Məhkəmə qərarları › İş №1(102)-1974/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1974/2023

12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1974/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Məhkum müdafiəçiləri Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyun 2023-cü il tarixli, 1(103)-614/2023 nömrəli qərarından Məhkum müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1993-cü il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixl i, 1120 saylı əfv sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilmiş, Lerik rayonunda qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, yeni yaşayış sahəsində yerləşən fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum naməlum mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 01 ədəd politelin sellofana bükülmüş ümumi xalis çəkisi 1008,325 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini Suraxanı rayonundan əldə edib daşıyaraq üstündə saxlamış, həmin bükümdən 01 ədəd siqareti n qızılı kağızına bükülmüş 2,005 qram ayıraraq şəxsi istifadəsi üçün özünə məxsus «Samsung A32» markalı mobil telefonun üzlüyünün arxa hissəsində gizlətmiş, 18 aprel 2022-ci il tarixdə axşam saatlarında Xəzər rayonu, Binə qəsəbəsi, Yeni yaşayış sahəsində yerləşən Şahid1 məxsus ofis kimi işlətdiyi evdə həmin bükümdən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş 0,180 qram ayıraraq şəxsi istifadəsi üçün Şahid3 və ümumi çəkisi 0,798 qram olmaqla ayrı-ayrılıqda çəkiləri 0,202 qram, 0,309 qram, 0,287 qram ayıraraq şəxsi istifadəsi üçün Şahid1 əvəzsiz olaraq pay vermiş, bundan sonra özündə qalan 1005 qram narkotik vasitə heroini, həmin ünvanda olan divanın daxılında gizlətmiş, 19 aprel 2022-ci il tarixdə Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən Şahid1 ofis kimi işlətdiyi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni yaşayış sahəsində yerləşən evində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə videoçəkilişlə axtarış və götürmə aparılarkən Məhkum məxsus və sonuncu tərəfindən divanın daxılında gizlətdiyi 01 ədəd bükümdə təmiz çəkisi 1005 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində 18 aprel 2022-ci il tarixdə 08:30-da video çəkilişlə Məhkum üzərində şəxsi axtarış zamanı ona məxsus «Samsung A32» markalı mobil telefonun üzlüyünün arxa hissəsindən 01 ədəd bükümdə təmiz çəkisi 2,005 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik va sitə heroin aşkar edilərək götürülmüşdür.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 1(101)-1608/2022 saylı hökmü ilə (hakimlər Azad Məcidov (sədrlik edən), Zeynal Ağayev və Səbuhi Hüseynov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 19 aprel 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Məhkum barəsində nark omaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

4. Hökmdən məhkum olunmuş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, Xəzər rayonu, Binə qəsəbəsi Yeni yaşayış sahəsində yerləşən Şahid1 ofis kimi işlətdiyi evində divanın içərisindən götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1005 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin təqsirləndirilən şəxs Məhkum verilmiş ittihamdan çıxarılması, Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət tərkibi olmadığı üçün ona verilmiş ittihamı həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 noyabr 2022ci il tarixli, 1(101)-1608/2022 saylı hökmünün dəyişdirilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2023-cü il tarixli, 1(103)-614/2023 nömrəli qərarı ilə (hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X1 ibarət tərkibdə) məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 1(101)-1608/2022 saylı hökmünün cəza hissəsində dəyişdirilməsi, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəz asının müddətinin 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2023-cü il tarixli, 1(103)-614/2023 nömrəli qərarından Məhkum müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən birgə kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Məhkum müdafiəçiləri kassasiya şikayətində cinayət işi materiallarında olan sübutlara və bir sıra yerli və beynəlxalq qanunvericilik aktlarına istinadlar edərək qeyd etmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən hərtərəfli, obyektiv, ədalətli və qərəzsiz araşdırma aparılmamış, iş üzrə məhkəmə baxışları zamanı verilmiş ifadələrə və toplanmı ş sübutlara düzgün hüquqi qiymət verilməmişdir.

8. Kassasiya şikayətinin müəllifləri məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2023-cü il tarixli, 1(103)-614/2023 nömrəli qərarının ləğv edilməsini, birinci və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilərək xalis çəkisi 1005 qram narkotik vasitə olan heroinin Məhkum verilmiş ittihamdan çıxarılması, onun əməlinin AR CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməsini xahiş etmişlər.

9. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

10. Qərardan kassasiya protesti verilməmişdir. III. Hüquqi məsələlər

11. Kassasiya instansiyası məhkəməsi nin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 13.Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellya siya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum müdafiəçiləri kassasiya şikayətində onun əməlinin hüquqi tövsifini mübahis ələndirmiş, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.15-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

16. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2023-cü il tarixli, 1(103)-614/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəllə sinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

18. Məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

19. Belə ki, Məhkum əməlinin tövsifinin dəyişdirilərək mübahisələndirilməsi üzrə onun tərəfindən irəli sürülmüş dəlillər apellyasiya məhkəməsi tərəfindən qismən məhkəmə istintaqı keçirilməklə yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə rədd olunması haqqında nəticəyə gəlmişdir.

20. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun müdafiəçilərinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

21. Kassasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəmə istintaqı və apellyasiya məhkəməsi baxışında hər bir sübut məhkəmə prosesində tədqiq edilmiş, qiymətləndirilmiş və qəbul edilmiş qərarlar məhz həmin sübutlara əsaslanmışdır. İş üzrə əhəmiyyət kəsb edən və ittihamın əsasını təşkil edən sübutların məhkəmə prosesslərində tədqiqi Azərbaycan Resp ublikası CPM-in tələblərinə uyğun aparılmışdır.

21. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlanılarkən, mövcud və qismən məhkəmə istintaqı keçirilməklə aparılan apellyasiya icraatı zamanı əldə edilmiş sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün yalnız cəza hissəsində dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol ve rilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

22. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

23. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən məhkumun müdafiəçilərinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2023-cü il tarixli, 1(103)-614/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyun 2023-cü il tarixli, 1(103)-614/2023 nömrəli qərarı Məhkum müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar