Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1983/2023 06.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, məhkumlar Məhkum1 və Məhkum2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum1 və Məhkum2 Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.41 və 144-1.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 dekabr 2022-ci il tarixli qərarından Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavəyə, Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə, X4 və X2 ibarət tərkibdə) 10 iyun 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1979-cu ildə Gürcüstan SSR-in Tbilisi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Məhkum1 Azərbaycan Respublikasının Cin ayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-in 62ci maddəsi tətbiq olunaraq 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il iyunun 21-dən hesablanmışdır. xx xxxxxx 1966-cı ildə Ermənistan SSR-in Spitak rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum edilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-in 62ci maddəsi tətbiq olunaraq 3 (üç) il müddətinə azadlıqdan məhr umetmə cəzasına məhkum olunmuşdur. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il iyunun 18-dən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X7 oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə) 7 dekabr 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxslər: Məhkum2 və Məhkum1; habelə təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri; həmçinin təqsirləndirilən Məhkum1 tərəfindən apellyasiya şikayətinə edilmiş əlavə təmin edilməmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin təqsirləndirilən şəxslər - Məhkum2 və Məhkum1 barələrində 10 iyun 2022cu il tarixli hökmü dəyişdirilmişdir. Təqsirləndirilən Məhkum1 təqsrli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilmişdir. Ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına artırılmışdır. Təqsirləndirilən şəxs Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə barəsində CinayətMəcəlləsinin 62-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilmişdir. Ona təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına artırılmış, mə hkəmənin hökmü qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 və Məhkum2 cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə aralarında olan cinayətkar razılaşmaya əsasən Məhkum1 2018-ci il fevralın 6-da Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Balıkəsir şəhərinə getmiş Zərərçəkmiş şəxs2 həmin şəhərdə kirayə yaşadığı mənzilində qaldığı halda ona iş tapacağını vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirib Məhkum1 və Məhkum2 Balıkəsir şəhərində kirayə yaşadığı mənzildə yerləşdikdən sonra 2018-ci il fevral ayının ortalarından 2018-ci il fevralın 25-dək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə Məhkum1 və Məhkum2 onu kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişlər. Bundan başqa Məhkum1 və Məhkum2 cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə aralarında olan cinayətkar razılaşmaya əsasən Məhkum1 2018-ci il fevralın 6-da Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəz arət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Balıkəsir şəhərinə getmiş Zərərçəkmiş şəxs1 həmin şəhərdə kirayə yaşadığı mənzilində qaldığı halda ona iş tapacağını vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirib Məhkum1 və Məhkum2 Balıkəsir şəhərində kirayə yaşadığı mənzildə yerləşdikdən sonra 2018-ci il fevral ayının ortalarından 2018-ci il fevralın 25-dək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə Məhkum1 və Məhkum2 onu kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa Məhkum1 və Məh kum2 cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə aralarında olan cinayətkar razılaşmaya əsasən Məhkum1 2018-ci il fevralın 6-da Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Balıkəsir şəhərinə getmiş Zərərçəkmiş şəxs4 həmin şəhərdə kirayə yaşadığı mənzilində qaldığı halda ona iş tapacağını vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs4 razılığını bildirib Məhkum1 və Məhkum2 Balıkəsir şəhərində kirayə yaşadığı mənzildə yerləşdikdən sonra 2018-ci il fevral ayının ortalarından 2018-ci il fevralın 25-dək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə Məhkum1 və Məhkum2 onu kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa, Məhkum1 və Məhkum2 cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə aralarında olan cinayətkar razılaşmaya əsasən Məhkum1 2018-ci il mart ayının ortalarında ünvan 3 ünvanında kirayədə yaşayan Zərərçəkmiş şəxs2 ilə «WhatsApp» ani mesajlaşma proqramı ilə əlaqə saxlayaraq yaxın qohumlarına fahişəlik lə məşğul olacağını deyəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra 2018-ci il aprelin 6-da Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Balıkəsir şəhərinə getmiş, Məhkum1 və Məhkum2 onu qarşılayıb kirayədə yaşadıqları mənzildə yerləşdirdikdən sonra 2018-ci il aprelin 8-dən 2018-ci il aprelin 29-dək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa, Məhkum1 və Məhkum2 cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə aralarında olan cinayətkar razılaşmaya əsasən Məhkum1 2018-ci il mart ayının ortalarında ünvan 3 ünvanında olan Zərərçəkmiş şəxs3 ilə «WhatsApp» ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayaraq Türkiyə Respublikasının Balıkəsir şəhərində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılığını bildirdikdən sonra 2018-ci il aprelin 6-da Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keç məklə Türkiyə Respublikasının Balıkəsir şəhərinə getmiş, Məhkum1 və Məhkum2 onu qarşılayıb kirayədə yaşadıqları mənzildə yerləşdirdikdən sonra 2018-ci il aprelin 8-dən 2018-ci il aprelin 29-dək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa, Məhkum1 və Məhkum2 cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə aralarında olan cinayətkar razılaşmaya əsasən Məhkum1 2018-ci il aprel ayının sonlarında ünvan 3 ünvanı nda kirayədə yaşayan Zərərçəkmiş şəxs2 ilə «WhatsApp» ani mesajlaşma proqramı ilə əlaqə saxlayaraq yaxın qohumlarına fahişəliklə məşğul olacağını deyəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra 2018-ci il mayın 7-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Balıkəsir şəhərinə getmiş, Məhkum1 və Məhkum2 onu qarşılayıb kirayədə yaşadıqları mənzildə yerləşdirdikdən sonra 2018-ci il mayın 9-dan 2018-ci il iyunun 5-dək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmas ını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa, Məhkum1 və Məhkum2 cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə aralarında olan cinayətkar razılaşmaya əsasən Məhkum1 2018-ci il aprel ayının sonlarında Quba şəhəri, Dəvədabanı küçəsində nömrəsiz evdə yaşayan Zərərçəkmiş şəxs3 ilə «WhatsApp» ani mesajlaşma proqramı ilə əlaqə saxlayaraq nəzarəti altında fahişəliklə məşğul olacağı halda daha çox gəlir əldə edəcəyini bildirib maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respu blikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılığını bildirdikdən sonra 2018-ci il mayın 7-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Balıkəsir şəhərinə getmiş, Məhkum1 və Məhkum2 onu qarşılayıb kirayədə yaşadıqları mənzildə yerləşdirdikdən sonra 2018-ci il mayın 9-dan 2018-ci il iyunun 5-dək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa, Məhkum1 və Məhkum2 cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, tamah niyyəti ilə qadını al datma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə aralarında olan cinayətkar razılaşmaya əsasən Məhkum1 2018-ci il iyul ayının sonlarında ünvan 3 ünvanında kirayədə yaşayan Zərərçəkmiş şəxs2 ilə «WhatsApp» ani mesajlaşma proqramı ilə əlaqə saxlayaraq yaxın qohumlarına fahişəliklə məşğul olacağını deyəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra 2018-ci il avqustun 4-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Balıkəsir şəhərinə getmiş, Məhkum1 və Məhkum2 onu qarşılayıb kirayədə yaşadıqları mənzildə yerləşdirdikdən sonra 2018-ci il avqustun 6-dan 2018-ci il sentyabrın 5-dək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa, Məhkum1 və Məhkum2 cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə aralarında olan cinayətkar razılaşmaya əsasən Məhkum1 2018-ci il iyul ayının sonlarında ünvan 4 ünvanında kirayədə yaşayan Zərərçəkmiş şəxs1 ilə «WhatsApp» ani mesajlaşma proqramı ilə əlaqə saxlayaraq yaxın qohumlarına fah işəliklə məşğul olacağını deyəcəyi ilə hədələyərək hədə- qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra 2018-ci il avqustun 04-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Balıkəsir şəhərinə getmiş, Məhkum1 və Məhkum2 onu qarşılayıb kirayədə yaşadıqları mənzildə yerləşdirdikdən sonra 2018-ci il avqustun 6-dan 2018-ci il sentyabrın 05-dək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətin i törətmişlər. Bundan başqa, Məhkum1 və Məhkum2 cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə aralarında olan cinayətkar razılaşmaya əsasən Məhkum1 2019-cu il mart ayının ortalarında ünvan 3 ünvanında kirayədə yaşayan Zərərçəkmiş şəxs2 ilə «WhatsApp» ani mesajlaşma proqramı ilə əlaqə saxlayaraq yaxın qohumlarına fahişəliklə məşğul olacağını deyəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra 2019-cu il martın 24-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəza rət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Balıkəsir şəhərinə getmiş, Məhkum1 və Məhkum2 onu qarşılayıb kirayədə yaşadıqları mənzildə yerləşdirdikdən sonra 2019-cu il martın 26-dan 2018-ci il aprelin 21-dək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa, Məhkum1 və Məhkum2 cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə aralarında olan cinayətkar razılaşmaya əsasən Məhkum1 2019-cu il mart ayın ın ortalarında Quba şəhəri, Dəvədabanı küçəsində nömrəsiz evdə yaşayan Zərərçəkmiş şəxs3 ilə «WhatsApp» ani mesajlaşma proqramı ilə əlaqə saxlayaraq nəzarəti altında fahişəliklə məşğul olacağı halda daha çox gəlir əldə edəcəyini bildirib maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılığını bildirdikdən sonra 2019-cu il martın 24-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Balıkəsir şəhərinə getmiş, Məhkum1 və Məhkum2 onu qarşılayıb kirayədə yaşadıqları mənzildə yerləşdirdikdən sonra 2019-cu il martın 26-dan 2019-cu il aprelin 21-dək həmin şəhərdə yerləşən is tintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişlər. Kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, birinci instansiya məhkəməsi zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, qadın olmasını, ilk məhkumluğunu, müsbət xarakterizə olunmasını nəzərə alaraq barəsində CMin 62-ci maddəsini tətbiq etmiş və 3 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. İki övladı var, qızı tələbədir, övladlarının ona həm maddi, həm mənəvi cəhətdən ehtiyacları var. Zərərçəkmiş şəxslər onu tanımadıqlarını bildirmişlər. Cinayət işi üzrə özünü təqsirli bilmir. Azadlıqdan məhrumetmə cəzası onun islah edilməsi üçün əsas deyil. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 dekabr 2022-ci il tarixli qərarının ləğv edilərək barəsində CM-in 62-ci maddəsini tətbiq edərək aşağı həddən də az cəza təyin edilməsi və ya şəxsiyyətinə uyğun daha münasib cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə məhkəmələr tərəfindən CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi və müdafiə tərəfinin bütün dəlillərinin hərtərəfli yoxlanılmalı olduğu və araşdırılmış sübutların müvafiq qaydada qiymətləndirilərək əsaslı qərar qəbul edilməsi qeyd edilmişdir. Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, birinci instansiya məhkəməsi zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, qadın olmasını, ilk məhkumluğunu, müsbət xarakterizə olunmasını nəzərə alaraq barəsində CMin 62-ci maddəsini tətbiq etmiş və 3 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Tək anadır, qardaşı 1-ci Qarabağ müharibəsində şəhid olmuş, oğlu ehtiyatda olan zabitdir və sərhəd bölgəsində Vətənin keşiyində durmuşdur. Səhhətində narahatçılıqlar var, yüksək təzyiq və ürək işemiyası xəstəsidir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 dekabr 2022-ci il tarixli qərarının ləğv edilərək barəsində CM-in 62-ci maddəsini tətbiq edərək aşağı həddən də az cəza təyin edilməsi və ya şəxsiyyətinə uyğun daha münasib cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin təmin olunması barədə məhkum edilmiş şəxslərin, kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayətprosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müə yyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 kassasiya şikayətlərində onlara təyin edilmiş cəzanın ağır olmasını, barələrində CM-in 62-ci maddəsinin tətbiqinin zəruriliyini iddia edərək bu əsasla apellyasiya instansiyası məhkəməsin in qərarının dəyişdirilməsi haqqında tələblərini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişlər. Kassasiya şikayətinə əlavənin məzmunundan göründüyü kimi, Məhkum1 apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində cinayət işi üzrə sübutların düzgün araşdırılmamasını, müdafiə tərəfinin dəlillərinə qiymət verilmədiyini iddia edərək bu əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum1 Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144.1.2.4-1 və 144-1.2.5.-ci maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfind ən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etmir. Belə ki, cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək Məhkum1 məhkum olunduğu cinayət əməlini törətməkdə təqsirli olması barədə kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş, təqsirləndirilən şəxsin cinayət əməli Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144. 1.2.4-1 və 144-1.2.5.-ci maddələri ilə düzgün tövsif olunmuşdur Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144.1.2.4-1 və 144-1.2.5.-ci maddələri insan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsinin iki və ya daha çox şəxs barəsində təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən insan alveri qurbanını Azərbaycan Respublikasının döv lət sərhədindən keçirməklə törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası CM-in 144-1-ci maddəsinin 1-ci qeydində göstərilmişdir ki, bu maddədə "insanın istismarı" dedikdə məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə başa düşülür. Bu normaların tələbləri baxımından zərərçəkmiş şəxlərin Məhkum1 tərəfindən cinsi istismara məruz qalması barədə Apellyasiya Məhkəməsinin gəldiyi qənaəti işin faktiki hallarına uyğun olmaqla cinayət işi üzrə toplanmış, mötəbərliyi, mümkünlüyü üzrə qiym ətləndirilmiş sübutlarla öz təsdiqini tapir. Məhkəmə kollegiyası kassasiya şikayətinə əlavənin cinayət işi üzrə sübutların düzgün araşdırılmamasına dair dəlillərinə qiymət verərək cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkum edilmiş şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, məhkum edilmiş şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdırılmasına əsaslana raq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum1 CM-in 1441.2.1, 144-1.2.2, 144.1.2.4-1 və 144-1.2.5.-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməsi barədə əsaslı hüquqi nəticəyə gəlmişdir. Belə ki, məhkum edilmiş şəxsə istinad edilən cinayət əməllərini törətməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun ona istinad edilmiş cinayət əməllərini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlinmiş, onun əməlləri düzgün tövsif edilmişdir. Belə ki, Məhkum1 ona elan olunmuş ittiham üzrə təqsirli olması barədə nəticəyə gələrkən həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş və sübutları qanuni üsullarla toplamış ibtidai araşdırma orqanı kimi, sübutların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin edərək qanunun bununla bağlı tələblərinə tam şəkildə əməl etmiş, sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməllərini törətməsi kassasiya şikayətinə əlavədə iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cina yət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il ta rixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununu n izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməllərinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum1 törətdiyi cinayət əməllərinə görə düzgün olaraq təqsirli bilinmiş, kassasiya şikayətinə əlavənin dəlilləri heç bir hüquqi əsasa söykənməyən dəlillərdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumlar Məhkum1 və Məhkum2 Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətlərində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələbləri nə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərə findən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektində n, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi Məhkum1 və Məhkum2 zərərçəkmiş şəxslərlə barışıq əldə etmələrinin işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə almaqla ilk məhkumluqları, qadın olmaları, ailə vəziyyətləri, Məhkum1 qeydiyyatda olduğu yer üzrə barəsində heç bir şikayət daxil olmaması kimi cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hallar hesab edərək barələrində Azərbaycan Respublikasının CM-in 62-ci maddəsi tətbiq edilən Məhkum1 və Məhkum2 həmin Məcəllənin 144-1.2.1, 144-1.2.2, 1441.2.4-1 və 144-1.2.5--ci maddələrinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin olunmaqla onların islah edilməsini və sosial ədalətin bərpasına nail olunmasını mümkün saymışdır. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmamış, Məhkum1 və Məhkum2 tərəfindən çoxsaylı epizodlardan ibarət iki və daha çox şəxs barəsində, təkrarən insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə, insan alveri məqsədi ilə zərərçəkmiş şəxslərin sənədləri ilə qanunsu z hərəkətlər etmə; zərərçəkmiş şəxslərin təqsirkar şəxslərdən asılı olmasından, aldatma yolu ilə hədə-qorxu ilə məcbur etmə vasitəsilə zərərçəkmiş şəxslərin vəziyyətindən sui-istifadə edib cinsi istismar edilməsi məqsədilə Azərbaycan Respublikası dövlət sərhədindən keçirməklə cəlb etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında iki və daha artıq şəxsin barəsində təkrarən insan alveri cinayət əməllərini, Cinayət Məcəlləsinin 144-1.2.1,144-1.2.2,1441.2.4-1 və 144-1.2.5-ci maddələri ilə törədilmiş cinayətlərin cinayətlərin təsnifatına görə ağır cinayətlər sırasına aid olmaqla, həmin maddələrin sanksiyasında 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasının mümkünlüyünü nəzərə alaraq, hesab etmişdir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxslər barəsind ə Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə, qeyd olunan həmin Məcəllənin 8.1, 41.2, 58 və digər maddələrinin tələblərinə əməl etməmişdir. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərə qarşı ifadələr vermiş zərərçəkmiş şəxslərin şikayət və tələbinin olmamasını onların cəzasını yüngülləşdirən və Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə əsas verən müstəsna hal kimi nəzərə almışdır. Lakin, məhkəmənin bu hökmündən və cinayət işinin materialından göründüyü kimi, ibtidai istintaq zamanı və məhkəmədə ifadə vermiş zərərçəkmiş şəxslərin hər biri ifadəsində təqsirləndirilən şəxslərin iş tapacağını vəd edib aldatma yolu ilə onları cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikası dövlət sərhədindən keçirilməsi üçün c əlb edib Türkiyənin Balıkəsir şəhərində kirayə yaşadıqları mənzildə yerləşdikdən sonra, həmin şəhərdə yerləşən və istintaqa məlum olmayan müxtəlif yerlərdə onları kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürməklə, cinsi əlaqədə olmalarını təşkil edərək, cinsi istismar etməklə insan alveri əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmişlər. Bundan əlavə, təqsirləndirilən şəxslər-Məhkum1 və Məhkum2 təqsirli olmaları ibtidai istintaq dövründə və məhkəmədə tam sübuta yetirilməsinə baxmayaraq, hər biri törətdiyi əməlləri etiraf etməmiş və peşman olmasını bildirməmişlər. Birinci instansiya məhkəməsi cinayət qanunun müddəalarını düzgün tətbiq etmədən və heç bir əsaslandırma aparmadan, Məhkum1 və Məhkum2 cəzasını yüngülləşdirən halları müstəsna hallar kimi qiymətləndirməklə və onların barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə, hər birinə kifayət qədər aşağı həddə və ədalətsiz cəza təyin etmişdir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum1 və Məhkum2 barələrində CM-in 62-ci maddəsinin tətbiqində düzgün nəticəyə gəlmədiyi üçün hökmdən həmin maddənin tətbiqi ilə bağlı müddəaların xaric edilməsi və məhkum edilmiş şəxslərə Cinayət Məcəlləsinin təqsirli bilindikləri maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Məhkəmə kollegiyası, kassasiya şikayətlərinin Məhkum1 və Məhkum2 barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olu nmaqla onlara Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulduğundan daha aşağı həddə cəza təyin edilməsi ilə bağlı dəlillərinə dair qeyd edir ki: Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məc buri olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən isə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik də rəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyi humanizm prinsipinə uyğun olaraq Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulan hallar mövcud olduqda cinayətə görə müəyyən ediləndən daha yüngül cəza təyin edilməsinə imkanını nəzərdə tutsa da, işin müstəsna halları sayılan anlayışını müəyyən etməmişdir. Belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilərək konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırı lmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu halların məcmusunun, yəni cinayətin motivi və məqsədini, təqsirkarın törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışı, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və cinayətin ictimai təhlükəsizliyini azaldan başqa halları qiymətləndirməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 62-ci maddəsinə əsasən cəzanın tətbiq edilməsi zəruriliyinə əsaslanaraq cəzanı yüngülləşdirən halların mövcudluğundan deyil, onların müstəsna xarakterə malik olmasından çıxış edilməli, yəni həmin halların müstəsnalığı və bununla bağlı CM-in 62-ci maddəsinin tətbiqinin səbəbləri lazımınca əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin məhk umlar barəsində CM-in 62-ci maddəsinin tətbiqinin zəruriliyi barədə dəlilləri əsassızdır. Belə olan halda məhkəmə kollegiyası cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkum edilmiş şəxslərin şəxsiyyətini və işin digər faktiki hallarını nəzərə alıb hesab edir ki, məhkumlar Məhkum1 və Məhkum2 barələrində CM-in 62-ci maddəsinin tətbiq edilərək cəzanın müəyyən edildiyindən daha aşağı həddə cəza təyin edilməsi üçün hüquqi və qanuni əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbir olmaqla cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ib arətdir. Bu baxımdan da məhkəmə kollegiyası kassasiya şikayətlərinin məhkumlar Məhkum1 və Məhkum2 barələrində cəza tətbiqi ilə əlaqədar (Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə əmələ görə nəzərdə tutulduğundan daha aşağı həddə cəza təyin edilməsi) dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə lər tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 8ci bəndində göstərilmişdir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müs təsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. CM-in 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla CM-in Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-nin 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə CM-in Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021- ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şərai tinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinə apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinə və kassasiya şikayətinə əlavəyə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və bun a görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 dekabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində və kassasiya şikayətinə əlavədə irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə, Məhkum2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 dekabr 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1983/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1983/2023
06.12.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver