Məhkəmə qərarları › İş №1(102)-198/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-198/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-198/2024 23.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X7, Zərərçəkmiş şəxs və mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Nümayəndə2, Məhkum müdafiəçis i Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 Çərkəz oğlunun iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 179.3.2, 308.2, 313 və 314.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2023-cü il tarixli, 1(105)-10/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı X8 tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxs və mülki iddiaçı Dövlət Vergi Xidmətinin nümayəndəsi Samirə Musayeva, Məhkum müdafiəçisi Müdafiəçi3 Çərkəz oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum 20 avqust 1968-ci il tarixdə Füzuli rayonu, Xələfşə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Xələfşə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamışdır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafe yinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi tamah və şəxsi niyyətlə rəsmi sənədlərə və informasiya resursuna bilə-bilə yalan məlumatlar daxil etməklə vahid niyyətlə təkrarən vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla səhlənkarlıq etmişdir.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X5 (sədrlik edən), X3 və X1 ibarət məhkəmə tərkibində) 17 noyabr 2021-ci il tarixli, 1(101)-972/2021 nömrəli hökmü ilə Məhkum CM-in 179.3.2, 308.2, 313 və 314.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 179.3.2-ci maddəsi ilə CM-in 46-cı maddəsinə müvafiqolaraq 1(bir) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi)) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzasına, CM-in 308.2-ci maddəsi ilə 1 (bir) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il azadlıqdan məhrumetmə cəzasına, CM-in 314.2-ci maddəsi ilə 3 (üç) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, CM-in 66.3 və 66.4-cü maddəsinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə ona qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 16 mart 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, CM-in 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə müvafiq olaraq Məhkum CM-in 313-cü maddəsi ilə cəza təyin edilməməsi, mülki iddianın tam təmin edilməsi, Baş Prokurorluğun depozit hesabında saxlanılan 271.200 manatın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hesabına köçürülmə si və 548.828.76 manatın Məhkum alınaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hesabına keçirilməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar məsələsi də həll edilmişdir.

4. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, hökmün qismən dəyişdirilərək Məhkum cəzasını yüngülləşdirməyi, barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X6 və X4 ibraət məhkəmə tərkibində) 11 may 2023-cü il tarixli, 1(105)10/2023 nömrəli qərarı ilə Məhkum CM-in 179.3.2, 308.2, 313 və 314.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)97 2/2021 nömrəli 17 noyabr 2021-ci il tarixli hökmünün dəyişdirilməsi, Məhkum CM-in 179.3.2-ci maddəsi ilə təyin edilmiş 1(bir) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzasının 1(bir) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzasına endirilməsi, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən hazırki qərarla CM-in 179.3.2-ci maddəsi ilə Məhkum təyin edilmiş cəzanın Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-972/2021 nömrəli 17 noyabr 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş CM-in 308.2-ci maddəsi ilə 1 (bir) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il azadlıqdan məhrumetmə cəzası, CM-in 314.2-ci maddəsi ilə 3 (üç) il azadlıqdan məhrumetmə cəzası təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə onun üzərində qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, mülki iddianın qismən təmin edilməsi, 263328,76 manatın Məhkum alınaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hesabına keçirilməsi, ekspertiza tədqiqatının dəyəri 500 (beş yüz) manat məbləğində pulun Məhkum tutulub dövlət büdcəsinə keçirilməsi, hökmün qalan hissədə dəyişdirilm ədən saxlanılması qərara alınmışdır.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2023-cü il tarixli, 1(105)-10/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı X8 tərəfindən kassasiya protesti, zərərçəkmiş şəxs və mülki iddiaçı Dövlət Vergi Xidmətinin nümayəndəsi Samirə Musayeva, Məhkum müdafiəçiləri Müdafiəçi3 Çərkəz oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir. II. Kassasiya protestinin, kassasiya şikayətlərinin dəlilləri və etirazlar:

7. Dövlət ittihamçısı kassasiya protestinin dəlilləri qismində bir sıra qanunvericilik normalarına cinayət işi materiallarında olan şahid ifadələrinə istinadlar edərək göstərmişdir ki, məhkəmə kollegiyası verilmiş ittihamdan 285.500,0 manat hissəsini çıxmaqda haqlı olmamışdır. Çünki, Məhkum maddi ziyanı Şahid6 103.500,0 manat almaqla deyil, aldığı həmin məbləği və əlavə olaraq 285.500,0 manat məbləği, ümumilikdə 389.000,0 manat məbləği Şahid6 tərəfindən dövlət büdcəsinə ödənilmədiyi və bu ödənişləri təsdiq edəcək qəbzlər mövcud olmadığı halda onun şəxsi hesab vərəqəsinə işləməklə vurmuşdur. Həmçinin, məhkəmə kollegiyası Məhkum təyin edilmiş cəzanı azaldarkən məsuliyyəti yüngülləşdirən halları düzgün müəyyən etməmiş, eləcə də cinayətin ictimai təhlükəlilik dərəcəsi və məhkum edilmiş şəxsin şəxsiyyəti nəzərə alınmamışdır.

8. Belə ki, qeyd etdiklərinə əsasən hesab edir ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhku m verilmiş ittihamın həcminin azaldıldığından, eləcə də məhkum edilmiş şəxsə münasibətdə məsuliyyəti yüngülləşdirən hallar düzgün müəyyən edilmədiyindən, eləcə də cinayətin ictimai təhlükəlilik dərəcəsi və məhkum edilmiş şəxsin şəxsiyyəti nəzərə alınmadığından məhkəmə kollegiyasının həmin qərarı əsassız olduğuna görə ləğv edilməlidir.

9. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPMin və ya CPM-in) 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2023-cü il tarixli, 1(105)-10/2023 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellya siya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.

10. Zərərçəkmiş şəxs və mülki iddiaçı Dövlət Vergi Xidmətinin nümayəndəsi Samirə Musayeva kassasiya şikayətinin dəlilləri qismində bir sıra qanunvericilik normalarına istinadlar edərək qeyd etmişdir ki, məhkəmə qərar qəbul edərkən işin faktiki hallarını nəzərə almamış, şahid ifadələrinə, iş materiallarına düzgün hüquqi qiymət verməyərək əsassız qərar qəbul etmişdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum hərəkətləri nəticəsində vergi ödəyicisi Şahid6 103.500,0 manat ödəniş etməsinə baxmayaraq ümumilikdə 389.000,0 manat məbləğində vergi öhdəliyinin icrasından azad olmuşdur. Belə olan halda, dövlət büdcəsinə vurulmuş ziyan 103.500,0 manat deyil, faktiki olaraq 389.000,0 manat təşkil etmişdir. Başqa sözlə, dö vlət büdcəsi ümumilikdə 389.000,0 manat vəsaitdən məhrum olmuşdur. Göründüyü kimi təqsirləndirilən şəxs Məhkum vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmaqla ağır nəticələrə səbəb olmuşdur.

11. Kassasiya şikayətinin müəllifi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2023-cü il tarixli, 1(105)-10/2023 nömrəli qərarının ləğv edilməsini, cinayə t işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.

12. Məhkum müdafiəçisi Müdafiəçi3 Çərkəz oğlu kassasiya şikayətində məhkumun apellyasiya instansiya məhkəməsində vermiş olduğu ifadəsinə və şahidlərin ifadələrinə, həmçinin bir sıra qanunvericilik aktlarına istinadlar edərək şikayətini onunla əsaslandırmışlar ki, təqsirləndirilən şəxsə ona etibar edilmiş özgə əmlakını qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla vahid niyyətlə mənimsəyərək talaması ittihamı verilsə də, iş materiallarından görünür ki, təqsirləndirilən Məhkum hər hansı miqdarda dövlət əmlakı etibar edilməmiş və sərəncamında hər hansı miqdarda pul vəsaitləri olmamışdır. Onun qulluq vəzifəsi banka mədaxil edilmiş və dövlət xəzinədarlıq orqanına göndərilmiş vergi ödənişləri barədə bildirişləri qəbul edərək vergi ödəyicilərinin şəxsi hesablarına işləmək olmuşdur. Göründüyü kimi, təqsirləndirilən şəxsin 393 nəfər vergi ödəyicisindən 1333 halda 820.028,76 manat (səkkiz yüz iyirmi min iyirmi səkkiz manat yetmiş altı qəpik) məbləğində pul vəsaitlərini alıb mənimsəməsi mümkün deyildir və bu hər ayın sonunda aparılmalı olan idarələrarası üzləşmə aktları ilə müəyyən edilə və qarşısı alınardı. Ona görə də, təqsirləndirilən şəxsin 3 il ərzində göstərilən miqdarda pulu mənisəməsi imkan xaricindədir. İstintaq orqanı bu cinayətin faktiki hallarını müəyyən edə bilmədiyindən ehtimal əsasında bütün vergi kənarlaşmasına görə Məhkum təqsirli hesab etmiş, Bakı Ağır Cinayətlər məhkəməsi isə bu ziddiyyətləri araşdırmamışdır.

13. Həmçinin kassastor tərəfindən qeyd ediliri ki, mənimsəmə faktları vergi ödəmələrini qəbul edən banklar, maliyyə idarələri və vergi idarəsi arasında aparılan aylıq üzləşmələr zamanı mütləq müəyyən edilərdi. Halbuki, aylıq üzləşmə aktlarında mədaxildən pul gizlədilməsi və uyğunsuzluq halları müəyyən edilməmişdir. Bu durumda ehtimal olunan vergi pullarının mədaxil qəbzləri yazılmadan mənimsənilməsinin Məhkum tərəfindən həyata keçirilməsi nəticəsinə gələn məhkəmə bunu hansı sübutlara istinadən etdiyini göstərə bilməmişdir.

14. Eyni zamanda qeyd edir ki, məhkəmə CM-in 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah edilməsinə, onların ailələrinin həyat şəraitinə təsirini nəzərə aldığını qeyd etsə də, təqsirləndirilən şəxsə həddindən artıq ağır cəza təyin etmişdir.

15. Müdafiəçi kassasiya şikayətində, Məhkum təsqsirli bilinərək məhkum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli hökmünü və Bakı Apellyasiya Məhkəməsinin 12 may 2023-ci il tarixli qərarını dəyişdirərək artıq hesablanmış mənimsəmə məbləğini onun ittihamından xaric etməklə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan daha yüngül cəza təyin edilməsini xahiş etmişdir.

16. Kassasiya protestinə və kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. İİİ. Proses iştirakçılarının çıxışları:

17. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X11 məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayə tinin dəlillərinə etiraz edib, zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə etiraz etməyərək, eyni zamanda kassasiya protestini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

18. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə etiraz edib, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə etiraz etməyərək, eyni zamanda kassasiya şikayətini müdafiə edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

19. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi Müdafiəçi3 Çərkəz oğlu dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin və zərərçək miş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, eyni zamanda tərəfindən verilmiş kassasiya şikayətini müdafiə edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

20. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

21. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüy ünü yoxlayır”

22. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

23. Dövlət ittihamçısı kassasiya protestində, həmçinin zərərçəkmiç şəxsin nümayəndəsi kassasiya şikayətində Məhkum verilmiş ittihamdan apellyasiya instansiya məhkəməsi tərəfindən 285.500,0 manat hissəsini çıxmaqla haqlı olmaması, həmçinin kassasiya protestində onun məsuliyyətini yüngülləşdirən hallar düzgün nəzərə alınmadan törədilmiş cinayətin xarakte rinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edilərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişlər.

24. Məhkum müdafiəçisi Müdafiəçi3 Çərkəz oğlu kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə cinayət işi materiallarındakı sübutları tədqiq etmədən, əsassız olaraq ona 393 nəfər vergi ödəyicisindən 1333 halda 820.028,76 manat pul vəsaitlərini al ıb mənimsəməsi ittihamı verilməsi, həmçinin əsassız olaraq həddindən artıq ağır cəzaya məruz qalması iddia edilərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi, artıq hesablanmış mənimsəmə məbləğinin ittihamdan xaric edilərək barəsində azardlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi haqqında kassasiya tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

25. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini, zərərçəkmiş şəxsin nümayəndəsinin və məhkumun müdafiəçisinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciət ləri kimi görür və bu müraciətlərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2023-cü il tarixli, 1(105)-10/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

26. Məhkəmə kollegiyası ilk növbədə, dövlət ittihamçısının və məhkumun müdafiəçisinin hazırki qərarın “Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri” bölməsində təsvir edilmiş məhkuma təyin edilmiş cəzaya dair dəlillərinə qiymət verilməsini zəruri hesab edir.

27. Azərbaycan Respublikası CM-in 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallar ına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

28. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədil miş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

29. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

30. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

31. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində ə ksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

32. Belə ki, Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.

33. CPM-in 404-cü maddəsinə əsasən təyin edilmiş cə zanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.

34. Və məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.

35. Dövlət ittihamçısının və məhkumun müdafiəçisinin istinad etdiyi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən ə saslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül və ya ağır olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.

36. Hətta, kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə dah a sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül və ya ağır hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır.

37. Çünki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.

38. Lakin, kassasiya protestində və məhkumun müdafiəçisinin kassasiya şikayətinə irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin Məhkum münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmi ş cəzanın nə açıq-aydın yüngül olmasına, nə də açıqaydın ağır olmasına dəlalət etmədiyi müəyyən olunur.

39. Məhkəmə kollegiyası belə nəticəyə gələrək xüsusilə onu nəzərə alır ki, birinci instansiya məhkəməsinin və apellyasiya instansiyası məhkəməsinin Məhkum CM-in 179.3.2, 308.2 və 314.2-ci maddələri ilə təyin etdiyi cəza (2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası) bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsini n həyat şəraitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül və ya açıq-aydın ağır cəza kimi qiymətləndirilə bilməz.

40. Məhkəmə kollegiyası eyni zamanda, dövlət ittihamçısının kassasiya protestində, zərərçəkmiş şəxsin nümayəndəsinin və məhkumun müdafiəçisinin kassasiya şikayətlərinin dəlilləri qismində Məhkum verilmiş ittiham üzrə ittihamın həcminə həsr edilmiş dəlillərinə münasibətdə qeyd edir ki, həmin məsələ qismən məhkəmə istintaqı keçirilməklə aparılmış apellyasiya icraatı zamanı apellyasiya instansiya məhkəməsi cinayət işi materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq belə qənaətə gəlmişdir ki, apellyasiya məhkəməsində Şah id6 həm ibtidai istintaq, həmçinin birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edərək Məhkum ümumilikdə 103.500 (yüz üç min beş yüz) manat verdiyini göstərmişdir. Lakin birinci instansiya məhkəməsi bu halı araşdırmadan yalnız şəxsi hesab vərəqində 389000 (üç yüz səksən doqquz min) manat yazılması faktını əsas götürərək Şahid6 tərəfindən Məhkum 389000 (üç yüz səksən doqquz min) manat məbləğində pul verilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum ümumilikdə 393 nəfərdən 1333 halda aldığı və mənimsədiyi göstərilən 820.028,76 manat məbləğ 285.500 manat azaldılaraq (389.000manat - 103.500 manat ödənilən hissə = 285.500 manat ödənilməyən hissə) həmin məbləğ və eyni zamanda təmin olunmalı mülki iddia 534.528,76 manat həddində (820.028,76-286.000=534.528,76) m üəyyən edilməlidir. Kassasiya kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini qanuni və ədalətli hesab edərək qeyd edir ki, hazırda dövlət ittihamçısının və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən iddia tələbinin tam təmin edilməsi üçün, həmçinin məhkumun müdafiəçisi tərəfindən ittahmın həcminin azaldılması üçün apellyasiya instansiya məhkəməsinin araşdıraraq tədqiq etdiyi mövqeyini təkzib edəcək heç bir dəlil gətirilməmişdir.

41. Kassasiya mürraciətlərində irəli sürülmüş cinayət işi materiallarında öz əksini tapan sübutların düzgün tədqiq edilməməsi əsası ilə apellyasiya instansiyası məhkəməinin qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsinə dair tələbə gəldikdə, məhkəmə kollegiyası bu iddia və tələblə də razılaşmaq üçün əsas görmür.

42. Belə ki, Məhkum ona birinci instansiya məhkəməsinin hökmü ilə istinad edilən, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, müvafiq olaraq da onun əməlində Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 313 və 314.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, onun həmin maddələr ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, apellyasiya məhkəməsi tərəfindən də təhlil edilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi hazırki kassasiya müraciətlərinin dəlillərilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi n əticələrin düzgün olub-olmamasını ətraflı yoxlayıb, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində pozuntu aşkar etməmiş, Məhkum Azərbaycan Respublikası CM-in 179.3.2, 308.2, 313 və 314.2-ci maddələrinin dispozisiyasından və cinayət qanununun Ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməlində Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni cinayət prosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

44. Məhkum cəza təyin edilərkən, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən məhkəmələr tə rəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipi gözlənilmişdir.

45. Təsvir olunanlar dövlət ittihamçısının kassasiya protestinə, zərərçəkmiş şəxsin nümayəndəsinin və məhkumun müdafiəçisinin kassasiya şikayətlərinə baxılması nəticəsində CPM-in 416-cı maddəsində göstərilən halların müəyyən edilmədiyi, yəni kassasiya protestinin və kassasiya şikayətlərinin də təmin edilməsi (apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi) üçün əsasların müəyyən olunmadığını göstərir.

46. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının, zərərçəkmiş şəxsin nümayəndəsinin və məhkumun müdafiəçisinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayətləri təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2023-cü il tarixli, 1(105)-10/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.\

47. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 313 və 314.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2023-cü il tarixli, 1(105)-10/2023 nömrəli qərarı dövlət it tihamçısı X8 tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxs və mülki iddiaçı Dövlət Vergi Xidmətinin nümayəndəsi Samirə Musayeva, Məhkum müdafiəçisi Müdafiəçi3 Çərkəz oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Dövlət ittihamçısı X8 tərəfindən verilmiş kassasiya protesti, zərərçəkmiş şəxs və mülki iddiaçı Dövlət Vergi Xidmətinin nümayəndəsi Samirə Musayeva, Məhkum müdafiəçisi Müdafiəçi3 Çərkəz oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar