Məhkəmə qərarları › İş №1(102)-1979/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1979/2022

28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1979/2022 28.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Cəfərov Vidadi Cəfər oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum Müdafiəçi – “Prospekt” Vəkil Bürosunun vəkili Məmmədov Məhəmməd Əzi oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkə məsinin 22 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Samir Əliyev (sədrlik edən və məruzəçi) Cavid Hüseynov və Eldar İsmayılov) xx xxxxxx 1965-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, xxx yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 28 aprel 2021-cı il tarixdən hesablanması, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın qismən təmin edilməsi, təqsirləndirilən şəxs (mülki cavabdeh) Məhkum 330.440 (üç yüz otuz min dörd yüz qırx) manatın tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi, tələbin Məhkum adına olan olan “VAZ-2101” markalı, **-OH-*** dövlət nömrə nişanlı minik avtomobilinə yönəldilməsi hökm edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Babayev Zəki Baba oğlu (sədrlik edən, məruzəçi hakim), İbrahimli İbrahim Adil oğlu və Şirino v Ziya Allahverdi oğlundan ibarət tərkibdə) 01 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2022-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum, özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 10 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 906 ünvanında yerləşən X2 **********44-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan sahəsi 0,1 hektar olan torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş, sahəsi 231,6 k vadrat metr olan fərdi yaşayış evini Zərərçəkmiş şəxs göstərərək torpaq sahəsi və fərdi yaşayış evinin faktiki olaraq özünə məxsus olmasını və yeznəsi kimi təqdim etdiyi Şahid5 adına rəsmiləşdirməsini bildirməklə, həmin torpaq sahəsi və fərdi yaşayış evinin alqı-satqısını 238.000 manata həyata keçirəcəyi ilə bağlı Zərərçəkmiş şəxs yalan vədlər verərək, faktiki olaraq qeyd olunan torpaq sahəsi və fərdi yaşayış evinin alqısatqısını həyata keçirmək niyyətində olmadan Zərərçəkmiş şəxsla Şahid5 arasında sonuncunun **********82-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olmaqla "xxxx" BOKT ASC-də 10 iyul 2018 və 24 aprel 2019-cu il tarixli kredit müqavilələrinin təminatı kimi qeyd olunan tarixlərdə tərəflər arasında imzalanan İpoteka və sonrakı İpoteka müqavil ələrinin predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1522V ünvanında yerləşən və əvvəlcədən qiymətini Şahid5la 115.000 manata razılaşdığı sahəsi 0,022 hektar olan torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş sahəsi 120 kvadrat metr olan fərdi yaşayış evi ilə bağlı 17 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri, 14 saylı notariat ofisində 4Ə-781 reyestr nömrəli alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsinə nail olmaqla Zərərçəkmiş şəxs notariusun "xxxx" ASC-nin 5 saylı şöbəsində olan **********00001AZM38 nömrəli depozit hesabına keçirdiyi ümumilikdə 238.000 manat puldan "xxxx" BOKT ASC-yə ödəniləcək kredit məbləği 49.525 manat 81 qəpik, alqısatqı müqaviləsinə əsasən tutulmuş vergi olaraq 3.438 manat çıxıldıqdan sonra Şahid5 həmin hesabdan çıxardığı ümum ilikdə 185.036 manat 19 qəpik puldan 62.000 manat pulu sonuncuya verməklə həmin pulun qalan hissəsini, yəni 123.036 manat 19 qəpik pulu ələ keçirərək Zərərçəkmiş şəxs külli miqdarda, yəni 123.036 manat 19 qəpik ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2019- cu ilin noyabr ayının axırlarında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü yaşayış massivi, 195C ünvanında yerləşən X4 **********40-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan sahəsi 0,03 hektar olan torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş sahəsi 236,8 kvadrat metr olan fərdi yaşayış evini Zərərçəkmiş şəxs göstərərək torpaq sahəsi və fərdi yaşayış evinin faktiki olaraq özünə məxsus olmasını və xalası oğlu k imi təqdim etdiyi Şahid2 adına rəsmiləşdirməsini bildirməklə, həmin torpaq sahəsi və fərdi yaşayış evinin alqı-satqısını 250.000 manata həyata keçirəcəyi ilə bağlı Zərərçəkmiş şəxs yalan vədlər verərək, faktiki olaraq qeyd olunan torpaq sahəsi və fərdi yaşayış evinin alqı-satqısını həyata keçirmək niyyətində olmadan Zərərçəkmiş şəxs oğlu Şahid1 ilə Şahid2 arasında sonuncunun **********7710301 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 75İD ünvanında yerləşən və əvvəlcədən qiymətini Şahid2la 55.000 manata razılaşdığı sahəsi 0,02 hektar olan torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş sahəsi 89,5 kvadrat metr olan fərdi yaşayış evi ilə bağlı 03 dekabr 2019-cu il tarixdə Bakı şəhəri, 1 4 saylı notariat ofisində 4Ə1058 reyestr nömrəli alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsinə nail olmaqla Zərərçəkmiş şəxs notariusun "xxxx" ASC-nin 5 saylı şöbəsində olan **********00001AZM38 nömrəli depozit hesabına keçirdiyi 250.000 manat puldan alqı-satqı müqaviləsinə əsasən tutulmuş vergi olaraq 2.597 manat çıxıldıqdan sonra Şahid2 həmin hesabdan çıxardığı ümumilikdə 247.403 manat puldan 55.000 manat pulu sonuncuya verməklə həmin pulun qalan hissəsini, yəni 192.403 manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs külli miqdarda, yəni 192.403 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2020-ci ilin yanvar aymın əvvəllərində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü yaşayış massivi, 1522V ünvanında yerlə şən Şahid5 **********82-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan sahəsi 0,022 hektar olan torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş sahəsi 120 kvadrat metr olan fərdi yaşayış evinin Zərərçəkmiş şəxs ilə, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 75İD ünvanında yerləşən Şahid2 **********77-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan sahəsi 0,02 hektar olan torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş sahəsi 89,5 kvadrat metr olan fərdi yaşayış evinin Şahid1 ilə alqı-satqısının rəsmiləşdirilməsinə nail olmasına baxmayaraq, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 906 ünvanında yerləşən X2 **********44-10301 reyestr nömrəli dövlət reyestrindən çı xarışa əsasən xüsusi mülkiyyətində olan sahəsi 0,1 hektar torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş sahəsi 231,6 kvadrat metr və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 195C ünvanında yerləşən X4 **********40-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan, sahəsi 0,03 hektar torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş sahəsi 236,8 kvadrat metr olan fərdi yaşayış evlərini real dəyərindən ucuz qiymətə satmasını Zərərçəkmiş şəxs bildirib, sonuncuya həmin torpaq sahələri və evlərin real dəyəri kimi əlavə olaraq 15.000 manat da ödəməli olduğuna inandırıb aldatmaqla, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 195C ünvanında yerləşən X5 məxsus fərdi yaşayış evinin qarşısında küçədə Zərərçəkmi ş şəxs 15.000 manat pulunu ələ keçirməklə, Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 15.000 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətində, apellyasiya məhkəməsinin işin faktiki hallarına uyğun düzgün nəticəyə gəlmədiyini, ona istinad edilən maddə üzrə özünü təqsirli bilmədiyi, mülki xarakterli münasibətlər olduğunu, sübutların tədqiqində səhvə yol verildiyi qeyd edilmişdir. Belə ki, zərərçəkmiş şəxsin yeganə məqsədi faizə verdiyi pul məbləğlərinin qarşılığında əsassız olaraq varlanmaqdır. Ondan şikayət edən şəxsin razılığı ilə faizlə həmin pulu götürmüş, uzun müddət ərzindədə həmin şəxsə mütəmadi olaraq faizlər vermişdir. Lakin son dövrdə müəyyən maddi çətinliklər olduğundan faizləri qaytara b ilməmişdir. Buna görə də aralarında mübahisə yaranmışdır. Onunla zərərçəkmiş şəxs arasında olan mübahisə və münasibət tamamilə mülki xarakterlidir. Buna baxmayaraq, əsassız olaraq ittiham edilmiş, daha sonra isə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Eyni zamanda himayəsində bir azyaşlı övladının olmasına və dəymiş ziyanı qismən ödəməsinə baxmayaraq məhkəmələrin təyin etdiyi cəza törədilmiş əməlin ədalətli hüquqi nəticəsi olmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini, eyni zamanda, məhkəmə təqsirli olması barədə nəticəyə gələrsə barəsində CM-nin 62-ci və ya 70-ci maddəsinin tətbiq edilməsini xahiş edir. Kassasiya instan siyası məhkəməsində Məhkum çıxış edərək, Zərərçəkmiş şəxs pulu götürdüyünü, bu yaxınlarda zərərçəkmiş şəxslə barışıq əldə etdiklərini, zərərçəkmiş şəxslərin ona qarşı hüç bir şikayət və tələblərinin olmadığını, himayəsində övladının və 77 yaşlı anasının olduğunu bildirib, kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi M.Ə.Məmmədov çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxs ilə Zərərçəkmiş şəxs arasında barışığın əldə edildiyini, dəymiş ziyanın tam ödənildiyini bildirib, kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin pr okuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayəti və ona əlavənin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi ü zrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində, barəsində təyin edilmiş cəzanın ağır olduğu və törədilmiş cinayət əməlinin ədalətli nəticəsi olmadığı, eyni zamanda barəsində olan iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı, sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2022ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Məhkum kassasiya şikayətin in dəlillərindən müəyyən olunduğu kimi, ona verilmiş ittiham - külli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi ilə bağlı heç bir cinayət xarakterli hərəkətlərə yol vermədiyini, əsassız və qanunsuz olaraq (təqsirliliyi sübuta yetirilmədən) məhkum edilməsi barədə iddialarını məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməs i birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya məhk əmə kollegiyası məhkumun kassasiya şikayətinə(o cümlədən Məhkum təqsirliliyinin sübuta yetirilməməsi haqqında iddialara) baxarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsində əsasən sübutların top lanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsa sən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanı lmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş külli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bununla belə cəza məsələsi müzakirə edən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2022-ci il tarixli qərarı cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qey d edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməs i Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olu nması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünü n aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, t əyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xara kteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Kassasiya məhkəmə araşdırması zamanı təqdim edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təstiq edilmiş ərizəsində ona dəymiş ziyanın Məhkum tərəfindən tam ödənildiyi, onun ilə barışdığı və ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar aşağıdakılardır:.......59.1.12 - zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; 59.1.13 - cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; Məhkəmə kollegiyası Məhkum cəzasını yüngülləşdirən və ziyanın tam həcmdə ödənilməsini CM-nin 59.1.13-cü, onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini isə CMnin 59.1.12-ci maddələrində nəzərdə tutulmuş hallar kimi qiymətləndirib, həm də iş üzrə CM-nin 61-ci maddəsində göstərilmiş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsindən çıxış edərək məhkum olunmuş şəxsin cinayət törətməyə meylli şəxs olmaması və onun cəmiyyətdən təcrid olunmadan islah oluna bilməsi, habelə onun gələcəkdə də yenidən cinayət törətməsi ehtimalının olmaması barədə qənaət gəlir. Belə olduğu təqdirdə məhkəmə kollegiyası yuxarıda sadalanan hallara, qanunvericiliyin tələblərinə, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu tövsiyələrinə əsaslanaraq Məhkum cəmiyyətdən təcrid olunmadan, yəni ona CM-nin 178.3.2 -ci maddəsi ilə təyin olunmuş cəzanı real çəkmədən islah oluna biləcəyini mümkün bilir və buna görə də həmin cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərarın qəbul edilməsini ədalətli və qanuni sayır. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin cinayət qanunvericiliyinin aşağıda göstərilən normalarına və cəza təyini ilə bağlı vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərardakı tövsiyələrə əsaslanır. Belə ki, CM-nin 70.1-ci maddəsinə əsasən məhkəmə təqsirkar şəxsin həmin normada nəzərdə tutulmuş cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilməsini mümkün sayarsa, cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edə bilər. CM-nin 70.2-ci maddəsi məhkəmələrdən tələb edir ki, şəxsin barəsində şərti məhkum etməni tətbiq edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alsın. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: - məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; - törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; - məhkumun şəxsiyyəti; - cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kim i onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CM-nin ümumi hissəsində nəzərdə tutulan ədalət prinsipindən bəhs edən 8-ci maddəsinin, humanizm prinsipi nəzərdə tutulmuş 9-cu maddəsinin tələblərini nəzərə almaqla, Məhkum CM-nin 178.3.2-ci maddəsi üzrə təyin olunmuş qəti cəzanın şərti olaraq tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bu zaman məhkəmə kollegiyası onu da nəzərə alır ki, CM-nin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən altı aydan beş ilədək müddətə sınaq müddəti müəyyən olunur. Sınaq müddəti ərzində məhkum öz davranışı ilə is lah olunmasını sübut etməlidir. CM-nin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. CM-nin 70.6-cı maddəsi şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirmək vəzifəsini müvafiq dövlət orqanlarının, məhkum edilmiş şəxs hərbi qulluqçudursa, hərbi hissələrin və müəssisələrin üzərinə qoyur. CPM-nin 348.6-cı maddəsinə əsasən şərti məhkum e tməni tətbiq edərkən məhkəmə aşağıdakı məsələləri həll etməlidir: -şərti məhkum etmənin hansı sınaq müddətinə və şərti məhkum edilmiş şəxs üçün hansı konkret vəzifələrlə müəyyən edildiyini (maddə 348.6.1); -şərti məhkum edilmiş şəxs üzərində nəzarətin kimə həvalə edildiyini (maddə 348.6.2). Cinayət qanunu normalarının tələblərinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum barəsində şərti məhkum etmə tətbiq edərkən onun islah olunması üçün 05 (beş) il sınaq müddətinin müəyyən edilməsini və onun üzərinə həmin müddətdə məhkumun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək barədə vəzifəsinin qoyulmasını məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsi məhkəmələr tərəfindən məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin edilməsini kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv edilmənin və ya dəyişdirməyin əsası kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək barədə qərar çıxarmaq hüququ malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21 və 419.10.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum kassasiya şikayəti qismən təmin edilsin. Bakı Ağır Cinayətl ər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2022-ci il tarixli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 05 (beş) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən təyin olunmuş sınaq müddəti ərzində Məhkum davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək, gecə saat 00:00- dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək barədə vəzifələr qoyulsun. Qərarın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Məhkum məhkəmə iclas zalından dərhal azad olunsun. Qərar kassasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar