Məhkəmə qərarları › İş №1(102)-198/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-198/2020

07.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-198/2020 07.01.2020 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin CinayətKollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Əziz Cəfər oğlu Seyidovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X13, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs və onun müdafiəçisi- vəkil Həsənov Vasif Rəsul oğlunun iştirakları ilə, Bakı Şəhəri Nizami rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında təqsirləndirilən barəsində xü susi ittiham qaydasında X13 tərəfindən verilmiş şikayətin icraata qəbul edilməsindən imtina barədə material üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından X13 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim M.İ.Hacıyeva) X13 tərəfindən xüsusi ittiham qaydasında verilmiş Xüsusi ittihamçınun Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsi barəsində şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardan X13 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: Ə.N.Bayramov (sədrlik edən və məruz əçi), Ə.İ.Qasımov və N.E.Məmmədovdan ibarət tərkibdə) xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, qərarı isə dəyişdirilmədən saxlamışdır. İşin halları: Xüsusi ittihamçı ərizəsini onunla əsaslandırmışdır ki, X12 təqsirləndirilir ondan ötrü ki, o, onun şərəfini və ləyaqətini nalayiq formada alçaldan və işgüzar nüfuzunu ləkələyən əməlləri qəsdən törətməklə Azərbaycan Respublikasının CM-nin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında iddiaçı X2 iş üzrə cavabdeh X7 qarşı “birgə nikah müddətində əldə olunmuş daşınar və daşınmaz əmlakların bölünməsi tələbinə dair” mülki işdə iddiaçı X10 tərəfindən verilən apellyasiya şikayəti üzrə sonuncunun hüquq və mənafelərinin müdafiəsi ni müvafiq qaydada etibarnamə və müqavilə əsasında həyata keçirir. X1 X2nın mülki işdə hüquq və mənafelərinin həyata keçirilməsinə, onun məhkəmə qaydasında müdafiə olunmaq hüququna mane olmaq üçün özünə məxsus olan ***-***-**** nömrəli mobil telefon vasitəsi ilə X2 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna “WhatsApp” veb proqramından istifadə etməklə onun və ailə üzvlərinin barəsində müxtəlif mesajlar göndərmiş, onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatları yaymaqla onu təhqir etmiş və böhtan atmışdır. O, X8 tanımır, heç bir vaxt ünsiyyətdə olmamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Belə ki, X12 xx xxxx 2019-cu il tarixdə saat 21:28-də istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon vasitəsi ilə X2 istifadəsində olan ***-***-**- ** nömrəli mobil telefonun “WhatsApp” proqramına təhqiredici məzmunda mesajlar göndərmişdir. X12 həmin mesajları ilə onun şərəfini, ləyaqətini təhqir edən ifadələr işlətmiş və işgüzar nüfuzunu ləkələyən məlumatları yaymaqla ona böhtan atmışdır. Bütün dünya ictimaiyyətinə məlumdur ki, 1988-ci ilin fevralından başlayaraq işğalçı Ermənistan Respublikası beynəlxalq hüquq normalarına zidd olaraq, hamılıqla qəbul edilmiş dinc, yanaşı yaşamaq, ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsiplərini pozaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünə qəsd edərək 20 faiz torpaqlarımızı işğal etmiş, yüz minlərlə insanı doğma yerlərindən didərgin salmış, işğal etdiyi ərazilərdə xalqımıza qarşı soyqırımlar törətmiş, günahsız insanların qanını tökmüş, qətllər törətmiş, dünyanı sarsıdan Xocalı qətliamını icr a etmişdir. Xalqımıza qarşı erməni faşizmi bu gün də davam etməkdədir. Erməni faşistlərinin əliqanlı qatillərindən biri Xorendir. Erməni xislətinin türk dünyasına nifrətinin bütün tərəfləri Xoren kimi bir qaniçənin simasında cəmlənmişdir. Xoren-qoca, cavan, qadın, uşaq bilmədən əlində balta baş kəsib qanın içən bir qatil, cəlladdır. Təkcə rəhmətlik Ceyhun Mirzəyevin rejissorluğu ilə çəkilən “Fəryad” filmində erməni qatil Xorenin qaniçən obrazını xatırlamaq kifayətdir. X12 onu qaniçən, eməni, qatil Xoren adlandırmaqla təhqir etmişdir. Hətta, X2nın “Niyə xorendi?” sualına Xüsusi ittihamçı cavab yazır ki, “Oğraşdığına görə”. Həmçinin, X12 onu “oğraş” kimi təqdim etməklə təhqir etmişdir. Azərbaycan dili lüğətində “oğraş” sözünün mənası və mahiyyəti belə məzmunda verilmişdir: Pleyboyun azərbayc ansayağı, amma söyüş kimi işlənən forması, qadın düşkünü, səhərə kimi əxlaqsız kafe qadınları ilə eyşişrətdə olan, başqasının arvadına pis gözlə baxan, aradüzəldən, vasitəçi, milli mentalitetdə ağır söyüş mənasında işlədilir. Həmçinin, onun fiziki cəhətdən heç bir qüsuru yoxdur və bütün bədən üzvləri yerində olmaqla, 65 yaşın içindədir və yaşı ilə əlaqədar sol ayağında revmatik ağrılar səbəbindən axsamaq təsəvvürü yaranır. Xüsusi ittihamçı ona lağ, ələsalma, rişxənd və sərkiləməklə “topal” deməklə onu təhqir etmişdir. Xüsusi ittihamçı, “Hamı onu şantajyor kimi tanıyır”, “işin bilmir. Ancaq şantaj edib arxada pul istəyir”, “Ancaq indiyə kimi Xoren hamını şantaj edib. Rezultatı da olmayıb” yazdığı mesajlarda onun işgüzar nüfuzunu ləkələyən məlumatlar yaymaqla ona böhtan atmışdır. Onun şantaj çı olduğunu, şantaj etməklə pul istədiyini, hamını şantaj etməyini və bunların heç bir nəticəsinin olmadığını Xüsusi ittihamçı göndərdiyi mesajda yazmışdır. O, “Xorenə salam deyərsən. Nə fikirləşdin? Fikirləşdin ki, Xoren kimdi?”, “Sənin indiki vəkilini tələbəçilikdən tanıyıram. Onun kliçkası xorendi”, “indiki. Topalın. Yardımlinski”, “İz azdırır. Yardımlıdandı. Guya məni tanımır? Kliçkası da Xorendi”, “Oğraşdığına görə. Gələcəyəm bu məhkəməyə. Məni görəndə gör nə günə düşəcək”, “Hamı onu şantajyor kimi tanıyır”, “İşin bilmir. Ancaq şantaj edib arxada pul istəyir”, “Ancaq indiyə kimi Xoren hamını şantaj edib. Rezultatı da olmayıb” ifadələri şərəf və ləyaqətini nalayiq formada alçaldan və işgüzar nüfuzunu ləkələyən məlumatları təhqir və böhtan hesab edir. Xüsusi ittihamçıin törətdiyi cinayə t əməli X2 ifadəsində, mobil telefonların “WhatsApp” proqramında qeydə alınmış mesajlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən məhkəmədən X4 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə, CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə X7 qəti olaraq 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X13 kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və şikayətinin icraata qəbul edilməsini x ahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X13nun kassasiya şikayəti xüsusi ittiham qaydasında şikayət ərizəsində göstərilən eyni dəlillərlə əsaslandırmış və kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X13nun, kassasiya şikayətinin təmin edilməməsi barədə xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin və müdafiəçinin çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müə yyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqq ında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətm iş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsin dən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmalıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatla ra ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Göründüyü kimi, X13nun xüsusi ittiham qaydasında şikayətində göstərdiyi məlumatlar barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X12 tərəfindən “WhatsApp” proqramı vasitəsilə X5 göndərdiy i mesajlarda əks olunduğundan həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə olan halda X4 hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Bundan başqa X13in təqdim etdiyi mesajların mətnində barəsində sözügedən şəxsin məhz X13 olması, Xüsusi ittihamçıin onun barəsində həmin ifadələri işlətməsi müəyyən olunmadı. X13 Əli oğlu tərəfindən verilmiş şikayətdə şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməmişdir. Bununla da, X13nun xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edildi ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.6-cı maddəsinin tələblərinə uyğun deyil, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 əməlində cinayət əlamətləri yoxdur, həmin şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Beləliklə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X13nun xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda int ernet informasiya ehtiyatında yayma və 148-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma hərəkətlərində töfsifedici əlamətlərindən biri kimi kütləviliyin hazırkı şikayət üzrə təqsirləndirilən şəxsin hərəkətlərində müəyyən edilməməsi, eləcə də X4 göndərdiyi mesajların mətnində barəsində sözügedən şəxsin məhz X13 olması, Xüsusi ittihamçıin onun barəsində həmin ifadələri işlətməsinin müəyyən olunmaması xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtinaya əsas vermişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı Bakı Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının müvafiq qərarı ilə düzgün olaraq dəyişdirilmədən saxlanmışdır. Belə olduğu halda kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Xüsusi ittiham qay dasında şikayət vermiş şəxs X13nun kassasiya şikayəti təmin edilməsin. Xüsusi ittihamçınun xüsusi ittiham qaydasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair şikayət ərizəsinin icraata qəbulundan imtina barədə material üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar