Məhkəmə qərarları › İş №1(102)-1977/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1977/2024

04.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1977/2024 04.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 və Məhkum iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim N.N.Hüseynli, hakimlər N.N.Mirzəyev və E.Q.Məmmədovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxx 1989-cu ildə ünvan2nda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işləməyən, ünvan1ndə qeydiyyatda olmaqla, faktiki ünvan4-də yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 3 fevral 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim M.Ə.Rzayev, hak imlər E.G.Rəhimov və E.M.Əhmədovdan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkməsinin 13 dekabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu istintaqa məlum olmayan “X20” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədilə əldə etdiyi külli miqdarda narkotik vasitələri 500 manat müqabilində deyəcəyi şəxsə verilməsi barədə ümumi razılığa gəlmiş, bu məqsədlə xx xx xx 2023-cü il tarixdə bir qrup şəxs hahnda “X20” adlı şəxsin ünvan5, X21 yol unun kənarında “XXX15” gölü ilə üzbə-üz “XXX20”-in yanında daş hasarın dibinə qoyduğu bir ədəd ağ-qızılı rəngli sellofan torbada iki ədəd polietilen bağlamada ayrı-ayrılıqda çəkiləri 1500,0 qram və 2000,0 qram, ümumi çəkisi 3500,0 qram olan külli miqdarda bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı götürüb satış məqsədilə qanunsuz əldə edərək, daşımış və üzərində saxlamış, xx xx xx 2023-cü il tarixdə saat 21 radələrində XXX25nin əməkdaşları tərəfindən ünvan10ndə saxlanılaraq XXX28nə gətirilib həmin gün saat 22:45dən saat 23:00-a kimi üzərində şəxsi axtarış aparılan zaman əlində olan bir ədəd ağ-qızılı rəngli sellofan torbanın içərisində iki ədəd polietilen sellofan bükülüdə həmin 3500,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona qarşı əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində külli miqdarda narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, daşınması və saxlanılması cinayətinin törədilməsi barədə ittiham irəli sürülmüş, lakin birinci instansiya məhkəməsi tərəfindən sübutlar düzgün tədqiq edilib-qiymətləndirilməmiş, nəticədə o, həmin maddə ilə 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti versə də, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hök mü dəyişdirilmədən saxlamışdır. Kassasiya şikayətinin məzmunundan görünür ki, Məhkum polis əməkdaşlarına öncədən onun 3500 qram marixuananı götürmək üçün gələcəyinin məlum olduğunu və əvvəlcədən Əli kimi tanıdığı şəxsin ona “whatshapp” ani mesajlaşma proqramı vasitəsi ilə şəklini göndərdiyi yerdə onu gözlədiklərini, yəni onun barəsində əməliyyat-axtarış tədbirinin qanunsuz olaraq keçirildiyini düşündüyü üçün, polis əməkdaşlarının provokasiyasına uğradığını hesab edir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yenidən baxılıb ona bəraət verilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası m əhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azə rbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə növündə ağır cəzaya məhkum edildiyini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ona bəraət verilməsi üçün cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi haqqında kassasiya tələb ini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.6, 416.1.11 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum kassasiya şikayətindən görünür ki, o, külli miqdar təşkil edən 3500 qram narkotik vasitəni (qurudulmuş marixuananı) ə slində əldə etmədiyini, polis əməkdaşlarının öncədən ssenariləşdirdikləri provokasiyanın qurbanı olduğunu, məhz onların təhriki ilə mobil telefon vasitəsi ilə əlaqə saxladığı X20 adlı şəxsin dediyi yerdən narkotik vasitəni götürmək üçün getdiyini və orada polislər əməkdaşları tərəfindən saxlanıldığını iddia etməklə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin və əməlində cinayət tərkibinin əlamətlərinin müəyyən edilməməsi haqqında iddiasını və həmin iddiadan irəli gələn apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, məhkum kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutla rı tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instan siyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, təqsirliliyinin və cinayət tərkibinin əlamətlərinin müəyyən edilməməsinə baxmayaraq, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi, lakin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən işi həqiqi halları kimi qəbul edilməyən xüsusatları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətində göstərilənlərlə eyni olan dəlillər Məhkum tərəfindən apellyasiya instansiyası məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayətprosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyalarından (234.2-ci maddəsinin dispozisiyası ilə birlikdə götürülməklə) və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM -in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutla ra isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum əməlində cinayət tərkibinin olması və onun təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Belə ki, hökmdə Məhkum irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsinə əsas verən sübutlar sırasında o cümlədən, onun özünün birinci instansiya məhkəməsində verdiyi ifadəsinə istinad edilmişdir. Həmin ifadəsində isə Məhkum sosial şəbəkədə yazışdığı, İranlı X20 kimi tanıdığı şəxsə narkotik aludəçisi olması barədə məlumat verdikdən sonra X20nin ona narkotik vasitə (qurudulmuş marixuana) göndərəcəyini və ünvan7 ərazisində narkotik vasitəni gizlədəcəyi yerin şə klini ona “whatshapp” ani mesajlaşma proqramı vasitəsi ilə ötürəcəyini bildirdiyini, özünün isə bununla razılaşdığını göstərmişdir. Bu ifadəsində Məhkum X20 kimi tanıdığı şəxslə narkotik vasitənin satışı barədə əlbir olduqlarını inkar edib narkotik vasitəni şəxsi istehlakı üçün X20dən əldə etmək niyyətində olduğunu bildirsə də, hər halda onun ifadəsindən məlum olur ki, o, X20 tərəfindən narkotik vasitənin qanunsuz dövriyyəsinə təhrik olunmamışdır. Məhkəmə hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında istinad olunmuş Məhkumla X20 adlı şəxsin arasında “whatshapp” ani mesajlaşma proqramı vasitəsi ilə aparılan səs yazışmalarının mətni isə Məhkum polis provokasiyasına uğramaması barədə məhkəmə qənaətinin doğru olduğunu təsdiq etməklə yanaşı, məhkəmələrin Məhkum məhz satış məqsədi ilə X20 adlı şəxslə qabaqcadan əlbir olub onunla narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmaq üçün qrup təşkil etmələri barədə qənaətlərində də yanılmadıqlarını göstərir. Belə ki, Məhkumla X20 adlı şəxsin səs yazışmalarında X20nin Məhkum göndərdiyi aşağıdakı məzmunda səs yazısı da vardır: “... sən də orda bir az hərəkət elədə... uşaqlardan bir-iki dənə tap yavaş-yavaş hərəkət eliyək,... 5-3 ayda bir balaca özümüzü tutaq çəkilək qırağa”. Bu səs yazısında X20 yuxarıdakı mətnin ardınca Məhkum narkotik vasitənin gizlədildiyi yeri “konum” göndərməklə bidirəcəyini deyir, Məhkum isə ona narkotik vasitənin qoyulmalı olduğu yer - ünvan9 istiqamətində getdiyini bildirib, “konumu” daha tez göndərməsini X20dən xahiş edir. Cinayət işinə birinci və apellyasiya instansiyası məhkəmələrində ba xılarkən X20 adlı şəxsin polis əməkdaşlarının təhriki ilə hərəkət etməsini təsdiq edən məlumat və ya bununla bağlı şübhəyə əsas yaradan hər hansı bir hal müəyyən edilməmişdir. Əksinə, məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2 və Şahid3 ifadələrinə və cinayət işində olan digər materiallara, o cümlədən hazırkı cinayət işindən başqa cinayət işinin ayrılmasına dair müstəntiqin 20 may 2023-cü il tarixli qərarına əsasən müəyyən edilmişdir ki, Məhkum narkotik vasitənin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması barədə məlumat əməliyyat yolu ilə əldə olunmuş, X20 adı ilə hazırkı işdə keçən şəxs barədə isə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət təqibinin aparılması üçün cinayət işi ayrılmışdır. Hökmdə istinad olunmuş, Məhkum üzərinə müdafiəçinin iştirakı ilə “şəxsi axtarışın keçirilməsi haqqında” 3 fevral 2023-cü il tarixli protokola, o cümlədən şəxsi axtarışın videoyazısına, habelə məhkəmə-kimyəvi ekspertizasının 4 fevral 2023-cü il tarixli 7/160 nömrəli rəyinə və Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş İ Siyahıya (cinayət törədildiyi zamanı mövcud olmuş redaksiyasına) əsasən Məhkum şəxsi axtarış zamanı götürülmüş narkotik vasitə 3500 qram qurudulmuş marixuana olmaqla külli miqdar təşkil edir. Adları çəkilən və digər sübutlar hökmdə, eləcə də apellyasiya instansiyası məhkəməsinin yekun qərarında təsvir edilib m üdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunda olan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, sübutların hamısını yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, məhkəmələrin Məhkum irəli sürülmüş ittihama müvafiq olaraq CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyinin sübuta yet irilməsinə, əməlində həmin maddələrdə nəzərdə tutulmuş cinayətin tərkibinin olmasına dair qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, Məhkum şəxsiyyətindən, o cümlədən cəzanı ağırlaşdıran hal qismində CM-in 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin təhlükəli residivinin müəyyən olunmasından, cəzanı yüngülləşdirən halların isə olmamasından, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirindən çıxış edib Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə 9 il müd dətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə cəza hissəsində də hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58, 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində qeyd edilən, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan 416.1.1-416.1.3, 416.1.6, 416.1.11 və 416.1.21-ci maddələrində təsbit olu nmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 22 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 22 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar