Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1980/2023 24.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Leyli Cəfər qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsi nin 04 oktyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim A.İ.Paşayev, hakimlər Ə.Q.Quliyev və R.Ə.Sadıxovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxx 1990-cı ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 19 yanvar 2022-ci il tarixdən 13 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 24 (iyirmi dörd) gün cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 8 (səkkiz) il 8 (səkkiz) ay 6 (altı) gün m üddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 20 iyul 2022-ci il tarixdən hesablanması, Məhkum narkomaniyadan müalicə olunması üçün barəsində tibbi xarakterli məcburi tədbirin təyin edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Z.A.Şirinov, hakimlər Z.B.Babayev və İ.A.İbrahimlidən ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmi şdir. İşin halları: Hökmə əsasən Məhkum istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq üzərinə “XXX15” yazısı yazılmış aptek torbasının içərisindəki şəffaf rəngli sellofan bükümdə külli miqdarda ümumi təmiz çəkisi 510 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib, daşıyaraq üzərində saxlamış, 19 yanvar 2022-ci il tarixdə, saat 14:23-də özünü şübhəli apardığına görə Sabunçu RPİ-nin 14-cü Polis bölməsinin əməkdaşları tərəfindən ünvan3ində yerləşən “xxx20” kafesinin yaxınlığında saxlanılaraq, 14-cü PB-nə gətirilib üzərində həmin Polis Bölməsinin inzibati binasında şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli dəri gödəkcənin iç sol yan cibindən üzərinə “xxx20” yazısı yazılmış aptek torbasının içərisindəki şəffaf rəngli sellofan bükü mdə külli miqdarda ümumi təmiz çəkisi 510 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət prosesində onun müdafiə hüququ və sübutetmə qaydaları pozulmuş, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi olduğu halda o, əsassız olaraq satış məqsədi ilə 510 qram – külli miqdarda heroin narkotik vasitəsini əldə edib, saxlmaqda və daşımaqda - CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinmiş (birinci instansiya və apelyasiya instansiyası məhkəmələrində müdafiə etdiyi mövqeyə görə onun üzərində yalnız 1 qram heroin narkotik vasitəsi olmuş, qalan narkotik vasitəyə isə onun aidiyyəti olmamışdır), eləcə də ona cəza təyin edilərkən xəs təlikdən əziyyət çəkməsi, valideynlərinin vəfat etməsi nəzərə alınmamışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 dekabr 2022-ci il tarixli qərarının dəyişdirilməsini və əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif edilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsinə görə isə Ali Məhkəmənin kollegiyası hüquq məsələləri üzrə yoxlama nəticəsində cinayət və cinayət-prosessual qanunların tətbiqi ilə bağlı olub bu maddədə göstərilən pozuntualardan hər hansı birini müəyyən etdikdə, məhkəmə qərarını kassasiya qaydasında ləğv edə və yaxud dəyişdirə bilər. Məhkum kassasiya şikayətində sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, narkotik vasitənin satışını həyata keçirmək kimi məqsədi olmadığına görə onun əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3- cü maddəsi ilə tövsif olunduğunu və cəza təyin edilərkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını iddia edərək, faktiki olaraq əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə (müvafiq olaraq da apellyasiya instansiyası məhkəməsinin q ərarının) dəyişdirilməsinə və CM-in 234.1-ci maddəsinə müvafiq olaraq cəzanın təyin edilməsinə dair kassasiya tələbini Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum ona hökmlə isnad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməlini törətməsi (qanunsuz olaraq 510 qram – külli miqdarda heroin narkotik vasitəsini satış məqsədi ilə əldə edib, daşıması və saxlaması) birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə müdafiə tərəfinin dəlilləri (təqsirkarın əməlində satış məqsədi ilə qanunsuz olaraq 510 qram - külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma cinayətinin de yil, belə məqsəd olmadan 1 qram narkotik vasitəni qanunsuz olaraq əldə etmə, saxlama, daşıma cinayətinin tərkibinin olması barədə iddia) apellyasiya instansiyası məhkəməsi tərəfindən də Məhkum apellyasiya şikayətinə baxılarkən yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə, o cümlədən Məhkum götürülmüş maddənin heroin narkotik vasitəsi olmasına və çəkisinin 510 qram (yəni, külli miqdar) təşkil etməsinə dair 19 yanvar 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokol, habelə məhkəmə kimyəvi ekspertizasının həmin tarixli rəyi, Məhkum şəxsi axtarışın və götürmənin gedişində verdiyi narkotik vasitənin ona məxsus olması barədə məlumat, şahidlərin ifadələri və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Məhkum qarşı irəli sürülmüş ittiham və onun əsaslandırılması və təkzib edilməsi üçün gətirilən sübutlar istər birinci instansiya məhkəməsində, istərsə də apelyasiya instansiyası məhkəməsində araşdırılarkən cinayət-prosessual qanunla müəyyən olunmuş prosedurlara riayət olunmuş, o cümlədən kassasiya şikayətində iddia olunanların əksinə olaraq Məhkum dövlət hesabına müdafiəçi təqdim edilməklə, müdafiəçinin yardımı ilə ittiham tərəfinin sübutlarını mübahisələndirmək imkanı yaradılmaqla onun müdafiə hüququ təmin edilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, bi rinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür (sübutlar hökmdə ətraflı təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların, onlardan irəli gələn halların müdafiə tərəfinin dəl illəri ilə obyektiv müqayisəsi üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır). Məhkum təyin olunmuş cəzaya gəldikdə, məhkəmə kollegiyası baxılan işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini, Məhkum əvvəlki məhkumluğunun da ödənildiyini, onun hökmlə təyin edilmiş 9 il müddətə azadlıqdan məhrum etmə cəzasından daha az müddətə azadlıqdan məhrum etmə cəzası vasitəsi ilə də islah edilməsinin və CMin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın digər məqsədlərinin realizə edilməsinin mümkün olduğunu nəzərə alaraq, Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin 1 il azaldılmasını məqsədəmüvafiq hesab edir. Bu zaman məhkəmə kollegiyası həm də ona əsaslanır ki, CM-in 58.1-ci maddəsinə əsasən törədilmiş c inayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti qismən təmin edilməklə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 01 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilməli, ona CM-in 234.4.3-cü maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 9 (doqquz) ildən 8 (səkkiz) ilə endirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəs ini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 01 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 9 (doqquz) ildən 8 (səkkiz) ilə endirilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 19 yanvar 2022-ci il tarixdən 13 may 2022-ci il tarixədək həbsdə olduğu 3 (üç) ay 24 (iyirmi dörd) gün təyin olunmuş cəza müddətinə hesablansın, onun üzərində qəti olaraq 7 (yeddi) il 8 (səkkiz) ay 6 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qalan h
Məhkəmə qərarları › İş №1(102)-1980/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1980/2023
24.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver