Məhkəmə qərarları › İş №1(102)-1981/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1981/2024

30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1981/2024 30.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçisi Əliyev Mürsəl Məmməd oğlunun iştirakları ilə xx xxx 1982-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Cəlilabad şəhəri, H.Əliyev prospekti, ev 118, mənzil 22-də qeydiyyatda olan, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyul 2019-cu il tarixli 1(103)-929/2019 nömrəli qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 aprel 2024-cü il tarixli 1(103)-929/2019 nömrəli qərarından məhkumun müdafiəçisi Əliyev Mürsəl Məmməd oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2019-cu il tarixli 1(101)-556/2019 nömrəli hö kmü ilə (hakimlər: A.İ.Paşayev (sədrlik edən), Ə.Q.Quliyev və İ.X.Həsənzadə) Məhkum Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 10 avqust 2018ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən Məhkum müdafiəçisi Əliyev Oktay Məmmədoviç tə rəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyul 2019-cu il tarixli 1(103)-929/2019 nömrəli qərarı ilə (hakimlər: İ.M.Murquzov (sədrlik edən), H.Məhkum və H.H.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2019-cu il tarixli 1(101)-556/2019 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 may 2019-cu il tarixli 1(101)-556/2019 nömrəli qərarından Bakı Apellyasiya Məhkəməsinə kassasiya şikayəti ilə müraciət etmiş, eyni zamanda həmin qərardan kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 aprel 2023-cü il tarixli 1(103)-929/2019 nömrəli qər arı ilə (hakimlər: İ.M.Murquzov (sədrlik edən), Q.X.Babayev və A.V.Tanrıverdiyev) Məhkum kassasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti təmin edilməmişdir. Apellyasiya məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin şikayətdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyul 2019-cu il tarixli 1(103)-929/2019 nömrəli qərarının ləğv edilməsi xahiş olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və müdafiəçi Şahid1, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya inst ansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında cinayət-prosessual hərəkətlərin aparılması, cinayətprosessual qərarların qəbul və icra edilməsi həmin anda qüvvədə olan Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəalarına uyğun həyata keçirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikd irlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: “411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi nin 411.3-cü maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsi apellyasiya instansiyası məhkəməsinin yekun qərar çıxarmış məhkəmə tərkibi (bu mümkün olmadıqda, digər hakimlərdən ibarət məhkəmə tərkibi) tərəfindən həll edilir. Həmin Məcəllənin 411.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etmiş olduğu məhkəmə qərarı elan olunduğu andan qanunla müəyyən edilmiş müddətlərdə kassasiya protes ti və ya şikayəti verilə bilər. Həmin müddətin axımı qərarın elan olunduğu vaxtdan hesablanmağa başlayır. Həmin müddətdən sonra kassasiya şikayəti və ya protesti verilərsə, prosessual müddətin bərpasına dair vəsatət də verilməlidir. Kassasiya şikayətinin (protestinin) verilmə müddəti üzrlü səbəblərə görə buraxıldıqda prosessual müddət bərpa edilməlidir. Buna görə də kassasiya şikayətini (protestini) verən şəxs vəsatətində prosessual müddətin bərpasına dair vəsatətində müddətin buraxılmasının üzrlü səbəblərini göstərməli və əsaslandırmalıdır ki, onun iradəsindən asılı olmayan səbəblərdən müddət buraxılmışdır. Çünki buraxılmış müddətin bərpa edilməsi üçün əsas, ya şəxsin səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulmalı və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmamalıdır. Yaxud da fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verməli idi. Bu iki haldan hər hansı birinin baş verməsi kassasiya şikayəti verilməsi müddətinin bərpasının üzrlü hesab edilməsi üçün əsasdır. Şəxsin iradəsindən asılı olmayan halın olması, şəxs həmin müddət ərzində özündən asılı olmayan səbəblərə görə kassasiya şikayəti vermək imkanının olmamasını ehtiva edir. Məhkəmə kollegiyası iş materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Məhkum hazırkı vəsatətinin təmin edilməsi üçün qanunda nəzərdə tutulan obyektiv əsaslar, üzrlü səbəblər yoxdur. Kassasiya şikayətinin verilmə müddəti üzrsüz səbəbdən ötürülmüşdür. Belə ki, Məhkum kassasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair v əsatəti və kassasiya şikayəti ilk dəfə 20 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, yəni vəsatət və kassasiya şikayəti apellyasiya məhkəməsinin yekun qərarının çıxarılmasından təxminən 2 ildən artıq vaxt keçdikdən sonra verilmişdir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 aprel 2023-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyul 2019-cu il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətinin bərpasına dair Məhkum tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Bundan sonra 16 noyabr 2023-cü il tarixdə məhkəməyə təkrarən Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyul 2019-cu il tarixli qərarından kassasiya şikayəti və ka ssasiya şikayəti üzrə ötürülmüş prosessual müddətinin bərpasına dair vəsatət daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 7 dekabr 2023-cü il tarixli qərarına əsasən Məhkum tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyul 2019-cu il tarixli qərarından kassasiya şikayəti üzrə ötürülmüş prosessual müddətinin bərpasına dair vəsatət və kassasiya şikayəti təkrar olaraq verildiyindən geri qaytarılmışdır. Həmin qərardan narazı qalan Məhkum tərəfindən kassasiya şikayəti və və kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1 fevral 2024-cü il tarixli qərarına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edi lməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2019-cu il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin 19 iyul 2019-cu il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatətin təmin edilməməsi üzrə Bakı Apellyasiya Məhkəməsinin 4 aprel 2023-cü il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Məhkum tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. 4 mart 2024-cü il tarixdə yenidən məhkəməyə məhkum tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyul 2019-cu il tarixli qərarından təkrar kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatəti daxil olmuşdur. Məhkəmə ko llegiyası hesab edir ki, Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyul 2019-cu il tarixli 1(103)-929/2019 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair verdiyi şikayət əsassızdır və kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət bərpa edilməməlidir. Məhkəmə kollegiyası bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum oğlu Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 aprel 2024-cü il tarixli 1(103)-929/2019 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar