Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-198/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş hüquqi şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi, “Mütəllimov və Partnyorları” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxx 1961-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarə sinin rəisi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Lənkəran rayonunun Bürcəli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 294.3, 308.1, 311.2, 313, 320.1 və 320.2-ci maddələri ilə, 27 avqust 1960-cı ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Lənkəran Rayon İcra Hakimiyyəti başçısının Vilvan kənd İnzibati Dairəsi üzrə icra nümayəndəsi vəzifəsində işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Bəliton kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Məhkum2 Azərbaycan Respublikası CM-in 32.5, 311.2-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Cəbrayılov Elşad Vaqif oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il hökmü ilə (hakimlər: O.Y.Cəlilov (sədrlik edən), X.A.Nuriyev və Ə.A.Əliyev) Məhkum1 - Azərbaycan Respublikası CM-in 294.3, 308.1, 311.2, 313, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 294.3-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 308.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 311.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 320.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məh rum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına və CM-in 320.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş əsas cəza – 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrume tmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Məhkum2 - Azərbaycan Respublikası CM-in 32.5, 311.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş əsas cəza – 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edillmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və təqsirləndirilən şəxs Məhkum1 tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegi yasının 21 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.Q.Abdullayev (sədrlik edən), R.M.Cəfərov və E.İ.Əliyev) apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum1 Azərbaycan Respublikası CM-in 294.3, 308.1, 311.2, 313, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 15 may 2019-cu il tarixli 154 saylı əmri ilə həmin tarixdən 27 fevral 2020-ci il tarixədək Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi vəzifəsində işləyərkən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 19 aprel 2010-cu il tarixdə təsdiq edilmiş “Lənkəran şəhə r Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin Əsasnaməsi”nin 5-ci bəndinə əsasən vahid rəhbərlik prinsiplərinə əməl etməklə idarənin fəaliyyətini təşkil etmək, onun işinə rəhbərlik etmək və idarənin adından etibarnaməsiz çıxış etmək, idarənin adından müqavilə bağlamaq, pul vəsaiti də daxil olmaqla idarə üçün ayrılmış əmlak üzərində qüvvədə olan qanunvericiliyə müvafiq qaydada sərəncam vermək, idarənin cari fəaliyyətinə aid məsələlər üzrə icrası məcbur olan əmr və sərəncam vermək, səlahiyyətləri daxilində normativ hüquqi aktların icrasını təşkil etmək və nəzarəti həyata keçirmək, işçiləri işə qəbul etmək və işdən azad etmək, idarənin illik gəlirlər və xərclər smetasını tərtib edərək təsdiq olunmaq üçün Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına təqdim etmək, ildə iki dəfə idarənin fəaliyyəti barədə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına hesabat vermək, Lənkəran Şəhər İcra Hakimiyyətinin icazəsi ilə idarəetməsində olan əsas və dövriyyə vəsaitləri üzərində sərəncam vermək, Əsasnaməyə zidd olmayan və təsisçinin səlahiyyətlərinə aid olmayan digər funksiyaları həyata keçirmək kimi təşkilatisərəncamverici səlahiyyətlərə malik maddi məsul rəhbər vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və veri lməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olmasına baxmayaraq, həmin tələblərə zidd olaraq, ümumilikdə 2 halda, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Vilvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən Məhkum2 məsləhət və məlumatları, maneələri aradan qaldırıb yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitini əldə edib ona sahiblik edərək özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əl aqədar edəcəyi qanunsuz hərəkətə, eləcə də xidmət üzrə ümumi himayədarlığa, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardımı alması üçün zəruri olan meyarlara cavab verməyən şəxslər barədə bilə-bilə yalan məlumatları rəsmi informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə tamah niyyəti ilə daxil edərək vəzifə saxtakarlığı törədib əmək müqaviləsi bağlanması görüntüsü formalaşdırması, eləcə də, bunun əsasında həmin şəxslərə alacağı maaşla ailə üzvlərinin ehtiyac meyarının məcmusu arasınd akı fərq məbləğində ünvanlı sosial yardım ayrılmasına şərait yaratmasına görə 2019-cu ilin may ayında Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin ünvan 3 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında özü və Məhkum2 üçün birbaşa yolla, həmçinin özü üçün Lənkəran rayonu Vilvan kənd sakini cinayətdən xəbərsiz Şahid4 vasitəsilə ümumilikdə iki şəxsdən, o cümlədən, Məhkum2 köməkçiliyi ilə 2019-cu ilin may ayının ortalarında Şahid8 Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə işə götürülməsinə görə sonuncudan ayrılacaq ünvanlı sosial yardımın 4 aylıq məbləğini, yəni maddi nemət olan 1.524 (bir min beş yüz iyirmi dörd) manat məbləğində pul vəsaitini Məhkum2 vasitəsilə sonuncu və özü üçün dolayı yolla rüşvət qismində istəyərək Şahid8 razılığını a ldıqdan sonra, 2019-cu ilin may ayının ortalarında 1.524 (bir min beş yüz iyirmi dörd) manat məbləğində pulu Məhkum2 vasitəsilə sonuncu və özü üçün birbaşa yolla rüşvət qismində Şahid8 Lənkəran rayonunda almaqla sonuncunun 22 may 2019-cu il tarixdə Azərbaycan Respublikasını tərk etməsinə baxmayaraq cinayətkar niyyətini davam etdirərək Şahid8 guya həmin müəssisədə fəhlə vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları vahid tamah niyyəti ilə 29 iyun 2019-cu il tarixdə və 29 iyul 2019-cu il tarixdə həmin xidməti otağında özünə məxsus **********656622101 seriya nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edib vəzifə saxtakarlığı törədər ək 29 iyun 2019-cu il tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X7 və Təyinat Altsistemində (VEMTAS) 1 iyun 2019-cu il tarixdə aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən X3 1 iyun 2019-cu il tarixdən hesablanmaqla ayda 381,47 manat olmaqla 2 il müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 yanvar 2020-ci il tarixədək olan müddətdə ümumilikdə 3.051,76 manat (üç min əlli bir manat yetmiş altı qəpik) məbləğində ünvanlı sosial yardımın Zülfiyə Əliyevanın adına "xxxx" ASC-də olan 416974******1809 nömrəli hesaba köçürülməsinə nail olub, sonuncu tərəfindən həmin pul vəsaiti qeyd edilən hesabdan plastik bank hesab kartı vasitəsilə "xxxx" ASC-nin Lənkəran rayonunda yerləşən bankomatlarından çıxarılmaqla, eyni niyyətlə, 2019-cu ilin may ayının ortalarında Şahid3 Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə işə götürülməsinə görə sonuncudan maddi nemət olan 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitini sonuncunun qardaşı oğlu cinayətdən xəbərsiz Şahid4 vasitəsi ilə özü üçün birbaşa yolla rüşvət qismində istəyərək Şahid3 razılığını aldıqdan sonra, 15 may 2019-cu il tarixdə 150 (bir yüz əlli) manat məbləğində pulu cinayətdən xəbərsiz Şahid4 vasitəsilə özü üçün birbaşa yolla rüşvət qismində Şahid3 xidməti otağında almaqla sonuncunun guya həmin müəssisədə təmizlik sahəsində süpürgəçi vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları vahid tamah niyyəti ilə 31 may 2019-cu il tarixdə həmin xidməti otağında özünə məxsus **********656622101 seriya nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edib vəzifə saxtakarlığı törədərək Şahid3 görə həmin tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X7 və Təyinat Altsistemində (VEMTAS) 1 may 2019-cu il tarixdə aparı lmış qiymətləndirmə ilə Şahid3 1 iyun 2019-cu il tarixdən hesablanmaqla ayda 222,67 manat olmaqla 2 il müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 yanvar 2020-ci il tarixədək olan müddətdə ümumilikdə 1.881,36 manat (bir min səkkiz yüz səksən bir manat otuz altı qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid3 adına "xxxx" ASC-də olan 416974******1947 nömrəli hesaba köçürülməsinə nail olub, sonuncu tərəfindən həmin pul vəsaiti qeyd edilən hesabdan plastik bank hesab kartı vasitəsilə "xxxx" ASC-nin Lənkəran rayonunda yerləşən bankomatından çıxarılmaqla, ümumilikdə, qeyd edilən qaydada 2 nəfərdən vahid niyyətlə qeyriləri, o cümlədən, Məhkum2 vasitəsilə 1.524 (bir min beş yüz iyirmi dörd) manat, Şahid4 vasitəsilə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 1.674 (bir min altı yüz yetmiş dörd) manat məbləğində maddi nemət olan pul vəsaitini Məhkum2 köməkçiliyi ilə birbaşa yolla rüşvət qismində istəyib almaqla Məhkum2la aralarında bölərək şəxsi ehtiyaclarına sərf etmiş, göstərilən əməlləri ilə qeyd edilən iki nəfər şəxsin qanunsuz olaraq cəmi 4.933,12 manat (dörd min doqquz yüz otuz üç manat on iki qəpik) məbləğində ünvanlı dövlət sosial yardım almasına şərait yaratmaqla dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salmaqla qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosia l Müdafiə Fondunun qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində informasiya resursuna bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özünə müraciət etmiş şəxslər yanında saxta nüfuz qazanması, eləcə də tanışları olan həmin şəxslərin qanunsuz üstünlük əldə etməsi üçün öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edi lməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların sosial yardım almaq hüququna malik olmasına baxmayaraq, həmin tələblərə zidd olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci madəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardımı alması üçün zəruri olan meyarlara cavab verməyən şəxslər barədə bilə-bilə yalan məlumatları rəsmi informasiya resursu olan Az ərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə şəxsi niyyətlə daxil edib təkrarən vəzifə saxtakarlığı törədərək əmək müqaviləsi bağlanması görüntüsü formalaşdırmaqla bunun əsasında həmin şəxslərə alacağı maaşla ailə üzvlərinin ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində ünvanlı sosial yardım ayrılmasına şərait yaradaraq həmin şəxslər tərəfindən müxtəlif məbləğdə, o cümlədən, 2019-cu ilin may ayında Şahid1 Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə təmizlik sahəsində fəhlə vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları vahid şəxsi niyyətlə 2019-cu ilin may ayının ortalarında Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin ünvan 3 ünvanında yerləşən inziba ti binasındakı xidməti otağında özünə məxsus **********656622101 seriya nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə əvvəlki, yəni xx.xx.2019-cu il tarixlə daxil edib təkrarən vəzifə saxtakarlığı törədərək həmin tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X7 və Təyinat Altsistemində (VEMTAS) aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən X4 01 may 2019-cu il tarixdən hesablanmaqla ayda 221,81 man at olmaqla 2 il müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 yanvar 2020-ci il tarixədək olan müddətdə ümumilikdə 2.096,29 manat (iki min doxsan altı manat iyirmi doqquz qəpik) məbləğində ünvanlı sosial yardımın Gülnarə Qurbanovanın adına "xxxx" ASC-də olan 416974******5941 nömrəli hesaba köçürülməsinə nail olub, sonuncu tərəfindən həmin pul vəsaiti qeyd edilən hesabdan plastik bank hesab kartı vasitəsilə "xxxx" ASC-nin Lənkəran şəhər filialının bankomatından çıxarılıb şəxsi məqsədlərinə sərf edilməklə, eyni niyyətlə, 2019-cu ilin iyun ayında Şahid2 Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə fəhlə vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları vahid şəxsi niyyətlə 04 iyul 2019-cu il tarixdə qeyd olunan ünvanda yerləşən xidməti otağında özünə məxsus **********656622101 seriya nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edib təkrarən vəzifə saxtakarlığı törədərək həmin tarixli, xxxxxxx000300 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X7 və Təyinat Altsisteminə (VEMTAS) müraciət olunsa da ərizə bəyannamədə qeyd edilən məlumatlarda uyğunsuzluq aşkar edildiyindən Şahid2 barəsində həmin sosial yardımın təyin olunmasından imtina edilməklə, ümumilikdə qeyd edilən qaydada 1 nəfər şəxsin qanunsuz olaraq cəmi 2.096,29 manat (iki min doxsan altı manat iyirmi doqquz qəpik) məbləğində ünvanlı dövlət sosial yardım almasına şərait yaratmaqla dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salmaqla qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində informasiya resursuna bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi vəzifəsində işləyərkən yuxarıda qeyd edilən qaydada formal olaraq işə götürülmələri rəsmiləşdirilmiş şəxslərlə bağlı müəssisədə saxlanılan sənədlərin qanuniliyi görüntüsü yaratmaq və gələcəkdə məsuliyyətdən kənar qalmaq məqsədilə 2019-cu ilin may-iyul ayında ünvan 3 ünvanında yerləşən xidməti otaqda ümumilikdə iki nəfər şəxslə Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi arasında əmək münasibətlərinin yaranması və xitamı görüntüsü yaradan rəsmi sənəd hesab edilən sübutları, o cümlədən, Şahid3 31 may 2019-cu il tarixli əmək müqaviləsi, Şahid8 29 iyun 2019-cu il tarixli və 29 iyul 2019-cu il tarixli əmək müqaviləsi ni tərtib etməklə həmin sənədləri rəis qrafası qarşısında şəxsən imzalayıb əmək müqavilələri və əmrləri mətnində “Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi” yazılmış Müəssisənin möhürü ilə təsdiq etməklə özündə saxlayıb hazırkı cinayət işi üzrə ilkin istintaq zamanı Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsində formal olaraq işə götürülmələri şübhə doğuran həmin şəxslər barəsində tərtib edilmiş əmək müqavilələri və digər sənədlərin əsillərinin istintaqa təqdim edilməsinə dair Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə ünvanlanmış 20 iyul 2020-ci il tarixli ****** *** nömrəli məktubunun icrası ilə əlaqədar özü tərəfindən törədilənAzərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardımı alması üçün zəruri olan meyarlara cavab verməyən şəxslər barədə bilə-bilə yalan məlumatları rəsmi informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə tamah niyyəti ilə daxil edərək vəzifə saxtakarlığı törədib əmək müqaviləsi bağlanması görüntüsü formalaşdırması, eləcə də, bunun əsasında həmin şəxslərə alacağı maaşla ailə üzvlərinin ehtiyac meyarının məcmusu arasındakı fərq məblə ğində ünvanlı sosial yardım ayrılmasına şərait yaratmasına görə 2019-cu ilin may ayında qeyriləri vasitəsilə ümumilikdə iki nəfərdən xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, eləcə də xidmət üzrə ümumi himayədarlığa görə özü və üçüncü şəxslər üçün birbaşa yolla maddi neməti rüşvət qismində istəməklə alma ağır cinayəti üzrə sübutları saxtalaşdırmaqdan, yəni qeyd edilən şəxslərin formal deyil, rəsmi qaydada işə qəbul və işdən azad olunması, onlar tərəfindən həqiqətən əmək funksiyalarının yerinə yetirilməsi və bununla əlaqədar rəsmiləşdirmənin qanuniliyi görüntüsü yaratmaqla barəsində olacaq ittihamlara qarşı sübut qismində istifadə etməkdən ibarət cinayətkar məqsədlə həmin şəxslərlə bağlı bütün əmr və digər rəsmi sənədlərin özündə olmasını həmin Müəssisənin rəhbərliyinə bildirib, 22-23 iyul 2020-ci il tarixlərdə vahid niyyətlə Lənkəran rayonu ərazisində ümumilikdə 2 nəfər şəxslə Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi arasında əmək münasibətlərinin yaranması və xitamı görüntüsü yaradan rəsmi sənəd hesab edilən sübutları, Şahid3 31 may 2019-cu il tarixli əmək müqaviləsi, Şahid8 29 iyun 2019-cu il tarixli və 29 iyul 2019-cu il tarixli əmək müqaviləsində müvafiq qrafaları cinayətdən xəbərsiz həmin şəxslərin əvəzinə imza edərək, eləcə də, qeyd edilən 2 nəfər şəxslə Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi arasında əmək münasibətlərinin yaranması və xitamı görüntüsü yaradan sənədləri, o cümlədən, Şahid3 31 may 2019-cu il tarixli işə qəbul edilmə barədə ərizəsini, 29 iyun 2019-cu il tarixli işdən azad edilmə barədə ərizəsini və Şahid8 29 iyun 2019-cu il tarixli və 29 iyul 2019-cu il tarixli işə qəbul edilmə barədə ərizələrini və 29 iyul 2019-cu il tarixli və 30 avqust 2019-cu il tarixli işdən azad edilmə barədə ərizələrini qanunsuz olaraq əvvəlki tarixlərə tərtib edib həmin sənədləri özünə aid hissədə imzalayıb dərkənar qoymaqla müvafiq qrafaların isə cinayətdən xəbərsiz həmin şəxslərin əvəzinə imza edərək, ümumilikdə 2 uydurma müqavilə, 6 ərizəni həmin idarəyə qanuni sənədlər olmasını bildirib təqdim etməklə həmin sənədlərin qeyd edilən İdarə üzrə 24 iyul 2020-ci il tarixli 177 saylı məktubla istintaqa təqdim edilməsinə nail olmaqla bilə-bilə saxta sənədlərdən istifadə edib vahid niyyətlə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırmışdır. Bundan başqa, o, Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi vəzifəsində işləyərkən yuxarıda qeyd edilən qaydada formal olaraq işə götürülməsi rəsmiləşdirilmiş şəxslə Şahid1 ilə bağlı müəssisədə saxlanılan sənədlərin qanuniliyi görüntüsü yaratmaq və gələcəkdə məsuliyyətdən kənar qalmaq məqsədilə 2019-cu ilin may ayının ortalarında ünvan 3 ünvanında yerləşən xidməti otaqda Şahid1la Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi arasında əmək münasibətlərinin yaranması və xitamı görüntüsü yaradan rəsmi sənəd hesab edilən Şahid1 01 may 2019-cu il tarixli əmək müqaviləsini işlədiyi dövrdən əvvəlki tarixə tərtib etməklə həmin sənədi rəis qrafası qarşısında şəxsən imzalayıb əmək müqaviləsi və əmri mətnində “Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti Lən kəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi” yazılmış Müəssisənin möhürü ilə təsdiq etməklə özündə saxlayıb, hazırkı cinayət işi üzrə ilkin istintaq zamanı Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsində formal olaraq işə götürülməsi şübhə doğuran şəxslər barəsində tərtib edilmiş əmək müqavilələri və digər sənədlərin əsillərinin istintaqa təqdim edilməsinə dair Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə ünvanlanmış 20 iyul 2020-ci il tarixli ********* nömrəli məktubunun icrası ilə əlaqədar qeyd edilən şəxsin formal deyil, rəsmi qaydada işə qəbul və işdən azad olunması, onun tərəfindən həqiqətən əmək funksiyalarının yerinə ye tirilməsi və bununla əlaqədar rəsmiləşdirmənin qanuniliyi görüntüsü yaratmaq məqsədilə həmin şəxslə bağlı bütün əmr və digər rəsmi sənədlərin özündə olmasını həmin Müəssisənin rəhbərliyinə bildirib, 22-23 iyul 2020-ci il tarixlərdə vahid niyyətlə ibtidai istintaq orqanına təqdim olunması məqsədilə Lənkəran rayonu ərazisində Şahid1 ilə Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi arasında əmək münasibətlərinin yaranması və xitamı görüntüsü yaradan hüquq verən rəsmi sənəd olan əmək müqaviləsini müvafiq qrafasını cinayətdən xəbərsiz Şahid1 əvəzinə imza etməklə eləcə də, qanunsuz olaraq həmin şəxslə Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi arasında əmək münasibətlərinin yaranması və xitamı görüntüsü yaradan sənədləri, o cümlədən, Şahid1 01 may 2019-cu il tarixli işə qəbul olma barədə ərizəsi, 01 iyul 2019-cu il tarixli işdən azad edilmə barədə ərizəsini özü şəxsən imzalayıb dərkənar qoymaqla müvafiq qrafaların isə cinayətdən xəbərsiz Şahid1 əvəzinə imza edərək, rəsmi sənədlər olan ümumilikdə 1 uydurma müqavilə və habelə 2 ərizəni vahid niyyətlə istifadə etmək məqsədilə qanunsuz olaraq hazırlayaraq həmin idarəyə qanuni sənədlər olmasını bildirib təqdim etməklə həmin sənədlərin qeyd edilən İdarə üzrə 24 iyul 2020-ci il tarixli 177 saylı məktubla istintaqa təqdim edilməsinə nail olaraq bilə-bilə saxta sənədlərdən təkrarən istifadə etmişdir. Məhkəmənin hökmünə əsasən, Məhkum2 Azərbaycan Respublikası CM-in 32.5, 311.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 15 may 2019-cu il tarixli 154 saylı əmri ilə həmin tarixdən 27 fevral 2020-ci il tarixədək Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi vəzifəsində işləməklə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 19 aprel 2010-cu il tarixdə təsdiq edilmiş “Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin Əsasnaməsi”nin 5-ci bəndinə əsasən müəyyən olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları həyata keçirən maddi məsul rəhbər vəzifəli şəxs olan Məhkum1 məsləhət və məlumatları, maneələri aradan qaldırıb yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitini əldə edib ona sahiblik edərək sonuncuya təqdim etməyi qabaqcadan vəd etməklə, Məhkum1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olmasına baxmayaraq, həmin tələblərə zidd olaraq, Məhkum1 xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, eləcə də xidmət üzrə ümumi himayədarlığa, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqavi ləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardımı alması üçün zəruri olan meyarlara cavab verməyən şəxslər barədə bilə-bilə yalan məlumatları rəsmi informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə tamah niyyəti ilə daxil edərək əmək müqaviləsi bağlanması görüntüsü formalaşdırması, eləcə də, bunun əsasında həmin şəxsə alacağı maaşla ailə üzvlərinin ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində ünvanlı sosial yardım ayrılmasına şərait yaratmasına görə 2019-cu ilin may ayında ünvan 3 ünvanında yerləşən xidməti otağında Məhkum1 təqdim etməklə sonuncu və özü üçün dolayı yolla 2019-cu ilin may ayında Şahid8 Lənkəran şəhər Mənzil İstismar v ə Kommunal Müəssisələr İdarəsinə işə götürülməsinə görə sonuncudan ayrılacaq ünvanlı sosial yardımın 4 aylıq məbləğini, yəni maddi nemət olan 1.524 (bir min beş yüz iyirmi dörd) manat məbləğində pul vəsaitini Məhkum1 və özü üçün dolayı yolla rüşvət qismində istəyərək Şahid8 razılığını alıb, 2019cu ilin may ayının ortalarında əvvəlcədən aralarında olan razılığa əsasən Lənkəran rayonunda Şahid8 Məhkum1 və özü üçün birbaşa yolla 1.524 (bir min beş yüz iyirmi dörd) manat məbləğində pul vəsaitini həmin niyyətlə aldıqdan sonra Məhkum1 cinayətkar niyyətini davam etdirərək Şahid8 guya həmin müəssisədə fəhlə vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları vahid tamah niyyəti ilə 29 iyun 2019-cu il tarixdə və 29 iyul 2019-cu il tarixdə həmin xidməti otağında **********656622101 seriya nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edib xx.xx.2019-cu il tarixli, xxxxxxx000100 nömrəli, xx.xx.2019-cu il tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X7 və Təyinat Altsistemində (VEMTAS) aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən X3 ünvanlı dövlət sosial yardımı təyin edilərək sosial yardımın verilməsinə nail olmaqla, Məhkum1 1.524 (bir min beş yüz iyirmi dörd) manat pul vəsai tini sonuncu və özü üçün dolayı yolla özü vasitəsilə vahid niyyətlə rüşvət qismində istəyib birbaşa yolla almasında köməkçi qismində iştirak etməklə, həmin pul vəsaitini aralarında bölərək şəxsi ehtiyaclarına sərf etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Dövlət ittihamçısı hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı məhkumlar Məhkum1 və Məhkum2 cəza təyin olunmasına dair hissədə qanunsuz və əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum1 və Məhkum2 törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyə tləri nəzərə alınmamış, nəticədə onların barəsində yüngüllüyünə görə şəxsiyyətlərinə, törətdikləri cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan şərti məhkum etmə tətbiq edilmiş, CM-nin 8, 41.2, 58.3, 59, 70-ci maddələrinin tələbləri pozulmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin və zərərçəkmiş hüquqi şəxs - Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi H.Həsənzadənin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Kassasiya pr otestində işin faktiki halları deyil, məhkumlar Məhkum1 və Məhkum2 barələrində cəza təyin edilərkən hər hansı qanuni əsas olmadan, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmadan onlara yüngül cəzanın təyin edilməsi mübahisə edilir. Azərbaycan Respublikası CM-in 294.3-cü maddəsinə əsasən: “Ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olduqda— üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsinə əsasən: “Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrin in icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 311.1-ci maddəsinə əsasən: “Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi”nə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 311.2-ci maddəsinə əsasən: “Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma— üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 313-cü maddəsinə əsasən: “Və zifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə— min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsinə əsasən: “Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, y axud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma— üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsinə əsasən: “Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə— min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Kassasiya protestində məhkumların əməlinin hüquqi tövsifi və təqsirlilklərinin sübutları mübahisələndirilmədiyindən məhkəmə kollegiyası bununla əlaqədar şərhi zəruri hesab etmir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinin tətbiqindən söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, h əmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. Cəza təyini zamanı cinayət qanunu normalarının düzgün tətbiq edilməsinə dair tövsiyələr yuxarıda şərh edilən qaydada həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqınd a” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında da təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağ ırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Hazırkı işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından apellyasiya instansiya məhkəməsi məhkumlara cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təyin edilmiş cəzanın yüngüllüyü həm də onun göstəricisidir ki, cəza təyin edən məhkəmələr cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirməmiş, nəticədə nümayiş etdirilmiş həddindən artıq humanizm ədalətsiz cəza təyininə gətirib çıxarmış, CM-in 8-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi CM-in 2, 8, 41.2, 58.1, 58.3 və 70-ci maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmamış, bu hallara, habelə məhkumların şəxsiyyətlərinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara qiymət verməmiş, təhlil edilən məsələ ilə bağlı gəldiyi nəticəni isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsaslandırmamışdır. Məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etm ənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması araşdırılmalıdır. 1. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü 2. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi 3. məhkumun şəxsiyyəti 4. cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Məhk əmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri Məhkum1 münasibətdə – onun cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi, “Sidik kisəsinin xərçəngi residiv pTaNoMo. Sidik kisəsinin residiv törəməsi, sol böyrəyin və sidik axarının daşları, soltərəfli ureterohidronefroz, İnsulindən asılı şəkərli diabet tip İİ. Hipertoniya İİ mərhələ” diaqonozları ilə xəstə olması, 10 dəfə cərrahi əməliyyata məruz qalması və hazırda xərçəng xəstəliyindən əziyyət çəkməklə həmin xəstəliklə bağlı cari ilin mart-aprel aylarında təkrarən cərrahi əməliyyat olunacağı, kifayət qədər yaşlı - 61 yaşının olması, habelə yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunması və ilk məhkumluğu, məhkəməyədək icraat və məhkəmə icraatı dövrlərində barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin şərtlərinə əməl edib, hər hansı pozuntuya yol verməməsi və icraatı aparan orqanların çağırışı ilə vaxtında gəlməsi kimi şəxsiyyətini səciyyələndirən hallar, həmçinin, Məhkum2 münasibətdə – övladı Aqşin Yusubzadənin 2016-cı ilin aprel ayında döyüş əməliyyatlarında (“Aprel döyüşləri”ndə) iştirak etməsi, kifayət qədər yaşlı 62 yaşının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və ilk məhkumluğunu məhkumların cəzalarını yüngülləşdirən halların siyahısında göstərməklə kifayətlənmiş, lakin onların şəxsiyyətlərini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını qərarda göstərməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət qanununun müddəalarını düzgün tətbiq etməyərək, məhkumlara təqsirli bilindikləri madd ələrinin sanksiyalarının aşağı həddində cəza təyin edildiyi halda, kifayət qədər əsaslandırma aparmadan təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 cəza çəkmədən islah olunmaları qənaətinə gələrək təqsirləndirilən şəxslərin barəsində CM-in 70-ci maddəsini tətbiq etmiş, apellyasiya instansiya məhkəməsi isə həmin qərarı dəyişdirilmədən saxlamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Beləliklə, kassasiya protestinin dəlilləri ilə razılaşan və həmin protestin təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası CPM-in 419.12.5-ci maddəsinə əsasən məhkumlara təyin ediləcək cəzanı qabaqcadan həll etmədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən məhkumlar haqqında seçilmiş cəza tədbiri məsələsini həll edərkən həm cinayət qanunun normalarının, həm də apellyasiya icraatına dair prosessual qanunvericiliyin tələblərinə əməl etmədiyindən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2022-ci il tarixli qərarı ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edildikdə kassasiya inst ansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Cinayət işinin təkrar apellyasiya baxışı zamanı, məhkumlar barəsində cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin bütün halları, o cümlədən onların törətdikləri əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini və məhkumların şəxsiyyətlərini səciyyələndirən hallar, cinayət törətdikdən sonrakı davranışları araşdırılmalı və bu hallara cinayət qanunvericiliyinin tələblərinə müvafiq olaraq qiymət verilməli, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması bir daha ətraflı yoxlanılmaqla düzgün qiymətləndirilməli, cəza təyini ilə bağlı tərəflərin bütün dəlillərinə cavab verilməklə məhkumlar haqqında qanuni və ədalətli cəzanın təyin edilməsi haqqı nda qərar qəbul olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilsin. Məhkum1 və Məhkum2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2022-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-198/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-198/2023
01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver