Məhkəmə qərarları › İş №1(102)-1974/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1974/2024

30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1974/2024 30.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, Abşeron Rayon Vəkil Bürosunun vəkili Əliyev Ramin Rasim oğlunun iştirakları ilə x xxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, subay, işləməyən, ünvan 1 ünvanda fakt iki yaşamış, halhazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə x xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, himayəsində 2 uşağı olan, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli 1(105)-19/2024 nömrəli hökmündən Məhkum müdafiəçisi, Abşeron Rayon Vəkil Bürosunun vəkili Əliyev Ramin Rasim o ğlu və məhkum Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 1(105)-19/2024 nömrəli hökmü ilə (hakimlər: M.Ə.Rzayev (sədrlik edən), E.E.Rəhimov və E.H.Əhmədov) Məhkum – CM-in 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Təqsirləndirilən şəxs - CM-in 234.4.1 və 237.2.1-ci maddələri ilə verilmiş ittihamların xaric edilməsi, CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, CM-in 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 237.2.3-cü maddəsi ilə 6 (altı) il müddə tə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 1 iyul 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli 1(105)-19/2024 nömrəli qərarı ilə (hakimlər: M.Rzayev (sədrlik edən), E.Rəhimov və E.Əhmədov) verilmiş apellyasiya protesti təmin edilmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli hökmü ləğv edilmişdir. Məhkum CM-in 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək ona CM-in 234.4.1, 234.4.3 maddələri ilə 8 (səkkiz) il müddətinə, CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə 7(yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanmaqla Məhkum qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Məhkum 3 iyul 2021-ci il tarixdən 04 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 il 1 gün (iki il bir gün) müddət CM-in 69.3-cü maddəsinə əsasən, hazırki hökmlə ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 6 il 11 ay 29 gün (altı il on bir ay iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasının əvvəli 25 yanvar 2024-cü il tari xdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Təqsirləndirilən şəxs CM-in 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək ona CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətinə, CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə 6 il 6 ay (altı il altı ay) azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasının əvvəli 1 iyul 2021-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. İşin halları: İttiham aktına görə Məhkum və Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək saxlamış və qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda narkotik tərkibli çətənə bitkilərini kultivasiya etmişlər. Belə ki, o, Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan tarixdə və mənbədən narkotik vasitə olan marixuananın toxumlarını əldə edərək, həmin toxumları 2021-ci ilin yaz aylarında Quba rayonu İsnovqışlaq kəndində yerləşən ümumi sahəsi 0,08 ha olan özünə məxsus həyətyanı sahədə əkərək, cücərmiş külli miqdarda, yəni ümumilikdə 1235 (bir min iki yüz otuz beş) ədəd çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq edərək yetişdirməklə və bəzi hissələrini toplamaqla qanunsuz olaraq kultivasiya etmiş, həmçinin topladıqları çətənə bitkilərindən satış məqsədilə külli miqdarda yəni, 15 kq 500 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı hazırlamaqla əldə edib həmin həyətdə saxlamış və 01 iyul 2021-ci il tarixdə Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Quba rayonu İsnovqışlaq kəndində yerləşməklə özünə məxsus olan torpaq sahəsində quraşdırılmış dəmir və taxta konstruksiyalı istixananın yanındakı su hovuzunun ətrafında dibçəklərdə yaş vəziyyətdə 852 ədəd, ümumi çəkisi 501,0 kiloqram, həmçinin quru vəziyyətdə 383 ədəd, ümumi çəkisi 22,873 qram aqrotexniki qaydada qulluq edilmiş narkotik tərkibli çətənə bitkiləri və şitilləri və həyətdə yerləşən yarım-tikilinin içərisində torpaq örtüyünün üzərindən və yarımtikilinin yanında dəmir lövhələrin üzərindən ümumi çəkisi 15 kq 500 qram narkotik vasitə olan həmin qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul olunması xahiş olunur. Şikayətdə qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum əməlində cinayət təqibini istisna edən halların mövcud olmasına baxmayaraq onun barəsində əsassız və qanunsuz olaraq ittiham hökmü çıxarmışdır. Müdafiəçinin fikrincə, apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara düz gün hüquqi qiymət verməmiş, nəticədə məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Belə ki, iş materiallarından görünür ki, 01 iyul 2021-ci il tarixdə Quba RPŞ-nin sahə inspektoru Şahid10 Məhkum mobil telefonla zəng edib onun təsərrüfatında gözətçilik edən Təqsirləndirilən şəxs tutulması barədə məlumat vermiş və o, Bakıdan Quba şəhərinə gələrək, polis işçiləri tərəfindən ona məxsus olan torpaq sahəsinə baxış keçirilərkən hadisə yerində olmuşdur. Bu fakt, polis əməkdaşları olan sahə inspektoru Şahid10, əməliyyat müvəkkilləri Şahid4, Şahid3, Şahid1, eləcə də kəndin sakinləri X və X ifadələri, Məhkum məxsus mobil telefonun anten dairələrinin göstəriciləri ilə təsdiq olunsa da, apelyasiya məhkəməsi əsassız olaraq hesab etmişdir ki, Məhkum iki gün sonra, yəni 03 iyul 2021- ci ildə tutulmuşdur. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli hökmünün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. İş kassasiya instansiya məhkəməsində baxılanadək məhkum Təqsirləndirilən şəxs cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respubli kası Ali Məhkəməsinə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizələri iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumların ərizələrinin təmin edilməsi ilə bağlı müdafiəçi R.Əliyev və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, Məhkum müdafiəçisi və məhkum Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri məhkumlar tərəfindən geri götürüldüyündən həmin şikayətlər baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdir mək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və məhkumlar Təqsirləndirilən şəxs və Məhkum kassasiya şikayətlərinin geri götürülməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkumlar barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli hökmündən verilmiş kassasiya şikayətləri geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azər baycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum və Təqsirləndirilən şəxs barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli hökmündən məhkum X2 müdafiəçisi və məhkum Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar