Məhkəmə qərarları › İş №1(102)-1977/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1977/2025

22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1977/2025 22.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, X6 Azərbaycan Respublikası CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi Bakı Apellyasiya Məhkəməsinin Cinay ət kollegiyasının 2025-ci il 9 aprel tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X3 (sədrlik edən), X8 və X4 qızından ibarət tərkibdə) 2025-ci il 14 yanvar tarixli, 1(101)-425/2025 nömrəli hökmü ilə, xx.xx.1989-cu ildə Qazax rayonu Eynallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, X11 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhru m etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət hazırda təyin edilmiş əsas cəza müddətindən çıxılaraq üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin “7” iyun 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X16 və X9 ibarət tərkibdə) 2025-ci il 9 aprel tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İbtidai araşdırma orqanı tərəfindən Məhkum ona görə ittiham olunur ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşyanı tətbiq etməklə özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorun tətbiq ediləcəyi hədəsi ilə basqın edərək quldurluq etmişdir. İttihama əsasən, o, tanışı Şahid2 ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvandan söhbət etmək bəhanəsi ilə çağırıb Bakı şəhəri, Sabunçu rayonu, Ramana qə səbəsi, Ə.Əliyev küçəsi 5-ci döngənin yaxınlığına dəvət etmiş, həmin ünvanın yaxınlığında Şahid2 iştirakı ilə hücuma məruz qalmış şəxs Zərərçəkmiş şəxs əl və ayaq zərbələri ilə vurmaqla həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq etməklə silah qismində istifadə edilən istintaq zamanı müəyyən edilməyən bıçaqla belə zorakılıq tətbiq edərək basqın edib sonuncuya alın nahiyəsinin əzilmiş yarası, hər iki göz konyuktivasına və ağlı qişaya qansızmalar ilə müşayiət olunan hər iki gözətrafı-almacıq-yanaq nahiyələrinin dərialtı hematomaları ilə müşayiət olunan ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən, burun nahiyəsinin qançırı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün d ərəcələri təyin edilməyən xəsarətlər yetirib əynində olan qara rəngli şalvarının sol yan cibindən 375 manat pulu talamaqla ümumilikdə Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurub quldurluq etmişdir. Birinci instansiya məhkəməsi hökmdə belə müəyyən etmişdir ki, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələrlə, yəni hadisə zamanı Zərərçəkmiş şəxs onun əmlakını açıq talama məqsədilə əvvəlcədən razılaşaraq Şahid2 ilə qabaqcadan əlbir olaraq əl və ayaq zərbələrilə vurmaqla həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq etməklə silah qismində istifadə edilən, istintaq zamanı müəyyən edilməyən bıçaqla belə zorakılıq tətbiq edərək basqın edib sonuncuya alın nahiyəsinin əzilmiş yarası, hər iki göz konyuktivasına və ağlı qişaya qansızmalar ilə müşayiət olunan hər iki gözətrafı-almacıq-yanaq nahiyələrinin dəri altı hematomaları ilə müşayiət olunan ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən burun nahiyəsinin qançırı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirib əynində olan qara rəngli şalvarının sol yan cibindən 375 manat pulu talamaqla quldurluq törətməsi barədə ittihamın təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs əmlakını açıq talama məqsədilə əvvəlcədən razılaşaraq əlbir olduğu digər bir şəxslə ittihamda göstərildiyi tarixdə, vaxtda və yerdə döyməsi və ittiham aktında göstərilən ümumilikdə və ayrı-ayrılıqda qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən, həmçinin burun nahiyəsinin qançırı ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirib şalvarının sol yan cibindən 375 manat pulu talaması hissəsində sübuta yetirilsədə, onun zərərçəkmiş şəxsə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq etməklə silah qismində istifadə edilən istintaq zamanı müəyyən edilməyən bıçaqla belə zorakılıq tətbiq edərək basqın etməklə quldurluq törətməsi xüsusatı sübuta yetirilməmişdir. Bu səbəbdən, Məhkum cinayət əməli CM-in 180.2.1 və 180.2.4-cü maddələrinə tövsif edilmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq və məhkəm ə baxışı zamanı ifadələrində göstərmişdir ki, 01 iyul 2023-cü il tarixdə saat 21 radələrində tanışı Zərərçəkmiş şəxsla aralarında mübahisə zamanı əl və ayaq zərbələri ilə sonuncunun bədənin müxtəlif nahiyələrinə zərbələr vurmuş, İlhamı döyməsinin səbəbi isə onun narkotik vasitələrin satışı ilə məşğul olması olmuşdur. (cild 2, iş vərəqi 18-20, məhkəmə iclasının protokolu) Məhkəmə tibbi ekspertiasının xx.xx.2023-cü il tarixli, 1555 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs alın nahiyəsinin əzilmiş yarası, hər iki göz konyuktivasına və ağlı qişaya qansızmalar ilə müşayiət olunan hər iki göz yuvası ətrafı-almacıq-yanaq nahiyələrinin dərialtı hematomaları, burun nahiyəsinin qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsv iri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən alın nahiyəsinin əzilmiş yarası, hər iki göz konyuktivasına və ağlı qişaya qansızmalar ilə müşayiət olunan hər iki göz yuvası ətrafı-almacıq-yanaq nahiyələrinin dərialtı hematomaları ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Burun nahiyəsinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. (iş vərəqə cild İ, sah 170-171) Yuxarıda qeyd edilən həmin rəy ittiham tərəfinin təqdim etdiyi sübut kimi tədqiq edilib qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşyanı tətbiq etməklə özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorun tətbiq ediləcəyi hədəsi ilə basqın edərək quldurluq etməsi faktı təqsirləndərilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin hadisə yerində dindirmə protokolu, həmçinin, iş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1555 saylı rəyi və cinayət işinin digər sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkəmənin hökmündən də müəyyən olunur ki, Məhkum özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid2 ilə birlikdə Zərərçəkmiş şəxs əl, ayaq və bıçaqla yetirdiyi fiziki zərbələr nəticəsi ndə Zərərçəkmiş şəxs alın nahiyəsinin əzilmiş yarası, hər iki göz konyuktivasına və ağlı qişaya qansızmalar ilə müşayiət olunan hər iki göz yuvası ətrafı-almacıq-yanaq nahiyələrinin dərialtı hematomaları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Göründüyü kimi, məhkəmələr Məhkum quldurluq cinayəti törətməsi ilə bağlı sübutların tədqiqinə və qiymətləndirilməsinə dair yanlış mövqedən çıxış etməklə ittihamın əsasını təşkil edən sübutlara düzgün qiymət verməmiş, qeyri-obyektiv təhlil aparmaqla obyektiv həqiqəti müəyyən etməmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 vƏ 181.2.5-ci maddələri ilə təqsirləndirilməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsin in cinayət kollegiyasının xx.xx.2025ci il tarixli qərarının ləğv olunmasını və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin olunmasını və X6 Azərbaycan Respublikası CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 9 aprel tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhk əməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində Məhkum cinayət əməlinin qanunsuz və əsassız olaraq daha yüngül maddəyə tövsif edilməsini mübahisələndirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-cü maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kolleg iyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məh rum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun dü zgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, hə r iki məhkəmə instansiyası cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə yüngül bədən xəsarətinin yetirilməsi faktını qəbul etmiş, məhkəmə-tibb ekspertizasının rəyini bu hissədə mübahisləndirməmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" xx.xx.2005-ci il tarixli, 1 saylı qərarının 23-cü bəndinin 3-cü abzasına əsasən həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Göründüyü kimi, Ali Məhkəmənin Plenumu təqsirləndirilə n şəxsin əməlinin CM-in 180-ci və ya 181-ci maddəsi ilə tövsif edilməsinin sərhədini zərərçəkmiş şəxsə yetirilən bədən xəsarətinin ağırlıq dərəcəsindən asılı etmişdir. Lakin apellyasiya instansiyası məhkəmə hadisə nəticəsində zərərçəkmiş şəxsə yüngül bədən xəsarətinin yetirilməsi faktını qəbul etsə də, lakin Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarının tələblərinə uyğun olaraq, CM-in 181.1-ci maddəsinin dispozisiyasında tövsifedici əlamət kimi nəzərdə tutulmuş zərərçəkmiş şəxsin “sağlamlığı üçün təhlükəli zorakılıq” baxımından araşdırmanı düzgün aparmamış, nəticədə sübutların qiymətləndirilməsində yanlışlığa yol vermişdir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.1, 416.1.2-ci və 416.1.3-cü m addələrində nəzərdə tutulmuş pozuntulara yol verildiyini qeyd edir və hesab edir ki, bu pozuntular apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən 9.4.2025-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya qaydasında apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini şərtləndirir. Belə qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün hesab etmir. Belə ki, CPM-in 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qaba qcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 14 yanvar tarixli, 1(101)-425/2025 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təq sirli bilinib məhkum edilmiş X11 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 9 aprel tarixli, 1(103)-638/2025 nömrəli qərarı ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar