Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1976/2024 27.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, məhkumun müdafiəçiləri Müdafiəçi və X1 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Su mqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 30 aprel tarixli, 1(105)-303/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (Hakimlər: Nürəddin Hüseynli (sədrlik edən və məruzəçi), Nahid Mirzəyev və Elçin Məmmədov) 1(124)-224/2024 nömrəli 06 mart 2024-cü il tarixli hökmü ilə, xx.xx.1972-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsi, ev 1/4-də qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ayna Sultanova küçəsi, ev 68A-da yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər: Elman Rəhimov (sədrlik edən və məruzəçi), Elman Əhmədov və Məhəmmədəli Rzayevdən ibarət tərkibdə) 2024-cü il 30 aprel tarixli, 1(105)-303/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-224/2024 nömrəli 06 mart 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə tə qsirləndirilmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Buzovna qəsəbəsində istintaqa məlum olmayan mənbədən külli miqdarda əldə etdiyi narkotik vasitə olan kustar üsulla hazırlanmış heroini qanunsuz olaraq üzərində saxlamış, daha sonra həmin heroini xx.xx.2023-cü il tarixdə üzərində Bakı şəhərindən Qusar rayonu Samur qəsəbəsinə qanunsuz olaraq daşımış, xx.xx.2023-cü il tarixdə, saat 14:50-də rayonun Samur qəsəbəsində Qusar RPŞ-nin əməkdaşlarına daxil olmuş məlumat əsasında tutularaq üzərinə "şəxsi axtarış” istintaq hərəkəti keçirilən zaman əynindəki şalvarın sol cibindən qanunsuz olaraq saxladığı və daşıdığı 1 ədəd selofan bükümdə təmiz çəkisi 3,074 qram olan külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA Şİ KAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN VƏ MÜDAFİƏÇİLƏRİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, polis əməkdaşları eyni anda CPM-in 128.3.7, 245.8-ci və 247.9-cıı maddələrinin tələblərini nəzərə almadan axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən onun aparılma qaydasını kobud səkildə pozmuş, sellofon bükümün maddi sübuti əhəmiyyətini istisna edən hərəkətsizliklərə vol verilmiş, səxsi axtarış və götürmə haqqında protokol qanunvericiliyin tələblərinə zidd səkildə tərtib olunmuşdur. Qeyd olunan narkotik vasitə tərəzidə çəkilmədiyi üçün onun ittihamın əsasını təşkil edən mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Həmin sellofan bükümə baxış keçirilməsi və götürmə istintaq hərəkətinin həyata keçirilməsi yenidən mümkün olmadığı, narkotik vasitənin növünə, çəkisinə yaranmış şübhələrin aradan qaldırılması mümkünsüz olduğu üçün ittihamın əsasını təşkil edə bilməzdi. Bundan başqa, şəxsi axtarış zamanı çəkilmiş videogörüntüdən də aydın olur ki, Məhkum narkotik vasitənin ona məxsus olmadığını bildirir. Hətta müdafiəçinin sualına cavab olaraq bildirir ki, “onun üzərində olması o demək deyildir ki, onundur. Onun həmin bükümdən xəbəri yoxdur. Narkotik vasitə istifadəçilərinə də pis baxır”. Həmçinin bükümün yerləşdirildiyi zərfin üzərini imzalamaqdan belə imtina edir. Ümumiyyətlə, videodan da göründüyü kimi Məhkum narkotik vasitənin ona məxsus olmadığını israrla bildirir. Yəni hüquqlarını müdafiə etdiyi şəxs hər vəchlə onlara etirazını bildirir. Baş verənlərin polis əməkdaşları tərəfindən uydurulmuş bir ss enari olduğunu hiss etdirir. Sadəcə təzyiqlərə məruz qaldığı üçün açıq şəkildə fikrini deyə bilmir. Maraqlısı budur ki, şəxsi axtarış zamanı israrla narkotik vasitənin ona məxsus olmadiğını bildirən Məhkum, ilkin ifadəsində guya bükümün ona aid olduğunu demişdi. Daha sonra isə Qusar Rayon Məhkəməsinin 4(029)-7/2023 saylı qərarından da göründüyü kimi barəsində həbs qətimkan tədbiri seçilərkən özünü təqsirli bilməyərək narkotik vasitənin ona məxsus olmadığını demişdir. Bu da bir daha təsdiqləyir ki, Məhkum ilkin etirafedici ifadəsi ibtidai istintaq orqanın ya təzyiqi altında vermiş, ya da ifadəni oxumağına şərait yaradılmamışdır. Yəni Məhkum tək qalmadığı hər fürsətdə narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Məhkumun müdafiəçisi bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməs i yuxarıda göstərdiyi xüsusatları nəzərə almamış, diqqətə çatdırılan halların heç birinə hüquqi qiymət verməmişdir. Apellyasiya məhkəməsi qərar çıxararkən sadəcə olaraq birinci instansiya məhkəməsinin hökmündə istinad etdiyi sübutları sadalamış, tərəfindən verilmiş şikayətə heç bir münasibət bildirməyərək sanki birinci instansiya məhkəməsinin hökmünü öz qərarında təkrarlamışdır. Halbuki, apellyasiya şikayətində qeyd edilən xüsusatların hər biri hüquqi qiymət verilməli olan məlumatlardan ibarət idi. Apellyasiya məhkəməsi həmin dəlilləri araşdırmalı, onları hansı əsasla rədd etdiyini tək-tək əsaslandırmalı idi. Məhkumun müdafiəçisi kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 1(105)-303/2024 nömrəli qərarının ləğv edilməsini, Məhkum barəsində olan cinay ət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində məhkumun müdafiəçiləri X3 və Müdafiəçi məhkəmə iclasında çıxış edərək kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı Yaqut Əliyeva çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 30 aprel tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya ka ssasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkumun müdafiəçisi məhkuma bəraət verilməli olmasını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.1, 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kolleg iyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəmsi hazırki cinayət işi üzrə hərtərəfli, tam və obyektiv araşdırma apararaq məhkumun CM-in 234.1-1-ci maddəsi ilə təqsirli olması qənaətinə gəlmişlər. Məhkəmələr bu zaman konkret sübutlara istinad etmiş və həmin sübutların mötəbər olması ilə bağlı qənaətə gəlmişlər. Məhkəmə kollegiyası həmin sübutların qiymətləndirilməsi il ə bağlı məhkəmələrin mövqeləri ilə razılaşır və həmin sübutların təkrarən sadalanmasına lüzum görmür. Məhkəmə kollegiyası hesab edir ki, təqsirsiliklə bağlı müdafiə tərəfinin mövqeyi əsassızdır və məhkumun əməli CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın həddini müzakirə edərək belə qənaətə gəlir ki, məhkuma təqsirli bilindiyi maddə ilə cəza təyin edilərkən cəzanın növü düzgün müəyyən edilsə də, lakin müddəti düzgün müəyyən edilməmiş, bu zaman məhkumun cəzasını yüngülləşdirən hallar düzgün nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkumun cəzanı yüngülləşdirən hallar yoxdur. Lakin Penitensiar Xidmətin xx.xx.2024-cü il tarixli 945 nömrəli məktubundan görünür ki, Məhkum “Hipertoniya xəstəliyi İİ d ərəcə. 12 barmaq bağırsağın xorası” diaqnozu və “Xroniki qlomerolonefrit. Xroniki böyrək xəstəliyi V mərhələ” diaqnozu qoyulmuşdur. Məhkumun qardaşı X4 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır və müxtəlif orden və medallarla təltif olunmuşdur. Məhkəmə kollegiyası CM_in 59-cu maddəsinə əsasən həmin halları məhkumun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti azaldılmalıdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Yuxarıd a göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 6 mart tarixli, 1(124)-224/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 30 aprel tarixli, 1(105)-303/2024 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası 3 (üç) ilə endirilsin. Qərar kass asiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1976/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1976/2024
27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver