Məhkəmə qərarları › İş №1(102)-1978/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1978/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1978/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 may 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Fəhmin Hümbətov (sədrlik edən və məruzəçi), Hafiz Əliyev və Aynur Rzayeva) 25 avqust 2022-ci il tarixli 1(124)-65/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3 və 240.1-ci maddələri ilə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum 13 mart 2023-cü il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 1(124)-65/2022 nömrəli hökmündən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət edərək, hökmdən apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakim Fəhmin Hümbətov) 04 may 2023-cü il tarixli 1(124)-65/2022 nömrəli qərarı ilə vəsatət rədd edilmişdir. Məhkum Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 04 may 2023-cü il tarixli 1(124)65/2022 nömrəli qərarından apellyasiya şikayəti verərək, müddətin bərpasına dair vəsatətinin təmin olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Azər İsmayılov (sədrlik edən və məruzəçi), Ruhiyyə Əsgərova və Rəşadət Ağayev) 25 iyul 2023-cü il tarixli 1(105)-456/2023 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 04 may 2023-cü il tarixli 1(124)-65/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qərardan məhkum tərəfindən 11 mart 202 4-cü il tarixli kassasiya şikayəti verilmişdir. Eyni zamanda Sumqayıt Apellyasiya Məhkəməsinin 25 iyul 2023-cü il tarixli 1(105)456/2023 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət verilmiş, vəsatət onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 25 iyul 2023-cü il tarixli qərarını gec almış, hüquqi savadı olmadığı üçün kassasiya şikayəti vermə müddətinin 1 il olduğunu güman etmiş, bu səbəbdən kassasiya şikayətinin verilməsi üçün prosessual müddəti üzrlü səbəbdən ötürmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Azər İsmayılov (sədrlik edən və məruzəçi), Ruhiyyə Əsgərova və Rəşadət Ağayev) 07 may 2024-cü il tarixli, 1(105)-456/2023 nömrəli qərarı ilə Məhkum kassasiya şika yətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 may 2024-cü il tarixli 1(105)-456/2023 nömrəli qərarının ləğv edilməsi, buraxılmış müddətin bərpasına dair vəsatəti təmin edilməklə işinin apellyasiya qaydasında baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hökmündən narazı olduğu üçün vaxtında apellyasiya şikayəti vermiş, lakin ona məlum olmayan səbəblərdən 3 saylı İstintaq Təcridxanasının əməkdaşlarının səhlənkarlığı ucbatından apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinə gedib çatmamışdır. Bir müddət gözləy əndən sonra o məcbur olub müddətin bərpasına dair vəsatətlə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə müraciət etmiş, lakin Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vəsatətini təmin etməmişdir. Onun hüquqi savadı yoxdur və o, apellyasiya məhkəməsinin həmin qərarından kassasiya şikayətinin verilmə vaxtın 1 ay olmasını bilmirdi. Onun kassasiya şikayəti müddət buraxılmaqla verildiyindən Sumqayıt Apellyasiya Məhkəməsinə geri qaytarılmış, məhkəmə iclasında hazırda qeyd edilən ardıcıllıqla məlumat versə də, onun vəsatəti təmin edilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasın ın 07 may 2024-cü il tarixli 1(105)-456/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətinin baş lıca dəlili ondan ibarətdir ki, məhkəmə tərəfindən onun kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatəti əsassız təmin olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, məhkum barəsində olan apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək müddətini buraxmışdır. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 25 iyul 2023-cü il tarixli qərarı Məhkum iştirakı ilə elan edilmiş, həmin qərar Məhkum təqdim edilməsi və şəxsi işinə əlavə edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinə göndərilmiş və məhkum tərəfindən 11 avqust 2023-cü il tarixdə qəbzə imza edilməklə qəbul edilmişdir. Azərbaycan Respublikası CPM-in 410.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasi ya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə bu qərardan onun çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən bir ay müddətində kassasiya şikayəti verilir. Cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli, 1(105)-456/2023 nömrəli qərarından kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş 1 aylıq prosessual müddətin axımı məhkuma münasibətdə 12 avqust 2023-cü il tarixdən başlamış 12 sentyabr 2023-cü il tarixdə başa çatmışdır. Məhkum Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2023-cü il tarixli qərarından kassasiya şikayəti 11 mart 2024-cü il tarixdə vermişdir. Azərbaycan Respublikası CPM-in 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda v ə bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı iş üzrə məhkum tərəfindən kassasiya şikayətinin qanunla müəyyən edilmiş 1 ay ərzində verilməsinə mane olan üzrlü səbəblər müəyyən edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 may 2024-cü il tarixli, 1(105)-456/2023 nömrəli qərarında da bu hallar təhlil edilib və onlara münasibət bildirilmişdir. Həmçinin məhkumun kassasiya şikayətində qeyd edildiyi kimi onun tərəfindən qanun la müəyyən edilmiş müddətdə apellyasiya şikayətinin verilmə halı müəyyən edilməmiş və müdafiə tərəfi bu barədə hər hansı bir sənəd təqdim edə bilməmişdir. Bundan əlavə məhkumun ağır xəstəliyə düçar olması da iş materialları və ya hər hansı tibbi sənədlə təsdiq edilmir. Məhkəmə kollegiyası məhkumun Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2023-cü il tarixli qərarından qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olduğunu nəzərə alaraq, onun məhkəmə qərarından şikayət vermək hüququnun pozulmasına dair kassasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Sumqayıt Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 may 2024-cü il tarixli, 1(105)456/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 may 2024-cü il tarixli, 1(105)-456/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar