Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1982/2022 01.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum2 müdafiəçisi – Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart 2022-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2021-ci tarixli hökmü ilə (sədrlik edən hakim T.Q.Hüseynov, hakimlər Ə.İ.Məmmədov və F.A.Qəribovdan ibarət məhkəmə tərkibi) Məhkum2 (xx xxxxxxxx 1986-cı ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən həmin cəza Bakı Apellyasiya Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qərarı ilə Məhkum2 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi il ə təyn olunmuş 1 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə Məhkum2 qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum2 cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 28 oktyabr 2020-ci il tarixdən hesablanması, narkomaniyadan müalicə olunması üçün tibbi xarakterli məcburi tədbirin təyin edilməsi və ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması qərara alınmışdır. Həmin hökmlə Məhkum1 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəç i hakim E.E.Rəhimov, hakimlər F.A.Qasımov və K.H.Əkbərovdan ibarət məhkəmə tərkibi) Məhkum2 müdafiəçisi Müdafiəçi1 və Məhkum1 müdafiəçisi X3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2021-ci tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart 2022-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə tanışı Məhkum1 ilə cinayə t əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, Məhkum1 şəxsiyyəti istintaqa məlum olmayan “X35” adlı XXX25 vətəndaşına 28 oktyabr 2020-ci il tarixdə saat 15:17-də onlayn qaydada ödəmə terminalı vasitəsi ilə 1000 manat ödəniş etdikdən sonra sonuncunun istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Qaradağ rayonu Bakı-Ələt-Qazax yolunun 13cü kilometrliyində yerləşən “SOCAR” Qaz İxracı İdarəsinə aid məlumat lövhəsinin altına yerləşdirdiyi iki ədəd şəffaf polietilenə bükülü vəziyyətdə, külli miqdarda cəmi çəkisi 89,707 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 28 oktyabr 2020-ci il tarixdə saat 16:50 dəqiqədə həmin ünvandan Məhkum1lə birlikdə qanunsuz olaraq əldə etdikdən sonra aralarında əldə olunmuş ümumi niyyətə uyğu n olaraq əvvəldən razılaşdıqları kimi sonuncu həmin narkotik vasitə olan heroindən 1,293 qram təmiz çəkidə olan hissəsini bir bükümə ayırıb satış məqsədi ilə saxlaması üçün ona vermiş, qalan iki bükümdə 88,414 qram hissəsini Məhkum1 satış məqsədilə üzərində saxlayaraq daşımış, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 28 oktyabr 2020-ci il tarixdə saat 19:30 dəqiqədə ünvan 2 ünvanının qarşısında saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis bölməsinə gətirilmiş, bölmənin inzibati binasında üzərlərinə keçirilən şəxsi axtarış zamanı satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri cəmi çəkisi 89,707 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış qəhvə yi rəngli tozşəkilli narkotik vasitə hesab edilən heroindən iki bükümdə olmaqla, bir bükümdə təmiz çəkisi 58,360 qram, ikinci bükümdə isə təmiz çəkisi 30,054 qram olan, cəmi təmiz çəkisi 88,414 qram təşkil edən hissəsi Məhkum1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən, heroinin qalan təmiz çəkisi 1,293 qram təşkil edən hissəsi isə onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümdə aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib-qiymətləndirilməmiş, nəticədə Məhkum2 müstəsna olaraq özünün istehlakı üçün narkotik vasitəni əldə etdiyi halda, əsassız olaraq onun əməli satış məqsədi ilə qabaqc adan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma kimi Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif olunmuş və ona həddindən artıq ağır cəza təyin olunmuşdur. Məhkum2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart 2022-ci il tarixli qərarının Məhkum2 aid hissədə dəyişdirilməsini, Məhkum2 əməlinin Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrindən 234.1-ci maddəsinə tövsif edilməsini və yaxud ona CM-in 234.4.1, 234.4.3-cü maddələrilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının azaldılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Re spublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin madd ədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində Məhkum2 əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif olunduğunu və ona həddindən artıq ağır cəzanın təyin olunduğunu iddia edərək, faktiki olaraq Məhkum2 əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə (müvafiq olaraq da apellyasiya instansiyası məhkəməsinin qərarının) dəyişdirilməsinə və yaxud Məhkum2 cəzasının azaldılmasına dair kassasiya tələblərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.15 və 416.1.21ci maddələrində məhkəmə qərarının kassasiy a qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya Məhkum2 müdafiəçisinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum2 münasibətdə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tə rkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrinin dispozisiyalarına görə, həmin normalar (hazırki işin konteksitndə) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsinə, saxlanılmasına, daşınmasına görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin v ə psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının al ınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Qanunun 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. Adı çəkilən 2005-ci il 28 iyun tarixli qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”ya (İ siyahıya) əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsin ə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir olunmuş Məhkum2 narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan hərəkətlərini yuxarıda qeyd olunan normalarla və Azərbayc an Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ilə müqayisə etdikdə, müdafiəçinin Məhkum2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayətin tərkibinin olmaması haqqında iddiasının əsassız olduğu, onun əməlində qeyd olunan cinayət tərkibini səciyyələndirən əlamətlərin olması səbəbindən həmin maddələr ilə təqsirli bilinməsinin əsaslı və qanuni olduğu müəyyən edilir. Belə ki, Məhkum2 qabaqcadan Məhkum1 ilə ümumi kütləsi 89,707 qram, yəni külli miqdar təşkil edən narkotik vasitəyə münasibətdə cinayətkar hərəkətlərin törədilməsi barədə razılığa gəlib, həmin şəxslə əlaqəli şəkildə birgə hərəkət etmiş, o cümlədən Məhkum1lə birlikdə 89,707 qram narkotik vasitəni Qaradağ rayonunun ərazisində gizlədildiyi yerə gedib götürmüşlər; Məhkum1 ona həmin narkotik vasitədən 1,293 qramını satmaq məqsədi ilə verdikdən və özündə 88,414 qramını saxladıqdan sonra da bu qaydada narkotik vasitənin bütöv kütləsini birlikdə Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsində yerləşən 26/76 nömərli evin qarşısına daşımışlar; polis əməkdaşları tərəfindən də onlar həmin yerdə birlikdə saxlanılmış və qeyd edilən narkotik vasitə onlardan (88,414 qramı Məhkum1 və 1,293 qramı Məhkum2) götürülmüşdür. Bu hallar, eləcə də Məhkum2 istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefona daxil olan və çıxan ismarıcların məzmunu Məhkum2 narkomaniya xəstəliyinin aşkarlanmasına baxmayaraq, onun Məhkum1lə birgə külli miqdarda narkotik vasitəni satmaq niyyəti ilə əldə edib saxladığını, daşıdığını, məqsədinin məhz narkotik vasitənin satılmasına y önəldiyini göstərir (qeyd olunan ismarıclar məzmun etibarı ilə Məhkum2 narkotik vasitənin yayılması üzrə fəaliyyətini ehtiva edir). Məhkəmələrin həmin halların müəyyən edilmiş sayılmasına, yəni işin həqiqi hallarını təşkil etməsinə dair qənaətləri kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, cinayətmühakimə icraatının digər prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid3 ifadələrinə; məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəylərinə; maddi sübutlara və onların Məhkum2 və Məhkum1 götürüldüyünü əks etdirən “Şəxsi axtarış və götürmə haqqında” 28 oktyabr 2020-ci il tarixli protokola, digər istintaq hərəkətlərinin protokollarına (o cümlədən, Məhkum2 və Məhkum1 mobil telefonlarındakı məlumatlara keçirilmiş baxışın nəticələrinə) əsaslanır (hökmdə həmin sübutlar ətraflı təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də yekun qərarında gəldiyi nəticələri bu sübutlar üzərində qurduğundan, məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda yenidən təsvir və şərh edilməsini zəruri saymır). Odur ki, məhkəmə kollegiyası işin faktiki hallarının müəyyən edilməsi, həmin hallara cinayət qanunu normasının tətbiqi (əməlin hüquqi tövsifi), Məhkum2 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətmə kdə təqsirli bilinməsi üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin çıxardıqları nəticələri şübhə altına almaq üçün əsas görmür. Qeyd olunanlar məhkəmələr tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum2 cəza təyin edərkən və hökm bu hissədə apellyasiya qaydasında yoxlanılarkən məhkəmələr tərəfindən Cinayət Məcəlləsinin cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının tələbləri pozulmuş, bunun nəticəsində Məhkum2 ağır olduğuna görə onun şəxsiyyətinə açıq-aşkar uyğun omayan cəzaya məruz qalmışdır. Belə ki, birinci instansiya məhkəməsinin hö kmünə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarına əsasən Məhkum2 münasibətdə onun cəzasını ağırlaşdıran hallarla yanaşı cəzasını yüngülləşdirən hallar da müəyyən edilməmişdir. Lakin, hazırki iş üzrə Məhkum2 Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə müvafiq olaraq cəzanın təyin edilməsinə səbəb olmuş Səbail Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli hökmü ilə Məhkum2 himayəsində iki azyaşlı uşağının (16 iyul 2012-ci il təvəllüdlü XXX27nın və 27 iyul 2011-ci il təvəllüdlü XXX26nın) olduğu müəyyən edilmiş və bu hal cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilmişdir (Səbail Rayon Məhkəməsinin həmin hökmü ilə Məhkum2 CM-in 234.1-ci maddəsi ilə qəti olaraq 2 il 5 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının 12 noyabr 2020-ci il tarixli qərarı ilə bu hökm dəyişdirilərək Məhkum2a CM-in 234.1-ci maddəsi ilə qəti olaraq 1 il 5 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir). CM-in 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan R espublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Odur ki, Cinayət Məcəlləsinin həmin normalarının pozuntusunun aradan qaldırılması üçün Məhkum2 himayəsində azyaşlı uşaqların olması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmalı və buna müvafiq olaraq da ona birinci instansiya məhkəməsinin hökmü ilə CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 6 ildən 5 ilə, CM-in 66.5-ci maddəsinə əsasən cina yətlərin məcmusu qaydasında təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti isə 6 il 6 aydan 5 il 6 aya endirilməlidir. Qeyd olunanlar məhkəmələr tərəfindən kassasiya şikayətinin qismən təmin edilməsini və mübahisələndirilən qərarın yalnız cəzanın təyin edilməsi hissəsində dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verildiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum2 müdafiəçisi Müdafiəçi2, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Müdafiəçi2 kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1 və Məhkum2 barəsində olan 31 mart 2022-ci il tarixli qərarı Məhkum2 aid hissədə yuxarıda təsvir edilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum2 və Məhkum1 barəsində olan 31 mart 2022-ci il tarixli qərarı Məhkum2 aid hissədə dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli hökmü ilə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ildən 5 (beş) ilə endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.3-cü maddələrinə əsasən Məhkum2 hazırki qərarla təyin olunmuş cəza ilə ona Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 noyabr 2020-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin olunmuş 1 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılsın, Məhkum2 qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar Məhkum2 aid qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1982/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1982/2022
01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver