuşdur. Qeyd edilməlidir ki, həmin şahidlər ancaq Zərərçəkmiş şəxs1 arvadı və ona yaxın, onu müdafiə edən şəxslər olmuşlar. İstər Zərərçəkmiş şəxs1, istərsə də Zərərçəkmiş şəxs2 ərizələrində, istərsə də həmin şahidlər ilkin izahatlarında hadisə vaxtı Təqsirləndirilən şəxs1 bacısı Zeynəbin oğlu Təqsirləndirilən şəxs2 orada olmadığını, nə Zərərçəkmiş şəxs1, nə də Zərərçəkmiş şəxs2 vurmadığını göstərmişlər. Eyni xarakterli hallara Zərərçəkmiş şəxs2 yalan, saxta izahat və ifadələrində yol verilmişdir, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid1 öz yalan, şər, böhtan üzərində qurulmuş izahat və ifadələrini təsdiq etmək və ya etdirmə k üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 guya telefonla və əli ilə vurub döymələrini təsdiq edən şahidlər kimi Şahid2, Şahid6, Şahid3, Şahid4, Şahid5, Şahid7 hadisə yerində olduqlarını, onların hadisəni gördüklərini göstərmişdirlər. Lakin, həmin şahidlərdən yalnız Şahid2 istər istintaqda, istərsə də məhkəmədə bildirmişdir ki, hadisəni görüb, Rzanın əli ilə Turalı vurmasını görüb, Toğrulun isə Turalı və Ülvini vurmasını gah gördüyünü, gah da görmədiyini görməmişdir. İş üzrə şahid kimi dindirilmiş Şahid6, Şahid3, Şahid4, Şahid5, Şahid7 isə hadisənin şahidi olmadıqlarını, hadisə yerinə gələndə dava-dalaş, münaqişənin başa çatdığını, hadisəni Zərərçəkmiş şəxs1 dilindən sonradan eşitdiyini, bir qisminin isə məhkəmənin qabağında eşitdiklərini göstərmişdilər. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid1 Təqsirləndirilən şəxs1 daha ağır cinayətə görə cəza alması, Təqsirləndirilən şəxs2 isə cinayət törətmədiyi halda cinayət məsuliyyətinə cəlb olunması üçün baş vermiş hadisəni süni şəkildə şişirdərək Şahid6, Şahid3, Şahid4, Şahid5, Şahid7m yalançı şahid kimi təqdim etmişlər. Ancaq onların hadisənin şahidi olmadıqları, kimin-kimi və nə ilə vurmasını görmədiklərini istintaqda və məhkəmədə verdikləri ifadələri ilə təsdiq olunmuşdur. İstər birinci instansiya məhkəməsi, istərsə də apelyasiya məhkəməsi müvafiq hökm və qərarında həmin şəxslərin ifadələri sübut kimi qəbul etmiş, halbuki, həmin şəxslərin İfadələri özgəsinin sözlərindən verilmiş məlumatlar olduğundan Azərbaycan Respublikası CPM-in 126.3-cü maddəsinə əsasən sübut kimi qəbu l edilməməli və həmin şəxslərin ifadələri ittihamdan xaric edilməli idi. Lakin həmin ifadələr ittihamdan xaric edilməmiş, əksinə ittihamın əsasını təşkil edən sübut kimi qəbul edilmişdir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 hadisə yerinə sonradan gəlməsi barədə anası Zeynəb Rzayevanın və vəkil Telman İbrahimovun ifadələrinə obyektiv qiymət verməmişdir. Təqsirləndirilən şəxs1lə Tural Mırzəliyev arasında bacısı Zeynəbə qarşı ədalətsizlik etdiyinə görə əvvəllər mübahisə və münaqişə olmuş və davam etməkdə Demək istəyirəm ki, Zərərçəkmiş şəxs1lə Təqsirləndirilən şəxs1 arasında şəxsi münasibətlər gərgin olmuş və həmin günü, yəni 20 noyabr 2018-ci ildə, saat 14:40 radələrində Nizami rayon Məhkəməsinin qabağında bir-birlərinin şəkillərini mobil telefonla çəkmələri “bardağı daşıran son damla” o lmuş və dalaşmışlar. Orada cəmiyyətə açıqca hörmətsizlik olmamış, ictimai asayiş cinayət qaydasında cəzalandırılmalı səviyyədə pozulmamışdır. Həmçinin Təqsirləndirilən şəxs1 məhkum olunduğu kimi məlum hadisəni xuliqanlıq niyyətilə törətməmişdir. Beləliklə cinayət işi üzrə toplanmış sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1lə şəxsi münasibətlər zəminində dalaşarkən qarşılıqlı olaraq birbirlərini əl İlə vurub xəsarət yetirmişlər. “Xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Hadisə təxminən 4 dəqiqəyə kimi davam etmiş, yəni ictimai asayişin pozulması uzun müddət davam etməmişdir. Ona görə də, Təqsirlənd irilən şəxs1 əməli xuliqanlıq kimi deyil, işin hallarından asılı olaraq CM-in şəxsiyyət əleyhinə cinayətlərə görə məsuliyyət nəzərdə tutan normasına tövsif olunmalı idi. Həmçinin məhkəmələrin Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs1 xəsarətlərin mobil telefonla yetirilməsi barədə qənaəti ehtimala əsaslandığı üçün əsassızdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələ lər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya Apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumların müdafiəçilərinin kassasiya şikayəti və ona verilmiş əlavənin əsas dəlili ondan ibarətdir ki, məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəx s2 onlara qarşı irəli sürülmüş ittiham üzrə təqsirləri mötəbər sübutlarla təsdiq edilməmiş, lakin məhkəmələr onların barələrində əsassız və qanunsuz olaraq ittiham hökmü çıxarmışlar. Kassasiya şikayətində və ona verilmiş əlavədə qeyd edilmişdir ki, məhkəmələr məhkumlara qarşı irəli sürülmüş ittihamın tam, obyektiv və hərtərəfli baxılması üçün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və qiymətləndirməmiş, müdafiə tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız imtina etmiş, nəticədə işin hallarını düzgün müəyyən etməmiş və əsassız olaraq Təqsirləndirilən şəxs1 əməlini Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməlini isə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə tövsif edər ək, barələrində qanunsuz olaraq ittiham hökmü çıxarmış, gəldiyi nəticələri mümkün olmayan sübutlarla əsaslandırmışlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayəti və ona verilmiş əlavənin bu dəlillərinə qiymət verərək iş materiallarına əsasən qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini müvafiq olaraq Azərbaycan Respublikası CM-in 221.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilməsə də, onların həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu – zərərçəkmiş şəxslərin və şa hidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyləri və digər sübutlarla məhkəmə istintaqında təsdiq edilmişdir. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilməmələri barədə məhkəmədə verdikləri ifadələri işin faktiki halları ilə və iş üzrə toplanmış digər sübutlarla müqayisəli təhlil edib onların işin hallarına uyğun olmaması və digər sübutlarla təkzib edildiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin ifadələri həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirmişdir. Apelyasiya instansiyası məhkəməsi də apelyasiya şikayətləri üzrə işə baxaraq birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxslərin əməllərinin tövsifi və təqsirlərinin müəyyən edilməsi barədə gəldiy i nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apelyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Belə ki, iş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təq dim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Hökmdən və apelyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apelyasiya instansiyası məhkəmələri cinayət işinin hallarını və məhkumların onlara elan edilmiş ittiham üzrə təqsirli olmalarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkumların əməllərin tövsifinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Təqsirləndirilən şəxs1 əməlini n Azərbaycan Respublikası CM-in 221.3-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməli isə həmin Məcəllənin 221.2.1-ci maddəsi ilə tövsif edilməsi qanuna uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası CM-in 221-ci maddəsinin dispozisiyasından görünür ki, xuliqanlıq dedikdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür. Həmin maddədə xuliqanlıq əməllərinin bir qrup şəxs tərəfindən, yaxud silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi ağırlaşdırıcı (tövsifedici) hallar qismində nəzərdə tutulur. Bir qrup şəxs tərəfindən törədilmi ş xuliqanlıq CM-in 221.2.1-ci maddəsi ilə, silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilmiş xuliqanlıq isə CM-in 221.3-cü maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 23 mart 2004-cü il tarixli qərarında izah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul ol unmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 221-ci maddəsinin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilmə si; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyə tli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, hadisə ictimai yerdə - Bakı şəhəri Nizami Rayon Məhkəməsi qarşısında baş vermiş, təqsirləndirilən şəxslərin hərəkətləri nəticəsində həmin yerdə ictimai qayda kobud surətdə pozulmuş, təqsirləndirilən şəxslər bir qrup şəxs halında zərərçəkmiş şəxslərə qarşı zorakılıq hərəkətləri törətmiş, Təqsirləndirilən şəxs1 əlində olan “İphon5S” markalı telefonla Zərərçəkmiş şəxs1 baş və sifət nahiyələrinə zərbələr vurmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri müvafiq olaraq CM-in 221.3 və 221.2.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in müvafiq olaraq CM-in 221.3 və 221.2.1-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirli olmaları tam sübuta yetirilmiş və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apelyasiya instansiyasında apelyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətlərin bu dəlilini əsassız sayır. Məhku mların müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinin dəlillərindən biri apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olmasıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəld ikdə. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apelyasiya instansiyasında apelyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət ed ilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Zərərçəkmiş şəxslərin kassa siya şikayəti məhkum Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə daha ağır cəza təyin edilməsi barədə verilmişdir. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, məhkum Təqsirləndirilən şəxs1 təyin edilmiş cəza onun törətdiyi cinayətin ağırlığına, işin hallarına və onun şəxsiyyətinə və cinayət törətdikdən sonra davranışına öz yüngüllüyünə görə uyğun gəlmir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəll ənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Azərbayca n Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublika sı CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsi müvafiq olaraq hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş cəzanı dəyişdirmiş və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Kollegiya həmçinin qeyd edir ki, Azərbay can Respublikası CM-in 221.3-cü maddənin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Apelyasiya instansiyası məhkəməsi məhkum Təqsirləndirilən şəxs1 hökmlə təyin edilmiş 3(üç) il müddətə azadlıqdan məhrumetmə cəzasının CM-in 70-ci maddəsinə əsasən şərti olaraq hesab edilməsi barədə müddəları hökmdən xaric etmiş və şəxsə sanksıya həddində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyasının fikrincə Təqsirləndirilən şəxs1 təyin edilmiş cəza onun törədiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və məhkumun şəxsiyyətinə uyğundur. Həmin cəza məhkumun islah edilməsi üçün yetərlidir və cəzanın digər məqsədlərinə cavab verir. Ona görə də kassasiya şikayətinin cəzanın yüngüllüyü barədə dəlilləri ilə razılaşmaq olmur. Belə ki, cinayət işin materiallarında Təqsirləndirilən şəxs1 cəzasının ağırlaşdırılması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətləri və kassasiya şikayə tinə verilmiş əlavənin təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş kassasiya şikayəti və məhkumar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçilə ri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti və həmin kassasiya şikayətinə verilmiş əlavə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar