Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1976/2023 06.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddə si ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (sədrlik edən hakim: X4) 23 yanvar 2023-cü il tarixli hökmü ilə xx.xx.1989-cu ildə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəlinin 7 sentyabr 2022-ci il tarixdən hesablanması, cəzasını ü mumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə) 24 may 2023-cü il tarixli qərarı ilə məhkum olunmuş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 1(001)138/2023 nömrəli hökmü dəyişdirilmişdir. Həmin hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 3 (üç) il 6 (altı) aya endirilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 2022-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, “Vorovski” adlanan qəsəbədə yerləşən “İron” otelin yanında naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1,996 qram çəkidə narkotik vasitə olan heroini və 1,797 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq evində saxlamış, 7 sentyabr 2022-ci il tarixdə saat 12:00-da Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən 41 sa ylı binanın qarşısında saxlanılaraq Binəqədi RPİ-in 7-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 15:00-da yaşadığı ünvan 3 ünvanında axtarış və götürmə keçirilərkən yataq otağında olan paltar çantasının içindəki kağız qutunun içərisindəki dəmir siqaret qabından iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,778 qram, 1,218 qram, ümumi təmiz çəkisi 1,996 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 1,797 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində heroin izi olan bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində göstərilir ki, birinci instansiya məhkəməsində Məhkum cəzasını yüngülləşdirə n və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan fərqli olaraq, apellyasiya instansiyası məhkəməsi məhkum edilmiş şəxsin cəzasını yüngülləşdirərkən, birinci instansiya məhkəməsinin cəza təyini zamanı onun ilk məhkumluğunu, işin digər hallarını, yəni polis əməkdaşlarının təklifindən sonra narkotik vasitələri özü təqdim edərək maddi sübutun götürülməsində əlavə çətinliklər yaratmamasını nəzərə almadığını qeyd etmiş, sonrakı əsaslandırma hissəsində şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını göstərməklə cəzanın Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası həddində bir il aşağı endirilməsini mümkün hesab etmişdir. Qərarda göstərilənlərə istinad edərək ilk növbədə qeyd edir ki, təqsirləndirilən səxsin ilk dəfə məhkum olunması CM-in 59. 2-ci maddəsinə əsasən məhkəmə tərəfindən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilə bilər və bu xüsusat ittiham tərəfində də mübahisə doğurmur. Lakin, xüsusi vurqulamaq lazımdır ki, sadəcə səxsin ilk məhkumluğu onun cəza müddətinin sanksiyanın minimal həddinə yaxın yüngüləşdirilməsinə əsas vermir və ədalətli sayıla bilməz. İşdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq Məhkum ilk dəfə məhkum olunmasını dolayı yolla cəzanı yüngülləşdirən hal kimi qiymətləndirsə də, sadəcə CM-in 59.2-ci maddəsinə istinadla kifayətlənmiş və hansı səbəbdən bu halın cəzanın həddinin bir il aşağı endirilməsinə əsas verdiyini, bununla, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzlu q yaranmadığını açıqlamamışdır. İşin mübahisəsiz halıdır ki, həm birinci instansiya, həm də apellyasiya baxışlarında Məhkum özünü ona elan edilmiş ittihamda təqsirli bilməmiş, aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etmədiyini iddia etməklə törətdiyi əməlin faktiki tərəflərini etiraf etməmiş və bununla da, məhkəmələrin diqqətini obyektiv həqiqətin müəyyən olunmasından yayındırmağa çalışmışdır. Məhkum yalnız polis tərəfindən saxlanıldıqdan sonra yaşadığı evdə narkotik vasitə və psixotrop maddə saxladığını etiraf etmiş, üzərindən aşkar edilmiş maddələri əldə etdiyi konkret mənbə barədə dəqiq ifadələr verməməklə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparan hüquq-mühafizə orqanları əməkdaşlarına köməklik göstərməmişdir. Məlum olduğu kimi, Məhkum iki fərqli növdən, biri psixotrop maddə olan metamfetamini, digəri narkotik vasitə olan heroini əldə edərək saxlamış, heroinin çəkisi (1,996 qram) şəxsi istehlak miqdarından təxminən 13.3 dəfədən, metamfetaminin çəkisi (1,797 qram) isə 11.9 dəfədən artıq olmuş və hər ikisinin ayrılıqdakı çəkisi külli miqdarın aşağı həddinə yaxınlıq təşkil etmişdir. Göründüyü kimi, Məhkum təyin edilmiş cəzanın həddinin sanskiyanın minimal həddinə yaxın olması istənilən halda ədalətli sayıla bilməz. Ona görə ki, CM-in 234.2-ci maddəsinin sanksiyasında 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur və təcrübədə 3 il 6 ay cəza satış məqsədilə 0.2 - 1 qram çəkilərdə narkotik vasitə olan heroin və ya psixotrop maddə olan metamfetamin əldə etmiş şəxslərə təyin edilən cəzadır. Məhkəmə nin Məhkum cəzasını sadaladığı əsaslarla bir il aşağı endirməsi və düzgün fərdiləşdirməməsi həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuş və eyni əmələ görə məhkum olunmuş digər şəxslərin islah olunmasına mənfi təsir göstərməklə yanaşı, sosial ədalətin bərpasını da təmin etməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin cəzanın həddinin yüngülləşdirilməsi barədə qərarı CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmiş sübutlara əsaslanan, qanuni və əsaslı nəticə kimi qiymətləndirilə bilməz. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası hazırki yekun qərarı qəbul edərkən törədilmiş cinayətin ictimai təh lükəlilik dərəcəsini və xarakterini, törədilməsi hallarını nəzərə almayaraq cəza təyin etmə barədə CM-in 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozmuş, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı izahları düzgün tətbiq etməmiş, nəticədə məhkum edilmiş şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti əsassız aşağı endirilmiş və ona yüngüllüyünə görə ədalətsiz cəza təyin edilmişdir. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsiriəndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2023-cü ii tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin olunması barədə qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyü nü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən norm anın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya protestində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyi n edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi i lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəy yən olunması xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiyası məhkəməsi Məhkum cəza təyini məsələsini həll edərkən yüngülləşdirən və və ağırlaşdıran halın olmamasını müəyyən etmiş və ona Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Apellyasiya Məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən ona ağır cəza təyin edilmiş və cəzasının yüngülləşdirilməsi üçün apellyasiya baxışı zamanı əsaslar müəyyən etmişdir. Apellyasiya məhkəməsi düzgün olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin edilmiş cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq azadlıqdan məhrum etmə cəzasını ədalətli və adekvat hesab etmiş, eyni zamanda təyin edilmi ş cəzanın həddinin aşağı salınmasını mümkün saymışdır. Belə ki, mübahisələndirilən qərarın məzmunundan görünür ki, Apellyasiya məhkəməsi məhkum olunmuş şəxs Məhkum təyin edilmiş cəzanın qanuniliyini və əsaslığını müzakirə edərək birinci instansiya məhkəməsinin ona cəza təyin edərkən onun ilk məhkumluğunu, habelə işin digər hallarını, yəni polis əməkdaşlarının təklifindən sonra narkotik vasitələri özü təqdim edərək maddi sübutun götürülməsində əlavə çətinliklər yaratmamasını nəzərə almaması və ona təyin edilmiş cəzanın təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası hüdudlarından kənara çıxmasa da, onun şəxsiyyətinə uyğun olmayan ağır cəza təyin edilməsi qənaətinə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya mə hkəməsi məhkuma törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin, həmçinin həddinin aşağı salınmasının sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Kassasiya protestində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hal lar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Kassasiya protestinin məzmunundan göründüyü kimi, bununla bağlı irəli sürülmüş dəlillər heç bir hüquqi əsasa söykənməyən əsassız dəlillərdir. Məhkəmə kollegiyası Məhkum açıq-aşkar yüngül cəzanın təyin edilməsi və həmin cəzanın ağırlaşdırılmalı olması barədə kassasiya protestinin dəlillərini əsassız hesab edərək məhkum edilmiş şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının daha sərt cəza növü ilə əvəz edilməsinin məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya protestinin dəlilləri formal mülahizə xarakterli dəlillər olmaqla, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək Məhkum təyin olunmuş cəzanın ağırlaşdırılması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, məhkum edilmiş şəxsə təyin edilmiş cəza da kifayət qədər ciddi və onun törətmiş olduğu cinayət əməlinə uyğundur. Təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Məhkum təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olduğundan və dövlət ittihamçısının kassasiya protestində irəli sürdüyü dəlillər işin faktiki hallarına uyğun olmadığından əsassızdır. Belə ki, Azərbaycan Respublikası K onstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cin ayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhr um etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğundur və onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir, məhkuma təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının həddi ədalətli, qanuni və əsaslıdır. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasın ın 24 may 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1976/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1976/2023
06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver