Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1982/2024 31.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Zərərçəkmiş şəxs1, Məhkum və onun müdafiəçisi Əmirov Elçin Arif oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-604/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Məmm ədova Təranə Yavər qızı tərəfindən verilmiş kassasiya protestinə, məhkumun müdafiəçisi Əmirov Elçin Arif oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 15 dekabr 2022-ci il tarixli ittiham aktı ilə Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 128, 212.2.2 və 221.3-cü maddələri ilə tə qsirləndirilməsinə dair ittiham irəli sürülmüşdür ona görə ki, o, 15 may 2022-ci il tarixdə, saat 15:30-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan-Türkan yolunda olan dənizkənarı çimərlik mərkəzi olan “Antalya” restoranının çimərlik hissəsində 200x50 metr ölçülü həyətin faktiki olaraq “Mars-M” çoxsahəli istehsalat kommersiya firması ilə mübahisəli olmaqla müxtəlif məhkəmə instansiyalarında həmin vaxt Bakı Kommersiya Məhkəməsinin icraatında mübahisə predmeti olan çimərlik ərazisinə görə qanun üzrə vərəsəlik hüququ olmadığı halda ərazinin mövsümü olaraq çimərlik olaraq istifadə olunacağının qarşısını almaqla bağlı hər hansı vəzifəsi olmadığı halda, həmin ünvanın firma təsisçisinin qardaşı olmaqla yanaşı, firmanı təmsilçilik hüququ olan Zərərçəkmiş şəxs1 tərəfindən istifadə olma qla ərazini tullantılardan təmizlətdirdiyi halda nə səbəbə həmin əraziyə daxil olmasına görə səbəbli olaraq mübahisə edib dalaşaraq zorakı hərəkətlər etməklə əli ilə sonuncunu vurub sol almacıq nahiyəsinin şişkinliyi, sol gicgah nahiyəsinin hematoması ilə müşayiət olan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bundan başqa Məhkum 23 iyun 2022-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan-Türkan yolunda olan dənizkənarı çimərlik mərkəzi olan “Antalya” restoranının çimərlik hissəsində 200x50 metr ölçülü həyətin faktiki olaraq “Mars-M” çoxsahəli istehsalat kommersiya firması ilə mübahisəli olmaqla müxtəlif məhkəmə instansiyalarında və həmin vaxt Bakı Kommersiya Məhkəməsinin icraatında mübahisə predm eti olan çimərlik ərazisinə görə, qanun üzrə vərəsəlik hüququ olmadığı halda ərazinin firma təsisçisinin qardaşı olmaqla yanaşı, firmanı təmsilçilik hüququ olan Zərərçəkmiş şəxs1 tərəfindən istifadə olmasına görə həmin əraziyə gəlib ərazidə sonuncu tərəfindən çimərlikdə olan sakinlərin səmərəli istirahətinin təmin olunması məqsədi ilə çimərliyin giriş qapısında dayanıb giriş-çıxışa nəzarət edən Zərərçəkmiş şəxs2 nəzarət funksiyasından kənarlaşdırmaqla özü ilə gətirmiş olduğu qıfılı qapıya vurmaqla, sakinlərin həmin çimərliyə daxil olmasının qarşısını almaq və Zərərçəkmiş şəxs1 tərəfindən istifadə olunmasının qarşısını almaq üzrə hər hansı vəzifəsi olmadığı halda göstərilənləri cüzi səbəb kimi bəhanə edib əsaslı səbəb olmadan ictimai yer olan çimərlikdə istirahət edən vətəndaşların narahatl ıq hissi keçirmələrinə səbəb olmuş hərəkətlər edib mübahisə salmaqla Zərərçəkmiş şəxs2 ünvanına nalayiq söyüşlər söyüb insanlar arasında davranış qaydalarını, bununla ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bununla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib əlləri ilə sonuncunu vurub zor tətbiq edilməsi ilə müşayiət edilən sol bazunun qançırı və boyunun sıyrığı ilə nəticələnən sağlamlığına zərər vurmayan xəsarətlər yetirib hüquqazidd əməllərini davam edirən zaman həmin əraziyə nəzarətçi olaraq cəlb olunmuş Zərərçəkmiş şəxs3 ictimai qaydanın qorunması üzrə borcunu yerinə yetirib araya keçərək onları ayırmaq istəyən Zərərçəkmiş şəxs3 əlində olan silah qismində istifadə etdiyi əşya ilə vurub zor tətbiq edilməsi ilə müşayiət edilən “sağ saidin orta 1/3nin ön iç səthinin əzilmiş-cırılmış yarası və hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvuran xəsarət yetirərək qərəzli xuliqanlıq etmişdir. 3. 14 fevral 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum 15 may 2022-ci il tarixdə, saat 15:30-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan-Türkan yolunda olan dənizkənarı çimərlik mərkəzi o lan “Antalya” restoranının çimərlik hissəsində 200x50 metr ölçülü həyətin faktiki olaraq “MarsM” çoxsahəli istehsalat kommersiya firması ilə mübahisəli olmaqla müxtəlif məhkəmə instansiyalarında mübahisə predmeti olan çimərlik ərazisinə görə ərazinin mövsümü olaraq çimərlik kimi istifadə olunacağının qarşısını almaq, eləcə də məhkəmə aktlarının icrasını təmin etmək üçün həmin ünvanın firma təsisçisinin qardaşı olmaqla yanaşı, firmanı təmsilçilik hüququ olan Zərərçəkmiş şəxs1 tərəfindən istifadə olunmaqla ərazini tullantılardan təmizlətdirdiyi halda nə səbəbə həmin əraziyə daxil olmasına görə səbəbli olaraq mübahisə edib dalaşaraq zorakı hərəkətlər etməklə qəsdən əli ilə Zərərçəkmiş şəxs1 vurub sol almacıq nahiyəsinin şişkinliyi, sol gicgah nahiyəsinin hematoması ilə müşayiət olan sağlamlığ ın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bundan başqa o, təkrarən 23 iyun 2022-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, HövsanTürkan yolunda olan dənizkənarı çimərlik mərkəzi olan “Antalya” restoranının çimərlik hissəsində 200x50 metr ölçülü həyətin faktiki olaraq “Mars-M” çoxsahəli istehsalat kommersiya firması ilə mübahisəli olmaqla müxtəlif məhkəmə instansiyalarında mübahisə predmeti olan çimərlik ərazisinə görə, özünün qanun üzrə vərəsəlik hüququ olmaqla həmin əraziyə gəlmiş, icra məmurları tərəfindən obyektin möhürlənməklə və qapısına qıfıl vurulmaqla bağlanılmasına baxmayaraq ərazinin firma təsisçisinin qardaşı, firmanı təmsilçilik hüququ olan Zərərçəkmiş şəxs1 tərəfindən həmin məhdudiyyətlərə məhəl qoyulmadan obyektin istifadə olunmasına görə haqlı iradını bildirmiş, Zərərçəkmiş şəxs1 tərəfindən çimərliyin giriş qapısında dayanıb girişçıxışa nəzarət edən Zərərçəkmiş şəxs2 nəzarət funksiyasından kənarlaşdırmaqla özü ilə gətirmiş olduğu qıfılı qapıya vurmaqla obyektin Zərərçəkmiş şəxs1 tərəfindən fəaliyyət göstərməsinin qarşısını almaq üçün hərəkətlər edən zaman Zərərçəkmiş şəxs2 ona mane olmasına görə əvvəlcə qəsdən əlləri ilə sonuncunu vurub sol bazunun qançırı və boyunun sıyrığı ilə nəticələnən sağlamlığına zərər vurmayan xəsarətlər yetirib, daha sonra ona mane olmaq istəyən həmin əraziyə nəzarətçi olaraq cəlb olunmuş Zərərçəkmiş şəxs3 qəsdən əli ilə vurub sağ saidin orta 1/3-nin ön iç səthinin əzilmiş-cırılmış yarası və hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasın a səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-27/2024 nömrəli, 08 yanvar 2024-cü il tarixli hökmü ilə Məhkum verilmiş ittihamdan Azərbaycan Respublikası CMnin 221.2.2-ci maddəsinin xaric edilməsi, əməlinin Azərbaycan Respublikası CM-nin 128 və 221.3-cü maddələrindən eyni Məcəllənin 128-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) gün müddətin təyin olunmuş cəzadan çıxılmaqla qəti olaraq 09 (doqquz) ay 26 (iyirimi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, cəzasının əvvəlinin yaşadığı yer üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 128 və 221.3-cü maddələri ilə təqsirli bilinib, cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir.
7. Hökmdən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 birgə apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 128 və 221.3-cü maddələri ilə ittiham hökmü çıxarıla rmasını və sonuncuya azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişlər.
8. Hökmdən həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-604/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-27/2024 nömrəli, 08 yanvar 2024-cü il tarixli hökmü apellyasiya protesti və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti, məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti və zərərçəkmiş şəxslər tərəfin dən birgə kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
11. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəlilləri eynidir, dövlət ittihamçısı onları təkrarlamaqla qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən hazırki yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyinin tələblərinə müvafiq olaraq iş üzrə toplanmış sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə uyğun şəkildə tədqiq edilməmiş, əməlin tövsifində səhv nəticəyə gəlinmiş, məhkum edilmiş şəxsə təyin edilmiş cəza yüngül olmuşdur. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutul muş halları yaradan pozuntular kimi qiymətləndirib, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-604/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
12. Zərərçəkmiş şəxslər tərəfindən birgə verilmiş kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, zərəçəkmiş şəxslər onları təkrarlamaqla toplanmış sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun şəkildə tədqiq edilmədiyini, törədilmiş əməlin tövsifində səhvə yol verildiyi, həmçinin təyin edilmiş cəzanın yüngül olduğunu iddia edərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-604/20 24 nömrəli, 27 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir.
13. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, müdafiəçi onları təkrarlamaqla məhkumun təqsirliliyinin sübuta yetirilmədiyini bildirib, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-604/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi, Məhkum barəsində işin hallarına uyğun ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayətlərinə və kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
15. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərin ə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
16. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
17. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
19. Dövlət ittihamçısı kassasiya protestində, eləcə də zərərçəkmiş şəxslər birgə verdikləri kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və nəticədə Məhkum törətdiyi əməlin hüquqi tövsifində səhvə yol verildiyini, eləcə də ona təyin edilmiş cəzanın yüngül olduğunu iddia edib, kassasiya xahişlərini Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişlər.
20. Məhkumun müdafiəçisi kassasiya şikayətində Məhkum təqsirliliyinin sübuta yetirilmədiyini iddia etməklə, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdir ilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
21. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-604/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
22. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Az ərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
23. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələr i) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
24. Bu baxımdan məhkəmə kollegiyası nəzərə alır ki, kassasiya müraciətlərində istinad edilən dəlillər kassastorların əvvəllər apellyasiya instansiyası məhkəməsi qarşında qaldırdıqları ilə eynilik təşkil edir, bu dəlillərə hər iki aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilmiş məhkəmə aktlarında artıq ətraflı cavablandırma verilmişdir.
25. Kassasiya müraciətlərinin müəllifləri apellyasiya instansiyası məhkəməsinin qərarında gəlinən və hazırda mübahisəsi edilən nəticələrin əksini təsdiqləyən hər hansı yeni və diqqətəlayiq amilə istinad etmirlər, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmırlar.
26. Baxılan kassasiya müraciətlərində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəsi işin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə və formalaşmış məhkəmə təcrübəsinə əsaslandığından, kassasiya müraciətlərində göstərilənlər isə yekun nəticəni təkzib etmədiyindən, eyni zamanda mübahisəsi edilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini şübhə altına almaq üçün əsas görmür.
27. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasi ya müraciətlərində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
28. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, dövlət ittihamçısı Məmmədova Təranə Yavər qızı tərəfindən verilmiş kassasiya protesti, məhkumun müdafiəçisi Əmirov Elçin Arif oğlu tərəfindən verilmiş kassasiya şikayəti və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-604/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilən lərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı Məmmədova Təranə Yavər qızı tərəfindən verilmiş kassasiya protesti, məhkumun müdafiəçisi Əmirov Elçin Arif oğlu tərəfindən verilmiş kassasiya şikayəti və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-604/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qərarı kassasiya şikayətlərinə və kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.