Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1978/2023 16.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-51/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş ka ssasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1985-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki nəfər azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamışdır. 2. 30 dekabr 2020-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmək məqsədi ilə X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 27 mart 2020-ci il tarixdə istifadə etdiyi mobil telefonu vasitəsi ilə X4 qeyd etdiy i ünvana, yəni sonuncunun yaşadığı ünvan 2ylı mənzilə gedib oradan satış məqsədi ilə qanunsuz olaraq, 01 (bir) ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 39,460 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib, həmin şəffaf sellofan paketi əynində olan tünd göy rəngli gödəkcəsinin sağ yan cibində saxlamaqla daşımış, 27 mart 2020-ci il tarixdə, saat 21:10 dəqiqədə Nərimanov rayon polis idarəsinin və Nərimanov rayon polis idarəsinin 7-ci polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Nərimanov rayon polis idarəsinin inzibati binasına gətirilmiş və orada üzərinə baxış keçirilən zaman əynində olan tünd göy rəngli gödəkcəsinin sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 3 9,460 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. 3. 08 fevral 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum, ünvan 5 ünvanına gedib mənzildən satış məqsədi olmadan qanunsuz olaraq, 01 (bir) ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 39,460 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib, həmin şəffaf sellofan paketi əynində olan tünd göy rəngli gödəkcəsinin sağ yan cibində saxlamaqla daşı mış, 27 mart 2020-ci il tarixdə, saat 21:10 radələrində Nərimanov rayon polis idarəsinin və Nərimanov rayon polis idarəsinin 7-ci polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 6 ünvanının yaxınlığında saxlanılaraq Nərimanov rayon polis idarəsinin inzibati binasına gətirilmiş və orada üzərinə baxış keçirilən zaman əynində olan tünd göy rəngli gödəkcəsinin sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 39,460 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 1(101)-613/2021 nömrəli hökmü ilə (həmin hökmdəki anlaşılmazlığın aradan qaldırılması barədə məhkəmənin 13 iyul 2021-ci il tarixli qərarında nəzərə alınmaqla) Məhkum Azərbay can Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, həbsdə və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay 25 (iyirmi beş) gün təyin edilən cəzadan çıxılmaqla üzərində 01 (bir) il 08 (səkkiz) ay 05 (beş) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 23 dekabr 2020-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti və şikay ətə əlavə verilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1496/2021 nömrəli, 17 sentyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya protestinin təmin edilməmiş, apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-613/2021 nömrəli, 30 iyun 2021-ci il tarixli hökmünün apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsi, Məhkum tutulduğu və faktiki olaraq ev dustaqlığında saxlanıldığı ümumi müddət olan 08 (səkkiz) ay 13 (on üç) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş ümumi cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 17 (on yeddi) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qəra rından dövlət ittihamçısı kassasiya protesti vermişdir.
9. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)569/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)1496/2021 nömrəli, 17 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır
10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-51/2023 nömrəli, 13 aprel 2023-cü tarixli hökmü ilə apellyasiya protesti və apellyasiya şikayəti ilə əlavəsi qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 1(101)-613/2021 nömrəli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CMnin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, ibtidai istintaq dövründə tutulduğu və faktiki olaraq ev dustaqlığında saxlanıldığı müddətlər olan 08 (səkkiz) ay 13 (on üç) gün və təyin edilmiş cəzadan çəkilmiş 01 (bir) il 27 (iyirmi yeddi) gün (barəsində amnistiya aktı tətbiq edilərək azad edildiyi günədək) Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 13 aprel 2023-cü il tarixdən hesablanması hökm edilmişdir.
11. Apellyas iya instansiyası məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
12. Müdafiəçi2 Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibinin olmadığını, törədilən əməlin səhv tövsif edildiyini iddia etməklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)51/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli hökmünün ləğv edilməsini və cinayət işi üzrə yeni qərar qəbul edilməsini xahiş edir.
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-P rosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli o laraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
18. Müdafiəçi2 kassasiya şikayətində Məhkum törətdiyi cinayət əməlinin düzgün tövsif edilmədiyini iddia edərək, xahişini faktiki olara q Azərbaycan Respublikası CPMnin 416.1.15-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
19. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-51/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
20. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnı z bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
21. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqs irləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
24. Baxılan işdə apellyasiya instansiyası məhkəməsi ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları hazırda mübahisələndirilən qərarında istinad edilən maddi və prosessual cinayəthüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrıayrılıqda və məcmu halında bir daha araşdırmış və təkrar araşdırmanın nəticəsində haqlı olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsin in təsdiqi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı şahid qismində dindirilmiş X4 ifadəsinin təhlili, digər şahidlərin ifadələri, maddi sübut, tədqiq olunmuş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, maddi sübutlar və işdə olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə məhkumun müdafiəçisinin apellyasiya şikayətində irəli sürdüyü dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhku m törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
26. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, apellyasiya instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm qəbul etmişdir.
27. Qeyd olunanlar ape llyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən hökmün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
28. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-51/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-51/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.