Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1976/2025 14.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, bəraət almış şəxs X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-649/25 nömrəli, 08 may 2025-ci il tarixli qərarından dövlət ittihamçısı Mirzəyev Emil Ağakərim oğlu tərəfində n verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Bəraət almış şəxs X6 xxxxxx-ci il tarixdə Neftçala rayonu, Xıllı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında kirayədə yaşayan. 2. 21 noyabr 2022-ci il tarixli ittiham aktına görə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki o, etibardan sui-istifadə etmə va aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək maksimum bir həftə ərzində onun üçün Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Keşlə” bazarında satmaq məqsədi ilə İran İslam Respublikasından sərfəli qiymətə bölgə, forel va nərə balığı idxal edib gətirəcəyinə dair yalandan vəd verib aldadaraq, ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla 2022-ci ilin mart ayının əvvəllərində istintaqa konkret məlum olmayan tarixdə ünvan 2 ünvanında yerləşən “Kuzə” restoranında Zərərçəkmiş şəxs əvvəlcə 80000 manat pulunu, 2022-ci ilin mart ayının ortalarında istintaqa konkret məlum olmayan tarixdə ünvan 3 ünvanında yerləşən “Nuş Can” çay evində 5000 manat pulunu va yenidən 2022-ci ilin mart ayının ortalarında istintaqa məlum olmaya n digər tarixdə ünvan 4 ünvanında yerləşən “Arpaçay” restoranında 7000 manat pulunu alib ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 92000 manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. 3. 12 dekabr 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə X6 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-118/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli hökmü ilə X3 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə bəraət verilməsi hökm edilmişdir.
5. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, hö kmün ləğv edilməsini, X2 Azərbaycan Respublikası CM-nin178.3.2-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cinayət qanunvericiliyinin müddəalarına uyğun cəza təyin edilməklə məhkum edilməsinə dair ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, cinayət işində ittihamı təsdiq edəcək yetərincə sübutun olmasına baxmayaraq məhkəmə həmin sübutları yox, müdafiə tərəfinin sübutlara “düzgün olmayan yanaşmasını” əsas götürməklə bəraət hökmü çıxarmışdır.
7. Hökmdən Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə2 da birgə apellyasiya şikayəti verib, X2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmasını və mülki iddianın təmin olunması barədə ye ni hökm çıxarılmasını xahiş etmişlər.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-845/2024 nömrəli, 01 avqust 2024-cü il tarixli hökmü ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-118/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli hökmü ləğv edilmiş, X2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 05 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 17 (on yeddi) gün müddətin cəzadan çıxılmaqla üzərində qəti olaraq 05 (beş) il 05 (beş) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkm ə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 01 avqust 2024-cü il tarixdən hesablanması, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın təmin edilməsi, 92000 (doxsan iki min) manat məbləğində pul vəsaitinin X1 tutularaq zərərçəkmiş şəxsə ödənilməsi hökm edilmiş, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən hökmündən məhkumun müdafiəçisi Nurəliyev Rəcəb Rza oğlu kassasiya şikayəti verib, hökmün ləğv edilməsi, X3 bəraət verməklə barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi və zərərçəkmiş şəxsin mülki iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-178/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qərarı ilə ka ssasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-845/2024 nömrəli, 01 avqust 2024-cü il tarixli hökmünün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır.
11. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-649/25 nömrəli, 08 may 2025-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə2 verdikləri apellyasiya şikayətindən imtina edilməsi barədə ərizə təmin edilmiş və onların birgə apellyasiya şikayətinə baxılmasına xitam verilməsi qərara alınmışdır.
12. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-649/25 nömrəli, 08 may 2025-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-118/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
14. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eynidir, dövlət ittihamçısı onları təkrarlamaqla qeyd etmişdir ki, məhkəmə hazırkı iş üzrə qərar qəbul edərkən ittihamın təqdim etdiyi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə müvafiq tədqiq etməmiş, şəxsin təqsirsizliyi barədə məhkəmə qərarının əsasını yolverilməz sübutlar təşkil etmişdir. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulan halları yaradan pozuntular kimi qiymətləndirməklə, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-649/25 nömrəli, 08 may 2025-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.
15. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
16. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
17. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiy indən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
18. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərin ə öz münasibətini bildirir.
19. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
20. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə X3 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə bəraət verilməklə əsassız və qanunsuz qərar qəbul edildiyini iddia edib, kassasiya xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələri ndə məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
21. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-649/25 nömrəli, 08 may 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
22. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməli n (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
23. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
25. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsinin əsaslarına gəldikdə məh kəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində müəyyən edilən qaydalara görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
26. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış s übutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
27. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
28. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları v ə ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin.
29. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmalarının, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin t ələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.
30. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası nəzərə alır ki, baxılan cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin bəraət hökmünü ləğv edərək, qəbul etdiyi yeni ittiham hökmündən təqsirləndirilən şəxsin müdafiəçisinin verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında bundan əvvəl icraatda olmuş, qəbul etdiyi müvafiq qərarında işə baxan əvvəlki məhkəmə kollegiyası müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin hökm qəbul edilərkən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələbləri pozulmuş, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hətərəfli və obyektiv yoxlanılmamış, toplanmış sübutlar düzgün təhlil edilməmişdir. Zərərçəkmiş şəxs və şahidlər işin halları, vaxtı, şəraiti barədə tamamilə ziddiyyətli ifadələr vermiş, apellyasiya instansiyası məhkəməsi həmin ziddiyyətləri araşdırmadan əsassız olaraq yekun nəticəyə gəlmişdir. Buna görə də apellyasiya instansiyası məhkəməsinin hökmü ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına göndərilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisəsi edilən qərarı kassasiya instansiyası məhkəməsinin bax ılan işə aid olan əvvəlki qərarında bildirdiyi hüquqi mövqeyi nəzərə alınmaqla yeni apellyasiya baxışının nəticəsi olaraq qəbul edilmiş, qərarda baxılan kassasiya protestində qaldırılan dəlillərə müvafiq əsaslandırma təmin edilməklə cavablandırma verilmişdir.
32. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarının qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
33. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Q anununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
34. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hiss əsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (“Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 18 mart 2025-ci il).
35. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış məhkəmə təcrübəsinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 maddəsinin 1-ci paraqrafının məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (xüsusilə, məhkəmə baxışının predmetinı hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
36. Yekunlaşaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, baxılan kassasiya müraciətində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin son qənaəti iş materiallarının obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə və formalaşmış məhkəmə təcrübəsinə əsaslandığından, kassasiya müraciətində göstərilənlər isə həmin nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisəsi edilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respu blikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq qənaətini şübhə altına almaq üçün əsas görmür.
37. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
38. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-649/25 nömrəli, 08 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublika sı CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-649/25 nömrəli, 08 may 2025-ci il tarixli qərarı kassasiya protestində münasibətdə dəyişdirilmədən saxlanılsın.