Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-198/2025 08.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum2 müdafiəçisi Qurbanov İbrahim Nizami oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkə məsinin 3 aprel 2024-cü il tarixli hökmü ilə Məhkum2 və Məhkum1, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı3 Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə və Məhkum2 müdafiəçisi İ.N.Qurbanov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 aprel 2024-cü il tarixli hökmü ilə (hakimlər Qəniyev Faiq Əsəd oğlu (sədrlik edən və məruzəçi), Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə) Məhkum2, 4 avqust 1992-ci il tarixdə Rusiya Federasiyasının Baltiysk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, və Məhkum1, xx xxxxxxx 1994-cü il tarixdə Zaqatala rayonunun Maqov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Zaqatala rayonunun Maqov kəndində qeydiyyatda olan və ünvan 3 ünvanında kirayədə yaşamış, hər birisi CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ayrı-ayrılıqda CM-in 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il 9 (doqquz) ay müddətə, CM-in 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum2 satış məqsədi ilə qəsdən qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək barədə istintaqa məlum olmayan tarixdə və yerdə Azərbaycan Respublikasının vətəndaşı Məhkum1 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq o, Məhkum1 ilə birlikdə cinayətkar qrupun Böyük Britaniyada olan şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvü tərəfindən Azərbaycan Respublikasında onlara çatdırılması üçün istintaqa məlum olmayan tarixdə və mənbədən tamah niyyəti və satış məqsədi ilə qəsdən qanunsuz olaraq külli miqdarda, 61,950 qram kokain narkotik vasitəsinin əldə edilməsinə, 1 ədəd paketdə qablaşdırmaqla malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə üzərinə “Dominoes” sözü yazılmış karton qutunun içərisindəki 14 domino daşının arasında gizlədilərək saxlanılmasına, həmin qutunu 1 ədəd poçt bağlamasına yerləşdirərək Məhkum1 adına, Böyük Britaniyadan Azərbaycan Respublikasına ***-*******6 nömrəli qaimə əsasında göndərilməklə "xxxx" MMC poçt daşıma şirkəti vasitəsilə daşınmasına nail olmuş, cinayətkar qrupun üzvü Məhkum1 ilə birgə həmin bağlamanı gömrük orqanına “kəmər" kimi bəyan etməklə 21 iyun 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Xəzər rayonunda yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Bakı Karqo Terminalındakı "Poçt göndərişləri" gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirilməsinə nail olmuş, eyni tarixdə keçirilmiş gömrük yoxlaması zamanı həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 aprel 2024-cü il tarixli hökmündən Məhkum2 müdafiəçisi İ.N.Qurbanov və Məhkum1 müdafiəçisi Allahverdiyev Araz Məhəmməd oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısi Həsənəliyev Babaxan Ramazan oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov Həsən Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Hüseynvov Zaur Nazim oğlu və Ələkbərov Əfqan Qəzənfər oğlu ibarət tərkibdə) 26 iyul 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, hökm isə apellyasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı3 kassasiya protesti, Məhkum2 müdafiəçisi İ.N.Qurbanov isə kassasiya şikayəti verərək aşağıdakıları xahiş etmişlər: - Dövlət ittihamçısı3 - həmin q ərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını: müdafiəçi İ.N.Qurbanov isə - qərarın ləğv edilməsini və Məhkum2 əməlində cinayət tərkibi olmadığından ona CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi haqqında qərarın qəbul olunmasını. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Kassasiya protestində cəza təyin etmənin əsasları, şərtləri, qaydaları və prinsiplərinə, Məhkum2 və Məhkum1 təqsirli bilindikləri ittihama və onların barələrində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiyası məhkəmələri ağır cinayətləri törətməkdə təqsirli bilinmiş şəxslərin haqqında cəza tədbirinin seçilməsi məsələsini həll edərkən on ların şəxsiyyətlərini səciyələndirən halları, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə aldıqlarını göstərsələr də, qəbul etdikləri yekun məhkəmə aktlarında bunların nədən ibarət olmasına dair heç bir təhlil və əsaslandırma aparmamış, nəticədə isə onlara faktiki olaraq törədilmiş cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzalar təyin edilmişdir. Belə ki, iş üzrə toplanmış və araşdırılmış sübutlarla yalnız Məhkum2 münasibətdə cəzanı yüngülləşdirən və CM-in 59.1.4-cü maddəsində nəzərdə tutulmuş bir hal – onun himayəsində azyaşlı uşağın olması təsdiq olunmuş, lakin həm ona, həm də Məhkum2ə aid olan cəzanı yüngülləşdirən digər hallar iş üzrə top lanmış sübutlarla müəyyən edilməmişdir. Həmçinin, məhkəmələr təhlil edilən məsələ üzrə əsassız nəticəyə gələrkən nəzərə almamışlar ki, Məhkum2 və Məhkum1 onların təqsirlilikləri sübuta yetirildiyi halda özlərini onlara qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək cinayət təqibinin müxtəlif mərhələlərində qeyri-səmimilik nümayiş etdirmiş və məhkəmə iclaslarında özlərini müdafiə xarakterli ifadələr verərək cinayət məsuliyyətindən yayınmağa çalışmış, həmçinin cinayətlərin törədilməsi üçün qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş digər şəxslər haqqında məlumatları gizlətmişlər. Qeyd dəlillərə əsaslanaraq Dövlət ittihamçısı3 onun verdiyi kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətində CPM-in bir sıra maddələrinə, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübə si” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına, Məhkum2 qarşı irəli sürülmüş ittihama, bu ittiham üzrə sonuncunun birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələrinə və ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış bir çox digər sübutlara, habelə iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi İ.N.Qurbanov işin faktiki hallarını mübahisələndirərək həmin şikayətini onunla əsaslandırmışdır ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr sübut kimi yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında 21 iyun 2022-ci il tarixli protokola istinad etsələr də cinayət işinin materiallarından, o cümlədən məhkəmə i clasında dindirilmiş şahidlərin ifadələrindən görünür ki, həmin protokol 21 iyun 2022-ci il tarixdə deyil, sonradan tərtib edilərək imzalanmış, bununla da prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Bundan başqa, gömrük yoxlaması zamanı narkotik vasitə aşkar edilmiş bağlama rəsmi prosedurlara uyğun qablaşdırılmamış, qanunvericiliyin tələblərinə uyğun olaraq saxlanc yerinə yerləşdirilməmiş və qanunda nəzərdə tutulmuş müddətdə təhqiqat orqanına təhvil verilməmişdir. Həmçinin, iş üzrə toplanmış və araşdırılmış sübutlarla həmin narkotik vasitənin Məhkum2 və Məhkum1 tərəfindən satış məqsədilə sifariş edilməsi, ölkəyə gətirilməsinin təşkil olunması təsdiq edilməmiş, onlara məxsus mobil telefonlarda və kompyuterlərdə də belə əməlləri törətmələrinə dair hər hansı məlumat aşkar olunmamışdır. Bu hallar isə hər iki şəxsin qanunsuz və əsassız olaraq CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dəlalət edir. Bu haqda ittiham hökmü çıxaran birinci instansiya məhkəməsinin hökmündən və həmin hökmün dəyişdirilmədən saxlanılması haqqında qərardan görünür ki, məhkəmələr toplanmış və araşdırılmış sübutlara düzgün qiymət verməmiş, göstərilən yekun məhkəmə aktlarının əsasını isə prosessual pozuntulara yol verilməklə əldə edilmiş sübutlar təşkil etmişdir. Şərh olunan dəlillərə əsaslanaraq müdafiəçi İ.N.Qurbanov da onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya protestinə və kassasiya şikayətinə baxılmasının vaxtı və yeri haqqında qanuna müvafiq qaydada və müddətdə məlumatlandırı lmış, lakin məhkumlar Məhkum2 və Məhkum1 məhkəmə iclasında iştirak etmək arzularını bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmiş, Məhkum2 hüquqlarının müdafiə olunması üçün dövlət hesabına təyin edilmiş müdafiəçi Bağırov Kərim Bağır oğlu isə məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq proses iştirakçılarının rəylərini dinləyərək və CPM-in 419.4-cü maddəsini rəhbər tutaraq kassasiya protestinə və kassasiya şikayətinə Məhkum1, Məhkum2 və onun müdafiəçi K.B.Bağırovun iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarında n kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Əvvəla kassasiya protestinin məzmununa görə, Dövlət ittihamçısı3 həmin protestində Məhkum2 və Məhkum1 təqsirli bilindikləri CM-in 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə ayrı-ayrılıqda və CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaların açıq-aşkar yüngül olmasını mübahisələndirir və bununla bağlı həmin məhkəmənin qəbul etdiyi qərarın ləğv edilməsi haqqında tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Müdafiəçi İ.N.Qurbanov isə kassasiya şikayətində məhkəmələr tərəfindən sübut lara qanuna müvafiq qaydada qiymət verilməməsini, Məhkum2 ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilmədiyi halda onun qanunsuz və əsassız olaraq məhkum edilməsini, bu haqda qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını isə yol verilməz sübutlar təşkil etdiyini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsi haqqında qərarın qəbul edilməsi haqqında tələbini CPM-in 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.21-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin tə qsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxarıldıqda və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: Odur ki, məhkəmə kollegiyası Dövlət ittihamçısı3 kassasiya protestini və müdafiəçi İ.N.Qurbanovun kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə V.G.Kiselyovun və Məhkum1 barələrindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında o lduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkə mələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi t ərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərin ə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. İlk növbədə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə cavab olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit e dilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunve riciliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayı r ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıql arının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icraatında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəməni n hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq e dilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən tör ədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymə tləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutl ara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirli liyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-c i maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələb lərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Məhkum2 barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi ibtidai araşdırma orqanı tərəfindən məhkəməyə təqdim olunan bütün sübutları araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun hökmün təsviri-əsaslandırıcı və hazırki qərarın “İşin halları” hissələrində təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına eh tiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum2 ona elan olunmuş ittiham üzrə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum2 təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə məhkum olunmuş Məhkum1 ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə verdiyi və Məhkum2 ifşa edən etirafedici ifadələri ilə yanaşı, həmçinin şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, maddi sübutlarla, ən əsası isə Məhkum2 narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsi və belə vasitələrin və maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə telefon və kompyuter məlumatları ilə, belə məlumatların yoxlanılmasına və onlara baxış keçirilməsi haqqında prosessual və qeyri-prosessual, lakin sübut əhəmiyyətli sənədlərlə və başqa sübutlarla tam təsdiq edilir. Bu sübutların əlaqəli şəkildə təhlilindən görünür ki, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, Məhkum2 ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi, yəni onun satış məqsədi ilə qəsdən qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək barədə istintaqa məlum olmayan tarixdə və yerdə Azərbaycan Respublikasının vətəndaşı Məhkum1lə və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq həmin şəxslərlə birlikdə cinayətkar qrupun Böyük Britaniyada olan şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvü tərəfindən Azərbaycan Respublikasında onlara çatdırılması üçün istintaqa məlum olmayan tarixdə və mən bədən tamah niyyəti və satış məqsədi ilə qəsdən qanunsuz olaraq külli miqdarda, 61,950 qram kokain narkotik vasitəsinin əldə edilməsinə, 1 ədəd paketdə qablaşdırmaqla malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə üzərinə “Dominoes” sözü yazılmış karton qutunun içərisindəki 14 domino daşının arasında gizlədilərək saxlanılmasına, həmin qutunu 1 ədəd poçt bağlamasına yerləşdirərək Məhkum1 adına, Böyük Britaniyadan Azərbaycan Respublikasına ***-*******6 nömrəli qaimə əsasında göndərilməklə "xxxx" MMC poçt daşıma şirkəti vasitəsilə daşınmasına, cinayətkar qrupun üzvü Məhkum1lə birgə həmin bağlamanı gömrük orqanına “kəmər" kimi bəyan etməklə 21 iyun 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Xəzər rayonunda yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Bakı Karqo Terminalındakı "Poçt göndərişləri" gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirilməsinə nail olması, eyni tarixdə keçirilmiş gömrük yoxlaması zamanı həmin narkotik vasitənin aşkar edilərək götürülməsi həmin sübutlarla tam təsdiq edilmişdir. İş materiallarından göründüyü kimi, məhkəmələrin iş üzrə bu haqda gəldikləri nəticənin əsasında duran sübutlar (onların hamısı birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı şərh edildiyindən məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda təkrarən təsvir edilməsinə ehtiyac görmür) qanuni prosedurlar daxi lində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş və məhkəmələr yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə dindirilmiş bütün şəxslərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Müdafiəçi İ.N.Qurbanov öz kassasiya şikayətində həmin sübutların prosessual qanunvericiliyinin tələbləri pozulmaqla əldə edilməsini, yəni ibtidai araşdırma orqanı nın CPM-in 125.2.7-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməsini iddia edərək öz mülahizələrinə əsasən bu sübutlara qiymət verib həmin sübutların əsassız olaraq hökmün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının əsası kimi qəbul edilməsini iddia etsə də, onun bu iddiası iş materialları ilə təsdiq olunmur, birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutların – Məhkum1 məhkəməyədək verdiyi ifadələrinin, şahidlərin ifadələrinin, məhkəmə ekspertizalarının rəylərinin alınması və iş üzrə digər sübutların qanun pozuntularına yol verilməklə əldə edilməsi müəyyən edilmir, bu sübutların yolverilməzliyini təsdiq edən sübutlar isə müdafiəçi və ya onun təmsil etdiyi Məhkum2 tərəfindən işə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən məhkəmələrə təqdim olunmamış, kassasiya şikayətinin müəllifi də öz kassasiya müraciətində belə mötəbər sübutlara istinad etməmişdir. Halbuki, CPM-in 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Qanunun bu normasının mənasına görə, cinayət prosesinin hər hansı iştirakçısı, o cümlədən iş üzrə təqsirli bilinmiş şəxs və ya onun müdafiəçisi iş üzrə toplanmış sübutların qanun pozuntusu ilə, yəni CPM-in 125.2-ci maddəsində göstərilən pozuntularla əldə edilməsini və buna görə bu sübutların yolverilməz olmasını iddia etdikdə, belə iddianı sübut etmək vəzifəsi həmin iştirakçının üzərinə düşür. Hazırki iş üzrə Məhkum2 müdafiəçisi İ.N.Qurbanov kassasiya şikayətində öz iddialarını sübut edə bilməmiş və öz dəlillərinin əsaslı olmasına məhkəmələri, o cümlədən kassasiya instasiyası məhkəməsinin məhkəmə kollegiyasını buna inandıra bilməmişlər. Buna görə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi heç bir qanun pozuntusuna yol verilmədən toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutları mötəbər sübutlar, Məhkum2 ibtidai araşdırma zamanı və məhkəmə iclasında verdiyi ifadələri isə özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirməklə bu ifadələri təkzib edən başqa sübutlara istinad edib Məhkum2 CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsinə, həmin cinayət əməllərinə aidiyyət inin və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin Məhkum2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına əsaslanmış və sonuncunun göstərilən maddələrlə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun mötəbər nəticəyə gəlmiş və eyni zamanda onun törətdiyi əməlləri CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişlər. Kassasiya şikayətində Məhkum2 hər hansı cinayət əməlini törətməməsi, buna görə də onun əsassız olaraq CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılması iddia olunsa da, məhkəmə kollegiyası məhkumun ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlinin sübuta yetirilməsi haqqında qənaəti ilə yanaşı onun bu əməllərinə mad di hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini də yoxlayıb belə nəticəyə gəlmişdir ki, onun törətdiyi əməllərinin CM-in göstərilən maddələri ilə tövsif edilməsi həm cinayət işinin materiallarına, həm qanunvericiliyin tələblərinə, həm də Ali Məhkəmənin Plenumunun müvafiq Qərarlarında əksini tapmış izah və tövsiyələrə uyğundur. Bununla bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət obyektiv və subyektiv cəhətlərinə görə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur və bu cinayət qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədildikdə təqsirkarın əməlləri CM-in 234.4.3-cü maddəsi ilə yanaşı həmçinin CM-in 234.4.1-ci maddəsi ilə də tövsif edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələrinin bu məsələ ilə bağlı gəldikləri nəticə düzgündür və qeyd edir ki, şəxsin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddələrlə ilə təqsirli bilinərək cəzalandırılması üçün aşağıdakı şərtlərin mütləq sübuta yetirilməsi tələb olunur: - şəxs CM-in 234.2-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədi ilə etməli; - şəxs belə hərəkətləri qanunsuz və başqa şəxslə (şəxslərlə) qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə etməlidir; - narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Hazırkı iş üzrə m əhkum olunmuş şəxsin təqsirliyi bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməsi tam sübuta yetirilmiş və bununla bağlı işin faktiki halları iş üzrə toplanmış və araşdırılmış sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkəmə kollegiyasının qənaətinə görə, işin faktiki hallarına və bu halların arxasında duran sübutlara qiymət verən məhkəmələr tamamilə haqlı olaraq Məhkum2 külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı əməllərini məhz satış məqsədilə törətməsi barədə əsaslı nəticəyə gəlmiş və bu nəticə qanunvericiliyin tələbləri ilə yanaşı həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının formalaşdırdığı vahid məhkəmə təcrübəsinə və bu təcrübənin formalaşdırılması üçün Ali Məhkəmənin Plenumu tərəfindən 14 iyun 2024 -cü il tarixdə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarda əksini tapmış izah və tövsiyələrə uyğundur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. CM-in 234.4.3-cü maddəsinin məzmununa və mənasına görə, şəxsin həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi haqda nəticəyə gəlmək üçün onun külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri, habelə bunlara aid olmayan güclü təsir edən maddələri satması ilə yanaşı həmçinin belə vasitə və maddələri satış məqsədilə əldə etməsi, saxlaması, daşıması, gəzdirməsi və ya göndərməsi toplanmış və araşdırılmış sübutlarla təsdiq olunmalıdır. Burada göstərilən maddə və vasitələrin miqdarı, onların daşınması, gəzdirilməsi, saxlanması yerləri, müddəti, şəraiti və üsulu, habelə satışın həyata keçiriməsi üçün müəyyən avadanlığın (məsələn, tərəzinin, qablaşdırmaq üçün avadanlığın) alınması və narkotik vasitələrin, p sixotrop və güclü təsir edən maddələrin istifadəçilərinin axtarılması və sair bu kimi halların müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 8-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq ki mi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Plenum Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yu xarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum2 digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə Azərbaycana göndərilməsini sifariş etdiyi narkotik vasitə olan kokainin külli miqdarından dəfələrlə çox olması (Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “ Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahının 10-cu bəndinə görə, kokainin bir qram və ondan artıq miqdarı külli miqdar hesab edilir), onun bu vasitənin qanunsuz dövriyyəsi ilə bağlı əməli məhz digər şəxslərə yaymaq, yəni satış məqsədilə törətməsinə dəlalət edir, onun həmin maddəni özünün istifadə etməsi üçün əldə etmək niyyəti izləməsi isə adı çəkilən məhkumun narkomaniya xəstəliyindən əzab çəkməməsi və məcburi müalicəyə ehtiyacının olmaması barədə iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 1 sentyabr 2022-ci tarixli 4868 saylı rəyi ilə təkzib olunur. Məhkum2 göstərilən narkotik vasitəni əldə etməməsi onun əməlində CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tə rkib əlamətlərinin olmaması barədə nəticəyə gəlmək üçün əsasın yaratması barədə kassasiya şikayətinin dəlilinə cavab olaraq isə məhkəmə kollegiyası vurğulayır ki, adı çəkilən məhkumun həmin narkotik vasitəni Məhkum1lə və istintaqla müəyyən edilməmiş digər şəxslərlə cinayət əlaqəsinə girməklə Azərbaycana göndərilməsini sifariş etməsi, bu zaman qanunsuz dövriyyəsi qadağan edilmiş əşyanı satmaq niyyətində olması, ittiham olunduğu cinayətlərin obyektiv cəhətinə aid olan hərəkətlər bilavasitə başqa şəxslər tərəfindən edilsə də, özünün də cinayətkar qrupun üzvü kimi bu hərəkətlərin edilməsində bilavasitə iştirak etməsi (bu hallar da təkzib edilməz və obyektiv sübutlarla tam təsdiq edilir) onun nəinki narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı cinayəti, həm də bu vasitənin qaçaqmalçılığı ci nayətini də icraçı qismində törətməsinə dəlalət edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 törətdiyi cinayət əməlləri CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı, həm də CM-in 206.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, belə tövsif isə həm cinayət qanunvericiliyinin tələblərinə, həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə, həm də maddi hüquq normalarına yuxarıda verilmiş təfsirə, habelə Ali Məhkəmənin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarı ilə yanaşı, kassasiya şikayətində də istinad olunan “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrə uyğundur. Belə ki, CM-in 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olm amasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunların isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Bu hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı qərarlarında əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmunu nun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təq sirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayət in tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. CM-in 32.2-ci maddəsinə əsasən, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edil ə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. CM-in 34.2-ci maddəsinin tələbinə görə, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu öz hüquqi mövqeyini belə ifadə etmişdir ki, cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məsələn, şəxs rolların bölgüsünə görə, cinayətin törədilməsində icraçıya bilavasitə yardım (dəstək) göstərməyə yönəlmiş hərəkətlər edərsə (şəxsin yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak etməsi, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakın aparılması, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıların sığortalalanması) o, Cinayət Məcəlləsinin 32.2-ci maddəsində göstərildiyi kimi, birgə icraçı hesab edilir. Həmin maddəyə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır. CM-in 206.2-ci maddəsində narkotik vasitələrin qaçaqmalçılığına, CM-in 206.3.2-ci maddəsində isə həmin əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli Qərarın 19-cu bəndində məhkəmələrə təqsirkarın əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-in 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-in 34.2-ci maddəsinin tələblərinə əsaslanmaları tövsiyə edilmişdir. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-in 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), dig əri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyə tindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-in 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-in 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-in 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsi nə əsasən həmin sübutların Məhkum2 tərəfindən təqsirli bilindiyi cinayətlərin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi və əməlinin CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Bundan başqa, məhkəmələr işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları tam şəkildə təmin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün yuxarıda geyd olunanlar işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin prosessual qanunvericiliyinin tələbləri ilə yanaşı, Məhkum2 tərəfindən törədilmiş cinayət əməllərinə münasibətdə maddi hüquq normalarının tətbiqində də pozuntulara yol vermədiklərini göstərir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, müdafiəçi İ.N.Qurbanovun kassasiya şikayətində göstərdiyi dəlillər heç bir sübutla təsdiq olunmur və məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə araşdırmaları zamanı CPM-in 10 (qanunçuluq), 11 (hə r kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuşdur. Məhkum2 və hazırki iş üzrə məhkum olunmuş Məhkum1 barələrində seçilmiş cəza tədbirinin onların törətdikləri cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, habelə işin digər hallarına uyğun olmaması, onlara t əyin edilmiş cəzaların açıq-aşkar yüngül olması barədə kassasiya protestinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası ilk növbədə vurğulamağı lazım bilir ki, ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasıyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqs irli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin Xüsusi Hissəsinin hər hansı maddəsinin sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri nəzərdə tutulduqda, məhkəmələr hər bir halda az ciddi və ya daha ciddi cəzanın təyin edilməsinin səbəblərini hökmdə və ya qəbul etdikləri digər yekun qərarda qanuna m üvafiq qaydada və inandırıcı şəkildə əsaslandırmalıdırlar. Belə tələblər isə cinayət qanunvericiliyi normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1 və 41.2-ci maddələrinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaş dıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o da nəzərə alınmalıdır ki, CM-in 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu CM-in 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-in 61.2-ci maddəsinin tələblərinə görə isə CM-in 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlə rlə yanaşı, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Sübutların araşdırılması və qiymətləndirilməsi haqqında prosessual normalar (CPMin 144 və 145.1-ci maddələri) cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmələrdən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı və həmin sübutların bir-biri ilə müqayisə edilərək həm ayrı-ayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini tələb edir. Yuxarıda istinad olunmuş CPM-in 349.5-ci maddəsinin mənasına görə, hökmün və ya məhkəmənin digər yekun qərarının məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür və bu norma CPM-in CPM-in 125, 143-146-cı maddələrində nəzərdə tutulmuş normalarla birlikdə tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünl üyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın, həmin tələblərə isə həmçinin təqsirkar barəsində cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunsun. Eyni zamanda məhkəmə kollegiyası vurğulayır ki, təsvir olunan tələblər apellyasiya müraciətləinə baxılması nəticəsində apellyasiya instansiyası məhkəməsinin də çıxardığı hökmə və ya qəbul etdiyi qərara da aiddir, çünki apellyasiya icraatı zamanı da həmin məhkəmə istər apellyasiya şikayətinin və ya apellyasiya protestinin qeyd edilən məsələ ilə bağlı dəlillərə və irəli sürülmüş tələbə uyğun olaraq, istərsə də bunlardan asılı olmayaraq təqsirləndirilən şəxs haqqında bu və ya digər cəza tədbirinin seçilməsinə və ya cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsinə münasibət bildirmək h üququna malikdir. Bu münasibətlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə isə hər bir halda işin hallarına, araşdırılmış sübutlara, normativ və qeyri-normativ hüquqi aktların tələblərinə uyğun olmalı və qəbul edilmiş məhkəmə aktlarında onlara mütləq istinad edilməklə məhkəmənin gəldiyi nəticə qanuna müvafiq qaydada əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları) “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında vurğulanır ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərər çəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyər lərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra in stitutları məhz bu prinsipə əsaslanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən C M-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkə n cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrə cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli za manı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 27-ci bəndində məhkəmələr tövsiyə edilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərba ycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəza nın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xara kterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhk umluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqların ın olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələr haqqında” 1961-ci il tarixli Vahid Konvensiyası, “Psixotrop maddələr haqqında” 1971-ci il tarixli və “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il tarixli Konvensiyalarında narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, Konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, psixotrop maddələ rin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi özünün 3 aprel 2024-cü il tarixli hökmü ilə Məhkum2 və Məhkum1 istər CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrı-ayrılıqda (CM-in 206.3.2-ci maddəsinin sanksiyasında beş ildən səkkiz ilədək, CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında isə - beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuş və həmin maddələrə əsasən törədilmələrinə görə cinayət məsuliyyəti müəyyən olunmuş cinayətlər CM-in 15.4-cü maddəsinin tələbinə görə ağır cinayətlər kateqoriyasına aid edilmişdir), istərsə də CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza tə yin edərkən onların törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlik dərəcəsi ilə yanaşı, cəzanı yüngülləşdirən hallar kimi CM-in 59.1.4-cü maddəsinə əsasən Məhkum2 himayəsində bir azyaşlı uşağının olmasını, CM-in 59.2-ci maddəsinə istinad edərək isə adları çəkilən məhkumların əvvəllər məhkum olunmamalarını, habelə CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, digər tərəfdən isə onların şəxsiyyətlərini, onları səciyyələndirən halları, həmçinin təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə aldığını göstərmiş, apellyasiya instansiyası məhkəməsi də apelyasiya protestinə və apellyasiya şikayətlərinə baxılması nəticəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə bilən hər hansı yeni hal müəyyən etməyərək birinci instansiya məhkəməsinin digər məsələlərdə olduğu kimi cəza təyini hissəsində də həmin məhkəmənin çıxardığı hökmlə razılaşmışdır. Hər iki məhkəmənin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarının təhlili göstərir ki, əvvəla məhkəmələr Məhkum2 və Məhkum1 həm CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, həm də CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə eyni müddətlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən onların təqsirli bilindikləri cinayətlərin törədilməsində rollarını və iştirakçılıq dərəcəsini qanuna müvafiq qaydada qiymətləndirməmiş, bununla da cəzanın təyin edilməsinə fərdi yanaşma prinsipinə əməl etməmiş, onların şəxsiyyətini səciyələndirən halları və ailələrinin həyat şəraitinə təsirini nəzərə aldıqla rını göstərərkən isə bu halları da CPM-in 139.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq sübutlar vasitəsilə əsaslandırmamışlar. Bundan başqa, Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 aprel 2024-cü il tarixli hökmündən verilmiş və kassasiya protestinin məzmunu ilə faktiki olaraq eynilik təşkil edən apellyasiya protestinə baxan apellyasiya instansiyası məhkəməsi Məhkum2 və Məhkum1 törətdikləri cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini xarakterizə edən, yuxarıda təhlil edilən halların hər hansı birinə diqqət yetirməmiş, qəbul etdiyi qərarında isə iş üzrə toplanmış və araşdırılmış sübutlara, cəza təyini ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə, həmin məhkəmənin əsaslandığı hallara, bu məsələnin həlli ilə bağlı cinayət qanununun bir sıra normalarının tələblərinə və bəzi normativ və qeyri-normativ hüquqi aktlara istinad etiməklə kifayətlənərək apellyasiya protestinin dəlillərinə əsaslandırılmış və inandırıcı cavablar verməmiş, həmin müraciətin təmin edilməsinin mümkünsüzlüyünü isə kifayət qədər əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin belə mövqeyi ilə heç cür razılaşmır və belə qənaətə gəlir ki, apellyasiya protestinə məhkəmə baxışı nəticəsində Məhkum2 və Məhkum1 təyin olunmuş cəzaları qanuni və ədalətli hesab edən həmin məhkəmə həmçinin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cəza təyini sahəsində formalaşmış vahid məhkəmə təcrübəsini də kifayət qədər nəzərə almamışdır. Həmin təcrübəyə görə isə, bu kimi cinayətlər törətmiş şəxslərin barələrində cəza tədbirinin seçilməsi zamanı i ş üzrə müəyyən olunmuş digər hallarla, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, törədilmiş cinayətlərin prdmetini təşkil edən narkotik vasitələrin və ya psixotrop maddələrin miqdarı və növləri də törədilmiş cinayətlərin ictimai təhlükəliliyini şərtləndirən və bu, yaxud da digər cəzanın təyin edilməsinə təsir göstərən amil kimi nəzərə alınır. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, hazırki iş üzrə Məhkum2 və Məhkum1 törətdikləri cinayətin predmeti nadir hallarda rast gəlinən, lakin öz zərərli təsirinə görə digər narkotik vasitələrdən fərqlənən və insan sağlamlığı üçün daha təhlükəli olan kokaindir, onun miqdarı isə külli miqdardan təxminən 62 dəfə çox olmuşdur (yuxarıda istinad olunan İ Siyahı). Eyni zamanda, iş materiallarından görünür ki, məh kəmələr Məhkum2 və Məhkum1 barələrində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən yuxarıda göstərilən hallarla yanaşı, ümumi sözlərlə məhkum olunmuş şəxslərin şəxsiyyətlərini səciyyələndirən hallara da istinad etdiklərini göstərsələr də, bu halların nədən ibarət olmasını, onların şəxsiyyətlərinin hansı cəhətlərini nəzərə aldıqlarını, digər tərəfdən təyin olunmuş cəzaların onların ailələrinə nə cür təsir etməsini hər hansı sübut vasitəsilə əsaslandırmamış, cəza təyininə təsir edən müvafiq sübutlara isə qanuna müvafiq qaydada qiymət verməmişlər. Bu baxımdan məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşıb onları qəbul edilən hesab edərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi təhlil edilən məsələyə münasibət bildirib həmin məsələ üzrə birinci instan siya məhkəməsinin mövqeyi ilə razılaşarkən öz qərarında qanunda nəzərdə tutulmuş şəkildə əsaslandırma aparmadığından, apellyasiya protestinin dəlillərinə əsaslandırılmış və inandırıcı cavab vermədiyindən, eyni zamanda Məhkum2 və Məhkum1 törətdikləri cinayətlərin ictimai təhlükəlilik dərəcəsini və xarakterini kifayət qədər nəzərə almadığından, nəticə etibarı ilə CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verdiyindən həmin məhkəmənin qəbul etdiyi 26 iyul 2024-cü il tarixli qərarı qüvvədə saxlanıla bilməz və buna görə də yalnız kassasiya protesti təmin edilməklə həmin qərar ləğv edilməli, cinayət işi isə yeni apellyasiya baxışına təyin olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini qəbul edilən, kassasiya şikayətinin dəlillərini isə - qəbul e dilməz sayıb kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin isə - təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun, kassasiya protestinin təmin edilməməsi, kassasiya şikayətinin isə təmin edilməsi barədə müdafiəçi İ.N.Qurbanovun çıxışlarını dinləyərək, belə nəticəyə gəlir ki, kassasiya protesti təmin edilməklə Məhkum2 və Məhkum1, hər birisinin CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2024-cü il tarixli qərarı həmin protestə münasibətdə ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-in 419.12-ci maddəsinin tələblərini də nəzərə alı r və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-in 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Müdafiəçi İ.N.Qurbanovun kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı3 kassasiya protesti təmin edilsin. Məhkum2 və Məhkum1, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2024-cü il tarixli qərarı kassasiya protestinə əsasən ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin olunsun.
Məhkəmə qərarları › İş №1(102)-198/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-198/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver