Məhkəmə qərarları › İş №1(102)-1983/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1983/2024

03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1983/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Novruzov X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum Niyazi oğlunun iştirakları ilə, Məhkum Niyazi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CM- in və ya CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il tarixli, 1(107)-161/2024 nömrəli qərarından Məhkum Niyazi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum Niyazi oğlu xx.xx.1979-cu il tarixdə Qax rayonu Qaxmuğal kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Qax şəhəri Cəfər Cabbarlı küçəsi ev 55-də qeydiyyatda olmaqla Qax rayonu, Əlibəyli kəndində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki halla rına görə, Məhkum Niyazi oğlu 2023-cü ilin yanvar ayının əvvəlində istintaqa məlum olmayan İran İslam Respublikasında yaşayan “Əlirza” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni, 11,065 qram narkotik vasitə olan heroini və 5,600 qram psixotrop maddə olan metamfetamini əldə edib saxlamış, 16 yanvar 2023-cü il tarixdə saat 15 radələrində Qax rayonu Əlibəyli kəndində yerləşən evin yaxınlığında Balakən rayon sakini Şahid8 1 (bir) büküm narkotik vasitə olan heroini 30 manata satmışdır.

3. Bundan başqa o, 16 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Qax rayonu Əlibəyli kəndində yerləşən evinin yaxınlığında Zaqatala rayonu sakini Şahid4Cumaəli oğluna saxladığı narkotik vasitədən 1,057 qram narkotik vasitə olan heroini 50 manata satmışdır.

4. Bundan başqa o, 16 yanva r 2023-cü il tarixdə Zaqatala rayon sakini Şahid5 bir bükümdə narkotik vasitə olan 0,692 qram heroini 65 (altmış beş) manata satmaq və həmin bükümü Qax rayonu, Əlibəyli kəndində yaşadığı evin yaxınlığında olan hasarın yanında gizlədəcəyi barədə mobil telefonla danışandan sonra, həmin pulun 20 (iyirmi) manatını ilkin olaraq alacağını, qalan 45 (qırx beş) manatını isə Şahid5 sonra alması barədə razılaşmış, bundan sonra 17 yanvar 2023-cü il tarixdə 20 (iyirmi) manat pulu Şahid5 ona aid olan “Unibank”a məxsus 4098 5844 6258 3608 nömrəli “Leobank” bank kart hesabına “Milliön” ödəmə terminalı vasitəsilə göndərmiş, Şahid5 bir bükümdə narkotik vasitə olan 0,692 qram heroini 17 yanvar 2023-cü il tarixdə həmin yerdən götürmüşdür.

5. Bundan başqa o, 16 yanvar 2023-cü il tarixdə saat 2130 radələrində Qax rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Qax rayonu Əlibəyli kəndində saxlanılmış, 17 yanvar 2023-cü il tarixdə yaşadığı evinə baxış zamanı evdə olan dolablardan bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 9,316 qram narkotik vasitə olan heroin, iki ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,058 qram və 2,542 qram, ümumi çəkiləri 5,600 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür.

6. Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X10 (sədrlik edən), X11 və X1 ibarət məhkəmə tərkibində) 19 dekabr 2023-cü il tarixli, 1(091)-247/2023 nömrəli hökmü ilə Məhkum Niyazi oğlunun CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqd an məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs kimi tutulduğu 16 yanvar 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

7. Bundan əlavə, Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X10 (sədrlik edən), X11 və X1 ibarət məhkəmə tərkibində) 19 dekabr 2023-cü il tarixli, 1(091)-247/2023 nömrəli qərarı ilə dövlət ittihamçısının Məhkum Niyazi oğluna qarşı CM-in 234.4.2-ci maddəsi ilə cinayət təqibindən imtinasının qəbul edilməsi və ona qarşı CM-in 234.4.2- ci maddəsi ilə cinayət təqibinə xitam verilməklə həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan Məhkum Niyazi oğlu apellyasiya şikayəti vermişdir.

9. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X8 və X5 ibarət məhkəmə tərkibində) 20 fevral 2024-cü il tarixli, 1(107)161/2024 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum Niyazi oğlunun apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 1(091)- 247/2023 nömrəli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

10. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il tar ixli, 1(107)-161/2024 nömrəli qərarından Məhkum Niyazi oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

11. Məhkum Niyazi oğlu kassasiya şikayətinin dəlilləri qismində işin faktiki hallarını sadalayaraq, özünü CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilmədiyini, tutulduğu zaman özünə və həyat yoldaşına qarşı polis əməkdaşları tərəfindən müxtəlif təzyiq və təsirlər göstərilməklə ifadələr alınmasını qeyd edib, şahid qismində ifadə vermiş şəxslərdən Şahid8 ümumiyyətlə tanımadığını, əsassız olaraq CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilindiyini, özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bildiyini qeyd edərək, məhkəmədən apellyasiya instansiya məhkəməsinin qərarını ləğv edib, faktiki halları nəzərə almaqla, ədalətli qərar qəbul edilməsini xahi ş etmişdir.

12. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

13. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum Niyazi oğlu kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi.

15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

16. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 419-cu maddəsi müəyyən edir.

17. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

18. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın ba ş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

19. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

20. Məhkum Niyazi oğlu kassasiya şikayətində onun əməlinin hüquqi tövsifini mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edil məsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.

21. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli, 1(107)-161/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsin in dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

23. Məhkəmə kollegiyası Məhkum Niyazi oğlunun CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilindiyi əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

24. Belə ki, Məhkum Niyazi oğlunun əməlinin tövsifinin dəyişdirilərək mübahisələndirilməsi üzrə onun tərəfindən irəli sürülmüş dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə rədd olunması haqqında nəticəyə gəlmişdir.

25. Kollegiya qeyd edir ki, Məhkum Niyazi oğlunun kassasiya şikayətində göstərdiyi dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsi tərə findən araşdırılaraq tədqiq edilmiş və bu tədqiqatın nəticəsi olaraq ağlabatan hesab edilməmişdir. Bundan əlavə, məhkum tərəfindən külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olması ittihamı qəbul edilməsə də, apellyasiya məhkəməsi tərəfindən cinayət işi materiallarında olan sübutlar, yəni təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadələri, şahid ifadələri, ekspert rəyi, müvafiq protokollar, maddi sübutlar və digər sübutlar tədqiq edilərək, iş üzrə əhəmiyyətli olan həmin sübutlarla qeyd edilən dəlil təkzib edilmişdir.

26. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci in stansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum Niyazi oğlunun cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

27. Kassasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi istintaqı və apellyasiya məhkəməsi baxışında hər bir sübut məhkəmə prosesində tədqiq edilmiş, qiymətləndirilmiş və qəbul edilmiş qərarlar məhz həmin sübutlara əsaslanmışdır. İş üzrə əhəmiyyət kəsb edən və ittihamın əsasını təşkil edən sübutların məhkəmə prosesslərində tədqiqi Azərbaycan Respublikası CPM-in tələb lərinə uyğun aparılmışdır.

28. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün Məhkum Niyazi oğluna münasibətdə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsa sların olmadığını göstərir.

29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum Niyazi oğlunun CM-in 234.4.3-cü maddəsi ilə törətdiyi cinayət əməlinin tövsifinə dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

30. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən məhkumun və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli, 1(107)-161/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Niyazi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il tarixli, 1(107)-161/2024 nömrəli qərarı Məhkum Niyazi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar